Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə38/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   ...   35   36   37   38   39   40   41   42   43

81 

 

3)  Fasiləsiz nəzarətlə aparılan texniki  qulluq  (bu  halda  əməliyyatlar texniki vəziyyəti tələb 



edilən səviyyədə saxlamaq üçün fasiləsiz müşahidə əsasında tələbata görə yerinə yetirilir); 

4) Texniki vəziyyətlərin səviyyəsinə və ya tələbata görə təmir (təmirin həcmi və icra anı hər 

bir  nəqliyyat vasitəsinin  sazlığına və işləmə qabiliyyətinə  görə müəyyən edilir, texniki  vəziyyət 

isə texniki sənədlərdə göstərilmiş həcmdə və müddətdə nəzarətdə saxlanılır). 



Hər  bir  texniki  qulluq  və  təmir  üzrə  qəbul  edilmiş  iş  həcmi  onun  xarakteristikası  adlanır. 

Eyni  xarakteristikaya  malik  qarşılıqlı  münasibətdə  olan  TQ  və  təmirlər  arasındakı  yürüş  (vaxt) 

təmirlər arası dövr adlanır. 

    Dəmir  yolu  nəqliyyatında  tələbata  görə  təmir  lokomotivin  yürüşündən  asılı  olmayaraq 

təyin  edilir  (istismar  vaxtı  faktiki  aşkar  olunan  imtinalara  və  ya  texniki  qulluq  prosesində 

müəyyənləşdirilən nasazlıqlara görə təyin edilir). 

   Xəbərdar  edici  təmir  (planlı)  lokomotivin  (vaqonun)  müəyyən  yürüşündən  sonra  təyin 

edilir. Bu təmirin əsasını isə normal istismar şəraitində imtinalara səbəb olan lokomotivin texniki 

vəziyyəti üzərində aparılmış müşahidələr təşkil edir. 

   Dəmir  yolu  nəqliyyatında  fəaliyyətdə  olan  TQ  və  təmir  sistemi  üçün  aşağıdakı  xarakter 

xüsusiyyətlər nəzərə alınır: 

a)  Lokomotivin (və ya vaqonun) təmirə  saxlanılması  müəyyən (normalaşdırılmış) yürüşdən 

və ya işləmə müddətindən sonra yerinə yetirilir; 

b)  Təmir işləri faktiki qeyd edilmiş iş həcminə əsaslanır; 

c)  Profilaktik  təmir  işləri  avadanlıqda  imtinalar  baş  verdikdən  sonra  deyil,  onların 

qabaqcadan qarşısını almaq üçün təşkil edilir və s. 

    Dəmir  yolu  nəqliyyatında  qüvvədə  olan  TQ  və  təmir  sistemi  (planlı)  aşağıdakıları  əhatə 

edir. 


-  TQ-1,  TQ-2  və  TQ-3  -  lokomotivlərdə  pozğunluqların  qarşısını  almaqla  onların  işləmə 

qabiliyyətini  tələb  edilən  səviyyədə  saxlamaq,  fasiləsiz  və təhlükəsiz imtinasız hərəkətini təmin 

etmək, həmçinin sanitar- gigiyena tələblərini ödəmək; 

-  TQ-4  -  təkər  cütlərini  çıxarmadan  kəmərlərini  (çənbərini,  qovşağını)  yonmaq;  bu  TQ-u 

bəzən TQ-3 ilə birləşdirərək icra edirlər. 

Məxsusi  olaraq  sərnişin  və  yük  (o  cümlədən  avtomat  refrejerator)  vaqonları  üçün  texniki 

qulluq növləri təyinatlarına görə planlaşdırılır. 

- CT-1, CT-2 və CT-3 - əsas istismar xarakteristikalarını bərpa etmək (müxtəlif aqreqatları, 

qovşaqları və detalları əvəz etmək, sınaq və nizamlama işlərini yerinə yetirməklə); 

-  ƏT-1-  dəmir  yolu  nəqliyyatının  bütün  təşkil  edicilərinin  tam  resursunu  və  istismar 

xarakteristikaların bərpa etmək; 

-  ƏT-2  ƏT-l-ə  əlavə  olaraq  baza  detallarını  (aqreqatları,  qovşaqları)  bərpa  etmək,  elektrik 

xətlərini tam əvəz etmək. 

   Dəmir  yolu  nəqliyyatı  üçün  verilmiş  TQ  və  CT  növlərinin  xarakterik  xüsusiyyətləri  və 

yerinə  yetirilmə prinsipləri texniki  ədəbiyyatlarda və  s.  geniş  şərh  edilir. Bununla belə, nəzərdə 

tutulmalıdır ki, vaqonlara olan TQ işlərindən başqa onun bəzi məsul hissələri (buks, avtotormoz, 

təkər  cütü) də əlavə  olaraq yoxlamadan keçirilir.  Müvafiq  texniki  ədəbiyyatlarda  həmçinin  yük 

və sərnişin vaqonlarının təmir periodiklikləri, texniki qulluqlar arası yürüşləri, əmək tutumları və 

s. xüsusi normalar vaqonların tipindən asılı olaraq şərh edilir. 

TQ və CT-in texnoloji prosesi 

     Texniki qulluq və təmir sisteminin Əsasnaməsinə görə profilaktik xarakterli işlər məcburi 

olaraq  müəyyən  yürüşlərdən  sonra  yerinə  yetirilir.  Profilaktik  xarakterli  işlərin  müəyyən 

ardıcıllıqla yerinə yetirilmə prosesinə texniki qulluğun texnoloji prosesi deyilir. 

    Texniki  qulluq  texnoloji  prosesinin  əsas  vəzifəsi  odur  ki,  minimum  vaxt  sərf  etməklə 

görülən işlər yüksək keyfiyyətlə yerinə yetirilsin. Bununla işçilərin əmək məhsuldarlığı yüksəlir. 

    Texniki  qulluq  bir  çox  əməliyyatlardan  ibarətdir  ki,  bunların  hər  biri  qulluğun  texnoloji 

prosesinin tərkib  hissəsinin təşkil edir.  Əməliyyat dedikdə nəqliyyat vasitəsində  yaxud  onun hər 

hansı  aqreqatında,  mexanizmində,  sistemində  texniki  xidmət  zamanı  kompleks  şəkildə  ardıcıl 

yerinə yetirilən təsirlərin cəmi başa düşülür. 




82 

 

    Texniki  qulluq  zamanı  avtomobildə  aparılan  əməliyyatların  sayı  çoxdur.  Bu  əməliyyatlar 



öz  xarakterlərinə,  istifadə  edilən  avadanlığa  və  yerinə  yetirilmə  şəraitlərinə  görə  aşağıdakı 

qruplara  bölünür:  a)  yığışdırma,  yuma  və  qurutma  (xarici  qulluq)  işləri;  b)  diaqnostika  və 

nizamlama  işləri;  c)  elektrotexniki  işlər;  q)  bərkitmə  işləri;  d)  yağlama  işləri;  e)  şin  işləri;  j) 

avtomobilin  istismar  materialları  ilə  (xüsusən  yanacaqla)  təchiz  olunma  işləri.  Avtomobildə 



xarici  qulluq  işləri  sürücünün  kabinəsində,  platformada,  kuzovda,  kapotun  içərisində  görülən 

yığışdırma, yuma və qurutma işlərini əhatə edir. 



Diaqnostika  və  nizamlama  işlərinə  aqreqatların,  mexanizmlərin  və  sistemlərin  (xüsusilə 

alışdırma  və  qida  sistemlərinin)  işləmə  qabiliyyətlərinin  yoxlanılması,  nasazlıqların  yaranma 

səbəblərinin  aydınlaşdırılması  və  avtomobildə  yerinə  yetirilən  bütün  nizamlama  (alışdırmanın 

qabaqlama bucağının və s.-nin) işləri daxildir. 

    Detalların  yivli  birləşmələrinin  (boltların,  sancaqların,  qaykaların)  texniki  vəziyyətlərinin 

yoxlanılması, çatışmayan bərkitmə elementlərinin yerinə qoyulması, nasaz detalların yeniləri ilə 

əvəz edilməsi və bu kimi işlər bərkitmə işlərini təşkil edir. 

     Elektrotexniki  işlər  qida  mənbələrinin  (akkumulyator,  generator)  və  enerji  sərfedicilərin 

(bata-reyalı alışdırma sisteminin cihazları, starter, işıqlandırma, siqnal və nəzarət-ölçü cihazları) 

texniki  vəziyyətlərinin  xaricdən  yoxlanılması,  kontakt  nöqtələrinin  (birləşmələrinin)  çirkdən 

təmizlənməsi,  elektrik avadanlığı  elementlərinin  diaqnostikası, nasazlıqların aradan qaldırılması 

və nizamlama işlərini əhatə edir. 

Yağlama  işləri  avtomobilin  karterindəki  yağların  dəyişdirilməsi,  karterlərə  yağın  əlavə 

edilməsi,  transmissiyanın  oynaqlı  birləşmələrinin  və  yastıqlarının,  hərəkət  hissələrinin  açıq 

düyünlərinin,  həmçinin  sükan  idarəsində  yerinə  yetirilən  yağlama  işlərini  əhatə  edir.  Yağlama 

işlərinə həm də av-tomobilin müxtəlif texniki mayelərlə (tormoz, amortizator) təchiz edilməsi və 

süzgəclərin təmizlənməsi (əvəz edilməsi) işləri də daxildir. 

Şin  isləri  şinlərin  daxili  təzyiqlərinin  yoxlanılması,  onların  normal  qiymətə  gətirilməsi, 

protektora  ilişib  qalmış  iti  əşyaların  kənar  edilməsi,  şinlərin  xaricdən  texniki  vəziyyətlərinin 

yoxlanılması (təmirin iş həcmini müəyyən etmək üçün) və texniki qulluq zamanı şinlərin yerinin 

dəyişdirilməsi işlərindən ibarətdir. 

     Texniki  qulluqda  görülən  əməliyyatların  yuxarıdakı  qayda  ilə  qruplara  bölünməsinin 

zəruriliyi  ondadır  ki,  bu  halda  işlərin  xarakterinə  uyğun  olaraq  müvafiq  ixtisaslı  işçilərdən, 

böyük məhsuldarlığa malik mexanikləşdirmə və avtomatlaşdırma vasitələrindən istifadə edilir. 

    Texniki  qulluğun  bir  və  ya  bir  neçə  eyni  adlı  işləri  (əməliyyatları)  istehsalat  sahəsinin 

müəyyən  hissəsində  yerinə  yetirilir  ki,  həmin  sahə  lazımi  avadanlıqla  (cihazlarla,  tərtibatlarla, 

qurğularla,  alətlərlə  və  s.)  təchiz  edilir.  Bu  istehsalat  sahəsinə  işçi  postu  deyilir.  İşçi  postunda 

eyni zamanda bir neçə fəhlə işləyə bilər. İşçi postunda bir fəhlənin xidmət etdiyi sahəyə  işçi yeri 

deyilir. 

   Texniki  qulluqdan  fərqli  olaraq  nəqliyyat  vasitələrində  məcburi  olaraq  cari  təmirin  yerinə 

yetirilmə  səbəbi  onun  konstruksiyasında  yürüşdən  asılı  olaraq  imtina  və  nasazlıqların  baş 

verməsidir. 

     İstisrmar  prosesində  imtina  və  nasazlıqlar  detalların  hazırlanması  üçün  istifadə  edilən 

materialların  korroziyaya  məruz  qalması,  köhnəlməsi,  mexaniki  xassələrininin  dəyişməsi, 

nizamlamaların pozulması və s. bu kimi halların  nəticəsində baş verir. Belə xoşa gəlməz halları 

aradan  qaldırmaq  üçün,  yəni  elementlərin  işləmə  qabiliyyətini  bərpa  etmək  üçün  cari  təmir 

yerinə  yetirilir.  Cari  təmir  aqreqat  və  mexanizmlərin  tam  və  yaxud  natamam  sökülməsi  ilə 

əlaqədardır. Bu vaxt sıradan çıxmış (yaxud zədələnmiş) hissə ya tamamilə yenisilə əvəz edilir, ya 

da  təmir  edilib  yerinə  qoyulur.  Deməli,  cari  təmir  dedikdə  istismar  prosesində  yaranan 



imtinaların aradan qaldırılması başa düşülür. Texniki istismarın  əsas problemlərindən  biri  cari 

təmirin  iş  həcminin  yerinə  yetirilməsi  üçün  tələb  edilən  material  və  əmək  xərclərini  aşağı 

salmaqdır. Bunun üçün istehsalat, xüsusilə cari təmirin texnologiyası müxtəlif qabaqcıl üsullarla 

(ixtisaslaşdırılmış  briqada  üsulu,  aqreqat  sahə  üsulu,  mərkəzləşdirilmiş  idarə  etmə  üsulu)  təşkil 

edilir. 



Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə