Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə3/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   2   3   4   5   6   7   8   9   ...   43

 

aparılma keyfiyyəti ilə əlaqədar olan xərclər təşkil edir. Göründüyü kimi avtomobilin ancaq TQ 



və  CT-i  ilə  əlaqədar  olan  xərcləri  40-65%-ə  çatır.  Əgər  texniki  istismarın  digər  tədbirlərinin 

(gələcək bölmələrində nəzərdən keçirilir) həyata keçirilməsi üçün tələb olunan xərcləri də nəzərə 

alsaq bütün xərclərin təxminən 75-85%-i texniki istismarın payına düşür. 

İstismar xərclərinin konstruktiv-texnoloji xərclərdən dəfələrlə yüksək olması onun mürəkkəb 

xarakterli  problemlərə  malik  olması  ilə  izah  edilir.  Nəqliyyat  vasitələrinin  sürətli  inkişafı  həll 

edilməsi  tələb  olunan  bir  sıra  ciddi  problemlərin  yaranmasına  səbəb  olur.  Bunlardan,  texniki 

istismarla əlaqədar olan bir neçəsinə baxaq. 

1.  İstismar  prosesində  nəqliyyat  vasitəsinin  mürəkkəb biı  sistem kimi  etibarlı və təhlükəsiz 

işinin  təmin  edilməsi üçün  böyük  miqdarda  material və əmək  xərclərinin tələb  etməsi [istismar 

prosesində  iştirak  edən  bir  nəqliyyat  növünü  texniki  cəhətdən  saz  vəziyyətdə  saxlamaq  üçün 

tələb  edilən  orta  illik  xərclər,  bir  ildə  ehtiyat  hissələri  və  aqreqatlara  sərf  olunan  xərclər,  bir 

nəqliyyat  vasitəsinin  istehsalına  və  istismar  dövründəki  əmək  tutumu  (əsasən  TQ  və  CT) 

normalan (adam-saat və ya norma-saatla) arasındakı münasibət]. 

2.      Nəqliyyatın,  xüsusilə  avtomobil  nəqliyyatının  ətraf  mühitə  mənfi  təsirləri  (atmosfer 

havasının  işlənmiş  qazların  tərkibində  xaricə  buraxılan  zərərli  birləşmələrin  hesabına 

zəhərlənməsi, hərəkət tərkibinin işinin səslə əlaqədar və yol-nəqliyyat hadisələrinin - qəzalarının 

törənməsində iştirakı). 

3.    Hərəkət  sürətinin  və  gərginliyinin,  yük  götürmə  qabiliyyətinin  və  tutumunun,  xalq 

təsərrüfatının müxtəlif sahələrində (sənayedə, kənd təsərrüfatında və s.) işlətmək üçün nəqliyyat 

növlərinə  (tipinə,  modifikasiyasına)  olan  tələbatın  artması  ilə  əlaqədar  olaraq  nəqliyyat 

vasitələrinin  konstruksiyalarının  təkmilləşdirilmə  zəruriyyəti  (daşman  yüklərin  siniflərinə 

müvafiq olaraq ixtisaslaşdırlmış hərəkət tərkiblərinin layihələndirilməsi). 

4.    Nəqliyyatın  məhsuldarlığına,  yanacaq  qənaətliliyinə,  rahatlığına,  istismar  xərclərinə, 

ümumiyyətlə  onun  texniki-istismar  göstəricilərinə  (keyfiyyətlərinə)  müsbət  təsir  edən  yeni 

qurğuların,  aqreqatların  və  sistemlərin  yaranması  hesabına  konstruksiyanın  mürəkkəbləşməsi. 

Bunlara  misal  olaraq avtomatik  və yarım avtomatik  sürətlər  qutusunu, yük avtomobillərində  və 

avtobuslarda  pnevmatik  asqıları  və  avtomatik  yağlama  sistemlərini,  işlənmiş  qazların  tərkibini 

neytrallaşdıran  qurğuları,  ventilyasiya  sistemlərini  və  s.  elementləri  göstərmək  olar. 

Konstruksiyanın mürəkkəbləşməsi nəqliyyat vasitələrinin istismar keyfiyyətlərini yaxşılaşdırdığı 

halda onun TQ və CT xərclərini yüksəldir. 

5.    Nəqliyyat  prosesində  iştirak  edən  nəqliyyat  parkının  köhnəlmə  dərəcəsinin  müəssisənin 

yeni  hərəkət  tərkibi  ilə  təchiz  edilmə  səviyyəsinə  görə  sürətlə  getməsi.  Göstərilən  və  digər 

problemlərin həll edilməsi üçün texniki istismar prosesində müxtəlif texniki, iqtisadi və təşkilati 

tədbirlər həyata keçirilir. Nəticədə  son illər texniki qulluğun və təmirin  əmək tutumları 15-25% 

azalmış, nəqliyyat vasitələrinin, xüsusən avtomobillərin əsaslı təmir resursları yüksəlmişdir. 

Ümumiyyətlə,  texniki  istismarın  qarşısında  duran  problemlərin  həll  edilməsi  üçün 

«Nəqliyyat vasitələrinin texniki istismarın»da aşağıdakı bölmələr öyrənilir. 

I. Texniki istismarın nəzəri əsasları. Burada nəzərdən keçirilir: 

1.

 

Hərəkət tərkibinin texniki vəziyyəti və istismar prosesində onun dəyişrnəsi. 



2.

 

Nəqliyyat vasitələrinin etibarlılığı. 



3.

 

Nəqliyyatın texniki vəziyyətinin təyin olunma üsulları (o cümbdon diaqnostika). 



II.  Nəqliyyat vasitələrinin texniki vəziyyətinin saxlanılma üsulları. 

1.

 



Texniki qulluq və təmir sistemi. 

2.

 



Nəqliyyat  vasitələrinin  istismar  və  texniki  materialları  ilə  təchiz  edilmə 

xüsusiyyətləri. 

3.

 

İstehsalat sahələrində işlədilən texnoloji avadanlıqlar.  



III.  Nəqliyyatın ekologiyası. 

Texniki istismarın ən vacib problemlərindən biri istismar prosesində nəqliyyat vasitələrinin 



etibarlı işləmə qabiliyyətini yüksəltməkdir. Əgər, sənaye bunu daha yüksək göstəricilərə 

(istismar keyfıyyətlərinə) malik yeni nıarkalı hərəkət tərkibi istehsal etməklə yerinə yetirirsə, 

nəqliyyat vasitələri istismarda olarkən bu məsələ, texniki istismarın üsullarını 



 

təkmilləşdirməklə təmin edilir. Bu isə nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə 



saxlamaq üçün texniki- istehsalat bazasının normal fəaliyyəti ilə əlaqədardır. 

      Nəqliyyat vasitələrinin işləmə qabiliyyətinin saxlanılması yollarından biri istismar 

dövründə xidmətin (servisin) lazımı vəziyyətdə təşkil edilməsidir. Bu, texniki qulluq və 

təmir sisteminin əsaslarını həyata keçirməklə təmin edilir. 

     Nəqliyyat vasitələrinin texniki vəziyyətlərinin təyin olunmasında xarici təzahürlərə 

(əlamətlərə) əsaslanan diaqnostika xüsusi əhəmiyyət kəsd edir. Belə ki, hərəkət tərkibi 

sökülmədən yüksək ehtimalla və inamla müayinə edilir. 

    Nəqliyyat vasitələrinin istismar xərclərinin aşağı salınması baxımından texniki təchizat 

məsələləri də texniki istismarda nəzərdən keçirilir. İstismar (yanacaqlar, yağlar, texniki mayebr) 

vətexniki (ehtiyat hissələri, aqreqatlar, mexanizmlər) materiallarının düzgün normalaşdırılması, 

onlardan qənaətlə istifadə edilməsi yanacaq-enerji və texniki resurslara müsbət təsir göstərir. 

Nəqliyyat  vasitələrinin  texniki  vəziyyətinin  idarə  edilməsi  texniki  istismarın  aşağıda 

qeyd olunanən ən vacib problemlərinin həlli ilə bağlıdır: 

1.İstismar  prosesində  nəqliyyat  vasitələrinin  etibarlı  işləmə  qabiliyyətini 

yüksəltməkdir. Əgər, sənaye bunu daha yüksək göstəricilərə (istismar keyfiyyətlərinə) malik 

yeni  markalı  hərəkət  tərkibi  istehsal  etməklə  yerinə  yetirirsə,  nəqliyyat vasitələri  istismarda 

olarkən  bu  məsələ,  texniki  istismarın  üsullarını  təkmilləşdirməklə  təmin  edilir.  Bu  isə 

nəqliyyat  vasitələrini  texniki  cəhətdən  saz  vəziyyətdə  saxlamaq  üçün  istehsalat-texniki 

bazasının normal fəaliyyəti ilə əlaqədardır. 

2.  Nəqliyyat  vasitələrinin  işləmə  qabiliyyətlərinin  saxlanılması  yollarından  biri 

istismar dövründə xidmətin (servisin) lazımı vəziyyətdə təşkil edilməsidir. Bu, texniki qulluq 



və təmir sistemininəsaslarını həyata keçirməklə təmin edilir. 

3.  Nəqliyyat  vasitələrinin  texniki  vəziyyətlərinin  fərdi  qaydada  təyin  olunmasında 

xarici  təzahürlərə  (əlamətlərə)  əsaslanan  texniki  diaqnostika  xüsusi  əhəmiyyət  kəsb  edir. 

Belə ki, hərəkət tərkibi sökülmədən yüksək ehtimalla və inamla müayinə edilir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə