Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə12/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   8   9   10   11   12   13   14   15   ...   206

26 

 

Ağgöl  hidr.,  mür.  1.  Ağcabədi  r-nu  ərazisində,  Mil  düzündə  Ģor  göl. 

Suyunu Ağcabədi və Beyləqan r.-nlarındakı kollektorlardan alır. Yasaqlıqdır; 2. 

Ağcabədi r-nu ərazisində, Mil düzündə axarı olmayan Ģirin sulu göl. Qarqar çayı 

bu gölə tökülür; 3. AğdaĢ r-nu ərazisində göl; 4. Kəlbəcər r-nu ərazisində göl; 5. 

Laçın r-nu ərazisində göl. Hidronim ağ (təmiz, Ģəffaf, içməyə yararlı) və göl (su 

obyekti)  sözlərindən  düzəlib,  "Ģəffaf  sulu  göl"  və  ya  "içməyə  yararlı  suyu  olan 

göl"  deməkdir.  ġor  sulu  göllərdə  isə  sahillərinin  ağ  Ģoran  sahə  olması  nəzərə 

alınır. Qarabağ və Mil düzlərində bu adla bir neçə baĢqa göllər də vardır. Cənubi 

Azərb.-da, Ermənistanda (Ağgöl), Qərbi Sibirdə (Akkul), Qazaxıstanda (Akkol), 

Tatarıstanda  (Akul/Akqol/Beloozerka)  və  baĢqa  türkdilli  regionlarda  da  külli 

miqdarda Ağgöl hidronimləri qeydə alınmıĢdır. 



Ağgöl düzü or., mür. Ağcabədi r-nu ərazisində düz. Mil düzünün Ģm.-

Ģ.-ində, Qarqar çayının aĢağı axarı boyundadır. Adını ərazidəki eyniadlı göldən 

almıĢdır. 

Ağgöz hidr., mür. Qax r-nu ərazisində çay. Hidronim ağ (yaxĢı, içməyə 

yararlı)  və  göz  (bulaq,  bulağın  çıxdığı  yer,  mənbə)  sözlərindən  düzəlib, 

"mənbəyi bulaq olan çay" deməkdir. 

Ağıl dərəsi or., mür. Füzuli r-nunun Kərimbəyli kəndi ərazisində dərə. 

Oronim  ağıl  (qoyun-quzu  yataği)  və  dərə  (çuxur)  sözlərindən  düzəlib,  "qoyun-

quzu yatağı olan dərə" deməkdir. 

Ağırca hidr., düz. AbĢeronda çay (Xəzər hövzəsi). Sitalçay da adlanır. 

Hidronim  ağır  (ləng,  yavaĢ)  sözündən  və  -ca  Ģək.-sindən  ibarət  olub,  axının 

vəziyyətini, sürətinin ləngliyini bildirir. 

Ağızdağ/Aızdağ  or.,  mür.  Hacıqabul  (Əli  Bayramlı)  r-nu  ərazisində 

dağ.  Hün.  272  m.  Oronim  ağız  (girəcək,  qapı,  sərhəd  keçidi)  və  dağ  (müsbət 

relyef forması) sözlərindən düzəlib, "keçid dağ və ya dağ keçidi" deməkdir. 

Ağız  güneyi  or.,  mür.  1.  Gədəbəy  r-nunun  Zamanlı  kəndi  ərazisində 

yüksəklik;  2.  Qubadlı  r-nu  ərazisində  yüksəklik.  Oronim  ağız  (keçid,  qapı), 



güney (yüksəkliyin cənuba, günəĢə baxan hissəsi) sözlərindən və -i mənsub.Ģək.-

sindən düzəlib. Birinci obyekt güneydə ağızdan keçildiyi üçün, ikinci obyekt isə 

dərədən düzənliyə çıxıldığı üçün belə adlandırılmıĢdır. 

Ağıztala  or.,  mür.  Gədəbəy  r-nu  ərazisində  düzənlik.  Oronim  ağız  və 

tala (düzənlikdə açıq yer, çöl) sözlərindən düzəlib, talanın girəcəyi olduğu üçün 

belə adlandırılmıĢdır. 



AğkeĢçay  hidr.,  mür.  Ġsmayıllı  r-nu  ərazisində  çay.  Girdiman  çayının 

qollarından  biridir.  Hidronim  ağ  (kiçik),  keş  (çay  yatağı)  və  çay  (axar  su;  su 

obyekti) sözlərindən düzəlib, "yatağı çox da dərin olmayan çay" deməkdir. 

Ağkənd oyk., mür. 1. Zəngilan r-nunun Canbar i.ə.v.-də kənd. Dağətəyi 

ərazidədir.  Kənd  XIX  əsrdə  sarallı  tayfasının  aldavudlu,  qəzənfərli,  ismayıllı, 

hacıaxundlu  nəsillərinə  məxsus  binə  yerində  salınmıĢdır.  Oykonim  ağ  (burada 

varlı, dövlətli, yaĢayıĢ səviyyəsi yüksək olan) və kənd (əhalisi əksəriyyətlə kənd 




27 

 

təsərrüfatında  çalıĢan  yaĢayıĢ  məntəqəsi)  sözlərindən  düzəlib,  "varlı  kənd" 



deməkdir;  2.  Tərtər  r-nunun  Dəmirçilər  i.ə.v.-də  kənd.  Ġncəçayın  sahilindədir. 

Keçən əsrin 20-ci illərində bir qədər yerini dəyiĢdiyindən Təzəkənd də adlanır; 

3. Xocavənd r-nunun Ağkənd i.ə.v.-də kənd. 1828-ci ildə Ġranın Xoy əyalətindən 

gəlmə ermənilər burada  məskunlaĢdıqdan sonra kəndin adı erməni dilinə  kalka 

edilərək  SpitakĢen  (Ağkənd)  adlandırılmıĢ,  1992-ci  ildən  kəndin  əvvəlki  adı 

özünə  qaytarılmıĢdır.  1917-ci  ildə  Gəncə  və  ġuĢa  qəzalarında  da  Ağkənd 

kəndləri  qeydə  alınmıĢdır.  Keçən  əsrdə  Ermənistan  ərazisində  Ağkənd  adlı  6 

kənd olmuĢdur. 



Ağkəsən or., mür. Qax r-nu ərazisində dağ. KeçmiĢdə bu dağda ağ daĢ 

karxanası  olmuĢdur.  Oronim  "ağ  daĢ  kəsilən,  ağ  daĢ  çıxarılan  dağ" 

mənasındadır. 

Ağkəsən hidr, sadə. ġəki-Zaqatala r-nları ərazisindən axan çay.  Adını 

ərazidəki eyni-adlı dağdan almıĢdır. 



Ağkilsə  oyk.,  mür.  Balakən  r-nunun  ġambul  i.ə.v.-də  kənd.  Oykonim 

ağ  (rəng)  və  kilsə  (ibadət  üçün  tikilmiĢ  bina)  sözlərindən  düzəlib,  "ağ  rəngli 

kilsə"  deməkdir.  Kəndin  ərazisində  ağ  kilsə  olduğundan  belə  adlanmıĢdır. 

Gədəbəy  r-nunun  Novoivanovka  kəndinin  adı  1844-cü  ilə  qədər  Ağkilsə 

olmuĢdur.  Keçən  əsrdə  Ermənistan  ərazisində  bir  neçə  Ağkilsə  kəndi  qeydə 

alınmıĢdır. 

Ağkilsə or., sadə. Gədəbəy r-nu ərazisində dağ. Adını yerləĢdiyi kəndin 

adından almıĢdır. 



Ağkörpü  hidr.,  sadə.  Astara  r-nunun  PəlikeĢ  kəndindən  Ģ.-də, 

Təngərud  çayının  hövzəsində  mədən  bulağı.  Suyu  soyuq  və  kükürdlüdür. 

Ġstifadə edilmir. Etnotoponimdir. 

Ağköynək  oyk.,  sadə.  Qazax  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd. 

Düzənlikdədir. Etnotoponimdir. 



Ağqaya  or.,  mür.  1.  Babək  r-nu  ərazisində  dağ;  2.  DaĢkəsən  r-nu 

ərazisində dağ; 3. Göyçay r-nunun Ģ.-ində, Qarayazı kəndindən Ģm.-da dağ. Hün. 

450 m.; 4. Quba r-nu ərazisində dağ; 5. Naxçıvan r-nunun Payiz. kəndindən Ģm.-

da dağ. Hün. 1754 m.; 6. Oğuz r-nu ərazisində dağ; 7. ġəki r-nunun BaĢ Layski 

kəndi  ərazisində  dağ;  8.  ġəmkir  çayının  hövzəsində  ġahdağ  silsiləsinin  Ģ. 

yamacında  dağ.  Hün.  2980  m.;  9.  Tovuz  r-nu  ərazisində  qaya.  Oronim  ağ  

(rəng;  kiçik,  alçaq,  çox  da  hündür  olmayan)  və  qaya  (sıra  dağlardan  ayrılmıĢ 

qol; dağların müəyyən hissəsində daĢ süxurlardan ibarət olan, çətin keçilən yer) 

sözlərindən  düzəlib.  Gədəbəy,  Kəlbəcər,  Laçın,  ġuĢa,  Cəbrayıl  r-nlarında 

Ağqaya,  Dağlıq  Allayda  Akkaya,  Ermənistanda  Ağqaya,  Ağqayadağ,  Krımda 

Ak Kaya, Ġranda Axqaya və s. dağlar da qeydə alınmıĢdır. 

Ağqaya  hidr.,  sadə.  Axınca  hövzəsində  çay.  Gədəbəy,  Tovuz  və 

ġəmkir  r.-nlarının  ərazisindən  axır.  Adını  ġahdağ  silsiləsinin  Ģm.  yamacındakı 




Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə