Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə25/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

52 

 

Ümumi  diaqnostika  sistemində  element  (avtomobil)  bütövlükdə  diaqnostika  obyekti  kimi 

qəbul  edilir  və  onun  texniki  vəziyyəti  istismara  yararlığı  baximindan  təyin  edilir.  Lokal  (fərdi) 

diaqnostika  sistemində  isə  elementin  tərkib  liissələri  (aqreqat,  sisteıw,  mexanizm)  diaqnostika 

edilir. 

Diaqnostik avadanlığın idarə olunma xarakterinə görə diaqnostika sistemi avtomatik və əl ilə 

idarə edilən tipli olurlar.  

Diaqnostika  prosesi  periodik  və  fasiləsiz  aparıla  bilər.Birincisi,  müəyyən  yürüşlərdən  sonra 

texniki  qulluqdan,  həmçinin  avtomobilin  cari  təmirindən  əvvəl  xarici  avadanlıqla,  ikincisi  isə, 

hərəkət tərkibinin istismarı prosesindo daxili texniki vasitələrlə yerinə yetirilir. 

 

 

Elmi-texniki  tərəqqinin  nailiyyətlərinin  avtomobil  sənayesinə  tətbiqi  ilə  əlaqədar  müasir 



avtomobillərin konstruksiyalarının təkmilləşdirilməsi nəticəsində onların dinamikliyi, etibarlılığı, 

məbsuldarlığı  və  digər  istismar  xüsusiyyətləri  kəskin  yüksəlmişdir.Bununla  yanaşı  müasir 

avtomobillərin  konstruksiyaları  kifayət  qədər  mürəkkəbləşib,  onların  qiyməti  artıb  və  eyni 

zamanda  hərəkət  təhlükəsizliyi  tələbləri  yüksəlib.Bütün  bunlar  müasir  şəraitdə  avlomobillərin 

texniki  vəziyyətinin  daha  səmərəli  idara  edilməsinin  təşkil  edilməsi  üçün  operativ  nəzarətin 

tətbiqini  aktuallaşdırır.Avtomobillərin  texniki  vəziyyətinə  operativ  nəzarəti  texniki  qulluq  və 

təmir  sahələrindəki  diaqnostika  avadanlıqları  vasitəsi  ilə  təşkil  etmək  iqtisadi  və  təşkilati 

cəhətdən  səmərəli  deyil  və  mürəkkəb  prosesdir.Ona  görə  də  avtomobilin  texniki  vəziyyətinə 



operativ  nəzarəti  təmin  etmək  məqsədi  ilə  konstruksiyada  quraşdırılan  diaqnostika  vasitələri 

daha geniş tətbiq edilir. 

Bu səbəbdən hal-hazırda dünyanın aparıcı avtomobil firmaları avtomobil konstruksiyalarında 

quraşdırılan diaqnostika vasitələrinin tətbiqinə yüksək diqqət yetirirlər. 

Funksional  tələbatına  görə  diaqnostika  vasitələri  iki  qrupa  bölünürlər.Birinci  qrup 

bütövlükdə  avtomobilin  və  ya  onun  bir  sıra  aqreqatlarının  diaqnostika  ediilməsi  üçün  nəzərdə 

tutulan diaqnostik  vasitələr kompleksindən ibarətdir.İkinci qrupa isə avtomobilin elementlərinin 

diaqnostikası üçün olan işçi və xüsusi diaqnostika vasitələri daxildir. 

Avtomobilin  diaqnostika  avadanlığı  ilə  əhatə  edilmə  dərəcəsi  baxımından  diaqnostika 

vasitələri  üç  hissəyə  bölünür:  avtomobilin  bütövlükdə  diaqnostikasının  ümumi  sisteminə  daxil 

olan vasitələr; avtomobilin ayrı-ayrı aqreqat, sistem, mexanizm və qovşaqlarınm lokal sisteminə 

daxil olan vasitələr; ayrılıqda tətbiq edilən diaqnostika vasitələri. 




53 

 

Mühazirə 21. 



 

Diaqnostik əlamətlər və parametrlər. 

 

Nəqliyyat  vasitəsinin  (avtomobilin)  istənilən  mexanizminin  və  ya  sisteminin  texniki 

vəziyyəti  özünün  struktur  parametrləri  ilə  qiymətləndirilir.  Bu  parametrlər  mexanizmin 

elementləri arasmda əlaqəni və qarşılıqlı hərəkəti təyin edən göçtəricilərdir. Struktur parametri - 

mexanizmin texniki vəziyyətinin keyfiyyət göstəricisidir. Başqa sözlə desək, struktur parametrlər 

mexanizmin  struktur  sistemini  (elementlərin  bir-birinə  nəzərən  yerləşdirilmə  xüsusiyyətlərini) 

xarakterizə  edir.  Məsələn,  val-yastıq  birləşməsi  üçün  struktur  parametrlər  yastığm  və  sapfanın 

(valın  yastıq  oturan  hissəsi)  ölçüləridir.  Bu  parametrlərlə  də  onlar  arasındakı  araboşluq, 

konusluq, eynioxluluq və s. texniki şərtkır müəyyən edilir. 

Struktur parametrbr əsas və ikinci dərəcəli olmaqla iki qrupa bölünürlər. Mexanizmin normal 

işləmə qabiliyyətinə təsir edən parametrlərə əsas, təsir etməyən parametrlərə isə (obyektin xarici 

görünüşünü qiymətləndirən) ikinci dərəcəli struktur parametrlər deyilir. 

Diaqnostik əlamətləri və parametrləri nəzərdən keçirək. 

 

 



 

 

Şəkil 1. Diaqnostik parametrlərin təsnifatı: 



a-  yaranma  prinsipinə  görə;  b-məlumatın  növünə  görə;  v-  yürüşdən  asılı  olaraq  dəyişmə 

funksiyasına görə; q- struktur parametrin dəyişmə funksiyasına görə. 

 

Hər bir hərəkət tərkibi fərdi etibarlılığa malik olduğu üçün struktur parametrlərin avtomobilin 



işləmə  qabiliyyətinə  təsiri  də  xüsusi  xarakter  daşıyır.  Avtomobil  üçün  struktur  parametrlərdən 

danışdıqda  onun  aqreqat,  mexanizm  və  sistemlərinin  struktur  parametrlərinin  yekunu  nəzərdə 

tutulur.  Avtomobil  əsasən  bir  funksiyanı  (daşımaları)  yerinə  yetirdiyi  halda  onun  aqreqat  və 

mexanizmləri  müxtəlif  işçi  proseslərinə  məruz  qalır.  Bu  proseslərə  bəzən  çıxış  və  yaxud  xarici 

proseslər  də  deyilir.  Çıxış  prosesbri  özbrinin  işçi  parametrləri  (xarakteristikaları)  ilə 

qiymətləndirilirlər.  İşçi  parametr  nəzarət  altında  olan  (diaqnostika  edibn  obyektin)  işləmə 

xüsusiyyətinin  xarici  təzahürünün  keyfiyyət  göstəricisinə  deyilir.  Məsələn,  mühərrik  üçün  belə 

parametr  işlənmiş  qazların  tərkibi,  transmissiyanın  aqreqatları  üçün  titrəmələr,  tormoz  sistemi 

üçün tormozlamanın keyfiyyəti və s. ola bibr. Bu cür xüsusiyyətlər mexanizmin texniki vəziyyəti 

haqqında  müəyyən  mülahizələr  yürütməyə  imkan  verir  və  özləri  də  diaqnostik  simptomplar 

(siqnallar)  və  ya  əlamətlər  adlandırılırlar.  Diaqnostik  əlamət  kimi  mexanizmlərin  rəqsi 

proseslərindən, istilik hallarından, birləşmələrin kiplik dərəcələrindən və s.-dən istifadə edilir. 

Diaqnostik parametrlər 

İşçi proseslərin 

Müşayiət edən proseslərin 

Həndəsi ölçülər 

Geniş məlumatlı(Kompleks) 

Dar məlumatlı (Lokal) 

Determinə olunmuş,  

tək və ya cəm reallaşdırılan 

Diskret  

(rəqsi və ya reley tipli) 

Xətti         

b

ax

D



 

Dərəcəli 



b

aQ

D



 

Törəmə  tipli:







X



f

S

X

f

S

(

);



(




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə