Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə20/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

41 

 

    Nəqliyyat  vasitəsi  təmir  edilərkən  onun  aqreqat  və  mexanizmləri  tamamilə  təzə,  təmir 



olunmuş  və  istismara  yararlı  detallardan  yığılır.  Bütün  detalların  texniki  şərtlərə  müvafiq  gəl-

mələrini  fərz  etsək,  təmirin  keyfiyyəti  yığılma  texnologiyası  və  nizamlama  işlərinin  düzgün 

aparılması ilə qiymətləndirilir. 

  Bundan  başqa  təmirin  keyfiyyəti  avtotəmir  zavodu  şəraitində  hazırlanan  bir  çox  hissələrin 

(detalların) mexaniki xüsusiyyətlərinin texniki şərtlərdən kənar olmaları nəticəsində aşağı düşür. 

Materialların  tərkiblərinin,  çəkilərinin,  emal  növlərinin  düzgün  seçilməsi  təmirin 

keyfiyyətinə  xüsusi  təsir  göstərir.  Aqreqat  və  mexanizmlərin  yığılmasında  araboşluqlar, 

oturtmalar,  musaidələr,  gərilmələr  texniki  şərtlər  əsasında  seçildikdə,  yüksək  məhsuldarlığa 

malik  cihazlardan,  qurğulardan,  tərtibatlardan  istifadə  edildikdə  təmirin  keyfiyyəti  yüksəlir. 

Təmirin  keyfiyyətinin  yüksəlməsində  istehsalat  prosesində  işlədilən  yuyucu  məhlulların  və 

mayelərin,  detalların  səthlərini  təmizləmək  üçün  istifadə  edilən  təmizləmə  üsullarının  da  təsiri 

var. 


Ümumiyyətlə,  konstruktiv-texnoloji  amillər  nəqliyyat  vasitəsinin  istismar  keyfiyyətlərinin 

yüksəldilməsinə  xidmət  etməlidir.  Məsələn,  konstruktiv-texnoloji  amillərin  AN-nin  texniki 

vəziyyətinə təsirinə aid bir neçə misal göstərək. 

    Mühərrikin daim təkmilləşdirilməsinə baxmayaraq  o, hal-hazırda avtomobilin ən az ömür 

uzunluğuna  malik  aqreqatlarından  biridir.  Mühərrikin  resursu  avtomobilin  əsaslı  təmir 

yürüşünün  60-70%-ni,  onun  işləmə  qabiliyyətini  saxlamaq  üçün  isə  bütün  xərclərin  20-22%-ni 

təşkil edir. Mühərrikin normal işini təmin edən əsas elementlərdən biri yağlama siste-midir. Son 

zamanlar  bu  sistemin  təkmilbşdirilməsinə  xüsusi  fikir  verilir.  Məlum  olduğu  kimi  yağlama 

sisteminin  düzgün  müəyyən  edilməsi  nəinki detalların  yeyilməsini azaldır,  həm  də birbşməbrdə 

dinamiki  qüwəbrin  yaranmasının  qarşısını  alır.  Buna  görə  yağlama  sistemində  işlədilən  yağ 

nasosları  yüksək  məhsuldarlığa hesablanır ki, bununla mühərrikin istənilən rejimində  hissələrin 

arasına  yağın  vurulması  təmin  edilir.  Bu  isə  nasosun  konstruksiyası  ilə  əlaqədardır.  Dişli 

çarxların  ölçülərinin,  dişbrin  profıllərinin, araboşluqların  düzgün təyin  olunması yağ  nasosunun 

normal  işləmə  qabiliyyətini  təmin  edir.  Yağlama  sistemində  olan  yağın  soyudulması  üçün  yağ 

ventilyatoru, təkmilləşdirilmiş təmizləmə üçün narın və kobud süzgəclər və s. nəzərdə tutulur. 

Mühərrik  detallarının  yeyilməsi  onun  temperatur  rejimindən  də  asılıdır.  Mühərrikin  normal 

tcmperatur  rejimini  saxlamaq  üçün  termostatdan  istifadə  edilir.  Porşenlərin  ömür  uzunluğunu 

artırmaq  üçün  onların  işlək  sahələrinə  sürmə  çəkilir.  Son  zamanlar  porşen  üzüklərinin  üzərinə 

xromdan  nazik  qat  çəkilir,  konus  şəkilli  xromlaşdırılraış  polad  üzüklərdən  istifadə  olunur, 

dirsəkli  valın boyunları üçün üçqat  nazik içliklər işlədilir.  Soyuq  havalarda mühərrikin asan  işə 

salınmasını  təmin  etmək  üçün  fərdi  işə  salıcı  qurğulardan,  güclü  starterlardan  geniş  istifadə 

edilir. 


İlişmə  muftasının  ömür  uzunluğunu  və  etibarlığını  yüksəltmək  məqsədilə  üzlüklər  yüksək 

keyfiyyətli  antifriksion  materiallardan  hazırlanır.  Ötürmələr  qutusunda  çəp  və  spiral  dişli 

çarxlardan,  yastıqların  məcburi  yağlama  sistemindən,  ötürmələrin  səlis  və  səssiz  yerinə 

yetirilməsi üçün sinxronizatorlardan istifadə edilir. 

Kardan  ötürməsinin  işləmə  müddətini  uzatmaq  üçün  iynəvarı  yastıqlar  düzgün  seçilməli, 

yaxşı  kipləşdirilməli,  səmərəli  yağlama  aparılmalı,  xaçvarı  barmağın  yığılma  texnologiyası 

texniki şərtlər əsasında yerinə yetirilməlidir. 

Hərəkətin  təhlükəsizliyini  təmin  etmək  üçün  tormoz  sisteminin  və  sükan  idarəsinin 

təkmilləşdirilməsinə  xüsusi  fikir  verilməlidir.  Buna  görə  tormoz  qəlibləri  yüksək  keyfiyyətli 

friksion  materiallardan  istehsal  edilir.  Əks  təqdirdə  yüksək  temperaturalarda  (400-450°C) 

sürtünmə azalır, tormozlama yolu artdığı üçün  qəzaların  əmələ  gəlmə  ehtimalı artır.  Soyutmanı 

yaxşılaşdırmaq  üçün  barabanların  səthində  qabırğalar  düzəldilir,  diskli  tormozlar  tətbiq  edilir 

vəsükan idarəsində hidrogücləndiricilər geniş istifadə edilir. 

 

 



 

 


42 

 

Mühazirə 15. 



Nəqliyyat vasitələrinin etibarliliği 

Etibarlılıq nəzəriyyəsi, riyazi aparatı və statistik üsulu 

         Texnikanın digər sahələrində olduğu kimi (xüsusən radiotexnikada və maşınqayırmada) 

nəqliyyat  vasitələrinin  etibarlı  işləməsi  ilə  də  etibarlılıq  nəzəriyyəsi  məşğul  olur.  Ümumi  halda 

etibarlılıq  nəzəriyyəsi  maşın  və  mexanizmlərin  köhnəlmə  proseslərini  nəzərdən  keçirir,  yəni 

onların keyfiyyətlərinin zamana görə dəyişmə qanunauyğunluqlarını öyrənir. Tamamilə saz olan 

hər  hansı  bir  maşın  müxtəlif  səbəblərə  görə  istifadə  edilmədikdə  belə  o,  müəyyən  müddət 

keçdikdən sonra öz işləmə qabiliyyətini bir qədər itirir. 

     İstismar  olunan  maşın  və  mexanizmlərin  işləmə  qabiliyyətinin  itirilməsinin  əsas  səbəbi 

yüklərin  təsirindən  detalların  materiallarında  daxili  gərginliklərin  (yorğunluq  həddinin)  artması 

nəticəsində  onların  dağılmaları,  yeyilmə  proseslərinin  təsirindən  birləşmələrdəki  araboşluqların 

dəyişməsi,  dinamiki  və  zərbəli  qüvvələrin  təsirindən  birləşmələrdə  səslərin  və  döyüntülərin 

yaranması,  temperaturun  yüksəlməsi  nəticəsində  bəzi  detalların  iş  əsnasında  bir-birinə  pərçim 

olunması və s. amillərdir. Bu xüsusiyyətlər nəqliyyatın işində də müşahidə olunur. 

    Nəqliyyat  vasitəsinin  məhsuldarlığından  maksimum  istifadə  etmək  və  daşımaların  maya 

dəyərini  aşağı  salmaq  üçün  nəqliyyat  prosesində  hərəkət  tərkibinin  işləmə  qabiliyyəti  texniki 

istismarın tələb etdiyi səviyyədə olmalıdır, yəni onun konstruksiyasında nəzərdə tutulmuş texniki 

vəziyyət  müxtəlif  üsullarla  qorunub  saxlanmalıdır  ki,  bu  üsullardan  biri  də  etibarlılıq 

nəzəriyyəsinin  nəqliyyat  sistemində  tətbiq  edilməsidir.  Bu  nəzəriyyə  aşağıdakıları  nəzərdən 

keçirir: 

1. Etibarlılığın kəmiyyət xarakteristikalarının təyin olunma üsullarını öyrənir. 

2.  İstismar zamanı obyektə (bizim misalda avtomobilə, aqreqata, mexanizmə, detala) təsir edən 

amillərin fiziki mahiyyətini araşdırır. 

3.  Etibarlılığını  yüksəldilməsi  məqsədi  ilə  müxtəlif  təyinatlı  konstruktiv,  istehsalat  və 

istismar tədbirlərini həyata keçirir. 

4.  Etibarlılığın  tələb  edilən  səviyyədə  saxlanılması  üçün  mövcud  olan  istismar  üsullarını 

təkmilləşdirir və s. 

    Etibarlılıq  nəzəriyyəsindən  istifadə  edərək  texniki  istismarın  bir  çox  praktiki  məsələləri 

asanlıqla həll edilir. Belə ki, bu nəzəriyyə vasitəsilə detalların və aqreqatların resursu təyin edilir, 

imtinaların baş vermə səbəbləri öyrənilir, ehtiyat hissələrinin tələb olunan miqdarı planlaşdırılır, 

texniki qulluqlar və təmirlər arası yürüşlər hesablanır, həmçinin korreksiya edilir vəs. 

    Aydındır  ki,  istehsal  edilən  nəqliyyat  vasitələrinin  keyfiyyətləri  eyni  olmadığı  kimi 

istismar  olunan  zaman  onların  texniki  vəziyyətinə  təsir  edən  amillər  də  həddindən  çoxdur  və 

müxtəlif  xarakter  daşıyırlar.  Bu  cür  qarşılıqlı  əlaqəni  analitik  şəkildə  ifadə  etmək  heç  cür 

mümkün deyil. Buna görə hərəkət tərkibinin texniki vəziyyətinin dəyişmə proseslərini nəzərdən 

keçirərkən  etibarlılıq  nəzəriyyəsində  riyazi  aparat  kimi  ehtimal  nəzəriyyəsindən  və  kəmiyyət 

xarakteristikalarını təyin etmək üçün isə statistik üsuldan istifadə edilir. 

     Baş  verən  təsadüfü  hadisələrin  dəyişmə  qanunauyğunluqlarını  öyrənən  riyazi  elmə 

ehtimal nəzəriyyəsi deyilir. Ehtimal nəzəriyyəsi elə hadisələri öyrənir ki, onlar zamanın bu və ya 

digər  anında  (müşahidədə,  təcrübədə)  müxtəlif  formada  dəyişir  ki,  bunu  əvvəlcədən  müəyyən 

etmək  mümkün  deyil.  Lakin  tədqiqatlar  göstərir  ki,  müşahidə  (sınaq)  üçün  götürülən 

elementlərin  miqdarını  artırdıqca  müəyyən  qanunauyğunluq  əldə  edilir.  Bununla  bir  çox 

məsələləri tələb olunan dəqiqliklə həll etmək mümkündür. 

      Hər  hansı  bir  sistem  kimi  nəqliyyat  vasitəsinin  də  etibarlılığını  qiymətləndirmək  üçün 

onun  texniki  vəziyyətinin  dəyişmə  qanunauyğunluğu  haqqında  statistik  məlumatlar  olmalıdır. 

Bir sistem kimi hərəkət tərkibinin etibarlılığını lazımi dəqiqliklə təyin etmək üçün alınan statistik 

məlumatlar dolğun olmalı və fasiləsiz olaraq əldə edilməlidir. 

Statistik  məlumatlar  müxtəlif  üsullarla  əldə  edilir.  Hazırda  bu  məlumatlar  ən  çox  aşağıdakı 

iki üsuldan biri ilə alınır: 

1.  Real istismar şəraitində işlədilən elementlərdən alınan statistik məlumatlar. 

2.  Xüsusi sınaqların aparılması nəticəsində alınan statistik məlumatlar. 




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə