Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə6/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   2   3   4   5   6   7   8   9   ...   43

11 

 

Məsələnin  qoyuluşundan  asılı  olaraq  imtinalar  müxtəlif  əlamətlərə  görə  təsnif  edilirlər. 

Onların  fiziki  mahiyyətlərini,  aralarındakı  qarşılıqlı  əlaqəni  və  baş  vermə  səbəblərini 

aydınlaşdırmaq  üçün  nəqliyyat  vasitəsində  baş  vermiş  imtinaları  asağıdakı  əlamətlərə  görə 

qruplaşdırırlar: 

1.  Texniki  vəziyyətin dəyişmə xarakterinə  görə  - qəfildən və tədricən baş verən imtinalar. 

Hidravlik  və  pnevmatik  sistemlərdə  rezin  şlanqların  deşilməsi  qəfildən,  detalların  yeyilməsi  ilə 

əlaqədar olan imtinalar isə tədricən baş verən imtinalara aiddir. 

2. Buraxdıqları təsirə görə  - təhlükəli və təhlükəsiz imtinalar. Təhlükəli imtinalar hərəkətin 

təhlükəsizliyini təmin edən sistem və mexanizmlərdə (tormoz sistemi, sükan idarəsi), təhlükəsiz 

imtinalar isə hərəkət tərkibinin digər aqreqatlarında (mühərrikdə, ötürmələr qutusunda və s.) baş 

verən imtinalardır. 

3.  Baş vermə səbəblərinə görə - konstruktiv, texnoloji və istismar imtinaları. 

    Layihələndirilmə  zamanı  konstruksiyada  buraxılmış  səhvlər  yaxud  qeyri-  təkmilliklər 

nəticəsində  əmələ  gələn  imtinalara  konstruktiv,  zavod  şəraitində  nəqliyyat  vasitəsi  yığılarkən 

texniki  şərtlərə  riayət  edilməməsi  üzündən  yaranan  imtinalara  texnoloji  və  hərəkət  tərkibi 

nəqliyyat  prosesində  iştirak  edərkən  istismar  qaydalarının  pozulması  təsirindən  meydana  çıxan 

imtinalara istismar imtinaları deyilir. 



Konstruktiv 

imtinalar 

layihələndirmə  üsullarından  düzgün  istifadə  edilməməsi, 

hesablamalarda  səhvlərin  buraxılması,  texnoloji  imtinalar  isə  nəqliyyat  vasitələrinin  yığılması 

zamanı  mexanizmlərdə  eynioxluluq,  qonşuluq  şərtlərinin,  emal  növlərinin  aparılması 

keyfiyyətlərinin pozulması, araboşluqların düzgün nizamlanmaması nəticəsində yaranır. İstismar 

imtinaları isə hərəkət tərkibi normal istismar şəraitinə xarakter olmayan rejimlərdə işlədikdə baş 

verir. 

     İstismar  zamanı imtinaların  hansı yürüşlərdən (işləmə  müddətindən)  sonra baş  verməsini 



əvvəlcədən təyin etmək mümkün olmadığından imtinalar təsadüfi kəmiyyətlər sırasına aid edilir. 

Bu baxımdan imtinalar asılı və asılı olmayan imtinalara da bölünürlər. Başqa bir imtinanın baş 



verməsi  nəticəsində  yaranan  imtinalara  asılı  olan  imtinalar  deyilir.Özünün  baş  verməsi  digər 

elementlərdə imtinalar əmələ gətirmirsə belə imtinalara asılı olmayan imtinalar deyilir. Porşen 

üzüyünün sınması nəticəsində mühərrikin silindr divarının cızılması asılı olan, şinlərin deşilməsi 

asılı  olmayan  imtinalara  misal  ola  bilər.  Texniki  istismarın  qarşısında  duran  əsas  məsələlərdən 

biri  də  nəqliyyat  prosesi  dövründə  (yəni  istismar  zamanı)  hərəkət  tərkibində  və  yaxud  onun 

aqreqatlarında  baş  verəcək  imtinaların  və  nasazlıqların  qarşısını  almaqla  bərabər  onları  aradan 

qaldırmıaqdır.  Belə  profilaktik  və  bərpa  xarakterli  tədbirlər  texniki  qulluq  və  təmir  vasitəsilə 



yerinə yetirilir. 

    Yenidən  tormoz  mexanizminin  texniki  vəziyyətinin  dəyişməsinə  baxaq  (şəkil  1.3.). 

Yürüşlə  düz  mütənasib  olaraq  tormoz  mexanizminin  detalları  (tormoz  barabanı  və  qəliblər) 

yeyildiyi üçün araboşluq 

1

l

yürüşündə  buraxıla  bilən sərhəd  qiymətinə  çatır.  Buna uyğun  olaraq 

tormoz  yolu da artır. Tormoz  mexanizminin 

1

l

yürüşündən  sonra istismarı imtinaların,  yəni  yol-

nəqliyyat qəzalarının (tormoz yolunun normadan kənara çıxması hesabına) baş verməsinə səbəb 

olur.  Bunun  qarşısını  almaq  üçün  tormoz  mexanizmində  profilaktik  xarakterli  texniki  təsirlər 

(yuxanda  qeyd  edildiyi  kimi     

1

l

  yürüşündə  nizamlama  işləri)  yerinə  yetirilir.  Beləliklə, 

mexanizmin  işləmə  qabiliyyəti  hər  dəfə  uyğun  olaraq 

n

i

l

l

l

l

,...


,

2

1



yürüşlərindən  sonra  bərpa 

olunur. Bununla da mexanizmdə baş verəcək imtinaların və nasazlıqların qarşısı alınır. 

   Başqa  bir  misala  baxaq.  Bilirik  ki,  şkvoren-oymaq  birləşməsi  bir  qayda  olaraq  müəyyən 

yürüşdən  sonra  yağlanır.  Bu  proses  müəyyən  fasilə  ilə  təkrar  olunur.  Bu  onunla  izah  edilir  ki, 

şkvoren-oymaq  birləşməsi  açıq  birləşmə  olduğu  üçün  istismar  müddətində  ora  müxtəlif  zərərli 

mexaniki qarışıqlar (toz, palçıq, su) düşür, yağın yağlama qabililyyəti pisləşir, detalların yeyilmə 

dərəcəsi artır. 

Şkvoren  və  onun  oymaqlarının  ömüruzunluğu  yağlama  periodikliyi  kiçik  olduqca  yüksəlir. 

Şəkil  1.4-dən  göründüyü  kimi  yağlama  hər  1000  km.  yürüşdən  sonra  aparıldıqda  şkvorenin 




12 

 

resursu 110 min km., hər dörd min km.-dən bir aparıldıqda isə həmin resurs 74 min km.-ə enir, 



yəni şkvorenin ömür uzunluğu 32% azalır. 

 

 



                                 Şəkil 1.4. TQ-un periodikliyinin (

TQ

L

, min km.) detalın 

                                                 (şkvorenin) resursuna (L

r

, min km.) təsiri. 

 

     Beləliklə, birinci misalda nizamlama işi aparmaqla tormoz mexanizmində imtinaların baş 



verməsinin  qarşısı  alındığı  halda,  ikinci  misalda  yağlama  periodikliyini  dəyişməklə 

şkvoreninresursu  yüksəldi.  Buradan  bir  daha  aydın  olur  ki,  istismar  zamanı  müxtəlif  texniki 

tədbirlər  vasitəsilə  nəqliyyat  vasitəsinin  texniki  vəziyyətini  idarə  etmək  mümkündür,  texniki 

vəziyyətin  parametrlərinin  dəyişmə  gərginliyini  azaltmaq  olar,  imtinaların  və  nasazlıqların 

qarşısı  alına  bilər.  Kompleks  şəkildə  yerinə  yetirilən  və  avtomobilin  texniki  vəziyyətinin  tələb 

olunan səviyyədə saxlanılması məqsədi ilə görülən tədbirlər texniki qulluğu təşkil edir. 



     Istismar  dövründə  baş  verə  biləcək  nasazlıqların  və  imtinaların  qarşısını  almaq, 

detalların yeyilmə şiddətini azaltmaq və beləliklə, hərəkət tərkibinin işləmə qabiliyyətini normal 

səviyyədə saxlamaq üçün görülən kompleks texniki təsirlərin cəminə texniki qulluqdeyilir. 

    Texniki  qulluq  planlı  surətdə,  müəyyən  yürüşdən  sonra  məcburi  olaraq  yerinə  yetirilir. 

Texniki qulluq işlərinin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə baxmayaraq istismar 

zamanı  nəqliyyat  vasitəsinin  texniki  vəziyyəti  onun  işləmə  müddəti  artdıqca  pisləşir, 

konstruksiyasında  imtinalar  və  nasazlıqlar  baş  verir.  Bunlan  aradan  qaldırmaq  üçün  nəqliyyat 

vasitəsində  bərpa  xarakterli  texniki  təsirlər  yerinə  yetirilir.  Hərəkət  tərkibinin  itirilmiş  işləmə 



qabiliyyətini  bərpa  etmək  üçün  görülən  texniki  təsirlərin  cəminə  təmirdeyilir.  Təmir  vasitəsilə 

baş vermiş imtina və nasazlıqlar aradan qaldırılır. Texniki qulluqdan fərqli olaraq təmir tələbata 

(ehtiyac olduqda) görə yerinə yetirilir.  

 

İstehsalat prosesinin əsas anlayişlari 



 

Avtonəqliyyat    müəssisəsində  istehsalat  prosesi  −  avtonəqliyyat  vasitələrinin  texniki 

qulluğu  və  təmiri  üzrə  işlərin  yerinə  yetirilməsində  iştirak  edən  istehsalat  işçilərinin  və 

vasitələrinin texniki təsirlərinin məcmusudur. 

Texnoloji  proses  −  istehsal  prosesinin  bir  hissəsi  olub,  texniki  şərtlərə  müvafiq  qaydada 

yerinə  yetirilən  işlərin  və  ya  əməliyatların  müəyyən  olunmuş  texnoloji  ardıcıllığıdır,  onların 

yüksək keyfiyyətlə və  minimal  xərclərlə  yerinə yetirilməsini təmin  etməlidir.  Texnoloji proses

avtomobil  (aqreqat)  üzərində  zaman  və  fəzada  yerdəyişmə  üzrə  planlı  və  ardıcıllıqla  yerinə 

yetirilən  əməliyyatlar toplusudur. Texnoloji proses istehsalat üçün qanun hesab edilir və ondan 

kənara çıxma halları texnoloji prosesin pozulması hesab edilməlidir.  

Avtomobilin, onun aqreqat və qovşaqlarının  təmiri və ya texniki qulluğu müəyyən texnologiya 

ilə  aparılır.  Avtomobilin  TQ  və  CT    texnologiyası  –  onun  işləmə  qabiliyyətinin  təmin  edilməsi 

məqsədilə texniki vəziyyətinin dəyişdirilməsi metodlarının, üsullarının toplusudur.  



Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə