Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə13/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

26 

 

     Bu nəzəriyyəyə  görə  maşın və  mexanizmlərdə tam  mayeli  sürtünməni təmin etmək üçün 



aşağıdakı iki şərt ödənilməlidir: 

   1. Sürtünən səthlər arasındakı yağ qatının minimum qalınlığı aşağıdakı riyazi ifadə ilə təyin 

edilməlidir: 

p

v

k

h

k



min

 

burada: 



k

k

  -  detalların  konstruktiv  ölçülərindən  asılı  olan  kəmiyyətdir;  μ  -  yağın  mütləq 

özlülüyü; v - sürtünmə səthlərinin nisbi yerdəyişmə sürəti; p - sürtünmə səthində xüsusi təzyiq. 

2.    Tam  mayeli  sürtünməni  təmin  etmək  üçün  detallar  arasındakı  minimum  yağ  qatının 

qalınlığı  sürtünən  səthlər  üzərindəki  çıxıntıların  hündürlüklərinin  cəmindən  ən  azı  1,5  dəfə  çox 

olmalıdır, yəni: 



min 

≥ 1,5 (

)

(



2

1

h



h



, 

1

h

və 


2

h

  -  uyğun  olaraq  val  və  yastığın  üzərindəki  mikroçıxıntıların  maksimum 

hündürlükləridir. Sürtünən səthlər arasındakı yağ qatının minimum qalınlığı əsasən hidrodinamik 

təzyiqdən asılı olduğu üçün (bunu 2,6 ifadəsindən  də  görmək  olar) bəzən 



p

v

 ayrıca hesablanır 



və  ona  yastığın  rejim  xarakterıstikası  deyilir.  Bu  baxımdan  düzgün  hesablanmış  yastıq  tam 

mayeli yağlama rejimində işləmiş olacaqdır. 

    Hidrodinamik  yağlama  nəzəriyyəsinin  yuxarıda  deyilən  əsasları  o  halda  özünü  doğruldur 

ki,  sürtünən  səthlər  arasına  fasiləsiz  olaraq  yağ  vurulur.  Bu  şərt  ödənildikdə  belə  bəzi  hallarda 

birləşmələr yarım mayeli və yaxud sərhəd sürtünməsi rejimində işləməli olurlar. Bu hal, detallara 

düşən yüklərin  sərt artması, dövrlər  sayının,  ya da sürtünən səthlərin nisbi yerdəyişmə sürətinin 

aşağı düşməsi, yağın özlülüyünün dəyişməsi və n. s. ilə izah edilir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


27 

 

 



Mühazirə 11. 

Yeyilmənin təyin olunma üsulları.Detallarda korroziya və köhnəlmə prosesi. 

Yeyilmənin təyin olunma üsulları 

 

    Detalların  yeyilmə  dərəcəsini  kəmiyyətcə  qiymətləndirmək  üçün  onun  ədədi  ölçüsünü 



aşağıdakı üsulların biri ilə təyin edirlər: 

1.  Mikrometr və birbaşa müşahidələr üsulları. 

2.  Yeyilmə məhsullarının yağda miqdarının təyin olunma üsulu. 

3.   Detalların çəkilərinin təyin olunma üsulu. 

4.    Spektral analiz üsulu. 

5.    Süni bazalar yaratmaq üsulu. 

6.     Radioaktiv izotoplar üsulu. 

      Bu  üsullar  içərisində  mikrometr  üsulu  öz  sadəliyi  ilə  fərqlənir.  Bu  üsulun  mahiyyəti 

ondan  ibarətdir  ki,  detalların  ölçüləri  sınaqdan  qabaq  və  sonra  ölçülür.  Təyin  edilmiş  ölçülər 

arasındakı  fərq  detalın  yeyilmə  dərəcəsini  göstərir.  Bu  üsulun  mənfi  cəhəti  odur  ki,  ölçülər 

yüksək  dəqiqliklə  təyin  edilə  bilmir,  çünki  mikrometr  dəqiq  cihaz  deyil,  həm  də  bu  üsul 

mexanizmlərin  sökülüb-yığılmasını  tələb  edir.  Mexanizmlər  hər  dəfə  yenidən  yığıldıqda  isə 

detallar  uyuşma  dövrünə  müvafiq  xarakterlə  yeyilir  ki,  bu  da  yeyilmənin  mütləq  qiymətinin 

təhrif olunmasına səbəb olur. 

     Bir  sıra  hallarda  mexanizm  və  aqreqatlarda  sökrmə-yığma  işlərini  aparmamaq  üçün 

mikrometr  üsulunun  təkmilləşdirilmiş  formasından  -  birbaşa  müşahidələr  üsulundan  istifadə 

edilir. Bu üsulda sınaqdan keçirilən (yeyilməsi təyin edilən) detalın üzərində nəzarət deşiyi açılır. 

İşləmə  prosesində  həmin  deşik  kip  bağlanır.  Detalın  yeyilmə  dərəcəsi  optik  cihazlar  vasitəsilə 

ölçülür. Bunun üçün nəzarət deşiyi vaxtaşırı açılır. 

       Çəki üsulu kiçik detalların (məsələn, avtomobil nəqliyyatında üzüklər, içliklər) yeyilmə 

dərəcəsinin  təyin  edilməsində  istifadə  edilir.  Bunun  üçün  detallar  sınaqdan  qabaq  və  sonra 

çəkilir. 

Yeyilmə  məhsullarının  yağda  miqdarının  təyin  olunma  üsulu  yüksək  keyflyyətli  yağlama 

materiallarının  seçilməsində  daha  çox  istifadə  edilir.  Bu  üsulun  köməyi  ilə  aqreqatların  və 

mexanizmlərin  maksimum  yeyilmə  dərəcəsi  təyin  olunur.  Hər  hansı  aqreqat  işlədikdə  yeyilmə 

məhsulları  (əsasən  dəmir)  yağın  içərisində  yayılmış  vəziyyətdə  olur.  Yağlama  sistemində  dövr 

edən  yağın  və  onun  vahid  həcmindəki  yeyilmə  məhsullarının  miqdarını  bilərək,  detallardan 

qopan  metalın  (yeyilmə  məhsulunun)  çəkisini  hesablayırlar.  Bu  miqdara  görə  də  aqreqatın 

yeyilmə  tempi  haqqında  mühakimə  yürüdülür,  daha  doğrusu,  aqreqatın  yeyilmə  şiddəti 

qiymətləndirilir.  Bü  üsul  yüksək  dəqiqliyə  malik  olsa  da  aqreqatı  təşkil  edən  detalların  ümumi 

yeyilmə  dərəcəsini  (detalın  materialından  asılı  olmayaraq)  təyin  etməyə  imkan  verir.  Burada 

müxtəlif  materiallardan  hazırlanmış  detalların  ayrı-ayrılıqda  yeyilmə  miqdarını  təyin  etmək 

mümkün  deyil.  Buna  görə  də  göstərilən  üsulun  digər  variantından  -  spektral  analiz  üsulundan 

istifadə edilir. 



Spektral  analiz  üsulunda  xüsusi  qurğuda  -  spektroqrafda  yeyilmə  məhsullarının  miqdarı 

spektral  analiz  vasitəsilə  müəyyən  edilir.  Bu  üsul  yüksək  həssaslığa  malikdir,  kimyəvi 

tərkiblərinə  görə  detalların  ayrılıqda  yeyilmə  dərəcəsini  təyin  edir.  Bunun  üçün  aqreqatların  və 

mexanizmlərin sökülməsi tələb edilmir. 

      Avtomobillərin  texniki  istismarında  ən  çox  istifadə  olunan  yeyilmənin  təyin  üsulu  süni 

bazalar yaratmaq üsuludur. Bu üsulun iki variantı mövcuddur: a) iz salma üsulu; b) oyuq açma 

üsulu. 


İz  salma  üsulunda  sınaqdan  keçirilən  detalın  səthində  almaz  piramida  ilə  iz  salınır. 

Piramidanın  həndəsi  forması  elə  qəbul  edilir  ki,  onun  diaqonalının  (sürtünən  səth  üzərində 

salınan  iz  romb  şəklindədir)  hündürlüyə  olan  nisbəti  7-yə  bərabərdir.  Salınan  izin  ölçülərinin, 

xüsusən  dərinliyinin  sınaqdan  sonra  dəyişməsi  (kiçilməsi)  detalın  yeyilmə  dərəcəsini  təyin  et-

məyə imkan verir. Bu üsulda yeyilmənin mütləq qiyməti diaqonalların sınaqdan əvvəl və sonrakı 



Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə