Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə15/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

30 

 

Mühazirə 12. 

 

Nəqliyyat vasitələrinin texniki 

vəziyyətinin dəyişməsinə təsir edən amillər 

 

     İstənilən  nəqliyyat  vasitəsinin  aqreqat  və  mexanizmlərinin  işləmə  müddəti  müxtəlifdir. 



Çünki  istismar  dövründə  (nəqliyyat  prosesində  və  müəssisə  ərazisində  saxlanıldıqda)  onun 

texniki vəziyyətinə müxtəlif amillər təsir edir. Bu amilləri aşağıdakı kimi qruplaşdırmaq olar: 

1.    Konstruksiyanın  və  hazırlanma  texnologiyasının  keyfiyyətinin  NVTV-nə  təsiri 

(konstruktiv-texnoloji amillər). 

2.   Istismar materiallarının keyfıyyətinin NVTV-nə təsiri. 

3.   İstismar şəraitinin NVTV-nə təsiri. 

4.   Texniki qulluq və təmirin aparılma keyfiyyətinin NVTV-nə təsiri. 

Konstruksiyanın və hazırlanma texnologiyasının keyjfiyyəti 

   Hərəkət tərkibinin konstruksiyasının və onun zavod şəraitində hazırlanma texnologiyasının 

keyfiyyəti onun imtinasizlığı, ömür uzunluğu və təmirə yararlığı ilə təyin edilir. Bu xüsusiyyətlər 

konstruksiyanın layihələndirilməsi prosesində nəzərdə tutulur,  istehsalı dövründə yerinə yetirilir 

(ödənilir)  və  istismar  mərhələsində  isə  reallaşdırılır,  yəni,  texniki  istismarın  tələb  etdiyi 

səviyyədə saxlanmaqla istifadə edilir. 

      Konstruktiv-texnoloji amillər əsasən aşağıdakıları özündə birləşdirir: 

1.  Nəqliyyat  vasitələrinin,  onun  aqreqat  və  mexanizmlərinin  konstruksiyalarının  təkmilləş-

dirilməsi. 

2. Elementlərin, yəni detalların hazırlanması üçün istifadə edilən materialların keyfiyəti. 

3.  Detalların  hazırlanma  texnologiyasının,  qovşaqların,  mexanizmlərin,  aqreqatların 

yığılmasının və nizamlanmasının keyfıyyəti. 



Konstruksiyanın təkmilləşdirilməsi dedikdə onun texniki imkanlarını qiymətləndirən istismar 

keyfiyyətlərinin  yaxşılaşdırılması  başa  düşülür.  Buna  həmçinin  birləşmələrdəki  araboşluqların 

başlanğıc  qiymətlərinin,  oturtmaların,  müsaidələrin  və  bir  çox  texniki  şərtlərin  (qovuşma, 

eynioxluluq) düzgün seçilmələri də daxildir. Hərəkət tərkibinin konstruksiyası texniki qulluq və 

təmir baxımından sərfəli olmalıdır, yəni profilaktik və təmir xarakterli texniki təsirlər minimum 

əmək və material xərcləri ilə yerinə yetirilməlidir. Digər tərəfdən detalların yeyilməsini azaltmaq 

üçün  konstruksiyada  yağlama  düzgün  seçilməli,  iş  rejimindən  asılı  olaraq  yüksək  keyfiyyətli 

yağlar  tətbiq  etməli,  eyni  etibarlılıq  və  ömür  uzunluğuna  malik  detallardan  istifadə  edilməli, 

bərkitmə elementlərinin növləri (çeşidləri) minimuma endirilməli, konstruksiya avtomatlaşdırma 

və mexanikləşdirmə vasitələrinə müvafiq olmalıdır. 

    Detalların  hazırlanması  üçün  işlədilən  materialların  keyfiyyəti  dedikdə  əsasən  istifadə 

edilən  materialın  növü  (polad,  çuqun,  alüminium  və  s.)  başa  düşülməlidir.  Bundan  başqa 

materialın  kimyəvi  və  mexaniki  xüsusiyyətləri  (termiki  və  mexaniki  emalı)  də  mühüm  rol 

oynayır.  Adətən  detalların  hazırlanmasında  ən  çox  yeyilməyə  məruz  qalan  detallar  üçün 

karbonlu  poladlar  işlədilir.  Həm  yeyilməyə  və  həm  də  yüksək  zərbəli  yüklər  altında  işləyən 

hissələr  az  karbonlu  legirləyici  poladlardan  hazırlanır.  Çünki  bu  halda  detallar  müəyyən 

deformasiyaya uğrayırlar. 

Detalların  yeyilməyə qarşı  davamlılığını yüksəltmək üçün termiki və mexaniki emalın təsiri 

çox  böyükdür.  Belə  ki,  termiki  emalın  düzgün  aparılmaması  detallarda  daxili  gərginliklər 

yaradır, təmizlik və dəqiqlik siniflərinin düzgün seçilməməsi isə onların ömür uzunluğunu aşağı 

salır. 

 



31 

 

Mühazirə 13. 

 

İstismar materiallarının keyfiyyətinin təsiri 

 

      İstismar  materillarının  keyfiyyəti  dedikdə  onların  fiziki-kimyəvi  parametrlərinin  dövlət 



standartında  verilmiş  göstəricilərinə  müvafiq  gəlmə  dərəcəsi  başa  düşülür.  Digər  tərəfdən 

istismar  materiallarının  göstəriciləri  işlədiləcəyi aqreqatların konstruktiv xüsusiyyətlərinə,  iqlim 

şəraitinə və avtomobilin iş rejiminə uyğun olmalıdır. 

    Avtomobilin istismar materiallarına yanacaqlar (əsasən benzin və dizel), yağlar (mühərrik, 

transmissiya və plastik), texniki mayelər (işəsalıcı, soyuducu, tormoz və s.) daxildir. 

Benzin  mühərriklərinin  yanacaqları.  Bu  mühərriklərdə  yanacaq  kimi  benzinlər 

işlədilir.Benzinlərin  avtomobil  detallarının  yeyilməsinə  təsir  edən  və  istismar  xüsusiyyətlərini 

qiymətləndirən  əsas  fıziki-kimyəvi  göstəriciləri  bunlardır:  fraksiya  tərkibi,  detonasiyaya  qarşı 

davamlılığı, benzinin tərkibində kükürdün, kükürdlü birləşmələrin, mineral (suda həll olunan) və 

üzvü turşuların, həmçinin qələvilərin miqdarı. 

Benzinlərin istismar keyfiyyətlərini xarakterizə edən əsas fiziki-kimyəvi  xassələri  aşağıdakı 

kimi qruplaşdırmaq olar: 

     а)  mühərrikin  imtinasız  işinə  təsir  edən  —  fraksiya  tərkibi  ,  doymuş  buxarların  təzyiqi, 

mexaniki qarışıqların və suyun olması; 

    b) mühərrikin gücünə və benzin sərfinə təsir edən — detonasiyaya davamlılıq, benzinin 

sıxlığı; 

c)  mühərrikin  yeyilməsinə,  texniki  qulluq  və  təmir  xərclərinə  təsir  edən,—  stabillik, 

çöküntü əmələ gətirməyə meyllilik, korroziya aqressivliyi. 



Fraksiya tərkibi yanacağın miqdarı ilə (%-lə) onun  qovulma temperaturu arasındakı asılılığı 

göstərir (yanacağın müəyyən temperaturda qaynayıb ayrılan hissəsinə fraksiya deyilir). Fraksiya 

tərkibi  yanacağın  buxarlanma  qabiliyyətini  xarakterizə  edir.  Buradan  aydınlaşır  ki,  işçi 

qarışığının  lazımi  tərkibdə  və  keyfiyyətdə  hazırlanması  fraksiya  tərkibindən  asılıdır.  Fraksiya 

tərkibinin  xarakterizə  etmək  üçün  standartda  benzinin  10,  50,  90%-nin  və  son  qovulma 

temperaturları  göstərilmişdir.  Bir  sıra  hallarda  benzinlərin  başlanğıc  qovulma  temperaturları  da 

verilir. 

   Qovulma  temperaturlarının  qiymətlərindən  asılı  olaraq  benzinlərdə  işəsalıcı  (baş),  orta  və 

çətin  buxarlana  bilən  fraksiyaların  olması  haqqında  mühakimə  yürüdülür.  Benzinlərin  qovulma 

temperaturlan  aşağı  olduqca  soyuq  havalarda  mühərrikin  işə  düşməsi  asanlaşır.  Lakin  qovulma 

temperaturu  həddindən  çox  kiçik  olduqda  isti  havalarda  qida  borularında  «buxar  tıxacı»  əmələ 

gəlir ki,  bu da  mühərrikin işləməsinə  mane olur.  Benzinlərin qovulma temperaturları (həmçinin 

son  qovulma  temperaturu)  yuxarı  olduqda  onlar  çətin  buxarlanır  (xüsusən  soyuq  havalarda), 

silindrin divarlarındakı yağı sıyırıb karterə tökür, yağın keyfiyyəti pisləşir, bunun nəticəsində isə 

detalların  yeyilmə  dərəcəsi  yüksəlir,  yanacaq  sərfi  artır  və  s.  Bu  deyilən  xoşa  gəlməz  halların 

qarşısını  almaq  üçün  benzinlərin  qovulma  temperaturları  normalaşdırılır.  Müasir  avtmobil 

benzinləri üçün qovulma temperaturları aşağıdakı 

sərhədlərdə dəyişir. 

       Başlanğıc qovulma temperaturu    ................30- 65°C 

      10%-nin---"------"---                       ................45- 85°C 

      50%-nin---"--.........."---                   ..............100-125°C 

      90%-nin---"............"---                    ..............160-180°C 

      Son      ---"...........-"---                     ..............185-200°C 

      Benzinlərin  əsas  istismar  keyfiyyətlərindən  biri  də  onların  detonasiyaya  qarşı 

davamlılığıdır.  Mühərrik detonasiya ilə işlədikdə  mexanizmlərin  detallarına təsir edən dinamiki 

yüklərin  miqdarı  artır,  temperaturun  yüksəlməsindən  araboşluqlarda  yağlar  buxarlanır  və  ya 

yanır.  Nəticədə  mühərrikin  ümumi  yeyilmə  dərəcəsi  dəfələrlə  artır.  İşçi  qarışığı  detonasiya  ilə 

yandıqda  alovun  yayılma  sürəti  1500-2500  m/san.-yə  (normal  yanmadan  100  dəfə  çox)  çatır. 

Mühərrikdə  detonasiya  ilə  yanma  getdikdə  silindrlərdə  təzyiq  sıçrayışla  artır.  Detonasiya  ilə 



Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə