Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə33/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   ...   29   30   31   32   33   34   35   36   ...   43

70 

 

         Xüsusi  metodlara  -  avtomobilin  konkret  aqreqat  və  qovşaqlarında  istifadə  olunan 



diaqnostika metodları aid edilir. Məsələn, 1) Birləşmələrin kipliyinə görə; 2) Həndəsi ölçülərinə 

(araboşluqlara,  yerdəyişmələrə,  lüftlərə)  görə;  3)  elektrik  və  elektron  avadanlığının  

parametrlərinə (gərginlik, cərəyan şiddəti, ossilloskop vasitəsilə alınan ossilloqram və s.) görə; 4) 

mühərrikin  işlənmiş  qazlarının  kimyəvi  tərkibi  və  müxtəlif  zəhərli  komponentlərin 

konsentrasiyasına  görə;  5)  mühərrikin,  ötürmələr  qutusunun,baş  ötürücünün  karter  yağında 

yeyilmə məhsullarının yığılma dinamikasına görə. 

    Diaqnostika  metodları  diaqnostik  parametrlərin  fiziki  mahiyyətinə  görə  aşağıdakı  kimi  də 

qruplaşdırılaraq təsnif edilə bilər: 

1.    Avtomobillərin  istismar  xüsusiyyətləri  (dinamiklik,  yanacaq  qənaətliliyi,  hərəkət 

təhlükəsizliyi, ətraf mühitə təsir və s.) parametrlərinin ölçülməsi; 

2.      Avtomobilin  işləməsini  müşayiət  edən  proseslərin  (qızma,  vibrasiya,  səs-kqy  və  s.) 

parametrlərinin ölçülməsi; 

3.        Avtomobilin  mexanizmlərinin  texniki  vəziyyətini  bilavasitə  xarakterizə  edən  həndəsi 

kəmiyyətlər. 

    Adətən,  diaqnostika  zamanı  «ümumidən  xüsusiyə  doğru»  prinsipi  tətbiq  olunur:    belə  ki, 

birinci  qrup  metodlar  əsasən  ümumi  diaqnostikada,  ikinci  və  üçüncü  qrup  metodlar  isə  lokal 

diaqnostikada  istifadə  olunur.  Bu  metodların  mahiyyəti  bu  və  ya  digər  formada  yuxarıda 

açıqlanmışdır. 

      Diaqnostika metodlarının  müxtəlifliyi  və  fiziki  mahiyyətlərinin  fərqlənməsi  hər  bir konkret 

hal  üçün  daha  məqsədəuyğun  metodu  seçməyi  tələb  edir.  Məsələn,  kardan  valının  vurması 

mexaniki  üsulla  və  ya  stroboskopik  metodla,  idarə  olunan  qabaq  təkərlərin  qurulma  bucaqları 

mexaniki  tərtibatla  və  ya  optik  stenddə  təyin  edilə  bilər.  Metodun  seçilməsinə  təsir  edən  əsas 

amillər  aşağıdakılardır:  metodun  informativliyi  və  dəqiqliyi;  metodun  universallıq  dərəcəsi;  bu 

metodda işlərin məhsuldarlığı; təşkilati-iqtisadi amillər. 

Təşkilati-iqtisadi  amillər  ANM-də  diaqnostikanın    təşkilindən  -  axın  xətti,  universal  və  ya 

ixtisaslaşdırılmış  postların  olmasından,  həmçinin  hərəkət  tərkibinin  tipindən,  avadanlığın 

qiymətindən, müvafiq kadrların  olmasından asılıdır. 

 

Diaqnostikanın TQ və CT-in texnoloji prosesində yeri 

 

Texniki diaqnostika təyinatı, avadanlığı, aparılma rejimi və TQ-un texnolojiprosesində yeri və s. 



xüsusiyyətləri ilə xarakterizə edilir.Diaqnostikanın  ANM-də tətbiq edilməsi nöqteyi-nəzərindən 

onun TQ və CT zonalarında tutduğu yerinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. 

Diaqnostika  ilə  digər  istehsalat  zonaları  (TQ,  CT,  dayanacaq)  arasındakı  texnoloji  əlaqə 

diaqnostika  prosesinin  mahiyyətindən  irəli  gəlir.  Belə  ki,  diaqnostika  avadanlığı  ilə  yoxlanılan 

sistemin  texniki  vəziyyətini  qiymətləndirən  diaqnostik  parametr  (S)  ölçülür,  özünün  bııraxıla 

bilən sərhəd ([S]) və TQ-lar arası yürüş içərisindəki ııormativ qiyiməti ilə (



H

S

) müqayisə edilir, 

nəticədə avtomobilin hansı istehsal zonasına ehtiyacı olduğu aydınlaşdırılır (şəkil …). 

 



71 

 

 



 

Şəkil…. Müəssisənin istehsalat zonaları arasındakı texnoloji əlaqə 

 

Diaqnostikanın  TQ  və  CT-in  texnoloji  prosesində  yeri  müəyyən  edilərkən  istismar  şəraiti, 



müəssisədə  olan  diaqnostik  avadanlığın  miqdarı  və  xüsusiyyəti,  həmçinin  diaqnostika  işlərinin 

ixtisaslaşma dərəcəsi də nəzərdə tutulmalıdır (şəkil … ). 

 

 

Şəkil… Diaqnostikanın TQ və CT-in texnoloji prosesi ilə birlikdə 



təşkilinin universal sxemi 

 

Sxemdən  göründüyü  kimi  nəqliyyat  prosesini  başa  vurmuş  avtomobillər  müəssisəyə  gəldikdə 



əvvəlcə texniki nəzarət postunda (TNB) yoxlanılır və adətən gündəlik qulluq zonasına göndərilir. 

Bu  zonadan  keçmiş  avtomobillər    gözləmə  zonasına  (müxtəlif  texniki  təsirləri  gözlədikdə), 

yaxud da dayanacağa gedirlər. D-1-dən keçən avtomobillərdə nasazlıq aşkar edilərsə, onda onlar 

gözləmə zonası vasitəsilə CT-ə, avtomobillər texniki cəhətdən  sazdırsa,   bu   halda  dayanacağa   

yollanırlar.  Gözləmə  zonasindan  avtomobillər  TQ-1,  TQ-2,  CT,  D-l  və  D-2  zonalarına  gedə 

bilərlər. 

TQ-1          və        TQ-2-dən        keçəcək          avtomobillər  (əvvəlcədən  planlı  surətdə  tərtib  edilmiş 

qrafikə görə) uyğunolaraq  D-l və D-2 zonalarında yoxlanıldıqdaıı sonar dayanacağaa (avtomobil 

sazdırsa)  və  ya  gözləmə  zonasına  (cari  təmirə  ehtiyacı  varsa)  gedirlər.    Avtomobili  CT-ə 

hazırlamaq üçün TQ-2 keçəcək avtomobillər D-2-ni 1-2 gün qabaq keçirlər. 

TQ-1,  TQ-2  və  CT  zonalarından  keçən  avtomobillərdə  yerinə  yetirilən  texniki  təsirlərin 

keyfiyyətini yoxlamaqnəzarət   diaqnostikasından   (ND)   istifadə   edilir.Nəzarət diaqnostikası 

əvəzinə TQ və CT zonalarında yerləşdirilmiş diaqnostika stendlərindən və cihazlarından istifadə 

etməklə də görülən işlərin keyfiyyətini yoxlamaq olar. 




72 

 

ANM-dəki avtomobillərin  sayindan  və tipindən, diqnostik avadanlığın tərkibindən  və istehsalat 



sahəsindən asılı olaraq D-l-i TQ-1 ilə birlikdə təşkil etmək olar.Bu halda D-l-in avadanlığı TQ-l-

in axın xəttindəkİ postların arasındapaylanır. 

Şəkil…  -da  TXS-da  diaqnostikanın  TQ  və  CT  zonalarının  texnoloji  prosesində 

yerləşdirilməsinin funksional sxemi  (avtomobillərin  hansı  istehsalat   sahəsindən keçəcəklərini 

xarakterizə edir) verilmişdir. 

TXS-na daxil olan avtomobillər texniki nəzarətpostunda  yoxlanılır,   görüləcək  profilaktika   və   

təmir xarakterli   işlərin  həcmimüəyyən   edilir.    Avtomobil dayanacaqda saxlanılır və müştəri 

naryad-sifariş yazdırır.Sonra avtomobil yığışdırma-yuma işləri keçməklə (əgərehtiyacı varsa) və 

yaxud birbaşa gözləmə zonaşına gətirilir.Oradan isə müvafiq istehsalat zonasına verilir. Nəhayət,  

tələb olunan texniki təsirləri keçmiş avtomobil sahibinə qaytarılması üçün dayanacağa gətirilir. 

Müştərinin  sifarişi  ilə  avtomobilin  texniki  vəziyyətidiaqnostika  postlarında  (D-l  və  ya  D-2) 

yoxlanıldıqdan  sonra  təmir  ehtiyacı  meydana  çıxarsa,  bu  halda  avtomobil  CT  zonasma 

göndərilir. 

 

 



 

Şəkil … Fərdi minik avtomobilləri üçün diaqnostikanın, TQ-un və CT-in  

texnoloji prosesinin birlikdə təşkil edilmə sxemi 

 

Diaqnostikanın  TQ  və  CT-in  texnoloji  prosesində  yerinin  düzgün  təyin  ediiməsi  onun 



avadanlığına  veriləcək  tələbləri  müəyyənləşdirməyəimkan  verir.Hərəkət  təhlükəsizliyini  təmin 

edən  mexanizmlərin  diaqnostikası  (D-1)  üçün  yüksək  sürətli,  avtomatik  təsir  edən  texniki 

vasitələr  (avadanlıqlar)  lazımdır.Avtomobilin    aqreqatlarının  və  mexanizmlərinin  texniki 

vəziyyətlərini  hərtərəfli  yoxlamaq  üçün  (D-2)  onun  dinamiki,  texniki  -  iqtisadi  göstəricilərini 

təyin  etməyə  imkan  verən  və  qaçış  barabanları    olan  dinamometrik  diaqnostika  stendləri 

olmalıdır. 

Bu  tələblər  birinci  növbədə  diaqnostikanın  tətbiq  edilməsinin  iqtisadi 

səmərəliliyinimüəyyən  edir.  ANM-də  hərəkət  tərkibinin  texniki  vəziyyətinin  diaqnostikasının 

iqtisadi  səmərəliliyi  isə  tətbiq  edilən  üsuldan,  avadanlıqdan,  onların  istifadə  olunma 

dərəcəsindən,  optimal  diaqnostika  normalarından  və  rejimlərindən,  həmçinin  texnoloji  prosesin 

düzgün təşkil edilməsindən asılıdır. 

 

 

 

 

 

 

 

 



Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə