Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə37/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

79 

 

Mühazirə 26. 



 

TQ –da görülən işlərin xarakteristikası. CT  işlərinin xarakteristikası. 

 

TQ-1  və  TQ-2  işlərinin  aparılmasında  məqsəd  avtomobilin  aqreqat  və  mexanizmlərinin 

texniki vəziyyətlərini qiymətləndirən parametrlərin dəyişmə gərginliyini aşağı salmaqdır. Bunun 

üçün  müəyyən  yürüşlərdən  sonra  avtomobildə  nəzarət-nizamlama  (diaqnostika),  bərkitmə, 

yağlama,  elektrotexniki,  şin,  qida sistemi üzrə və  s.  profilaktik xarakterli texniki təsirləri yerinə 

yetirməklə  gələcəkdə  baş  verəcək  imtinaların  və  nasazlıqların  qarşısı  qabaqcadan  alınır, 

detalların yeyilmə gərginliyi aşağı salınır. Burada avtomobilin texniki vəziyyətinin diaqnostikası 

texniki  qulluğun  əsas  elementlərindən  biri  olduğu  üçün  onun  yerinə  yetirilməsi  imtinaların  və 

nasazlıqların  vaxtında  aşkar  edilib  aradan  qaldırılması  baxımından  mühüm  rol  oynayır.  TQ-1 

işləri  GQ  kimi  növbələr  arası  vaxtda  yerinə  yetirilir.  TQ-2  isə  aparılma  üsulundan  asılı  olaraq 

günün müxtəlif vaxtlarında planlaşdırıla bilər. 

     TQ-2  işlərinin  həcmi  TQ-1  işlərinin  həcmindən  xeyli  böyükdür.  Bir  çox  hallarda  TQ-2 

işlərini  yerinə  yetirmək  üçün  avtomobil  xəttə  buraxılmır.  Belə  olan  halda  təmirə  ehtiyacı  olan 

bəzi  sistem  və  mexanizmlərin  (qida  sistemi,  elektrik  avadanlığı  elementlərinin  və  s.)  işləmə 

qabiliyyəti istehsalat sexlərində bərpa olunaraq yenidən avtomobilin üzərinə qoyula bilər. TQ-2-

də  avtomobilin  aqreqat  və  mexanizmlərinin  texniki  vəziyyəti  hərtərəfli  (D-2-nin  köməyi  ilə) 

yoxlanılır. 

    Mövsümi texniki qulluğun aparılmasında məqsəd avtomobili iqlim şəraitinə uyğun olaraq 

istismara hazırlamaqdır. MTQ ildə iki dəfə aparılır. Həddindən çox soyuq və isti iqlim zonaları 

üçün MTQ sərbəst şəkildə planlaşdırılır. Digər rayonlar üçün isə MTQ TQ-2 ilə birləşdirilir. Bu 

halda TQ-2-nin əmək tutumu 20-50% artırılır. 

   TQ-1 və TQ-2 işlərinin aparılma periodikliyinə müvafiq olaraq avtomobillərdə ümumi (D-

l) və elementlər üzrə (D-2) diaqnostika işlərinin də yerinə yetirilməsi planlaşdırılır. D-l TQ-l-dən 

qabaq,  D-2  isə  TQ-2-nin  aparılmasından  2-3  gün  qabaq  yerinə  yetirilir.  D-l-də  hərəkətin 

təhlükəsizliyini  təmin  edən  elementlərin,  D-2-də  isə  avtomobilin  bütün  mexanizm  və 

elementlərinin texniki vəziyyəti müayinə edilir. 

     Əsasnaməyə  görə  avtomobil  nəqliyyatı  üçün  əsaslı  və  cari  təmir  (xüsusi  hallarda  orta 

təmir) növləri nəzərdə tutulur. 

Əsaslı  təmir  avtomobilin  və  aqreqatların  itirilmiş  işləmə  qabiliyyətinin  bərpa  edilməsi 

məqsədi ilə aparılır. Əsaslı təmir keçmiş avtomobilin resursu təzə avtomobil üçün verilmiş əsaslı 

təmir  yürüşünün  (normasının)  80%-nə  bərabər  qəbul  edilir.  Əsaslı  təmir  olunacaq  avtomobil 

tamamilə sökülür. Onun detalları çeşidlənir: istismara yararlı, təmirə yararlı və tamamilə yararsız 

detallar.  Avtomobil  yenidən  yığıldıqda  istismara  yararlı,  təmir  edilmiş  və  tamamilə  təzə 

hissələrdən istifadə edilir. 

   Avtomobilin və onun aqreqatlarının əsaslı təmirə qoyulması onların texniki vəziyyətlərinin 

hərtərəfli  öyrənilməsi  və  təhlili  əsasında  aparılır.  Bu  halda  avtomobilin  yürüşü  mütləq  nəzərə 

alınmalıdır. 

   Minik  avtomobilləri  və  avtobuslar  onların  kuzovlarının  əsaslı  təmirə  ehtiyacı  olduqları 

halda  əsaslı  təmirə  saxlanılır.  Yük  avtomobilləri  isə  kabinənin,  çərçivənin  və  əlavə  üç  əsas 

aqreqatın  əsaslı  təmirə  tələbatı  olduqda  avtomobil  təmir  müəssisəsinə  göndərilir.  Əsas 

aqreqatlara  aiddir:  mühərrik,  ötürmələr  qutusu,  paylayıcı  qutu,  qabaq  və  arxa  körpü,  sükan 

idarəsi  və  tormoz  sistemi.  Aqreqatlar  əsaslı  təmirə  o  halda  göndərilir  ki,  onların  baza  və  əsas 

detallarının əsaslı təmirə ehtiyacı olsun. 

    Baza detalı dedikdə aqreqatın elə hissəsi başa düşülür ki, onun bütün detalları həmin əsas 

hissənin  üzərinə  quraşdırılır.  Mühərrik  üçün  silindrlər  bloku,  sürətlər  və  paylayıcı  qutu  üçün 

onların karteri, qabaq körpü üçün onun tiri, kabinə üçün onun karkası, kuzov üçün onun əsası və 

s.  baza  detallarına  aiddir.  Əsas  detallara  misal  olaraq  mühərrikdə  blok  başlığını,  dirsəkli  valı, 

nazim  çarxı,  paylayıcı  valı,  ötürmələr  qutusunda  valları, üst  qapağı, arxa körpüdə  yarım  oxları, 




80 

 

reduktorun  karterini,  differensialı,  təkərlərin  toplarını,  tormoz  barabanını,  kabinədə  və  ya 



kuzovda qapıları, döşəmənin örtüyünü, yük yerinin qapağını və s.-ni misal göstərmək olar. 

    Baza  detallarının texniki  vəziyyəti  cari təmir  vasitəsilə  bərpa oluna  bilmədiyi üçün  əsaslı 

təmirə  göndərilir.  Əsas  detallar  isə  aqreqatın  əsas  funksiyasını  yerinə  yetirdikləri  üçün  onların 

istismar  göstəriciləri  ANM-inin  istehsalat  bazasına  nisbətən  qabaqcıl  texnika  və  texnologiya 

əsasında daha yaxşı təşkil edilmiş avtotəmir müəsisəsində yüksək keyfiyyətlə bərpa edilə bilir. 

Cari  təmir  avtomobil  istismar  müəssisələrində  və  TXC-da  yerinə  yetirilir.  Bu  təmirdə 

aqreqatların  baza  detallarından  başqa  bütün  hissələrin  işləmə  qabiliyyəti  bərpa  edilir,  yəni 

istismar  prosesində  avtomobildə  baş  vermiş  imtinalar  və  nasazlıqlar  sökmə-yığılma,  qaynaq, 

dəmirçi,  çilingər  və  s.  bu  kimi  işləri  yerinə  yetirməklə  aradan  qaldırılır.  Cari  təmir  zamanı 

avtomobilin baza detallarından  başqa digər  bütün elementləri  əvəz  edilə bilər. Cari təmirin əsas 

vəzifəsi avtomobilin və ya onun hər hansı aqreqatının, mexanizminin işləmə qabiliyyətini ən azı 

növbəti  TQ-2-yə  qədər  saxlamaqdır.  Avtomobilin  cari  təmirdə  durması  təsadüfi  proseslərə  aid 

olduğundan  əmək  tutumunun  (vaxt  normasının)  normalaşdırılması  ehtimal  xarakter  daşıyır. 

Əsasnamədə cari təmir üçün hər 1000 km yürüşə görə xüsusi əmək tutumu (avtomobilin tipindən 

asılı  olaraq),  hər  bir  hərəkət  tərkibinin  TQ  və  CT-də  boş  dayanma  müddəti  nəzərdə  tutulur 

(uyğun olaraq adam-saat/1000 km və gün/1000 km ilə). 

    Texniki  qulluq  əsnasında  bir  sıra  təmir  işlərinin  (xüsusilə  avtomobilin  hərəkət 

təhlükəsizliyini  təmin  edən  mexanizm  və  sistemlərdə)  də  görülməsi,  Əsasnamədə  baxılır.  Bu 

halda görüləcək CT işlərinin həcmi TQ-2 işlərinin iş həcminin 15-20%-dən çox olmamalıdır. Bu 

cür  təmirə  bəzən  xəbərdar  edici  təmir  deyilir.  Bu  təmiri  planlı  surətdə  yerinə  yetirməklə  baş 

verəcək imtinaların və nasazlıqların qarşısı qabaqcadan alınır. 

    İstisna  olmaq  şərtilə  bir  sıra  ağır  rejimli  istismar  şəraitində  avtomobildə  orta  təmirin  də 

aparılmasına  icazə  verilir.  Bu  halda  avtomobilin  mühərriki  dəyişdirilə  bilər,  digər  aqreqatlarda 

baş  vermiş  nasazlıqlar  aradan  qaldırıla  bilər,  kuzovun  rəngi  bərpa  oluna  bilər  və  s.  işlər  yerinə 

yetirilə bilər. 

    Avtomobil  nəqliyyatında  olduğu  kimi  dəmir  yolu  nəqliyyatında  da  TQ  və  təmir  sistemi 

fəaliyyət göstərir. Burada da  nəqliyyat  vasitəsinin texniki vəziyyəti  müxtəlif təyinatlı kompleks 

işləri  (əməliyyatları)  vaxtaşırı  olaraq  yerinə  yetirilməklə  tələb  edilən  səviyyədə  saxlanılır  və 

bərpa olunur. 

    Dəmir yolu nəqliyyat üçün aşağıdakı texniki qulluqlar nəzərdə tutulur: TQ-1, TQ-2, TQ-3 

və  TQ-4.  Bu  nəqliyyat  növü  üçün  TQ-un  yerinə  yetirilməsində  əsas  məqsəd  lokomotivlərin  və 

vaqonların  texniki  hazırlıq  dərəcəsini  yüksəltmək,  qatarların  hərəkət  qrafiki  üzrə  fasiləsiz  və 

qəzasız  işləmə  qabiliyyətini  təmin  etməkdir.  Hərəkət  hissələri,  tormoz  avadanlığı,  lokomotiv 

siqnalizasiya  qurğuları,  rabitə  cihazları,  qatarların  təhlükəsiz  hərəkətini  təmin  edən  aqreqatların 

texniki vəziyyəti xüsusi nəzarətdə olmalıdır. 

     Təmir  adı  altında  dəmir  yolu  nəqliyyatı  elementlərinin  istismar  zamanı  və  ya  texniki 

qulluq  prosesində  aşkar  edilən  imtina  və  nasazlıqların  aradan  qaldırılması  ilə  işləmə 

qabiliyyətinin bərpa edilməsi kimi başa düşülür. 

   Təmirə  lokomotivin  deposunda  yerinə  yetirilən  CT-1,  CT-2,  CT-3  və  lokomotiv  təmiri 

zavodunda icra olunan ƏT-1, ƏT-2 əsaslı təmirləri aiddir. 

   Ümumi  şəkildə  Respublikamızın  dəmir  yollarında  fəaliyyətdə  olan  TQ  və  CT  sisteminin 

struktur  sxemi  şəkildə  göstərilmişdir.  Sxemdən  aydın  görünür  ki,  sistem  iki  alt  sistemdən 

ibarətdir:  a)  istismar  zamanı  pozğunluqların  baş  verməməsi  üçün  etibarlılığın  tələb  edilən 

səviyyədə saxlanılması; b) konstruktiv etibarlılığm bərpa edilməsi. 

   Beləliklə, yuxarıda deyilənlər və sxemdə göstərilənlər əsasında aşağıdakı nəticələrə gəlirik 

(lokomotivlərin TQ və təmir növləri baxımından): 

1)    Təmirlər  arası  dövrdə  müəyyən  həcmdə  yerinə  yetirilən  TQ  və  CT  (normativ  sənədlər 

əsasında); 

2)  Periodik  nəzarətlə  icra  edilməsi  nəzərdə  tutulan  texniki  qulluq  (əməliyyatların  həcmi 

profilaktik təsirlər  başlanan zaman  hərəkət  tərkibinin  sazlığını və işləmə  qabiliyyətini  saxlamaq 

baxımından təyin edilir); 




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə