58
qiyməti həddi qiymətə doğru aşmışsa, bu o deməkdir ki, hərçənd obyekt işləmə qabiliyyətlidir ,
imtinalar ehtimalı yüksək olduğundan və ya texniki-istismar xüsusiyyətləri pisləşdiyindən onu
lazımi təmir və ya nizamlama işləri aparmadan növbəti yürüşə buraxmaq olmaz.
Diaqnostik parametrlərin dəyişməsi xətti asılılıqla olduğu hal üçün ( şəkil.. ) buraxılabilən
normativ həddi normativin P
kəmiyyəti qədər sərtləşdirilməsi (azaldılması) yolu ilə təyin edilir.
P
kəmiyyəti növbəti yürüşdə obyektin imtinasız işini təmin edən bir qiymətdir.
59
Mühazirə 22.
Diaqnostika prosesləri
Diaqnostikanın növləri və üsulları
Diaqnostika prosesinin mahiyyəti müəyyən miqyasda sistemin struktur parametrlərini təyin edən,
diaqnostik əlaqələri qiymətləndirən diaqnostik parametrlərin qəbul edilməsindən və
ölçülməsindən, bu parametrlərin buraxıla bilən sərhəd qiymətləri ilə müqayisə edilməsi
nəticəsində obyektin texniki və-ziyyəti haqqında mühakimə yürütməkdən ibarətdir.
Diaqnostika proseslərinə daxildir:obyektə testlə təsir etmə; diaqnostik parametrlərin
ölçülməsi;alınmış informasiyanın emal edilməsi; diaqnozun qoyulması.
Obyektə testlə təsir etmə obyektin verilmiş qüvvə, sürət və istilik (P,V,t) rejimlərində öz
funksiyalarını yerinə yetirməsi yolu ilə və ya stendlərin, səyyar qurğuların köməyilə həyata
keçirilir.
n
X
X
X
...,
,
,
2
1
parametrləri taxılıb-çıxarıla bilən və ya obyektdə quraşdırılmış vericilər-
çeviricilər (V) vasitəsilə, sadə hallarda isə vizual təyin edilir.
İnformasiyanın emalı diaqnostik parametrlərin (D) həm növünə, həm də qiymətinə
(hüdudları müəyyənləşdirən qurğular vasitəsilə) görə çevrilməsindən, gücləndirilməsindən,
analizindən və süzgəcdən keçirilməsindən ibarətdir.
Diaqnozun qoyulması ən sadə halda, alınmış siqnalın ( diaqnostik parametrin kəmiyyətini
ifadə edən) normativ qiymətlə müqayisəsindən ibarətdir. Mürəkkəb hallarda məntiqi qurğular
(diaqnostik matritsalar və ya təsvirləri tanıyan cihazlar) tətbiq edilir. Diaqnostika prosesində iki
növ diaqnostika etmədən istifadə olunur: geniş informasiyalı diaqnostik siqnalın ( məsələn,
akustik) analizi əsasında və dar çərçivədə informasiya daşıyan lokal (yerli, fərdi) siqnalların
sintezi əsasında. Hər iki növün birləşdirilməsi mümkündür. Sintez metodu əsasında diaqnostika
lokal, nisbətən sadə vericilərin köməyilə aparılır. Metodun çatışmayan cəhəti məntiqi sintez edən
qurğunun tətbiqinin zəruriliyi, mürəkkəb olması və vericilərin quraşdırılıb-çıxarılmasının böyük
əmək tutumlu olmasıdır. Analiz metodu ilə diaqnostikada bu çatışmayan cəhətlər yoxdur. Lakin
onun tətbiqi üçün diaqnostik siqnalların bölünməsini təmin edən xüsusi analiz edici qurğular
tələb olunur.
60
Şəkil …İnformasiyanın alınması və emalının müxtəlif metodlarını istifadə etməkləmürəkkəb
obyektin texniki vəziyyətinin diaqnostika prosesi: analiz metodu.
Diaqnostika prosesləri texniki qulluq növləri ilə uzlaşdırıldıqda bu proseslərin sonradan
texnoloji hazırlanması alqoritmlərin və diaqnostik texnoloji xəritələrin köməyilə yerinə yetirilir.
Diaqnostika prosesinin alqoritmi diaqnostik, nizamlama və təmir əməliyyatlarının rasional
ardıcıllığının struktur təsviridir. Bu alqoritmlə müəyyən edilir: diaqnostika obyektinin test
rejiminə çıxarılması; ilkin diaqnozun qoyulması; növbəti elementə keçid; nizamlama və təmir
əməliyyatları; təkrar və yekun yoxlamalar. Belə alqoritm ümumi diaqnostika alqoritmindən və
TQ-u müşayiət edən elementlər üzrə diaqnostikanın ―yan‖ alqoritmlərindən ibarət ola bilər.
Alqoritm qurulduqda diaqnostika obyektinin və vasitələrinin xüsusiyyətləri nəzərə alınır və
iqtisadi meyara görə ( digər variantlarla müqayisə etməklə) optimallaşdırılır.
Diaqnostik texnoloji xəritə diaqnostika prosedurunun istehsaıat üçün yararlı çəkildə yekun
təsvirini verir. Texnoloji xəritədə göstərilir: əməliyyatların və keçidlərin sıra nömrələri;
əməliyyatların əmək tutumları; istifadə olunan avadanlıq və materiallar; icraçılar (işçilər barədə
məlumat); təkrarlanma əmsalları.
Diaqnozun qoyulmasi
Diaqnozun qoyulmasında məqsəd - obyektin nasazlığını aşkar etmək, təmir və ya texniki
qulluğa tələbatın müəyyənləşdirmək, yerinə yetirilmiş işlərin keyfiyyətini qiymətləndirmək və ya
diaqnostika edilən mexanizmin növbəti xidmətə qədər istismara yararlılığını təsdiq etməkdir.
Diaqnoz qoyulduqda, bir qayda olaraq, insanın-operatorun subyektiv analitik imkanları
istifadə edilir.Diaqnostikanın qarşısında qoyulan məsələdən və obyektin mürəkkəbliyindən asılı
olaraq ümumi və lokal diaqnoz fərqləndirilir.
Ümumi diaqnoz obyektin texniki vəziyyətinin ümumi tələblərə uyğun olub-olmaması
məsələsini birmənalı həll edir. Bu zaman bir diaqnostik parametr istifadə olunur. Ümumi