Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə21/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

43 

 

    Etibarlılıq  xarakteristikalarının  birinci  üsulla  alınan  statistik  məlumatların  əsasında  tərtib 



edilməsi  bir  sıra  üstünlüklərə  malikdir.  Belə  ki,  bu  xarakteristikalar  istismar  zamanı  nəqliyyat 

vasitəsinə  təsir  edən  bütün  amilləri  nəzərə  alır  (istismar  rejimi  və  şəraiti,  konstruksiyanın  və 

hazırlanma  texnologiyasının keyfiyyəti, istismar  materiallarının təsiri, avtomobilin idarə  edilmə 

üsulu və  s.). Alınan nəticələrin  daha dolğun  olmasına  baxmayaraq bu üsulun mənfi cəhətləri də 

çoxdur.  Əsas  mənfi  cəhəti  odur  ki,  etibarlılığın  xarakteristikaları  obyekt  tamamilə  istismar 

edildikdən  sonra  məlum  olur.  Statistik  məlumatların  toplanması  dövründə  sınaqdan  keçirilən 

elementlərin  keyfiyyəti  təkmilləşdirilmənin  hesabına  dəyişir.  Buna  görə  təyin  edilən  etibarlılıq 

göstəriciləri bir növ keçmişə aid olur, elementin cari keyfiyyətini müəyyənləşdirmir. Lakin yeni 

konstruksiyalar  layihələndirmək  lazım  gəldikdə  bu  xarakteristikalar  başlanğıc  şərtlər  kimi 

istifadə  edilir.  Bu  deyilənlərdən  başqa  birinci  üsulun  çatışmayan  cəhətlərindən  biri  də  odur  ki, 

istismar  zamanı  sınaqdan  keçirilən  sistemə  təsir  edən  yüklərin  miqdarını  təyin  etmək  praktiki 

olaraq  mümkün  deyil.  İkinci  üsulla  alınan  statistik  məlumatlar  əsasında  təyin  edilən  etibarlılıq 

göstəriciləri  istismar  şəraitini  təhrif  olunmuş  şəkildə  nəzərə  alır.  Bu  üsulun  (xüsusi  sınaqların 

aparılması) müsbət cəhəti odur ki, etibarlılıq xarakteristikaları müxtəlif yüklər üçün tərtib edilir. 

Buna  görə  layihələndirmə  zamanı  aparılan  hesablamaların  dəqiqliyi  yüksəlir.  Bundan  başqa 

təcrübələr  xüsusi  metodika  əsasında  təşkil  edildiyi  üçün  yeni  (təkmilləşdirilmiş)  hazırlanan 

elementlər  də  sınaqdan  keçirilə  bilir.  Beləliklə,  konstruksiya  kütləvi  şəkildə  istehsalata 

buraxılmazdan əvvəl onun  etibarlılığı haqqında kifayət qədər  məlumat alınır. Bu üsulla statistik 

məlumatların  alınmasının  mənfi  cəhəti  odur  ki,  sınaqların  yerinə  yetirilməsinin  təşkili  çox 

mürəkkəbdir və çətindir. Digər tərəfdən əsaslandırılmış göstəricilər almaq üçün böyük həcmli və 

uzun müddətli sınaqların aparılması tələb olunur. 

     Statistik məlumatların yuxarıda göstərilmiş üsullarla alınması texniki və iqtisadi cəhətdən 

həmişə  sərfəli deyil. Ona  görə  son zamanlar  statistik məlumatlar  sürətləndirilmiş  sınaqlar üsulu 

ilə  də  əldə  edilir.  Sürətləndirilmiş  sınaqlar  üsulu  təcrübələrin  yerinə  yetirilmə  müddətini  və  iş 

həcmini xeyli azaldır. 

    Yuxarıda deyilənlərdən aydın  görünür ki, hər  cür statistik  məlumatlar çox vaxt  sınaqların 

aparılması nəticəsində alınır. Sınaqların aparılması isə çox mürəkkəb və çətin işdir. Ona görə ki: 

a)  etibarlılıq  göstəriciləri  böyük  hədlərdə  (diapazonlarda)  dəyişir,  onların  dəyişməsinə 

konstruksiyanın  istismar  rejimi  və  şəraiti  müxtəlif  formada  təsir  edir  və  buna  görə  də  düzgün 

nəticələr  almaq  həmişə  mümkün  olmur;  b)  müasir  maşın  və  mexanizmlərə  həddindən  çox 

tələblər qoyulur; c) alınan etibarlılıq kriteriyaları ehtimal xarakteri daşıyır. Bu baxımdan sınaqlar 

müxtəlif məqsədlər üçün aparılır. Məsələn: 

1. Konstruksiyanın texniki şərtlərə nə dərəcədə müvafiq olmasını aydınlaşdırmaq məqsə-

dilə aparılan sınaqlar. Burada sınaqdan keçirilən maşının və ya mexanizmin əsas para-metrləri 

(dəqiqliyi, f.i.ə., məhsuldarlığı, gücü və s.) təyin edilir və onların texniki şərtlərə nə dərəcədə 

uyğun gəlməsi aydınlaşdırılır. Adətən zavod şəraitində aparılan bu sınaqlar konstruksiyanın 

kütləvi şəkildə istehsalına başlamazdan əvvəl Dövlət komissiyası tərəfindən yoxlanılır. Bu 

sınaqlar zamanı konstruksiyada buraxılmış qüsurlar aydınlaşdırılır, bir sıra mexanizmlərin hətta 

etibarlılıq göstəriciləri təyin edilir, maşının iş rejimləri müəyyənləşdirilir və s. 

2.  Xüsusi  stendlərdə  yerinə  yetirilən  sınaqlar.  Burada  konstruksiyanı  qiymətləndirən 

parametrlərin  başlanğıc  göstəricilərinin  variasiya  olunma  xüsusiyyətləri  öyrənilir,  konstruksiya 

ümumi şəkildə yoxlanılmaqla bərabər onun aqreqat və mexanizmlərinin də sınağı aparılır. Stend 

sınaqları laboratoriya şəraitində yerinə yetirilir. Bu sınaqları təşkil edərkən çalışmaq lazımdır ki, 

stenddə  yaradılan  sınaq  şərait  real  istismar  rejiminə  maksimum  müvafiq  olsun.  Stend  sınaqları 

laboratoriya şəraitində yerinə yetirilir. Stenddə aparılan sınaqlar konstruksiyanın işində imtinalar 

baş verənədək və yaxud nəzərdə tutulmuş sınaq müddəti qurtaranadək davam etdirilir. 

3.  İstismar  sınaqları.  Bu  sınaqlar  real  istismar  şəraitində  konstruksiyanın  əsas 

xarakteristikalarını  aydınlaşdırmaq  üçün  aparılır.  Bu  məqsədlə  ən  ağır  istismar  şəraiti  seçilir. 

Konstruksiya  müxtəlif  yol  və  iqlim  şəraitində  yoxlanıldıqdarı  sonra  kütləvi  istehsala  buraxıla 

bilər.  Bu  sınaqların  aparılmasında  məqsəd  konstruksiyaların  ayrı-ayn  aqreqat  və 

mexanizmlərinin (sistem və qovşaqlarının) etibarlılığını real istismar şəraitində yoxlamaqdır. 




44 

 

Mühazirə 16. 



NV-nin etibarlılığının əsas xüsusiyyətləri :imtinasıziıq, ömüruzunluğu, təmirəyararlılıq, 

qorunma qabiliyyəti  

 

Etibarlılıq anlayışı, əsas xüsusiyyətləri, parametrləri 

 

       Verilmiş istismar şəraitində və interval yürüşündə, istismar göstəricilərini qəbul edilmiş 

normalar  hüdudunda  saxlamaq  şərtilə  nəqliyyat  vasitəsinin  öz  funksiyasını  yerinə  yetirə  bilmə 

xüsusiyyətinə  etibarlılıq  deyilir.  Hərəkət  tərkibinin  etibarlılığı  onun  layihələndirilməsinə 

başlanan  andan  nəzərdə  tutulur.  Konstruktorların  müəyyən  etdikləri  etibarlılıq  istehsalçılar  və 

istismarçılar  tərəfindən  müxtəlif  texnoloji  və  istismar  tədbirləri  vasitəsilə  qorunub 

saxlanılmalıdır.  Konstruksiya  detallarının  təbii  yeyilməsi  və  başqa  səbəblər  nəticəsində 

imtinaların  intensivliyi yürüşlə  mütənasib artdığı üçün  onların etibarlılığı aşağı  düşür.  Aydındır 

ki, bu baxımdan təzə konstruksiyanın etibarlılığı əsaslı təmir keçmiş analoqunun etibarlılığından 

dəfələrlə  yüksəkdir.  Buna  görə  də  etibarlılıq  dərəcəsi  nəqliyyat  ya  da  onun  hər  hansı  aqreqatı, 

mexanizmi,  sistemi,  detalı üçün  müəyyən  yürüş intervalında nəzərdən keçirilir.  Burada istismar 

şəraiti  (xüsusilə  yol  və  iqlim  şəraiti)  mühüm  rol  oynayır.  Etibarlılıq  nəzəriyyəsinin  əsas 

müddəalarından  hərəkət  tərkibi üçün istifadə  etdikdə nəqliyyat  vasitəsinə bir  sistem kimi,  onun 

aqreqatlarına,  mexanizmlərinə,  sistemlərinə  və  detallarına  isə  element  kimi  baxılır.  Əgər 

nəzərdən keçirilən obyekt aqreqatdırsa, onda ona da sistem kimi baxmaq olar. 

     Məlumdur ki, hərəkət tərkibi uzun müddət istismar edilmək üçün hazırlanır. Onun aqreqat 

və  mexanizmlərinin  müxtəlif  ömür  uzunluğuna  malik  olmaları  tələb  edir  ki,  müəyyən 

yürüşlərdən  sonra  və  ya  tələbat  olduqda  profilaktik  və  təmir  xarakterli  texniki  təsirlər  yerinə 

yetirilsin.  Lakin  çalışmaq  lazımdır  ki,  nəqliyyat  vasitəsi  texniki  qulluğa  və  təmirə  az-az  gəlsin, 

həmçinin  bu  zaman  çəkilən  xərclər  minimuma  endirilsin.  Deməli,  etibarlılıq  göstəriciləri  elə 

olmalıdır  ki,  onlar  müxtəlif  xarakterli  texniki  təsirlərin  minimum  vaxtda  və  xərclərlə  yerinə 

yetirlməsini  təmin  etsinlər.  TQ-un  və  təmirin  əmək-material  xərcləri,  həmçinin  iş  həcmi, 

detallarm  ömür  uzun-luğunu  artırmaq,  avtomobilin  konstruksiyasının  təmirəyararlığını 

yüksəltmək,  istismar  materiallarının  keyfıyyətini  yaxşılaşdırmaq  və  s.  yollarla  azaldıla  bilər. 

Nəqliyyat  vasitəsinin  etibarlılığı  işləmə  qabiliyyəti  anlayışı  ilə  sıx  bağlıdır  ki,  bu  da  bildiyimiz 

kimi  öz  funksiyasını  verilmiş  normativlər  hüdudunda  yerinə  yetirmə  qabiliiyyətinə  deyilir. 

Nəqliyyat vasitəsi onda işləmə qabiliyyətinə malikdir ki, o, daşımaları normal texniki vəziyyətdə 

yerinə yetirə bilir. 

    Etibarlılıq  anlayışını  mürəkkəb  bir  sistem  kimi  avtomobil  nəqliyyatının  timsalında 

nəzərdən keçirək. 

Avtomobilin etibarlılığı kompleks meyar olub imtinasızlıq, ömüruzunluğu, təmirəyararlılıq 

və qorunma qabiliyyəti xüsusiyyətləri ilə qiymətləndirilir (şəkil ...)

 

 



Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə