Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə35/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

75 

 

Mühazirə 25. 



Texniki qulluq və təmirin rejimi, optimai rejim. 

Texniki qulluğun və təmirin rejimi. 

 

Profilaktik  və  ya  təmir  xarakterli  texniki  təsirlərin  iş  həcmi,  miqdarı  və  texniki  qulluqlar 

arası yürüş (periodiklik) birlikdə TQ və CT-in rejimini təşkil edir. 

    TQ və təmirin rejimi elə seçilməlidir ki, aqreqat və mexanizmlərdə baş verəcək imtinaların 

sayı  minimum  olsun.  Rejimi  düzgün  təyin  etmək  üçün  hərəkət  tərkibinin  texniki  vəziyyətini 

qiymətləndirən göstəricilərin müxtəlif amillərin təsirindən dəyişmə qanunauyğunluqlarını bilmək 

lazımdır.  TQ  və  CT-in  rejiminin  təyin  edilməsi  texniki  istismarın  ən  mürəkkəb  məsələlərindən 

biridir. Çünki müxtəlif istismar şəraitində işləyən nəqliyyat vasitəsinin eyni adlı mexanizmlərinin 

işləmə  qabiliyyəti  müxtəlif  formada  dəyişir.  Bundan  başqa  işləmə  müddəti  (yürüş)  artdıqca 

imtinaların  intensivliyi  də  artır.  Digər  tərəfdən  avtomobil  nəqliyyatı  üçün  xüsusilə  qeyd  etmək 

lazımdır  ki,  eyni  markalı  avtomobil  eyni  istismar  şəraitində  və  eyni  daşımalarda  işlədikdə  belə 

həmin avtomobilin vəziyyəti fərqlənən qanunauyğunluqla dəyişir. 

   TQ  və  CT-in  rejimi  elə  olmalıdır  ki,  nəqliyyat  vasitələrinin  etibarlı  və  uzun  ömürlü  işi 

təmin olunmaqla bərabər müxtəlif xarakterli təsirlərin yerinə yetirilməsi minimum xərclərlə başa 

gəlsin.  Bu  şərti  təmin  edən  rejimə  TQ  və  təmirin  optimal  rejimi  deyilir.  Başqa  sözlə  desək, 

optimal  rejim  elə  rejimə  deyilir  ki,  TQ-da  və  CT-də  görüləcək  işlər  uyğun  olaraq  elə 

periodikliklə və keyflyyətlə yerinə yetirilməlidir ki, nəinki hərəkət tərkibinin etibarlılığı və ömür 

uzunluğu təmin olunmalı, həm də vahid yürüşə və ya nəqliyyat işinə düşən texniki qulluq və təmir 

xərcləri minimum olsun. 

    TQ və CT-in optimal rejiminin təyin edilməsi profilaktika xarakterli texniki təsirlərin hansı 

yürüşlərdən  sonra  yerinə  yetirilməsi  ilə  sıx  əlaqədardır.  Bu  məqsədlə  texniki  qulluq  işləri  üçün 

optimal  periodikliyin  müxtəlif  təyin  olunma  variantları  mövcuddur  (texniki  vəziyyətin 

parametrlərinin  yürüşdən  asılı  olaraq  dəyişmə  dinamikasma,  imtinasızlığın  buraxıla  bilən 

səviyyəsinə, TQ və CT-ə sərf edilən xüsusi xərclərin cəminin minimum qiymətinə görə və s.). 

    Periodikliyin  TQ  və  CT-ə  sərf  edilən  xüsusi  xərclərin  cəminin  mimmum  qiymətinə  görə 

təyini  texniki  istismarda  texniki-iqtisadi  üsul  adı  ilə  məşhurdur.  Praktiki  cəhətdən  ən  geniş 

yayılmış  və  istifadə  edilən  üsuldur.  Bu  üsulun  mahiyyəti  ondan  ibarətdir  ki,  TQ  və  CT -ə  sərf 

edilən  xüsusi  xərclərin  cəminin  minimun  qiymətinə  uyğun  gələn  yürüş  TQ  üçün  optimal 

periodiklik qəbul edilir (şəkil 6.2).  

     Qrafikin  təhlili  göstərir  ki,  TQ-un  periodikliyini  artıranda  xüsusi  xərclərin  miqdarı 

həddindən  çox azalır. Lakin  periodikliyin artması detalların  ömür uzunluğunu aşağı  salır. Buna 

müvafiq  olaraq CT xərcləri artır. Bu  baxımdan TQ və  CT-in  xüsusi xərclərinin  cəminin  elə  bir 

qiyməti  var  ki,  (şəkildə  A  nöqtəsi)  bu  ədəd  əmək  və  material  xərclərinin  minimum  qiymətinə 

uyğundur. Həmin nöqtəyə müvafiq olan yürüş TQ-un optimal periodikliyi kimi qəbul edilir. 

 

 

 




76 

 

Şəkil 6.2. Periodikliyin texniki-iqtisadi üsulla təyini. 



C

xas 


- işlərin xüsusi xərcləri, qəp/km; / - yürüş, min. km. 

 

Qeyd  etmək lazımdır ki,  mövcud  olan istismar kateqoriyaları (xüsusən avtomobil  nəqliyyatı 



üçün) müxtəlif olduğuna görə hərəkət tərkibinin istismar keyfiyyətləri dəyişir.  Buna görə də TQ 

və CT üçün Əsasnamədə verilmiş normalar korreksiya edilir. 

    Rejimin  korreksiya  edilməsinin  mahiyyəti  odur  ki,  müəyyən  istismar  şəraitində  alınmış 

həqiqi  göstəriciləri  analiz  etməklə  görüləcək  texniki  təsirlərin  siyahısı  və  bu  işlərin  hansı 

yürüşlərdən  sonra  yerinə  yetirilməsi dəqiqləşdirilsin.  Analiz apararkən görüləcək əməliyyatların 

sayı istismar rejimindən asılı olaraq dəyişə bilər. Belə ki, bu əməliyyatlar verilmiş istismar şəraiti 

üçün xarakter olmayan işlərin hesabına azalar, imtinaların  sayını aşağı  sala bilən (tez-tez yerinə  

yetirilən  cari  təmirləri  aradan  qaldırmaq  üçün) texniki təsirlərin hesabına artar. Bu baxımdan 

məsələni həll etmək üçün aparılan sınaqlardan alınmış statistik məlumatlara  əsasən   eyni   adlı   

əməliyyatların   periodikliyi   (km. ilə) aşağıdakı kimi hesablanır: 

T

p

m

l

l



, burada: 



l

  - sınaq 

üçün götürülmüş avtomobillərin ümumi yürüşü, km.; 



T

m

 - cari təmirin eyni adlı əməliyyatlarının 

sayıdır.  

   Bu  cür  hesablama  hər  bir  aqreqat,  sistem  və  mexanizm  üçün  ayrılıqda  aparılır.  Bundan 

sonra cari təmirin bütün əməliyyatları periodikliyin qiymətindən asılı olaraq üç qrupa bölünür: 

1) Tez-tez təkrar olunan əməliyyatlar - burada

1





TQ

p

l

l

 

2) Hərdənbir təkrar olunan əməliyyatlar - bu halda  



2



TQ

p

l

l

 

3) Nadir hallarda təkrar olunan əməliyyatlar – burada (2-3)



2



TQ



l

 

    Göstərilən  periodikliklərin  qiymətlərinə  müvafiq  olaraq  CT-in  əməliyyatları  texniki 



qulluqda yerinə yetirilir. Bununla avtomobilin təmirdə boş dayanma müddəti azalır. 

    Əsasnamədə  TQ  və  CT  üçün  bütün  normalar  konkret  istismar  şəraiti  (I  dərəcəli  istismar 

kateqoriyası) üçün müəyyən edilmişdir. 

 

 



 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə