Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə23/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

47 

 

Mühazirə 18. 



Etibarlılıq göstəricilərinin təyin olunma prinsipləri 

 

    Bilirik  ki,  istismar  zamanı  nəqliyyat  vasitəsinə  həddindən  çox  müxtəlif  xarakterli  amillər 



təsir  edir.  Bunun  nəticəsində  onun  aqreqat  və  mexanizmlərinin  etibarlılığı  da  müxtəlif  formada 

dəyişir.  Etibarlılıq  göstəricilərini  təyin  etdikdə  hərəkət  tərkibinin  işi  ilə  əlaqədar  olan  amillərin 

hamısının təsirini nəzər almaq mümkün deyil. Bu baxımdan hər hansı bir mürəkkəb sistem kimi 

nəqliyyat  vasitəsinin  də  etibarlılığı  ehtimal  xarakteri  daşıyır,  özü  də  aparılan  təcrübələrin 

(sınaqların) nəticə-sində alınan statistik məlumatlar əsasında təyin edilir. Bu isə böyük miqdarda 

statistik  məlumatların  olmasını,  onların  işlənilməsini  və  mürəkkəb  hesablamaların  yerinə 

yetirilməsini  tələb  edir.  Həqiqətdə  isə  (praktikada)  etibarlılıq  göstəriciləri  məhdud  sayda 

götürülmüş nəqliyyat vasitələrinin (bizim mi-salda avtomobillərin) sınağı nəticəsində əldə edilən 

statistik  məlumatlara  görə  təyin  edilir.  Bunun  üçün  əvvəlcə  təsadüfi  kəmiyyətlərin  (yürüşün) 

ədədi  xarakteristikaları hesablanır ki,  bunlar da paylanma  qanunlarının  parametrləridir. Bunlara 

aiddir:  

1.    Riyazi  gözləmə  -  təsadüfi  kəmiyyət  üçün  alınan  qiymətlərin  qruplaşma  mərkəzini 

xarakterizə edir, yəni, alınmış qiymətlərin orta qiymətidir. 



0

1



1

N

i

i

l

N

l

 

burada: 



0

N

-  sınaq  üçün  götürülmüş  elementlərin  sayı;



i

l

-  i-ci  elementin  son  həddinə 

(imtinaya) qədər olan yürüşdür. 

2.  Dispersiya  və ya  orta kvadratik  meyllənmə  - alınmış  göstəricilərin  orta qiymət  ətrafında 

yayılma xüsusiyyətini xarakterizə edir. 

 

2





D

;    

1

)



(

0

1



2

0







N

l

l

N

i

i

 



 

3.  Variasiya  əmsalı  - ayrı-ayrı elementlərin  imtinaya  qədər  yürüşlərinin  yayılma  dərəcəsini 

qiymətləndirir. 

l

v



 

4.  Variasiya  amplitudası  -  təsadüfi  kəmiyyətlər  üçün  alınmış  göstəricilərin  maksimum  və 

minimum qiymətləri arasındakı fərq kimi təyin edilir: 

min


max

l

l

R



 

 

    Göstərilən parametrlərin təyin edilməsi üçün əvvəlcə yürüşün bir tərəfə dəyişməsi şərti ilə 



paylanma sırası cədvəli tərtib edilir. 

 

 



 

 

 



 

 

 



 

 

 




48 

 

Mühazirə 19. 

 

Etibarlılıq kriteriyalarının təyini 

 

Hərəkət  tərkibinin  işləmə  qabiliyyəti  böyük  miqdarda  konstruktiv-texnoloji  və  istismar 



amillərindən asılı olduğu üçün onun etibarlılığı bir və ya iki göstərici ilə qiymətləndirilə bilməz. 

Bu baxımdan nəqliyyat vasitəsinin etibarlılığı göstəricilər sistemi ilə xarakterizə edilir ki, bunlara 

bəzən  etibarlılıq  kriteriyaları  deyilir.  Bu  kriteriyalar  həm  nəzəri  (dəqiq)  şəkildə  (riyazi  ifadələr 

vasitəsilə), həm də statistik məlumatlar əsasında təyin edilir. 

Etibarlılıq kriteriyaları bərpa olunmayan və təmir olunan nəqliyyat elementləri üçün aynlıqda 

hesablanır. 

Bərpa olunmayan elementlərin əsas etibarlılıq göstəriciləri aşağıdakılardır: 

1. İmtinasız işləmə ehtimalı. 

2. İmtinaların intensivliyi. 

3. İmtinaya qədər orta yürüş. 

4. Qamma-faizli resurs. 

Birinci  üç  göstərici  imtinasızlığı,  axırıncı  isə  ömür  uzunluğunu  qiymətləndirir.İmtinasız 

işləmə  ehtimalı  elə  ehtimala  deyilir  ki,  verilmiş  istismar  şəraitində  və  yürüş  intervalında 

konstruksiyada heç bir imtina baş verməsin.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


49 

 

Mühazirə 20. 



Nəqliyyat vasttələrinin texniki 

vəztyyətinin təyin olunma üsullari 

 

Ümumiyyətlə, hərəkət tərkibinin texniki vəziyyəti üç üsulla təyin edilir: 



a)    vizual  müşahidələr  yolu  ilə  (məsələn,  avtomobilin  və  ya  onun  hər  hansı  bir  aqreqatmı 

xaricdən nəzərdən keçirməklə); 

b) bilavasitə ölçmə əməliyyatım yerinə yetirməklə; 

v) dolayı yolla, yəni, xarici təzahürlərə (əlamətlərə) görə. 

Hərəkət  tərkibinin,  xüsusilə  avtomobilin  texniki  vəziyyətinin  təyin  edilməsi  çox  mürəkkəb 

prosesdir.  Çünki  onun  konstruksiyasında  baş  verən  imtina  və  nasazlıqların  çoxu  gizli  xarakter 

daşıyır. Bunlar birinci üsulla aşkara çıxarmaq həmişə mümkün deyil. İkinci üsulla pozğunluqları 

təyin  etmək  üçün  tədqiq  obyekti  sökülməlidir.  Bu  isə  vaxt  itkisi  və  böyük  iş  həcminin  yerinə 

yetirilməsi ilə əlaqədar olduğundan avtomobilin boş dayanma müddəti artır, məhsuldarlıgı aşağı 

düşür,  son  nəticədə  daşımaların  maya  dəyəri  yüksəlir.  Bu  baxımdan  avtomobilin  texniki 

vəziyyətinin təyin edilməsi üçün üçüncü üsuldan geniş istifadə edilir. Burada avtomobilin texniki 

vəziyyəti  müxtəlif  avadanlıqlardan  istifadə  etməklə,  özü  də  sökülmədən  təyin  edilir.  Bunun 

nəticəsində  avtomobilin  təmirdə  boş  dayanma  müddəti  azaldığı  üçün  ondan  istifadə  dərəcəsi 

artır. 


Nəqliyyat  vasitələrinin texniki vəziyyətinin üçüncü üsulla, yəni, xarici əlamətlərə görə təyin 

edilməsi «diaqnostika» adı ilə geniş yayılmışdır. 



Texniki diaqnostika elmi 

Nəqliyyat  vasitəsi  mürəkkəb  sistem  olub  işləyən  elementlərin-  sistemin  funksiyalarının 

yerinə yetirilməsini təmin edən yığım vahidlərinin və detalların toplusudur. Nəqliyyat vasitəsinə 

nəzərən  sistemin  elementləri  aqreqatlar,  qovşaqlar,  mexanizmlər,  sonunculara  nəzərən  isə-

detallardır. 

İstismar  prosesində  nəqliyyat  vasitəsı  ətraf  mühitlə,  onun  elementləri  isə  öz  aralarında 

qarşılıqlı təsirdə olur. Bu qarşılıqlı təsirdə detallar yüklənir. Buradan nəqliyyat vasitəsınin texniki 

vəziyyətinin  bilavasitə  asılı  olduğu  obyektlər  (avtomobil,  aqreqat,  mexanizm,  sistem)  üzrə 

məlumatların vacibliyi aydındır. 

Nəqliyyat  vasitələrinin  texniki  vəziyyətlərinin  fərdi  qaydada  təyin  olunmasında  xarici 

təzahürlərə  (əlamətlərə)  əsaslanan  texniki  diaqnostika  xüsusi  əhəmiyyət  kəsb  edir.  Belə  ki, 

hərəkət tərkibi sökülmədən yüksək ehtimalla və inamla müayinə edilir.

 

Texniki diaqnostika - avtomibilin nasazlıq əlamətlərini, onu sökmədən  texniki vəziyyətini 

təyin  edən  metodları,  texniki  vasitələri  və  alqorimləri,  qalıq  resursunun  proqnoz  edilməsini, 

həmçinin  diaqnostika  sistemlərinin  hərəkət  tərkibinin  texniki  istismar  proseslərində  istifadə 

olunmasının texnologiyasını və təşkilini öyrənən elm sahəsidir. 

 

 



 

Texniki diaqnostika 

Müəyyən etmək 

nəzəriyyəsi 

Nəzarətə qabiliyyətlilik nəzəriyyəsi 

Müəyyən 


etmək 

alqoritmləri

 

 

Həlletmə 



qaydaları 

Diaqnostik 

modellər 

Diaqnostik 

informasiya

 

 



Vəziyyətə 

nəzarət


 

 

Diaqnostik 



modellər 

Diaqnostik 

modellər 

Nasazlıqların 

axtarışı 



Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə