Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə41/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   ...   35   36   37   38   39   40   41   42   43

88 

 

üçün mərkəzdənqaçma tipli nasoslardan istifadə edib bilər. Avtomobil balonunun həcminin 90%-



i  maye  qazla  doldurulur,  10%-i  isə  buxar  hissəsini  (yastığını)  təşkil  edir.  Yanacağın  buxar 

hissəsindən qış aylarında soyuq mühərriki asanlıqla işə salmaq üçün istifadə edilir. 

    Qaz  doldurucu  stansiyalarında  və  ümumiyyətlə  qaz  yanacağı  ilə  işlədikdə  əmək 

mühafizəsi tədbirlərinin həyata keçirilməsinə xüsusi fikir verilir. Balonları qazla doldurarkən qaz 

axıdılan  şlanqın  yanında  dayanmaq,  bərkitmə  işlərini  yerinə  yetirmək,  mühərrikdə  təmir  işləri 

aparmaq,  siqaret  çəkmək  və  s.  xarakterli  işlərin  görülməsi  qadağan  olunur.  Doldurulma 

prosesindən  sonra  mühərrik  çətin  işə  düşürsə  və  ya  qeyri  -  müntəzəm  işləyirsə,  bu  halda 

avtomobil  qaz  aparatından  ən  azı  15m  kənara  çəkilir  və  lazımi  tədbirlər  yerinə  yetirilir. 

Avtomobil  balonlarına  qaz  verilərkən  onun  kuzovunda  partlayış  təhlükəli  yükün  olmasına  yol 

verilmir. Balonların təmiri onların içərisindəki qaz tamamilə boşaldıqdan sonra aparıla bilər. Qaz 

doldurucu stansiyalarında da ADS-da olduğu kimi qabaqcadan yanğına qarşı mübarizə tədbirləri 

nəzərdə tutulur. 



Yağlama materiallarının daşınmasını, saxlanılmasını və paylanmasını düzgün təşkil etdikdə 

onların həm itkiləri az  olur,  həm  də istismar keyfiyyətləri aşağı düşmür. Bu baxımdan yağların 

mərkəzləşdirilmiş  qaydada  daşınması,  saxlanılması  və  paylanması  daha  səmərəlidir. 

Mərkəzləşdirilmiş üsulun  əsas  mahiyyəti  ondadır ki, yağ  xüsusi avtosisternlərdə,  çəlləklərdə  və 

ya  müvafiq  tarada  daşınaraq  müəssisəyə  gətirilir,  lazımi  rezervuara  boşaldılaraq  saxlanılır, 

paylanma zamanı isə borularla yağlama postlarına verilir. 

   Hər  bir  növ  yağ  üçün  ayrıca  tutum  qəbul  edilir.  Mühərrik  və  transmissiya  yağları 

sisternlərdə  (rezervuarlarda),  plastik  (konsistent)  yağlar  isə  metal  çəlləklərdə  və  ya  qapaqlı 

baklarda  saxlanılır.  İşlənmiş  yağlar  yığılaraq  regenerasiyaya  göndərilir.  Regenerasiya  olunmuş 

yağ yenidən avtomobillərdə işlədilir. 

   Yağ  anbarında  texniki  mayelərin  saxlanılması  üçün  də  xüsusi  qablar  (qeyri-standart) 

nəzərdə tutulur. Anbarda olan bütün yağ tutumları (çənlər, rezervuarlar və s.) buxar qızdırıcıları 

ilə təchiz edilirlər. 

Şin  anbarı  gündüz  işığından  mühafizə  edilir,  orada  rezin  məmulatına  mənfi  təsir  göstərən 

materiallar  (kerosin,  benzin,  yağ  və  s.)  saxlanılmır.  Şinlər  anbarda  metal  və  ya  taxta 

materialından hazırlanmış rəflərdə şaquli vəziyyətdə qoyulur. Rəflər qızdırıcı qurğulardan ən azı 

1  m  aralı  qoyulur.  Şinlər  uzun  müddət  saxlanıldıqda  onların  dayaq  nöqtələri  periodik  olaraq 

(məsələn, kvartalda bir dəfə) dəyişdirilir. 

Kamerlər  azacıq  doldurulmuş  halda  asılqanlarda  və  ya  təzə  şinlərin  daxilində  saxlanılır. 

Periodik olaraq (1-2 aydan bir) kamerlərin də dayaq nöqtələri dəyişdirilir. 

    İstismardan  çıxarılmış və  bərpa olunmaq üçün göndəriləcək  şinlər  müəssisənin  həyətində 

talvar altında  saxlanılır. Şinlərin təmirində istifadə edilən materialları taxta yeşiklərdə, yapışqan 

isə şüşə qabda bağlı halda saxlanılır. 

    Nəqliyyat  vasitələrinin  istismarı  ilə  əlaqədar  olaraq  minlərlə  adda  ehtiyat  hissələri, 



aqreqatlar və texniki materiallar saxlanılır, tələbata görə istifadəyə verilir. 

   Avtomobilin aqreqatları rəflərdə və ya taxta altlıqlar üzərində, kuzov və kabinələr isə talvar 

altında  saxlanılır.  Ehtiyat  hissələri  bağlı  anbarlarda  çoxmərtəbəli  açıq  və  ya  örtülü  rəflərdə 

(şkaflarda) saxlanılır. Hissələrin yerini tez tapmaq üçün onların aid olduqları aqreqatlar zavodun, 

kataloq  nömrəsi  əsasında  yerləşdirilir,  üzərində  müvafiq  qeydlər  edilərək  aşağıdakılar  ifadə 

olunur.  a)  hissənin  nomenklatura  nömrəsi;  b)  kataloq  üzrə  adı;  v)  anbarda  həmin  adda  olan 

hissələrin miqdarı. 

  Tez buxarlanan materiallar və turşular odadavamlı, izolə edilmiş binalarda saxlanılır. Turşu 

saxlanılan  şüşə  qabların  yerləşdirilməsi  yumşaq  tara  içərisində,  ayrıca  çəpərlənmiş  sahədə 

nəzərdə tutulur. Alətlər standart yeşiklərdə, brezent çantalarda saxlanılır və ya çoxmərtəbəli rəfin 

gözbrində qoyulur. Brezent materiallar, ip, kəndir, zəncir və s. kiçik anbarda yerbşdirilir. Kəsici, 

söküb-quraşdırma,  nəzarət  ölçücü  və  bu  kimi  alətlər  (həmçinin  bunlara  bənzər  tərtibatlar)  alət 

paylama şöbəsində saxlanılır. 

  Avtomobil  nəqliyyatından  fərqli  olaraq  dəmir  yolu  nəqliyyatında  lazım  olan  dizel 

yanacağının  miqdarı  teplovozları,  dizel  qatarlarını  və  yük  qaldırıcı  kranları,  həmçinin  stasionar 



89 

 

dizel  aqreqatlarını  tam  təmin  edəcək  şərtə  görə  hesablanır.  Buna  görə  yağlama  təsərrüfatında 



aşağıdakı  avadanlıqlar  nəzərdə  tutulur:  dizel  yanacağını  boşaltmaq,  digər  istehlak  sahəsinə 

vurmaq  və  qızdırmaq,  yanacağı  lokomotivlərə  ötürmək  üçün  kommunikasiya  qurğuları, 

yanacağın miqdarını ölçmək üçün texniki vasitələr. 

   Yanacağı təchiz edən aqreqat və qurğuların tipi və gücü sutkalıq yanacaq sərfinə görə təyin 

edilir. 

  Dəmir  yolu  nəqliyyatının  yağlama  təsərrüfatında  böyük  miqdarda  (ancaq  lokomotiv 

parkında 15-ə yaxın) yağlama materialları istifadə edilir. Müxtəlif çeşidli yağlama materiallarını 

saxlamaq üçün müvafiq avadanlıqlar istifadə edilir. Yağların normalan sutkalıq sərf olunan dizel 

yana-cağının miqdarına görə təyin edilir. 

   Vaqon  təsərrüfatında  istehsal  məqsədləri  üçün  tələb  olunan  yanacağın  dəyəri  qızdırıcı 

qurğular, sobalar, dəmirçi kürələri və s.-nin şərtinə görə təyin edilir. Bu məqsədlə yanacaq sərfi 

normalarından istifadə olunur. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə