22
əlaqələndirirlər. Mənbələrdə təkcə Salyan və Biləsuvar r-nları ərazisində 4
Ağçala adlı gölün olduğu göstərilir.
Ağçay hidr., mür. 1. Quba və Xaçmaz r-nlarında çay. Yan silsilənin
Yarımyaylaq dağından (1780 m. yüksəklikdən) baĢlanır. Xəzər dənizinə tökülür.
Əsas qolu Quruçaydır. Suvarmada istifadə edilir; 2. Quba r-nu ərazisində çay.
Qudyal çayının sağ qoludur; 3. Qax r-nu ərazisində çay. Qurmux çayının sağ
qoludur. Qurmux çayına nisbətən suyunun duru olduğu üçün belə adlandırılması
ehtimal olunur; 4. Kəlbəcər r-nu ərazisində çay. Lev çayının (Tərtər hövzəsi)
qoludur. Laçın, Qubadlı, Oğuz, Tovuz r-nları ərazisində də eyniadlı çaylar qeydə
alınmıĢdır. Hidronim ağ (kiçik; içməyə yararlı; axan; cənub) və çay (axar su)
sözlərindən düzəlib. Dağıstan, Çcçenistan, Rostov vilayəti (Don çayının sağ
qolu) ərazisində Aksay adlı çaylar da qeydə alınmıĢdır. Maraqlı burasıdır ki,
Ağçay adlı çayların böyük əksəriyyəti ayrıldıqları çayların sağ qolunu təĢkil
edir.
Ağçay oyk., sadə. l.Xaçmaz r-nunun Niyazoba i.ə.v.-də kənd. Ağçayın
kənarındadır. XIX əsrdə gəlmə rusların məskunlaĢdığı bu kənd Vasilyevka
(1992-ci ilədək) adlandırılmıĢdı; 2. Qax r-nunun Ġlisu i.ə.v.-də kənd. Ağçayın
sahilində, BaĢ Qafqaz silsiləsinin c. ətəklərindədir. YaĢayıĢ məntəqəsi 1953-cü
ildə yeni yaradılmıĢ üzümçülük sovxozunun fəhlələri üçün salınmıĢdır. Kəndlər
öz adlarını ərazidəki eyniadlı çaydan almıĢlar. Ural və Rostov vilayətlərində də
eyni-adlı (Aksay) yaĢayıĢ məntəqələri qeydə alınmıĢdır.
Ağdaban or., mür. ġərur, Kəlbəcər və Ağdərə r-nları ərazisində dağ.
Oronim ağ (ağımtıl-bozumtul rəng; kiçik, alcaq, çox da hündür olmayan) və
daban (aĢırım; təpə; dağ yüksəkliyi; dağ və ya qaya ayağının aĢağı hissəsi; dağın
dibinə yaxın yer) sözlərindən düzəlib, "kiçik aĢırım" deməkdir.
Ağdaban hidr., sadə. Kəlbəcər r-nunda çay. Tərtər çayının sol qoludur.
Adını eyni-adlı dağdan almıĢdır. Obyektin baĢlanğıcını, mənbəyini, yerləĢdiyi
ərazini göstərir.
Ağdaban oyk, sadə. Kəlbəcər r-nunun eyniadlı i.ə.v.-də kənd. Ağdaban
çayının sağ sahilində, Murovdağ silsiləsinin c. ətəyində, Ağdaban dağının
yamacındadır. Adını eyni-adlı dağdan almıĢdır. XIX əsrin sonunadək kəndin
ərazisi Dəmirçidam kəndinin binəsi olmuĢdur. 1905-ci ildə həmin kəndin dəlikli,
məmmədli, məhərrəmli, feyzalılar adlı nəsillərindən bir qrup ailələr bu binəyə
köçərək burada məskunlaĢmıĢlar.
Ağdağ or., mür. 1. Qazax r-nunun Köçəsgər kəndindən c.-da dağ. Hün.
770 m.; 2. Ordubad r-nu ərazisində dağ; 3. Tovuz r-nunda, Tovuz Ģəhərindən c.-
q.-də dağ. Hün. 937 m.; 4. ġəmkir Ģəhərinin q.-ində dağ. Hün. 359 m.; 5. ġəki
yaylasından c.-da, Axar-baxar silsiləsinin q. hissəsində zirvə. Hün. 282 m.
Oronim ağ (kiçik, alçaq) və dağ (yer səthinin müsbət relyef forması) sözlərindən
düzəlib, "kiçik, alçaq dağ" deməkdir. Dağların ağ rəngə çalan süxurlardan ibarət
olduğu üçün bu adı alması fikri də istisna deyil. Hələ XIII əsrə aid coğrafi adlar
23
lüğətlərində Ağdağ oroniminə rast gəlmək mümkündür. Ağdağ digər türkdilli
xalqların oronimiyasında da geniĢ yayılmıĢdır: Aktuu (Dağlıq Altay), Aktau
(Tatarıstan, Qazaxıstan), Ağdağ (Ġran, Türkiyə) və s.
Ağdam or., mür. 1. Ağdam r-nu ərazisində dağ; 2. AbĢeron r-nu
ərazisində, Qobustanda palçıq vulkanı; 3. Tovuz r-nunun Ermənistanla
sərhədində dağ. Hün. 966 m. Oronim ağ (rəng; kiçik, alçaq) və dam/tam (yer
qatı; divar; qala; yüksəlmiĢ tikilinin üst örtüyü, baĢı, zirvəsi) sözlərindən
düzəlib, "kiçik qala; kiçik yüksəklik; kiçik zirvə" deməkdir. Adlandırmada dağ
süxurlarının rənginin ağımtıl olmasının nəzərə alınması da istisna deyil.
Ağdam oyk., sadə. 1. Azərb.-da inzibati r-n. 1930-cu ildə təĢkil
edilmiĢdir. Kür-Araz ovalığının q. hissəsində və Kiçik Qafqazın Ģ. ətəklərində
yerləĢir. Xaçın və Tərtər çayları r-nun ərazisindən axır. Burada tikinti daĢları
istehsal edilir. Mərkəzi Ağdam Ģəhəridir; 2. Azərb.-da Ģəhər (1828-ci ildən).
Eyniadlı r-nun mərkəzidir. Qarqar çayının sol sahilində, Qarabağ düzünün c.-q.-
indədir. ġəhərin əsası XVIII əsrin ikinci yarısında qoyulmuĢdur. Burada Pənah
xanın ağ daĢdan tikdirdiyi "Ġmarət" mühafizə edilib. ġəhərin adının bu bina ilə
əlaqədar olması ehtimal edilir. Lakin əslində, Ģəhərin adı yaĢayıĢ məntəqəsi kimi
ilk dəfə 1357-ci ilə aid mənbələrdə çəkilir. Ağdam yaxınlığındakı ġahbulaq
adlanan yerdə əhəngdaĢıdan ibarət qədim daĢ karxanası vardır. Qalanın divarları
həmin daĢdan hörülmüĢdür. Bütün bunlara baxmayaraq, Ģəhərin adı r-nun
ərazisindəki eyniadlı dağdan götürülmüĢdür; 3. Tovuz r-nunun Vahidli i.ə.v.-də
kənd. Kiçik Qafqazın ətəyindədir. Kəndin adı r-nun ərazisindəki eyniadlı dağdan
götürülmüĢdür. 1917-ci ildə bu kəndin adı Ağdam Ocaqlı Ģəklində qeydə
alınmıĢdır; 4. Xocavənd r-nunun Tuğ i.ə.v.-də kənd. Qarabağ silsiləsinin
ətəyindədir. XIX əsrdə buraya gələn ermənilər kəndin adını Akaku toponimi ilə
əvəz etmiĢdilər. 1992-ci ildə kəndin əvvəlki adı özünə qaytarılmıĢdır.
Ağdam hidr., sadə. AbĢeron yarımadasında göl. Gölün adı
yarımadanın ərazisindəki eyniadlı dağdan götürülmüĢdür.
Ağdamkənd oyk., mür. Ağdam r-nunun eyniadlı i.ə.v.-də kənd.
Qarabağ düzündədir. Ağdamkənd su anbarı kəndin yaxınlığındadır. Oykonim
Ağdam (r-nun ərazisindəki dağın adı)
kənd (yaĢayıĢ məntəqəsi) sözlərindən
düzəlib, kəndin ərazisindəki dağın adını əks etdirir.
Ağdam Qalal/Ağdam Kələl oyk., mür, Zaqatala r-nunun Gözparaq
i.ə.v.-də kənd. Dağlıq ərazidədir. Oykonim Ağdam (oyk.) və Qalal (oyk.)
sözlərindən ibarətdir. Kəndin adının Ağdam Qalal variantını səhv hesab edən
bəzi tədqiqatçıların fikrincə, vaxtilə kəndin ərazisində, Dağıstana gedən yolun
kənarındakı dağ keçidində daĢdan bir bina (dam) tikilmiĢ və ağ kirəclə suvanıb
ağardılmıĢdır. Xarici görünüĢünə görə Ağdam adlanan bu binadan karvansara,
düĢərgə məqsədilə istifadə olunurdu. XIX əsrdə Dağıstanın BaĢ Kələl kəndindən
bir qrup ailə köçərək burada məskunlaĢmıĢ, yeni yaĢayıĢ məntəqəsini BaĢ
Kələldən fərqləndirmək üçün Ağdam Kələl, yəni "Ağdamın yanında salınmıĢ