downloaded from KitabYurdu.az
4
ən qədim sakin ləri olmuşlar. Son zamanlar Azərbaycan dilçiləri də tarixi
həqiqətlərin üzə ç ıxa rılması üçün xeyli iş görərək e lmi araşdırma ların əldə etdiyi
leksikanı dilçilik baxımından qiymətləndirdilər. Lakin alimlərimiz, xüsusilə tarixçi
alimlə rimiz xeyli maneələrə,çət inliklə rə,
tə zyiq və hədə- qorxuya, siyasi da mğalara
mə ruz qa lırdılar. Köhnə konsepsiya tərəfdarları onların haqqında bədnam fikirlər
yaradır, yeni istiqamətdə aparılan elmi tədqiqat materialların ın çap etmird ilər.
Be ləliklə, türk etnoslarının tarixinin qədimləşdirilməsinə böyük sədd çəkilirdi.
80-ci illə rdə mətbuat səhifələ rində, Azə rbaycan xa lqlarının etnik tarixinə
dair mü xtəlif səpkili, bəzən diletant xüsüsiyyətli məqalələr çap edilmiş, bu
məqsədlə xüsusi kitablar bura xılmışdır. Qədim və erkən orta əsr tarixinə bə ləd
olmayan belə adamlar mövcud nailiyyətləri ö z adına ç ixmış, köhnə, sübut
olunmamış konsepsiyalara üstünlük vermiş, yeni istiqamətli tədqiqatları inkar
edərək xa lq ın etnik tarixin i daha da dolaşığa salmışlar.
Lakin son zamanlar çapdan çıxmış və çapı gözlənilən elmi əsərlər
arasında öz sanballığ ı və elmi istiqamətilə fərqlənənləri az deyildir. Belə əsər
müəlliflərindən biri də Qiyasəddin Qeybullayevdir. Oxuculara təqdim etdiyimiz bu
kitabın müəllifi tarix- etnoqrafiya və toponimika sahəsində çoxlu elmi məqalələri
və dörd sanballı monoqrafiyası ilə e lmi ictima iyyətə və geniş oxucu auditoriyasına
yaxşı tanış olan alimlərdən b iridir. Eradan əvvəl, daha qədim dövrlərdə
Azərbaycanda türk etnoslarının yaşaması ideyasından və alınmış elmi nətıcə lərdən
çıxış edən müəllif gərgin toponimik axtarışlar və araşdırmalar nəticəsində
tama milə yeni fa ktlar müəyyənləşdirmiş və bu səpkidə Azərbaycan xa lqın ın etnik
tarinin düzgün işıqlandırılmasına önəmli dəlillər vermişdir. Onun toponimik
tədqiqatları bir daha sübut edir ki, A zərbaycan türkləri bu ölkənin qədim sakinlə ri
olmuş və öz doğma yurd larında dillərinə uyğun yer adları yaratmışlar.
Məlu mdur ki, bu və ya d igər xa lqın etnik tarixi barədə mə lu mat ya zılı
mə xə zlərdən əldə edilir. Əgər ya zılı qaynaqlarda kifayət qədər mə lu mat
qalma mışdırsa, onda mü xtəlif dövr ya zılarında əks o lunmuş yer (toponimlət) və
şəxs (antroponimlər) adları başlıca məxəz yerin i tutur. Qədim və orta əsr yer və
şəxs adların ın dil mənsubiyyətinin müəyyənləşdirilməsi mürəkkəb bir elmi
prosesdir. Hə r bir ad ın bu və ya digər dilə, ya xud onun leksikasına o xşadılması
əlavə dəlillərlə əsaslandırılmalıdır. Ço x təəssüf ki, qədim adların, xüsusilə mixi
yazılarda əks olunmuş adların İran dilləri əasında izahı ço x hallarda təsadüfi
oxşarlığa əsaslanmışdı. Son zamanlar və ilk dəfə mixi yazı adları türk d illəri
əasaında izah olun mağa başlanmışdır. Q.Qeybullayevin əsəri bu sahədə atılan
addımların davamı kimi qiy mətləndirilsə belə, bir ço x yeni toponimik və
onomastik vahidlərin elmi təhlilin i özundə əks etdirir. Kitabdakı b ir ço x qədim (
mixi yazı və s.) yer və şəxs adların ın toponimiya elmi baxımından təhlili ilk dəfə
Q.Qeybullayev tərəfindən verilmişdir. Adla r türk dilləri əsasında nəinki
məna landırılır,
eyni
zamanda
onların
türk
aləmindəki
müqabilləri
müəyyənləşdirilir. Bu da, adın etimologiyasına əlavə dəlil kimi böyük bir zəh mətin