Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə34/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

73 

 

 



Mühazirə 24. 

Nəqliyyat vasitələrinin texniki 

vəziyyətinin saxlanilma üsullari 

 

NV-nin istismarında TQ və T sistemi 

Profilaktik və təmir xarakterli texniki təsirlər 

 

       Nəqliyyat  vasitələrinin  bütün  istismarı  dövründə  texniki  vəziyyətini  tələb  edilən 



səviyyədə  saxlamaq  üçün  təsir  üsullarından  biri  kimi  «Texniki  qulluq  və  təmir  sistemi»nin 

təcrübədə  özünü  doğrultmuş    xarakterik  xüsusiyyətlərindən  istifadə  edirlər.  Sistemin  əsasını 

müxtəlif təyinatlı texniki təsirlər təşkil edir. 

     İstismar  zamanı  hərəkət  tərkibinin  aqreqat  və  mexanizmlərinin  texniki  vəziyyətinin 

parametrlərinin  yürüşdən  (işləmə  müddətindən)  asılı  olaraq  dəyişmə  qanunauyğunluqlarının 

öyrənilməsi nəqliyyat prosesində onun işləmə qabiliyyətinin idarə edilməsinə imkan verir. Bunun 

üçün  kompleks  texniki  təsirlərin  yerinə  yetirilməsi  lazım  gəlir  ki,  bunlar  profilaktik  və  bərpa 

xarakterli  olurlar.  Birinci  qrup  təsirlər  texniki  qulluğu,  ikinci  qrup  isə  təmiri  təşkil  edir. 

Profilaktik  xarakterli  texniki  təsirlər  vasitəsilə  nəqliyyatın  texniki  vəziyyəti  normal  halda 

saxlanılır, təmir xarakterli təsirlər vasitəsilə isə onun itirilmiş işləmə qabiliyyəti bərpa edilir. 

    Hərəkət  tərkibinin  işləmə  qabilyyətinin  yüksək  səviyyədə  saxlanılmasında  məqsəd 

gələcəkdə  baş verəcək imtinaların  və  nasazlıqların qarşısını qabaqcadan almaqla (imtinanın  baş 

verməsi üçün  zəmin yaranmasının)  onun  məhsuldarlığından  maksimum istifadə  etməkdir. Buna 

görə  də  müəyyən  yürüşlərdən  sonra  məcburi  surətdə  bir  sıra  texniki  tədbirlər  (TQ)  həyata 

keçirilir.  Elə  bu  baxımdan  texniki  qulluq  planlı  şəkildə  yerinə  yetirilir.  Təmir  isə  hərəkət 

tərkibinin itirilmiş işləmə qabiliyyətini bərpa etdiyi üçün təlabata görə (imtinalar baş verdikdən 

sonra) aparılır. 

    Nəqliyyatın  işləmə  qabiliyyəti  əsasən  müxtəlif  xarakterli  texniki  təsirləri  özündə 

birləşdirən  bu  iki  variant  vasitəsilə  idarə  edildiyindən  onlar  birlikdə  texniki  qulluq  və  təmir 



sistemini təşkil edir. 

    Texniki  qulluq  və  təmir  sisteminin  əsas  vəzifəsi  istismar  dövründə  etibarlılığı  normal 

səviyyədə saxlamaq, texniki hazırlıq əmsalını yüksəltmək, hərəkət təhlükəsizliyini təmin etmək, 

texniki təsirləri minimum əmək və material xərcləri ilə yerinə yetirmək və s. bu cür keyfiyyətləri 

ödəməkdir. 

     Texniki  qulluq  və  təmir  sisteminin  prinsipial  əsasları  (növləri,  əməliyyatları,  yürüşləri, 

təşkili) «Avtomobil  nəqliyyatının  hərəkət tərkibinin  texniki  qulluğu  və təmiri»  Əsasnaməsində 

verilmişdir.  Əsasnamədə  texniki  qulluq  və  təmir  üçün  verilmiş  bütün  normativ  göstəricilər 

texniki  istismar  baxımından  yerinə  yetirilmiş  elmi-tədqiqat  işlərinin  və  qabaqcıl  ANM-nin 

təcrübələri nəticəsində müəyyən edilmişdir. 

    Əsasnamə iki hissədən ibarətdir. Birinci hissədə TQ və təmirin növləri, başlanğıc normativ 

göstəriciləri,  istismar  şəraitinin  təsnifatı,  normativ  parametrlərin  korreksiya  olunma  qaydaları, 

TQ  və  təmirin  təşkili  üsulları,  TQ  əməliyyatlarının  nomenklaturası  göstərilir.  İkinci  hissədə  isə 

hər bir əsas baza  avtomobili üçün konkret normalar verilmişdir. 

 

Texniki qulluq və təmir sisteminin xarakteristikası 

 

     Texniki  qulluq  obyekti  kimi  nəqliyyat  vasitəsi,  onun  ayrı-ayrı  aqreqat  və  mexanizmləri 



qəbul edilir. Bu elementlərdə   bir   çox   xəbərdaredici   texniki   təsirlər   (bərkitmə, yağlama, 

nizamlama  və  s.)  yerinə  yetirilir.  Bu  texniki  təsirlərin  (texniki  qulluq  işlərinin)  miqdarı 

həddindən  artıq  çoxdur.  Hər  bir  aqreqatda  və  ya  sistemdə  TQ  işlərinin  müxtəlif  yürüşlərdən 

sonra yerinə yetirilməsi tələb  edilir. Belə olan halda hərəkət tərkibi fasiləsiz olaraq həm TQ-da, 




74 

 

həm  də  nəqliyyat  prosesində  iştirak  etməli  olur.  Bu,  müəssisədə  işlərin  təşkil  edilməsini 



çətinləşdirdiyi  kimi,  nəqliyyatın  boş  dayanma  müddətini  də  artırır.  Nəqliyyatdan  səmərəli 

istifadə  etmək  üçün  profilaktik  xarakterli  eyni  adlı  (və  ya  texnoloji  cəhətdən  bir-birinə  yaxın 

olan) texniki təsirləri qruplaşdırıb, hamısını müəyyən yürüşdən sonra yerinə yetirirlər. Beləliklə, 

hərəkət tərkibinin TQ keçməsi üçün müəssisəyə gəlmələrinin sayı azalır. 

   Texniki qulluqda aparılan əməliyyatların (işlərin)  qruplaşması TQ növlərinin yaranmasına 

və onlarm müxtəlif yürüşlərdən sonra yerinə yetirilməsi məcburiyyətinə səbəb olur. 

    Avtomobillərin TQ və təmiri üçün olan Əsasnaməyə görə aşağıdakı texniki qulluq növləri 

müəyyən  edilmişdir:  gündəlik  qulluq  (GQ),  texniki  qulluq  (TQ-1,  TQ-2)  və  mövsümü  texniki 

qulluq (MTQ). Bu texniki qulluqlar bir-birindən  görüləcək  işlərin həcmiəməliyyatların sayı və 

qulluqlar  arası  yürüşlərlə  fərqlənirlər  (texniki  qulluqlar  arası  yürüşlərə  periodiklik  də  deyilir). 

Texniki  qulluqlar  arası  yürüşlər  avtomobilin  tipindən  və  istismar  şəraitindən  asılı  olaraq 

müəyyən edilir. 

    Avtomobilin istismar şəraiti yolun texniki vəziyyəti, onun tipi, yolda hərəkətin gərginliyi, 

yerin relyefi, iqlimin dəyişməsi və s. göstəricilərlə xarakterizə edilir. 

Gündəlik  qulluğun  əsas  vəzifəsi  hərəkətin  təhlükəsizliyinin  təmin  edilməsi  baxımından 

avtomobilin  ümumi  texniki  vəziyyətini  nəzərdən  keçirmək,  xarici  görünüşünü  estetik  cəhətdən 

normal  səviyyədə  saxlamaq  və  onu  istismar  materialları  ilə  təmin  etməkdir.  Avtomobildə  GQ 

işləri  növbələr  arası  vaxtda  (avtomobil  işdən  qayıdandan  sonra)  yerinə  yetirilir.  Bəzi  işlər 

(məsələn, avtomobilin yanacaqla təmin edilməsi) hərəkət tərkibi xəttə çıxmazdan qabaq aparılır. 

GQ işlərinin əsasmı yığışdırma, yuma və qurutma əməliyyatları təşkil edir. Bu işlər avtomobilin 

kabinəsində, banmda, kapotun altında və ümumiyyətlə bütün avtomobildə yerinə yetirilir. 

   Avtomobillərdə tələbata görə sanitar emalı da aparıla bilər. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə