Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə17/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

34 

 

optimal temperatur rejimi gözlənilməlidir ki, korrozion-mexaniki yeyilmələr azalsın. Kükürdün, 



qatranların,  mineral  və  üzvü  turşuların  yanacaqların  tərkibində  olmaları  yağın  köhnəlmə 

prosesini  sürətləndirir,  qurum  və  çöküntülər  əmələ  gətirir,  bir  cinsli  işçi  qarışığının  alınmasına 

müqavimət göstərir və ümumiyyətlə, mühərrikin normal işləməsini pozur. 

    Dizel  yanacaqlarında  suyun  və  mexaniki  qarışıqların  olması  mənfi  temperaturlarda  buz 

kristallarının  yaranmasına  (bununla  bir  sıra  elementlərin  maye  buraxma  qabiliyyəti  azalır), 

süzgəclərin tutulmasına səbəb olur, detalların yeyilmə səviyyəsini yüksəldir və s. bu kimi mənfi 

təsirlərə gətirib çıxarır. 

Mühərrik  yağları.  Yağların  mühərrikin  texniki  vəziyyətinin  dəyişməsinə  təsir  edən  əsas 

göstəriciləri  bunlardır:  özlülük,  yeyilməyə  qarşı  davamlılığı,  korroziya  xüsusiyyətləri,  kimyəvi 

sabitliyi, mexaniki qarışıqların və suyun olmaması. 

    Yağların  özlülüyü  əsasən  onların  kimyəvi  tərkibindən  asılıdır.  Yağların  özlülüyünü 

yaxşılaşdırmaq  üçün  xüsusi  aşqarlardan  istifadə  edilir.  Özlülük  temperaturdan  asılı  olaraq 

dəyişir.  Buna  görə  çox  vaxt  özlülüyün  temperaturdan  asılı  olaraq  dəyişmə  qanunauyğunluğunu 

müəyyən etmək üçün özlülük-temperatur xarakteristikaları tərtib edilir.  

    Kiçik özlülüyə malik yağların bir sıra üstün cəhətləri var: yaxşı istilik ötürmə qabiliyyətinə 

malikdir, araboşluğu kiçik olan birləşmələrə sərbəst daxil ola bilir, mühərrikin işə salma anındakı 

yeyilmələrini  azaldır,  sürtünməyə  sərf  olunan  gücü  aşağı  salır.  Bunlarla  yanaşı  bu  yağlar 

üzüklərin  arasından  yanma  kamerasına  keçərək  itkilərə  səbəb  olur,  yağlama  sisteminin 

magistralında təzyiqi aşağı salır və s. 

    Yüksək  özlülüyə  malik  yağlar  silindrlərdə  porşen  üzüklərinin  kipliyini  artırır,  yanma 

kamerasından  karterə  keçən  qazların  qarşısını  alır,  yağın  sərfini  azaldır  (bununla  qurumun 

miqdarı aşağı düşür), kipləşmə yerlərindən sızmırlar. 

   Bu xüsusiyyətləri nəzər alaraq yağların özlülüyü elə normalaşır ki, hissələr arasında həmişə 

mayeli  sürtünmə  təmin  edilmiş  olsun.  Mühərrik  yağları  üçün  standartda  kinematik  özlülük 

(100°C-də  sSt  ilə)  və  özlülüyün  indeksi  normalaşdırılır.  Bundan  başqa  yağlar  üçün  dinamik  və 

şərti özlülüklər də təyin edilir. 

    Mühərrik  yağlarının  yeyilməyə  qarşı  davamlılığı  yağlanılan  səthlərin  üzərində  nazik  yağ 

qatının  əmələ  gəlməsi  ilə  xarakterizə  edilir.  Yaranan  yağ  qatının  qalınlığı  elə  olmalıdır  ki, 

sürtünmədə iştirak edən  detalların  səthləri arasında xarici  sürtünmə  getməsin.  Bu sürtünmə yağ 

layları arasındakı daxili sürtünmə ilə (ona bəzən hidrodinamik sürtünmə də deyilir) əvəz edilsin. 

Yağların  yeyilməyə  qarşı  davamlılığını  yüksəltmək  üçün  onlara  yağlama  xüsusiyyətlərini 

yaxşılaşdıran aşqarlar qarışdırılır. 

   Yağların  korroziya  xüsusiyyətləri  onların  içərisində  suda  həll  olunan  və  üzvü  turşuların, 

həmçinin  qələvilərin  miqdarı  ilə  qiymətləndirilir.  Detalların  üzərində  korroziyanın  yaranma 

səbəblərindən biri də yağın tərkibində suyun olmasıdır. Mühərrik detalları içərisində korroziyaya 

ən  çox  məruz  qalan  qurğuşunlu  tuncdan  hazırlanmış  (dizel  mühərriklərində)  yastıqlardır. 

Korroziyanın qarşısını  müəyyən  qədər almaq üçün  yağlara  çox  funksiyalı  aşqarlar daxil  edirlər. 

Oksidləşdirici  amillərin  təsirindən  yağların  öz  fıziki-kimyəvi  xüsusiyyətlərinin  uzun  müddət 

saxlaya  bilmə  qabiliyyətinə  onların  kimyəvi  sabitliyi  deyilir.  Mühərrik  uzun  müddət  işlədikdə 

onun  detallarının  üzərində  qurum,  lak  birlşmələri,  karterdə  isə  çöküntülər  yığılır.  Bu  zərərli 

birləşmələr yağın oksidləşməsi (karterdəki havanın oksigeni təsirindən) nəticəsində yaranır. 

Aparılan tədqiqatlar  göstərir ki,  porşenin  dib hissəsində  əmələ  gələn qurumun qalınlığı  sərf 

olunan  yağın  miqdarından  asılı  deyil,  ancaq  mühərrikin  istilik  rejimindən  asılıdır.  Mühərrikin 

temperaturu  artdıqca  qurumun  qalınlığı  azalır.  Yağın  keyfiyyəti  və  sərfi  qurumun  yaranma 

sürətinə  təsir  edir  (mühərrikin  ilk  işləmə  müddətində).  Qurumun  qalınlığı  müəyyən  qiymətə 

çatdıqdan  sonra  sabit  qalır.  Qurumun  yaranma  sürətinə  həmçinin  yanacağın  keyfiyyəti  və  işçi 

qarışığının tərkibi də böyük təsir göstərir. 

     Lak birləşmələri əsasən porşen və onun üzüklərindəki nazik yağ təbəqəsinin oksidləşməsi 

nəticəsində yaranır. Bu səbəbdən üzüklər porşen kanallarında (qanovlarında) pərçimlənir, işləmə 

qabiliyyətini  itirir,  mühərrikdə  kompressiya  aşağı  düşür,  yanacaq  sərfi  artır,  işlənmiş  qazlar 

karterə keçir, yağm köhnəlmə prosesi sürətlənir və s. 




35 

 

    Mühərrikin  normal  işləməsinə  aşağı  temperaturlarda  əmələ  gələn  çöküntülər  də  təsir 



edirlər.  Çöküntülərin  təsirindən  süzgəclər  tutulur,  yağ  qəbuledicinin  toru  işləmə  qabiliyyətini 

itirir. Bu zərərli proseslərin təsirindən hissələrə və xüsusən yastıqlara yağ vurulmadığından onlar 

sürətlə yeyilərək sıradan çıxır. 

   Mühərrik  yağlarında  mexaniki  qarışıqların  olması  hissələr  arasında  mayeli  sürtünməni 

pozduğu  üçün  (abraziv  yeyilmənin  hesabına)  detalların  yeyilmə  şiddəti  artır,  suyun  olması  isə 

korroziyanın və aşağı temperaturlarda buz kristallarının əmələ gəlməsinə səbəb olur. 



    Transmissiya  yağları.  Avtomobilin  güc  ötürücü  aqreqatları  yüksək  yük  və  sürət 

rejimlərində işləyirlər.  Aqreqatların  detalları üçün  əsasən  sərhəd  sürtünməsi xarakterikdir. Dişli 

çarxları  və  yastıqları  müxtəlif  zədələrdən  və  yeyilmələrdən  qorumaq  üçün  transmissiya  yağları 

sürtünən səthlərdə yüksək xüsusi təzyiqlərdə minimum yağ təbəqəsi əmələ gətirmə qabiliyyətinə 

malik  olmalıdırlar.  Transmissiya  yağlarının  aşağı  temperaturlarda  işləmə  qabiliyyətinin 

saxlanılması  üçün  onların  özlülük-temperatur  xüsusiyyətləri  yüksək  olmalıdır,  xüsusən  donma 

temperaturları aşağı olmalıdır. 

    Transmissiya  yağları  mühərrik  yağlarından  fərqli  olaraq  yüksək  xüsusi  təzyiqlərdə 

işləyirlər.  Bu  baxımdan  onların  bütün  istismar  göstəriciləri  (Dövlət  standartında  verilən) 

qənaətbəxş olmalıdır. 

   Transmissiya  yağları  üçün  ən  təhlükəli  hallardan  biri  onların  içərisində  mexaniki 

qarışıqların  olmasıdır.  Bu  qarışıqların  hissəcikləri  dişli  çarxların  dişləri  və  yastıqların  səthləri 

arasına düşərək müxtəlif xarakterli yeyilmələr əmələ gətirir. 

   Standarta görə transmissiya yağlarının içərisində mineral turşu və qələvilərin olmasına yol 

verilmir. 

    Plastik yağlar. Avtomobilin bir çox açıq birləşmələri üçün yağlama materialı kimi plastik 

yağlardan  (bu  yağlara  bəzən  konsistent  yağlar  da  deyilir)  istifadə  edilir.  Bu  yağların  istifadə 

edilməsi vaxt itkisi ilə  əlaqədar olduğundan  yeni avtomobillər layihə  etdikdə açıq birləşmələrin 

sayı  mümkün  qədər  azaldılır.  Bu  məqsədlə  rezin  materiallardan  və  plastik  kütlələrdən,  yüksək 

keyfiyyətli yağlardan və avtomatik təsir edən yağlama qurğularından geniş istifadə edilir. 

    Plastik yağlar sürtünmə qovşaqlarına kiçik təzyiq altında vurulmalı, sürtünən səthləri kənar 

zərərli  birləşmələrdən  qorumalı,  korroziya  əmələ  gətirməməli  və  s.  bu  kimi  tələbləri  təmin 

etməlidirlər. 

    Plastik  yağların  işləmə  qabiliyyətini  qiymətləndirən  əsas  istismar  göstəricisi  effektiv 

özlülükdür.  Effektiv  özlülük  yağın  reoloji  xüsusiyyətlərini,  yəni,  müxtəlif  mexaniki  yüklərin 

təsirindən  öz  formasını  dəyişmə  qabiliyyətini  xarakterizə  edir.  O,  yağ  qatlarının  sürüşmə 

gərginliyindən  və  sürətindən  asılıdır.  Plastik  yağın  açıq  birləşmələrə  daxil  olması  effektiv 

özlülükdən asılıdır. Bu özlülük artdıqca yağın nöqtələrə vurulması çətinləşir. 

    Plastik yağların həqiqi yağlama qabiliyyəti  damcı düşmə temperaturu ilə qiymətləndirilir. 

Bu  göstərici  yağın  hansı  temperatura  qədər  öz  işləmə  qabiliyyətinin  saxlanılmasını  müəyyən 

edir.  Əgər  plastik  yağın  damcı  düşmə  temperaturu  yastığın  (qovşağın)  normal  işləmə 

temperaturundan aşağıdırsa, onda yağ birləşmədən axır, detallar sürətlə yeyilib sıradan çıxır. Bu 

halın  qarşısını  almaq  üçün  damcı  düşmə  temperaturu  sürtünmədə  iştirak  edən  detalların 

temperaturundan  

10-15 °C böyük qəbul edilir. 

    Açıq  birləşmələrin  ömür  uzunluğu  və  etibarlı  yağlanması  plastik  yağların  kimyəvi 

sabitliyindən də çox asılıdır, yəni, bu yağlar oksidləşməyə qarşı davamlı olmalıdırlar. Korrozion-

mexaniki  yeyilmənin  qarşısını  almaq  üçün  plastik  yağların  tərkibində  qələvi  və  su,  abraziv 

yeyilmənin baş verməməsi üçün isə mexaniki qarışıqlar olmamalıdır. 

    Plastik  yağlar  bir  sıra  mənfi  xüsusiyyətlərə  malik  olduqları  üçün  (aşağı  temperaturlarda 

yağlama  qabiliyyətini  itirir,  qovşaqlara  yüksək  təzyiq  altında  vurulur,  istehsalının  maya  dəyəri 

yüksəkdir və s.) son zamanlar bu yağlar avtomobillərin konstruksiyalarında az işlədilir. Arıtq bir 

sıra hallarda plastik yağların əvəzinə transmissiya yağları istifadə edilir.  



Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə