Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə26/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   ...   22   23   24   25   26   27   28   29   ...   43

54 

 

Hər  bir diaqnostik  əlamət  müşahidə altmda  olan  obyekt üçün  dəyərli  məlumatlar daşıyır və 



özü  də  müvafıq  diaqnostik  parametrlərlə qiymətbndirilir. Məsələn, mühərrikin effektivliyi onun 

gücü və yanacaq  sərfi, tormozlarm təsiri tormozlama yolu və  yavaşıma təcili, ilişmə  muftasınm 

sazlığı  sürüşmə  dərəcəsi  (%-lə),  sükan  idarəsinin  texniki  vəziyyəti  çarxın  lüftü  və  ona  tətbiq 

edilən qüvvə ilə qiymətləndirilirlər. 

Əgər  diaqnostik  parametrbr  avtomobilin  texniki  vəziyyətini  bütövlükdə  qiymətbndirirsə 

bunlara  ümumi  (hər  100  km.  yürüşə  sərf  edilən  yanacağm  miqdarı,  titrəmələrin,  səslərin, 

rəqslərin amplitudaları və s.), konkret mexanizmin texniki vəziyyətini xarakterizə edirsə (sürətlər 

qutusunda  və  reduktorda  səslər,  tormoz  sistemində  tormozlama  yolu,  kardan  ötürməsində  valm 

vurması və s.) bunlara isə xüsusi diaqnostik parametrlər deyilir. 

Diaqnostik  simptomplar  və  parametrlər  diaqnostika  edilən  obyektin  nasazlığı  və  ya 

imtinası haqqında verdikləri informasiynın  həcminə, xarakterinə və qarşılıqlı asılılığına görə üç 



qrupa bölünür: 

-  xüsusidiaqnostik  simptomplar(  parametrlər)-  digər  parametrlərdən  asılı  olmayaraq 



qovşaq və ya mexanizmin konkret nasazlığını göstərir; 

-    ümumi,  inteqral  diaqnostik  simptomplar(  parametrlər)-  diaqnostika  obyektinin  texniki 

vəziyyətini bütövlükdə xarakterizə edir. İnteqral simptomplar konkret nasazlığı göstərmir; 

-  qarşılıqlı  asılı  (simptomo-komplekslər)  diaqnostik  simptomplar(  parametrlər)  –  yalnız 

eyni  zamanda  aşkar  edilmiş  və  ölçülmüş  bir  neçə  parametrin  məcmuusuna(yekununa)  görə 

nasazlığı xarakterizə edir. 

Diaqnostik parametrinin həddi qiyməti - elmi-tədqiqat işlərinin və istismar məlumatlarınin 

əsasında üç əsas meyara görə təyin olunmalıdır: 

- texniki meyar-  qovşaq və ya qovuşmanın həddi vəziyyətinin çatmasını nəzərə alır:pərçim 

olmaq, dağılma (sınma), siyrilmə,cızılma,qopma və s.; 

- effektivlik meyarı (texniki-iqtisadi meyar)  – avtomobilin (obyektin) buraxılabilən həddən 

aşağı vəziyyətdə istismar etdikdə onun istifadə effektivliyinin (səmərəliliyinin) azalmasını nəzərə 

alır.(məsələn, gücün azalması, yanacaq və yağ sərfinin artması, cari təmir və ehtiyat hissələrinə 

xərclərin normalar müqabilində artması; 

-  funksional  meyar  –  avtomobilun  idarə  olunma  rahatlığının  pisləşməsini,  hərəkət 

təhlükəsizliyinin azalmasını nəzərə alır. 

İstismar  zamanı  detallann  forma  və  ölçübri  dəyişdiyi  üçün  onlann  struktur  parametrlərinə 

müvafıq olaraq diaqnostik parametrləri də dəyişir. Buna görə struktur və diaqnostik parametrlər 

arasındakı  əlaqə  statistik  xarakter  daşıyır,  yəni  diaqnostik  parametrər  də  struktur  parametrlər 

kimi təsadüfi kəmiyyətlərdir. 

Nəqliyyat  prosesində  diaqnostik  parametrlər  avtomobilin  yürüşündən  asılı  olaraq  artır 

(titrəmələr, yanacaq sərfı, araboşluq və s.) və ya azalırlar (yağm təzyiqi, mühərrikin gücü və s). 

Bebliklə,  aydın  görünür  ki,  hər  hansı  sistemin  və  ya  mexanizmin  struktur  parametrləri  ilə 

diaqnostik  parametrləri  arasında  sıx  əlaqə  var.  Daha  doğrusu,  diaqnostik  parametrlər  struktur 

parametrlərin  dolayı  yolla  və  müəyyən  miqyasla,  özü  də  mexanizmi  sökmədən  təyin  edilmiş 

qiymətləridir.  Struktur  parametrlərin  təyini  isə  mexanizmin  tam  və  ya  natamam  sökülməsi  ilə 

əlaqədardır.  Struktur  və  diaqnostik  parametrlər  arasmdakı  müəyyən  əlaqə  obyektin  sazlıq 

dərəcəsinin  və  işləmə,  qabiliyyətinin  qiymətləndirilməsinə  imkan  verir.  Sistemin  texniki 

vəziyyətinin  düzgün  qiymətləndirilməsi  və  diaqnostikanın  qənaətliliyi  baxımından  diaqnostik 

parametrlərin  yararlıq  dərəcəsi aşağıdakı  tələblərlə  müəyyənləşdirilir:  həssaslıq;  birmənalılıq; 

stabillik;  informativlik. 

 



55 

 

 



 

1.  Diaqnostik parametr həssas olmalıdır - yəni, struktur parametrin hər hansı dudəyişməsinə 

diaqnostik  parametrindPdəyişməsi  müvafiq    olmalıdır.  Başqa  sözlə  desək,  struktur  parametrin 

elementar dəyişməsinə uyğun olaraq diaqnostik parametr də dəyişməlidir. Diaqnostik parametrin 

həssaslığı  ədədi  qiymətcə  elementin  bütün  işləmə  müddətində  nominal  ölçüsündən  başlayaraq 

nasazlıq  baş  vermə  anına  qədər  özünün  nisbi  dəyişməsi  ilə  təyin  edilir.Diaqnostik  parametrin  

həssaslığı,

r

K

:

du



dP

K

r



 

 

2.      Diaqnostik  parametr  birmənalı  olmalıdır  -  bu  o  deməkdir  ki  diaqnostik  parametr  bir 



tərəfə  dəyişməlidir,  yəni,  özünün  nominal  qiymətindən  ya  azalmağa,  ya  da  artmağa  doğru 

dəyişməlidir.  Başqa  sözlə,  texniki  vəziyyət  parametrinin  başlanğıc  qiymətindən 



b

u

həddi 


qiymətinədək 

h

u

  dəyişmə  intervalında    diaqnostik  parametrin  dəyişmə  qanunauyğunluğunda 

ekstremum(

0



du

dP

) olmamalıdır: 

0



du



dP

 



 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə