Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə24/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   ...   20   21   22   23   24   25   26   27   ...   43

50 

 

Diaqnostika  etmə  -  obyektin  (avtomobil,  aqreqat,  mexanizm,  sistem)  texniki  vəziyyətini 

onu  sökmədən,  xarici  əlamətlərə  görə,  onun  vəziyyətini    xarakterizə  edən  kəmiyyətlərin 

ölçülməsi  və  onların  normativlərlə  müqayisəsi  yolu  ilə  təyin  edilməsi  (texniki  diaqnozun 

qoyulması) və onun saz, imtinasız iş resursunun qiymətləndirilməsi prosesidir. O, avtomibillərin 

texniki qulluq və təmir sistemini onların  texniki vəziyyəti haqqında fərdi informasiya ilə təchiz 

edir və beləliklə, bu sistemin elementidir. Diaqnostika prosesi üç əsas mərhələdən ibarətdir: 

-

 



diaqnostik  simptompların  və  paramrtrlərin  qiymətlərinin  onların  nominal 

qiymətlərindən fərqinin (meyllənməsinin) təyin olunması; 

-

 

bu fərqlərin yaranma səbələrinin və xarakterinin təhlili; 



-

 

saz iş resursunun qiymətinin müəyyən edilməsi. 



İkinci mərhələ texniki diaqnozun qoyulmasını və ya diaqnostik nəticənin verilməsini əhatə 

edir. 


     Texniki  diaqnoz  –  texniki  vəziyyətin,  yəni  diaqnistika  obyektinin  nasazlığınin 

mahiyyətinin və dərəcəsinin, imtinasının olmasının və onun sonrakı işə yararlılığının təyin 

edilməsi və qiymətləndirilməsidir. 

    Avtomobil  və  onun  aqreqat  və  qovşaqlarının  texniki  diaqnostikasının  nəzəriyyəsi  və 



praktikası yoxlanmış,  sınanılmış  eksperimental  fakta – obyektin  çıxış xarakteristikalarının 

və  parametrlərinin  qiymətlərinin  onun  struktur  parametrlərinin  qiymətlərindən,  yəni 

diaqnistika obyektinin texniki vəziyyətindən asılılığına əsaslanır. 

   İşləyən  obyektin  çıxış  prosesləri  –    obyektin  işləməsi,  təyinatına  görə  funksiyalarını 

yerinə  yetirməsi  və  ətraf  mühitlə  qarşılıqlı  təsiri  zamanı  yaranan  və  gedən  ,  obyektdən 

kənarda  da  özünü  bildirən,  yəni  müşahidə  və  qeyd  oluna  bilən  fiziki  və  kimyəvi 

proseslərdir. 

    İstənilən  obyektin çıxış prosesləri iki növə bölünür: 

1.  İşçi  proseslər-  obyektin  təyinatına  görə  yerinə  yetirməli  olduğu  iş  funksiyalarını 

müəyyən edir ( məs., mühərrikdə- yanacaq və digər  istismar materiallarının sərf olunması, 

enerjinin hasil edilməsi, işlənmiş qazların xaric edilməsi). 

2. Müşayiət edən proseslər (parazit proseslər) - işçi proseslərlə yanaşı yaranan, ən müxtəlif 

xarakterli    (məs.,  vibrasiyalar,  taqqıltılar,  istilik  ayrılması  və  b.k.)    qaçılmaz  və  faydasız 

proseslərdir. 



     Çıxış proseslərinin parametrlərinin struktur parametrləri ilə ― əks əlaqəsi ‖, yəni obyekti 

sökmədən  onun  çıxış  proseslərinin  parametrlərinin  qiymətlərinə  görə  struktur 

parametrlərinin  qiymətlərinin  təyin  edilməsi  diaqnoz  qoyulmasının  və  ya  texniki 

diaqnostikanın mahiyyəti, əsasıdır. 



Avtomibilin  texniki  vəziyyətinin  proqnozlaşdırılması  -  onun  baxılan  andan  texniki 

sənədlərlə  (dövlət  standartları,  sahə  normativləri,  istehsalçı-zavod  təlimatları  və  s.) 

müəyyən olunan həddi vəziyyət yaranana qədər saz işləmə müddətinin təyin edilməsidir. 

    Retrospeksiya  -  obyektin  (avtomobil,  aqreqat,  mexanizm,  sistem)  keçmişdəki  texniki 

vəziyyətinin  (məs.,  yol-nəqliyyat  hadisəsinə  səbəb  olan  qəza  imtinasının  səbəbini  aşkar  etmək 

üçün) qiymətləndirilməsidir. 

Bu  xüsusiyyətlər  konstruktiv  parametrlərin  kəmiyyət  göstəriciləri-  cari  qiymətləri  ilə 

xarakterizə olunur. Məsələn, detalların ölçüləri, onlar arasında araboşluqları və s. Bir çox aqreqat 

və  mexanizmləri  tam  və  ya  qismən  sökmədən    onların  konstruktiv  parametrlərinin  bilavasitə 

ölçülməsi  imkanı  məhduddur.  Belə  obyektlər  üçün  texniki  vəziyyəti  təyin  etdikdə  dolayı  və  ya 

(xarici) diaqnostika parametrləri istifadə olunur. Bunlar konstruktiv  parametrlərlə  əlaqəlidir  və 

onlar  haqqında  bu  və  ya  digər  informasiyanı  verir.  Məsələn,  mühərrikin  texniki  vəziyyəti 

haqqında  onun  gücünün,  mühərrik  yağı  sərfinin,  kompressiyanın,  karter  yağında  yeyilmə 

məhsullarının miqdarının dəyişməsinə görə mühakimə yürütmək olar. 

Parametr  -  sistemin,  elementin,  mexanizmin  və  bütövlükdə  prosesin  vəziyyətini 

xarakterizə edən kəmiyyət və keyfiyyət ölçüsüdür. 




51 

 

Mexanizmin  strukturparametrləri  fiziki  kəmiyyətlər  (araboşluğu,mm;  temperatur,dərəcə; 



elektrik gərginliyi,V; güc, Vt və s.) olub, mexanizmin elementləri və onun işləmə qabiliyyəti və 

ya funksiyaları (işləməsi) arasında əlaqəni və qarşılıqlı təsiri xarakterizə edir. 

Diaqnozun qoyulmasının məntiqi prosedurunun əsasını fiziki kəmiyyətlər təşkil edir. Ölçmələr zamanı bunların 

vasitəsilə diaqnostika edilən obyektin struktur parametrləri təyin edilir. Fiziki kəmiyyətlərin sayı məhduddur və 200-

dən artıq deyildir. 

   Fiziki parametrlər aşağıdakı qruplara bölünür: 

-

 

kinematik; 



-

 

həndəsi; 



-

 

statik və dinamik



-

 

mexaniki və molekulyar; 



-

 

istilik; 



-

 

akustik; 



-

 

elektrik və maqnit; 



-

 

şüalanma; 



-

 

atom fizikası; 



-

 

universal fiziki sabitlər. 



Struktur  parametrlərinin  bilavasitə  ölçülməsi  imkanı  məhdud  olduğundan  diaqnostika 

etmədə  mexanizmin  işləmə  prosesini  müşaiyət  edən  xarici    (dolayı)  əlamətlər  (qızma,  istilik 

halı,yağın sərfi və tərkibi, vibrasiya və s.) istifadə olunur. Bu əlamətlər obyektin texniki vəziyyəti 

haqqında lazımi informasiya daşıyıcısıdır və diaqnostik əlamətlər adlandırılır. 

Diaqnostik əlamətin ədədi qiyməti diaqnostik parametr adlanır. 



Diaqnostik  parametr  –  sistemin  və  ya  onun  elementinin  texniki  vəziyyətinin  keyfiyyətini 

dolayı xarakterizə edən və fiziki kəmiyyətlərlə (mm, V, A və s.) ölçülən ədədi göstəricilərdir.  

Aşağıdakı parametrlər fərqləndirilir: 

-  obyektin  əsas  funksional  xassələrini təyin  edən  işçi  proseslərin  çıxış parametrləri (məs., 

mühərrikin gücü, yanacaq sərfi və s.); 

- müşayiət edən proseslərin parametrləri (qızma, titrəyiş, səs-küy və s.); 

- detallar arasında və ayrı-ayrı aqreqatlar və mexanizmlər arasında əlaqələri müəyyən edən 

həndəsi parametrlər (araboşluğu, lüft, pedalın gedişi və s.). 



Nəqliyyat  vasitəsınin  iş  prosesində  onun  texniki  vəziyyətinin  struktur  parametrləri 

başlanğıc  qiymətlərdən  həddi  qiymətlərə  qədər  dəyişir,  bu  isə  diaqnostik  parametrin  müvafiq 

olaraq başlanğıc qiymətlərdən həddi qiymətlərə qədər dəyişməsinə səbəb olur. 

Diaqnostika sistemləri. 

Obyekt kimi nəzərdən keçirilən avtomobilin, yaxud onun hər hansi aqreqat və mexanizminin 

diaqnostiıkası texniki sənədlərdə verilmiş xüsusi alqoritm (ardıcıl yerinə yetirilən əməliyyatların 

məcmuu)  əsasında  icra  edilir.  Bu  vaxi  müxtəlif  təyinatlı  texniki  vasitələrdən  istitadə  edilir 

(diaqnostika prosesinin əsas elementlərindən biri kimi). 

Obyekt,  diaqnostika  vasitələri  (texnoloji  avadanlıq)  və  alqoritm  birlikdə  (kompleksi) 

diaqnostika sistemini təşkil edir (şəkil 1.). 

Diaqnostika  obyektinin  işləmə  qabiliyyətinin  öyrənilmə  mümkünlüyü  onıın  istismar 

prosesində  lexniıki  vəziyyətinin  dəyişmə  qanunayğunluğundan  asılıdır.  Yəni  avtomobilin 

konstruksiyasında  elə  xarici  əlamətlər  (təzahürlər)  yaranmalıdır  ki,  onlara  əsasən  obyektin 

texniki  vəziyyəti  haqqında  mülahizə  yürüdülə  bilsin  və  texniki  vəziyyətin  parametrləri  sökmə-

yığma işləri aparılmadan bilavasitə ölçülə bilsinlər. 

Şəkil  1.-dən  göründüyü  kimi  diaqnostikada  işlədilən  texniki  vasitələr  iki  qrupa  bölünür 

(avtomobilin  konstruksiyasına  mövqeyi  baxımından):  xarici  (avtomobilin  konstruksiyasına  aid 

olmayan və laboratoriya şərailində  sərbəst istifadə  edilən)  və daxili (hərəkət tərkibinin üzərində 

quraşdırılan və onun tərkib hissəsi olan) avadanlıqlar. 

Obyektin işləmə xarakterinə göro funksional və test sislemli diaqnostikaları fərqləndirirlər. 

Funksional  sistem  obyekt  özü  işlədiyi  zaman,  test  sistemli  isə  obyekt  müxtəlif  qurğular 

vasitəsilə (imitasiya avadanlığı ilə) işlədilən zaman aparılan diaqnostikaya deyilir.  

Bir neçə diaqnostika prosesi üçün olan sistem universal, bir diaqnostika prosesi nəzərdə tutan 

sistem isə xüsusi diaqnostika sistemi adlanır. 




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə