Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə10/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

19 

 

texniki istismarın tələb etdiyi səviyyədə saxlanmaqla istifadə edilir.Konstruktiv-texnoloji amillər 



əsasən aşağıdakıları özündə birləşdirir: 

1.  Nəqliyyat  vasitələrinin,  onun  aqreqat  və  mexanizmlərinin  konstruksiyalarının 

təkmilləşdirilməsi. 

2. Elementlərin, yəni detalların hazırlanması üçün istifadə edilən materialların keyfiyəti. 

3.  Detalların  hazırlanma  texnologiyasının,  qovşaqların,  mexanizmlərin,  aqreqatların 

yığılmasının və nizamlanmasının keyfıyyəti. 



II metod. (şəkil 2,b).  Nəqliyyat vasitələri parkının yaş tərkibibin tənzimlənmsi. 

III metod.(şəkil 2,v).   Nəqliyyat vasitələrinin işləmə qabiliyyətinin saxlanması metodlarının 

və vasitələrinin saxlanması və təkmilləşdirilməsi.  

Beləliklə,  yalnız  istehsal  sferası  deyil,  həm  də  istismar  sferası  keyfiyyət 

göstəricisininreallaşdırılan qiymətlərinə aktiv təsir edə bilər, yəni onları idarə edə bilər. Hesab 

edilir ki, bu qiymətlərə təsir 3:2 (istehsal sferası : istismar sferası) nisbətindədir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




20 

 

Mühazirə 8. 



İstismar prosesində nəqliyyat vasitələrinin 

texniki vəziyyətinin dəyişmə səbəbləri 

 

     İstismar  prosesində  hərəkət  tərkibinin  işləmə  qabiliyyəti  sabit  qalmır,  onun  texniki-



iqtisadi  parametrləri  aşağı  düşür.  Nəqliyyat  vasitəsinin  texniki  vəziyyətinin  (NVTV) 

dəyişməsinin  xarici  təzahürləri  bunlardır:  onun  dinamiki  keyfiyyətləri  pisləşir,  mühərrikin  işə 

salınması çətinləşir, yanacaq sərfı artır, mexanizmlərin işində döyüntülər, səslər əmələ gəlir və s. 

Bütün  bunlar  nəqliyyatın  aqreqat  və  sistemlərində  gedən  zərərli  proseslərin  nəticəsidir.  Belə 

proseslər  isə  fırlanan  kütlələrin  qeyri-müntəzəm  paylanması,  mexanizmlərin  elementləri 

(detalları)  arasındakı  texniki  şərtlərin,  yük,  sürət,  temperatur  rejimlərinin  pozulması  və  s. 

səbəblər üzündən əmələ gəlir. Zərərli proseslərin qarşısını tamamilə almaq mümkün deyil. Lakin 

istismar zamanı  bu proseslərin  sürətini  bir  sıra texniki tədbirlər (məsələn,  TQ və CT)  vasitəsilə 

ləngitmək  mümkündür.  Məsələn,  zərərli  proseslərə  misal  olaraq  mühərrikdə  işçi  qarışığın 

hazırlanma  və  yanmanın  termodinamik  proseslərinin  pozulmasını,  transmissiyanın 

aqreqatlarında zərbəli yüklərin yaranmasını göstərmək olar. 

    Göründüyü  kimi  istismar  zamanı  nəqliyyat  vasitələrinin  texniki  vəziyyəti  müxtəlif 

səbəblər təsirindən dəyişir, ümumi halda bu səbəblər aşağıdakılardır (şəkil 2.1): 

     - detallarda yeyilmə prosesinin getməsi; 

     - hissələrdə korroziyanın əmələ gəlməsi; 

    - detalların təbii olaraq köhnəlmə prosesinə məruz qalması. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




21 

 

Mühazirə 9. 

 

Sürtünmə və yeyilmə. Sürtünmə və yeyilmənin növləri 

 

          Nəqliyyat  vasitələrinin  detalları  müxtəlif  yeyilmələrə  məruz  qalırlar.  Yeyilmə 

nəticəsində birləşmələrdə araboşluqlar böyüyür, mexanizmlərdə nizamlamalar pozulur, dinamiki 

qüvvələr artır və bütün bunların təsirindən səslər əmələ gəlir, detallar sıradan çıxır, hətta bəziləri 

sınır.  Yeyilmə,  mexanizmlərin  detalları  arasındakı  əlaqəni  pozmaqdan  əlavə  yanmanın 

termodinamik  proseslərinin,  işçi  qarışığının  hazırlanma  keyfiyyətinin  və  s.  bu  kimi  halların 

pozulmasına səbəb olur. 

     Detallarda  yeyilmənin  baş  vermə  səbəbi  onların  səthlərinin  sürtünməyə  məruz 

qalmalarıdır.    Ümumiyyətlə üç növ sürtünmə mövcuddur: a) diyirlənmə; b) sürüşmə sürtünməsi 

və v) mürəkkəb sürtünmələr. 

     Qarşılıqlı  hərəkətdə  olan  iki  sürtünən  səth  arasında  əmələ  gələn  müqavimətə  sürtünmə 

deyilir. 



Diyirlənmə  sürtünməsi  iki  səth  arasında  əmələ  gələn  elə  sürtünməyə  deyilir  ki,  həmin 

səthlərin toxunma nöqtələrindəki sürətlərin qiymət və istiqaməti eyni olsun. Bu sürtünmə ən çox 

kürəli və diyircəkli yastıqlar üçün xarakterikdir. 

    Sürtünmədə  iştirak  edən  səthlərin  toxunma  nöqtələrindəki  sürətləri  qiymət  və  yaxud 

istiqamətcə  fərqlənərsə  belə  səthlərin  arasında  əmələ  gələn  sürtünməyə  sürüşmə  sürtünməsi 

deyilir.  Sürüşmə  sürtünməsi  dirsəkli  valın  əsas  və  şatun  boyunlarında,  paylayıcı  valın 

yastıqlarında daha çox müşahidə edilir. 

Mürəkkəb  sürtünmədə  həm  diyirlənmə  və  həm  də  sürüşmə  sürtünməsi  eyni  zamanda  baş 

verir.  Buna  görə  bu  sürtünməyə  bəzən  qarışıq  sürtünmə  də  deyilir.  Belə  sürtünmə  dişli  çarx 

ötürmələrində meydana çıxır. 

    İstər  sürtünmə  prosesi  və  istərsə  də  detalların  yeyilməsi  bir  sıra  amillərdən 

(deformasiyaların  növündən  və  xarakterindən,  sürtünən  səthlərin  texniki  vəziyyətindən,  işləmə 

rejimindən, şəraitindən və s.) asılıdır. 

     Sürtünmənin kəmiyyətcə xarakteristikası sürtünmə əmsalı   ilə qiymətləndirilir ki, bu da 

sürtünmə  qüvvəsinim  (F)  detalların  səthinə  təsir  edən  xarici  qüvvələrin  normalına  (N)  nisbəti 

kimi təyin edilir: 

f = F/N 

     Sürtünmə  əmsalının  qiyməti  materialın  keyfiyyətindən,  səthlərin  yerdəyişmə  sürətindən, 

onlara  düşən  yükləri,  yağların  fiziki-kimyəvi  xüsusiyyətlərindən,  verilmə  üsulundan  və  s.-dən 

asılıdır.  Sürtünmə  əmsalının  (o  cümlədən  sürtünmə  qüvvəsinin)  qiymətini  aşağı  salmaq  üçün 

sürtünmə  səthlərinin  arasına  yağ  vurulur.  Sürtünən  səthlərin  arasında  yağın  iştirakına  görə 

detallarda üç növ sürtünmə müşahidə edilir: a) quru; b) mayeli və v) sərhəd sürtünmələri. 

     Əgər  sürtünmə  qarşılıqlı  əlaqədə  detalların  bilavasitə  materialları  arasında  gedirsə 

(sürtünən səthlər arasında üçüncü element yoxdur) belə sürtünməyə quru sürtünmə deyilir. Quru 

sürtünnməyə ilişmə muftasındakı, tormoz sistemindəki sürtünmələri misal göstərmək olar. 

    Əgər  sürtünmə  detalların  səthləri  arasında  olan  yağın  layları  (molekulları)  arasında 

gedirsə, yəni, yağ qatının qalınlığı sürtünən səthlərin çıxıntılarının hündürlüyündən böyükdürsə, 

bu  halda  əmələ  gələn  sürtünməyə  mayeli  sürtünmə  deyilir.  Mühərrikin  və  transmissiya 

aqreqatlarının detalları arasındakı sürtünmə mayeli sürtünməyə misaldır. 

Sərhəd sürtünməsi elə səthlər arasında əmələ gələn sürtünməyə deyilir ki, həmin səthlər bir-

birlərindən həddindən çox nazik yağ təbəqəsi ilə ayrılırlar. Bu yağ təbəqəsinin qalınlığı təxminən 

0,1  mkm-na  bərabər  olur  və  özü  də  sürtünən  səthlərin  materiallarının  molekulyar  ilişmə 

qüvvələrinin təsirindən detalların üzərinə hopdurulur. Bu sürtünməyə misal olaraq dişli çarxların 

dişləri arasındakı, kürəcikli  yastıqlardakı və ümumiyyətlə yüksək xüsusi təzyiqlərə  məruz qalan 

detallarda əmələ gələn sürtünmələri göstərmək olar. 

       Praktiki olaraq nəqliyyat vasitələrinin detallarında qarışıq sürtünmə (yarım mayeli, yarım 

quru) gedir. 




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə