Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə39/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   ...   35   36   37   38   39   40   41   42   43

83 

 

Cari  təmir  sayca  planlaşdırılmır,  tələbata  görə  yerinə  yetirilir.  Cari  təmirin  aparılmasında 

məqsəd  avtomobilin  istismar  keyfiyyətlərini  (yanacaq  qənaətliliyini,  dinamikliyini,  hərəkətin 

təhlükəsizliyini, etibarlılığını, məhsuldarlığını və s.-ni) pisləşməyə qoymamaqdır. 

    Nəqliyyat vasitəsindən maksimum istifadə etmək üçün cari təmir mümkün qədər növbələr 

arası  vaxtda  yerinə  yetirilir.  Hərəkət  tərkibinin  təmirdə  boş  dayanma  müddətini  azaltmaq 

məqsədilə  müəssisənin  dövriyyə  anbarında  tələb  edilən  miqdarda  ehtiyat  hissələri  (aqreqatlar, 

qovşaqlar, de-tallar) olmahdır. 

   Hərəkət  tərkibinin  cari  təmirə  tələbatı  (ehtiyacı)  nəqliyyat  prosesi  zamanı  onun  işləmə 

qabiliyyətini müşahidə edərkən, diaqnostika prosesində texniki vəziyyətini öyrənərkən və texniki 

qulluğu  yerinə  yetirərkən  müəyyən  edilir.  İmtinaların  və  nasazlıqların  baş  verməsi  təsadüfi 

hadisələr sırasına aid olduğundan cari təmirin xarakteri də ehtimal olunan proseslərə aiddir. Buna 

görə  də  cari  təmir  üçün  iş  həcmi  planlaşdırıldıqda  xüsusi  əmək  normalarından  (hər  1000  km 

yürüş  üçün)  istifadə  edilir.  Bu  normalar  statistik  məlumatlar  əsasında  qabaqcıl  texnika  ilə 

(yüksək  məhsuldarlığa  malik  avadanlıqla)  təchiz  edilmiş  nəqliyyat  müəssisələrinin  təcrübəsi 

nəticəsində müəyyən edilmişdir. 

    İcra  yerinə  və xarakterinə  görə  cari təmir işləri iki qrupa bölünür: a) işçi postlarda yerinə 

yetirilən işlər - post işləri; b) istehsalat sexlərində (şöbələrində) görülən işlər - hazırlıq işləri

    Post  işlərinə  sökmə  -  yığma,  bərkitmə,  nizamlama,  diaqnostika  və  bir  sıra  köməkçi  işlər 

daxildir. Bu işlər  cari təmirin ümumi iş  həcminin 39-57%-ni (avtomobilin  tipindən asılı olaraq) 

təşkil  edir.  Avtomobilin  kabinəsində,  kuzovunda,  banında,  təkərlərində  baş  vermiş  imtinaların 

aradan  qaldırılma  işləri  də  işçi  postlarda  aparıldığı  üçün  post  işlərinə  daxildir.  Cari  təmirin  iş 

həcminin  qalan  hissəsi  işlərin  xarakterindən  asılı  olaraq  istehsalat  sexləri  (isti,  kuzov,  əsas 

şöbələr)  arasında  paylanır.  Hazırlıq  işlərinin  ən  böyük  hissəsi  aqreqat  və  çilingər-mexaniki 

şöbələrin payına düşür. 

     Şəkildə  (avtomobil  nəqliyyatı  üçün)  cari  təmirin  texnoloji  prosesinin  sxemi  verilmişdir. 

Sxemdən  göründüyü kimi aqreqat və  mexanizmlərin əvəz  edilməsi üçün aparılan  sökmə-yığma 

işlərindən  başqa,  avtomobil  üzərindən  çıxarılmayan  və  imtinası  (nasazlığı)  olan  sistemlərin  və 

qovşaqların  işləmə  qabiliyyətini  bərpa  etmək  üçün  onlar  qismən  (natamam)  sökülürlər.  Belə 

xarakterli  işlər  avtomobildən  çıxarılan  aqreqatlarda  və  mexanizmlərdə  də  yerinə  yetirilir. 

Aqreqatlar,  mexanizmlər,  sistemlər  və  qovşaqlar  o  halda  avtomobilin  üzərindən  çıxarılır  ki, 

həmin elementlərdə baş vermiş imtinalar və nasazlıqlar postlarda aradan qaldırıla bilmirlər. 

    Texniki  qulluğun  hər  hansı  növünü  yerinə  yetirməzdən  əvvəl  nəqliyyat  vasitəsini 

(avtomobili)  hazırlamaq  lazımdır.  Bu  isə  ondan  ibarətdir  ki,  avtomobildə  yığışdırma,  yuma  və 

qurutma  işləri  aparılmalıdır.  Bununla  avtomobilin  həm  xarici  görünüşü  texniki  istismarın  tələb 

etdiyi  səviyyəyə  salınır,  həm  də  texniki  qulluqda  işlərin  yüksək  keyfiyyətlə  yerinə  yetirilməsi 

üçün zəmin yaranır. 

    Düzgün təşkil edilmiş texnoloji proses texniki qulluq (cari təmir) işlərinin minimum əmək 

və  material  xərcləri ilə yerinə  yetirilməsini təmin  edir, işçilərin boş dayanma müddətini azaldır, 

istehsalat  sahəsinin  buraxma  qabiliyyətini  yüksəldir  və  s.  Texniki  qulluğun  və  ya  cari  təmirin 



texnoloji  prosesləri  ümumilikdə  istehsalat  prosesini  təşkil  edir  ki,  bu  proses  müxtəlif  təyinatlı 

nəqliyyat müəssisələrində icra edilir. 

   Dəmir  yolu  nəqliyyatında  təmirin  tipik  texnoloji  prosesinə  vaqonların  xarici  yuyulması, 

onun  yığma  vahidlərinə  və  detallara  bölünməsi,  yuma,  yağsızlaşdırma  detalların 

defektoskopiyası,  təmiri  və  bərpası,  düyünlərin  və  vaqonların  yığılması,  rəngləmə  və  s.  işlər 

daxildir.  Bu  nəqliyyat  növü  üçün  təmir  prosesi  bir  sıra  göstəricilərə  görə  təsnif  edilir:  a)  təmir 

olunan hissələrin saxlanılma göstəricilərinə görə; b) yerinə yetirilən işin xarakterinə və təyinatına 

görə;  c)  planlaşdırma  göstəricisinə  görə;  q)  reqlamentin  yerinə  yetirilməsinə  görə;  d)  təmirin 

təşkilinə görə. 

      Vaqonların təmir periodikliyi Nəqliyyat Nazirliyinin normativləri əsasında qəbul edilir. 

 



84 

 

 



 

Avtomobilin  müxtəlif  xarakterli  texniki  təsirlər  altında  boş  dayanma  müddəti  istehsalın 

qabaqcıl texnika və texnologiya əsasında təşkil edilməsindən asılı  olduğu kimi, konstruksiyanın 

təmirə yararlığı xüsusiyyətlərindən də (əlverişlilik və unifikasiya dərəcəsi, qarşılıqlı əvəz olunma 

qabiliyyəti və s.) asılıdır. Birinci avtomobil nəqliyyatı işçiləri (istismarçılar), ikinci isə avtomobil 

sənayesi işçiləri (layihəçilər və texnoloqlar) tərəfindən düzgün nəzərdə tutulmalıdır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



85 

 

Mühazirə 27. 



 

Nəqliyyatda texniki təchizatın əsas problemləri. 

Təchizatda qənaət. 

 

      İstismar  prosesində  nəqliyyat  vasitələrinin  işləmə  qabiliyyətini  daim  tələb  edilən 



səviyyədə  saxlamaq  üçün  onlar  fasiləsiz  olaraq  müxtəlif  istismar  (yanacaq,  yağ,    texniki 

mayelər)  və  texniki  (ehtiyat  hissələri,  aqreqatlar  və  s.)  materiallarla  təmin  edilməlidirlər.  Bu, 

nəqliyyat müəssisəsinin texniki təchizatını təşkil edir. 

     Müəssisənin  təchizat  planı  nəqliyyat  planının  tərkib  hissəsidir.  Bu  plan  müəssisənin 

istehsalat  proqramı  nəzərdə  tutulmaqla  müxtəlif  materiallar  sərfinin  son  normativləri  əsasında 

tərtib  edilir.  Müəssisə  üçün  texniki  təchizat  məsələləri  təşkil  edilərkən  aşağıdakılar  mütləq 

nəzərdə tutulur: 

 a)    materialların  miqdarı  nəqliyyat  vasitələrinin  sayından  və  avtomobil  nəqliyyatı  üçün 

ümumi  yürüşdən  asılı  olaraq  təyin  edilməli,  müəssisəyə  vaxtında  gətirilməli;  b)  materialların 

anbarlarda  itkisiz  saxlanılması  təmin  olunmalı;  c)  materiallar  maksimum  qənaətlə  sərf  edilməli 

və s. 

   Bütün  bunlar və  digər amillər tələb  edir ki, istismar və texniki materialla rın  daşınmasında 



və saxlanılmasında səmərəli (optimal) tədbirlər tətbiq edilsin. 

  Aşağıda avtomobil  nəqliyyatında işlədilən  yanacaq  və  yağların  nəql  edilmə,  saxlanılma və 

hərəkət  vasitələrinə paylanılma  xüsusiyyətləri  şərh  edilmişdir. Hazırda avtomobil  nəqliyyatında 

maye  (benzin,  dizel  yanacağı)  və  qaz  (mayeləşmiş,  sıxılmış)  yanacaqlarından  istifadə  olunur. 

Yanacaqların itkisiz daşınması, saxlanılması və avtomobillərə paylanması xüsusi əhəmiyyət kəsb 

edir. 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə