Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə11/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

22 

 

      Sürtünmə  prosesinin  nəticəsində  yeyilmə  prosesi  əmələ  gəlir.  Detalların  forma,  çəki  və 

ölçülərinin  tədricən  dəyişməsinə  yeyilmə  prosesi  deyilir.  Yeyilmə  prosesi  təbii  olaraq  bütün 

detallarda gedir. 

     Yeyilmə prosesinin məhsuluna (nəticəsinə) yeyilmə deyilir. Yeyilmə kəmiyyətcə sürtünən 

detalların çəkilərinin və ölçülərinin dəyişməsi ilə qiymətləndirilir. 

    Yeyilmə prosesi adətən yeyilmə sürəti və yeyilmə gərginliyi (tempi, şiddəti) ilə xarakterizə 

edilir. Yeyilmənin mütləq qiymətinin yeyilmə müddətinə olan nisbətinə yeyilmə sürəti deyilir və 

mk/saat, mq/saat, mm

3

/saat ilə ölçülür. Yeyilmənin mütləq qiymətinin vahid yürüşə və ya vahid 



nəqliyyat işinə düşən miqdarına yeyilmə tempi deyilir, mk/km, mk/t·km ilə ölçülür. 

     Yeyilmənin mütləq qiyməti dedikdə yeyilmə prosesi nəticəsində detalın sürtünmə səthinə 

perpendikulyar istiqamətdə xətti ölçüsünün dəyişməsi başa düşülməlidir. 

Ümumiyyətlə,  texnikada  yeyilmənin  müxtəlif  növlərindən  istifadə  edilir.  Nəqliyyat 

vasitələrinin texniki istismarında aşağıdakı yeyilmə növlərinə daha çox təsadüf edilir: 

1. Mexaniki yeyilmə. 

2. Molekulyar-mexaniki yeyilmə. 

3. Korrozion-mexaniki yeyilmə. 

       Mexaniki  yeyilmənin  özünün  aşağıdakı  növləri  mövcuddur:  a)  abraziv  yeyilmə;  b) 

plastik  deformasiya  nəticəsində  yaranan  yeyilmə;  v)  kövrək  dağılma  təsirindən  əmələ  gələn 

yeyilmə; q) sürtünmə səthinin yorğunluğundan törənən yeyilmə. 

   Sürtünmə  səthləri  arasına  düşmüş  kənar  materialın  (elementar  maddi  bərk  hissəciyin) 

kəsmə və ya cızma şəklində əmələ gətirdiyi yeyilməyə abraziv yeyilmə deyilir. Elementar kiçik 

hissəciklər  yeyilmə  tempini  sürətləndirir.  Abraziv  yeyilməyə  misal  olaraq  avtomobilin  toz  və 

palçıq  düşə  bilən  açıq  birləşmələrindəki  (şkvoren-oymaq,  ressor  barmağı-oymaq,  sükan 

dartqılarının kürəcikli oynaqlarını  və s.),  mühərrikin silindr-porşen qrupunda əmələ gələn (hava 

ilə birlikdə tozun sistemə daxil olması) yeyilmələri göstərmək olar. 

   Normadan  bir  neçə  dəfə  böyük  yüklər  altında  işləyən  detallarda  əmələ  gələn  yeyilməyə 



plastik  deformasiya  təsirindən  yaranan  yeyilmə  deyilir.  Bu  yeyilmənin  xarakterik  xüsusiyyəti 

odur  ki,  burada  detalların  çəkisi  sabit  qalır,  lakin  ölçüləri  dəyişir.  Bu  növ  yeyilmə  yastıqlarda 

daha çox müşahidə olunur. Belə ki, yastıqların üzərinə çəkilmiş antifriksion qat yüksək qiyınətli 

yüklərin təsirindən sürüşmə istiqamətində öz yerini dəyişir.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                 



   Kövrək dağılmadan yaranan yeyilmənin mahiyyəti odur ki, sürtünmə nəticəsində detalların 

səthləri  kövrəkləşir,  daha  az  kövrəkliyə  malik  materialdan  hazırlanmış  detalın  səthi  ovulmağa 

başlayır. Bu proses təkrar edildiyi üçün səthlərin yeyilməsi şiddətlənir. Belə yeyilməyə kürəcikli 

və  diyircəkli  yastıqların  halqalarını,  klapanların  oturma  səthlərinin,  əsas  və  şatun  boyunlarının 

yastıqlarının  yeyilmələrini  misal  göstərmək  olar. Bu  növ  yeyilmə  zərbəli  yüklər altında işləyən 

detallarda daha çox baş verir. 



   Yorğunluq  təsirindən  əmələ  gələn  yeyilmə  tez-tez  yüksək  gərginliklərə  məruz  qalan 

səthlərdə  müşahidə  edilir.  Bu  yeyilmə  sürtünən  səthlərdə  mikroçatlamaların  və  yarıqların 

törənməsi  ilə  xarakterizə  edilir.  Reduktorların  dişli  çarxlarının  işçi  səthlərində  əmələ  gələn 

yeyilmələr bu yeyilməyə misal ola bilər. 

   Sürtünmənin  səthlərində  detalların  materiallarının  molekulyar  ilişmə  qüvvələrinin 

təsirindən  yaranan  yeyilməyə  molekulyar-mexaniki  yeyilmə  deyilir.  Sürtünən  səthlər  tamamilə 

hamar  olmadıqlarından  çıxıntılar  vasitəsilə  yerli  kontakt  nöqtələrinə  malikdirlər.  Kontakt 

nöqtələrin  vasitəsilə  həddindən  çox  yüklər  ötürüldüyü  üçün  yüksək  nisbi  sürətlərdə  temperatur 

artır,  yağ  qatı  buxarlanır,  nəticədə  kontakt  nöqtələrində  metal  hissəciklərinin  ilişməsi  yaranır. 

Mexanizmin sonrakı işləmə anında bu əlaqə dağılır, səthlərin birində çökmə, digərində isə çıxıntı 

əmələ  gəlir,  yəni,  səthlərin  birindən  digərinə  metal  köçürülür.  Bu  proses  təkrar  edildiyi  üçün 

yeyilmə  artır.  Mexanizmlərin  uyuşma  dövrünə  xas  olan  yeyilməni  molekulyar-mexaniki 

yeyilməyə misal göstərmək olar. 

    Sürtünən  səthlərin  materialları  ilə  ətraf  mühitin  (oksigenin)  qasrşılıqlı  təsirindən  əmələ 

gələn  yeyilməyə  korrozion-mexaniki  yeyilmə  deyilir.  Havanın  oksigeni  təsirindən  detalların 

səthlərində oksid təbəqəsi əmələ gəlir ki, bu da mexaniki sürtünmə nəticəsində silinir. Bu proses 




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə