Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

17 

 

 



Şəkil . Keyfıyyət göstəricisinin (P) avtomobilin işləmə müddətindən 

və ya yürüşündən (t, l) asılı olaraq dəyişmə qanunauyğunluğu 

 

I - keyfiyyət göstəricisinin başlanğıc qiymətinin (A nöqtəsi) dəyişmə dinamikası; 



II - istehsal zamanı yerinə yetirilən tədbirlərin hesabına yüksəldilmiş keyfiyyət göstəricisinin 

(B nöqtəsi) dəyişmə dinamikası;  

III-  istehsal  və  istismar  zamanı  görülən  tədbirlərin  hesabına  yüksəldilmiş  keyfiyyət 

göstəricisinin dəyişmə dinamikası.  

     Qrafikdən  göründüyü  kimi  birinci  halda  (I  əyrisi)  avtomobil  başlanğıc  keyfiyyət 

göstəricisinə  malikdir  (A  nöqtəsi).  Bu  göstərici  istismar  müddəti  artdıqca  azalır.  Avtomobilin 

yürüşü çox olduqca keyfiyyət göstəricisinin orta qiyməti də bir o qədər aşağı düşür (

1

I

-də 1, 

2

I



-

də  2).  Deməli,  keyfiyyət  göstəricisinin  reallaşdırılan  qiyməti  onun  başlanğıc  qiymətindən  asılı 

olaraq  təyin  edilir.  Buna  görə  göstəricinin  başlanğıc  qiymətinin  yüksək  olması  xüsusi 

əhəmiyyətə  malikdir.  Məsələnin  bu  tərəfini  istehsalçılar  avtomobilin  konstruksiyasında 

təkmilləşdirmə tədbirlərini həyata keçirməklə həll edirlər. Beləiklə, keyfiyyət göstəricisinin həm 

başlanğıc (B nöqtəsi, II əyrisi) həm də orta qiyməti yüksəlir. 

      Lakin avtomobilin keyfiyyət  göstəricisinə ancaq istehsalçılar  deyil, istismarçılar  da təsir 

göstərə  bilirlər.  Burada  keyfiyyətin  yüksəldilməsi  üçün  təsir  kanallarının  miqdarı  daha  çoxdur: 

yüksək  keyfiyyətli  istismar  materiallarından,  ixtisaslı  fəhlə  qüvvəsindən,  avtomobillərin 

müəssisə ərazisində səmərəli saxlama üsulundan istifadə etmək, hərəkət tərkibinin idarə edilmə, 

TQ və CT üsullarını təkmilləşdirmək, texniki təsirlərin yerinə yetirilmə keyfiyyətini yüksəltmək 

və  s.  yollarla  keyfiyyət  göstəricilərini  yaxşılaşdırmaq  mümkündür  (III  əyrisi).  Keyfiyyət 

göstəricilərini  həmçinin  istehsalat  bazasını  qabaqcıl  texnika  və  müasir  texnologiya  əsasında 

qurmaqla, müəssisənin texniki təchizat məsələlərini yaxşılaşdırmaqla da yüksəltmək olur. 

    İstismar  amillərinin  avtomobilin  keyfiyyət  göstəricilərinə  təsirini  aydmlaşdırmaq  üçün 

konkret olaraq iki qrup sürücü üzərində aparılan müşahidələri nəzərdən keçirək. 

     I qrup - yüksək ixtisaslı sürücülər; 

    II qrup - orta ixtisaslı sürücülər. 

    Hər iki qrupun sürücüləri eyni markalı avtomobilləri idarə edir, eyni istismar şəraitində və 

eyni  yüklərin  daşınması  ilə  məşğul  olurlar.  Nəticədə  avtomobilin  aqreqatlarının  yürüşü  üçün 

alınan göstəricilər isə müxtəlifdir:  

        I qrup normaya görə.................131% 

        II qrup normaya görə.................76% 

        I qrup II qrupa görə..................173% 

        I  qrupda  yüksək  göstəricilərin  alınması  onunla  izah  edüir  ki,  buradakı  sürücülər 

avtomobilin  idarə  edilmə üsullarını  yaxşı bilir və istismar  şəraitindən asılı  olaraq bu üsullardan 

ustalıqla  edirlər.  Deməli,  istismar  keyfiyyətlərinin  yaxşılaşdırılmasında  istismarçıların  rolu  çox 

böyükdür.  Belə  məsələlərin  səmərəli  şəkildə  həll  edilməsini  ―Nəqliyyat  vasitələrinin  texniki 

istismarı‖ öyrədir.                                                          



18 

 

 



 

Şəkil  2. Keyfiyyətin struktur sxemi 

 

Bir  sıra  göstəricilər  üçün  ,  məsələn,  məhsuldarlıq,  işləmə  qabiliyyəti,  imtinaya  qədər  yürüş 



üçün  istismar  müddətindən  və  ya  nəqliyyat  vasitəsinin  yürüşündən  eksponensial  asılılıq 

xarakterikdir: 



)



1

(

exp



)

(

1





t

k

P

t

P

К

K

 ,                       (1) , 

burada 

)

(t



P

K

1



К

P

-  t-ci  və  birinci  istismar  ilində  keyfiyyət  göstəricisi;  k-  keyfiyyət 

göstəricisinin  zamandan  (yürüşdən)  asılı  olaraq  dəyişmə  intensivliyini  müəyyən  edən  əmsal;  t- 

istismat müddəti, illər. 

       Nəqliyyat  vasitəsinin  keyfiyyət  göstəricisinin  zamandan  asılı  olaraq  dəyişməsi  daha 

intensiv  olduqca,  onun  istismar  xüsusiyyətləri  daha  tez  pisləşir.Buna  görə  də  bu  göstəricilərin  

qiymətləndirilməsi  istismar  müddəti  nəzərə  alınmaqla  aparılmalıdır.  Reallaşdırılan  keyfiyyət 

göstəricisi – verilmiş və ya faktiki xidmət müddətində və ya nəqliyyat vasitəsinin yürüşü ərzində  

keyfiyyət  göstəricisinin  orta  qiymətidir.  Reallaşdırılan  keyfiyyət  göstəricisi  (1)  düsturu  ilə 

yazılan şərtlər daxilində aşağıdakı ifadə ilə təyin olunur: 

 






t

i

К

K

k t

t

k

P

t

P

1

1



exp

exp


)

(



Reallaşdırılan  keyfiyyət  göstəricisikeyfiyyət  göstəricisinin  başlanğıc  qiymətindən,onun 

dəyişmə intensivliyindən , istismar müddətindən asılıdır, yəni bu göstərici müxtəlif səviyyələrdə 

(xalq  təsərrüfatı,  sahələr  arası,  sahələr)  idarə  olunandır.Keyfiyyət  göstəricisinin  başlanğıc 

qiyməti  istismar  sferasının  tələbləri  əsasında  istehsal  sferasında  təyin  edilir.  Məmulatın  xidmət 

müddəti  yalnız  onun  konstruksiyasından  və    istismar  şəraitindən  deyil,  həm  də  bu  nəqliyyat 

vasitələrinin  istehsal  həcmi  və  onlara  olan  tələbat  arasındakı  balansdan,  həmçinin  istismar 

cferasında əsas fondların yeniləşdirilməsi siyasətinin düzgün reallaşdırılmasından asılıdır.  

 

Şəkil 2.   Keyfiyyət göstəricisininreallaşdırılanqiymətinin idarə edilməsi metodları 



I  metod.(şəkil  2,a).  Hərəkət  tərkibinin  konstruksiyasının  və  onun  zavod  şəraitində 

hazırlanma texnologiyasının keyfiyyəti onun imtinasizlığı, ömür uzunluğu və təmirə yararlığı ilə 

təyin  edilir.  Bu  xüsusiyyətlər  konstruksiyanın  layihələndirilməsi  prosesində  nəzərdə  tutulur, 

istehsalı  dövründə  yerinə  yetirilir  (ödənilir)  və  istismar  mərhələsində  isə  reallaşdırılır,  yəni, 



Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə