8
3)
Onlara maliyyə təşkilatları ilə müqavilələrin şərtlərini anlamağa və hüquqlarının icrasını
təmin etməyə imkan verən maliyyə təhsili proqramlarına çıxış.
Aİ bu yaxınlarda istehlakçıların kreditləşməsi sahəsində qanunvericiliyinə yenidən baxıb və
bu məqsədlə məsləhətçi və müşavirə qrupları yaradılmışdır. Yenidən baxılmış İstehlakçı
Krediti Direktivi (2008/48/EC) 2008-ci ilin aprel ayında dərc olunmuşdur.
7
(Üzv Ölkələr iki il
müddəti ərzində Direktivin şərtlərini milli qanunvericiliyə daxil etməlidir). Həmçinin, 2007-ci ilin
aprel ayında Komissiya Vahid Bazarda Pərakəndə Maliyyə Xidmətləri haqqında Yaşıl Sənədi və
2007-ci ilin dekabr ayında Aİ-nin İpoteka Kreditləşməsi Bazarlarının İnteqrasiyası haqqında Ağ
Sənədi dərc etmişdir. Əlavə olaraq, Aİ daxilində maliyyə istehlakçıları ilə bağlı qanunvericiliyin
hazırlanmasına yardım göstərmək məqsədilə, Avropa Komissiyası 2006-cı ildə Avropanın
İstehlakçılar üzrə Müşavirə Qrupu tərkibində Maliyyə Xidmətlərinin İstehlakçıları Qrupunu
yaratmışdır. AK, həmçinin, 2004-cü ildə maliyyə xidmətləri sahəsində istifadəçi ekspertlər
qrupunu (FIN-USE) yaradıb və həmin qrupda hal-hazırda Aİ-nin 14 Üzv Ölkəsinin
nümayəndələri iştirak edir. Sığorta sektoruna gəldikdə, 2007-ci ildə Avropanın Özəl Hüquq üzrə
Birgə Şəbəkəsi Komissiyaya Avropanın Sığorta Müqavilələri haqqında Qanunvericiliyi üzrə
Ümumi İstinad Çərçivəsinin layihə variantını təqdim etmişdir. İstinad Çərçivəsi, o cümlədən satış
və sığorta müqavilələri daxil olmaqla, müqavilə şərtləri ilə bağlı qanunvericiliyi əhatə edir. Əlavə
olaraq, Avropa Kommisiyası 2008
8
-ci ildə nəşr olunmuş həddindən artıq borclanma üzrə
araşdırmanı təşkil etmişdir. Bu araşdırma həddindən artıq borclanmanın qarşısını almaq üçün
tədbirlər toplusu (cavabdeh borcalma və pulun idarəedilməsi, cavabdeh kreditvermə, cavabdeh
borcların idarəedilməsi və borcun yığılması),o cümlədən ağır şəkildə həddindən artıq borclanmış
adamların yükünün yüngülləşdirilməsi və onların reabilitasiyası (borcla bağlı məsləhət və
məsləhət xidmətləri, məhkəmə prosesləri, o cümlədən iflasa uğrama; və borc mübahisələrinin
həlli üçün qeyri-məhkəmə (və ya dostyana) prosedurları) üçün tədbirləri özünndə əks etdirir.
AK-nin hazırlanmaqda olan proqramında maliyyə təhsilinə əhəmiyyət verilir. 2007-ci ilin
noyabr ayında AK AB-nin 27 üzv ölkəsində həyata keçirilmiş 15-dən çox maliyyə təhsili
proqramları üzrə aparılmış sorğunun nəticələrini dərc etmişdir. Bir ay müddətindən sonra, AK
Maliyyə Təhsili haqqında Kommünike dərc etmişdir.
9
Həmin Kommünike aşağıdakı məqsədlərlə
dörd təşəbbüsü müəyyən edir:
1)
AK-yə məsləhətlərin verilməsi və maliyyə təhsilinin gücləndirilməsi sahəsində cari
tədbirlərin görülməsi üçün maliyyə təhsili sahəsində fəaliyyət göstərən mütəxəssislər
şəbəkəsinin yaradılması;
2)
Aİ-ə Üzv Ölkələrə və həmin ölkələrdə yerləşən özəl təşkilatlara həmin ölkələrə və
təşkilatlara maliyyə təhsili üzrə milli və regional konfransların təşkil edilməsi sahəsində
yardımın göstərilməsi üçün vəsaitin ayrılması;
3)
Aİ daxilində maliyyə təhsili proqramları və tədqiqatlar haqqında onlayn məlumatlar
bazasının dərc olunması; və
4)
Baza qismində mövcud DOLCETA proqramından istifadə etməklə maliyyə sabadlılığı
üzrə müəllimlərin təlimi modulunun hazırlanması və Avropa Universitetlərinin Davamlı
Təhsil Şəbəkəsinin təcrübəsinin qiymətləndirilməsi.
Həmin təşəbbüslər 2010-cu ildə ətraflı nəzərdən keçiriləcək və həmin zaman AK Aİ-nin Üzv
Ölkələrində maliyyə təhsili üzrə mövcud proqramların səmərəliliyini qiymətləndirəcək. Əlavə
olaraq, 2009-cu ilin yanvar ayında, AK “Europa” öz internet səhifəsində Avropanın Maliyyə
Təhsili Sahəsində Məlumatlar Bazasını (EDFE) dərc etmişdir. EDFE Aİ-də dövlət və özəl
qurumlar tərəfindən təklif olunan bir çox maliyyə təhsili proqramlarına istinadları təmin edir.
7
Bax:
http://eur-lex.europa.eu/LexUriServ/LexUriServ.do?uri=OJ:L:2008:133:0066:0092:EN:PDF
8
See http://ec.europa.eu/employment_social/spsi/studies_en.htm#Overindebtedness
9
See
http://eur-lex.europa.eu/LexUriServ/LexUriServ.do?uri=CELEX:52007DC0808:EN:NOT
9
Bir sıra təşkilatlar müxtəlif ölkələrdə maliyyə savadlılığı və istehlakçı təhsili ilə bağlı
tədqiqatlar aparmışdır. İƏİT-in 2005-ci il üzrə hesabatında maliyyə savadlılığı üzrə beynəlxalq
proqramlar nəzərdən keçirilir və maliyyə məsələləri, xüsusilə də yaşayış sahələrinin alınması
üçün ipoteka sahəsində istehlakçı təhsilinin əhəmiyyətinin artması vurğulanır. ABŞ-nin Federal
Ehtiyat Sistemi tərəfindən 2000-2003-cü illərdə bir neçə tədqiqat aparılmışdır. Həmin tədqiqatlar
nəticəsində aşkar olunmuşdur ki, ipoteka müqaviləsinin imzalanmasından əvvəl maliyyə
məsləhətlərinin almış borcalanlar arasında ödənişlərin gecikdirilməsi məsləhət almamış
borcalanlarla müqayisədə 34% aşağıdır. Əyani və qiyabi təlim, həmçinin, ödənişlərin
gecikdirilməsi hallarını müvafiq olaraq 26% və 21% azaltmağa kömək edib. Bir neçə ölkə
əhalinin müxtəlif seqmentlərində maliyyə potensialının səviyyələrini müəyyən etmək üçün ölkə
miqyasında maliyyə savadlılığı sorğularını həyata keçirmişdir. Daha təfsilatlı icmal Birləşmiş
Krallığın Maliyyə Xidmətləri İdarəsi tərəfindən həyata keçirilmişdir. Maliyyə savadlılığı ilə bağlı
digər sorğular Kanada, Avstraliya, Yeni Zelandiya və İrlandiyada keçirilmişdir.
Azərbaycan Hökuməti maliyyə istehlakçılarının hüquqlarının müdafiəsi üçün ilkin hüquqi
və institusional çərçivəni yaratmışdır. Ümumi istehlakçı hüquqları ilə bağlı ilkin qanunvericilik
1995-ci ildə qüvvəyə minmişdir, lakin qanunvericiliyin icrası üçün konkret dövlət orqanı
yaradılmamışdır. Maliyyə sektorunda AMB 2006-cı ildə AMB-nin Kredit Təşkilatlarının
Fəaliyyətinə Nəzarət Departamentinin tərkibində Bank Xidmətləri İstehlakçılarının Hüquqlarının
Müdafiəsi Qrupunu yaradıb və istehlakçılardan şikayətləri qəbul etməyə başlamışdır. AMB-nin
rəhbərliyi, həmçinin, bank xidmətləri ilə bağlı şikayətlərin alınması üçün istehlakçılarla hər həftə
seminarlar keçirir və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi pərakəndə maliyyə investorları ilə
bağlı məsələlər üzrə 45 dəqiqəlik həftəlik televiziya proqramında iştirak edir. Əlavə olaraq,
şikayətlər Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Maliyyə Nazirliyinin Sığorta Nəzarəti
Xidməti tərəfindən qəbul olunur. Bütün üç təşkilat şikayətlərə baxır və şikayətlərin növlərində
tendensiyaları və şikayətlərin məhdud sayda xidmət təchizatçılarında cəmləşməsini müəyyən edir.
Təşkilatların maliyyə təşkilatı və onun müştəriləri arasındakı mübahisələrə müdaxilə edə
bilməmələri halında, nəzarət təşkilatları mütəmadi olaraq təşkilatın rəhbərliyindən şikayətin həll
edilməsini təmin etmək üçün onun araşdırılmasını xahiş edir. Nəzarətçilər, həmçinin, təşkilatlarda
yoxlama apararkən şikayətlə bağlı sənədləri nəzərdən keçirirlər. Buna baxmayaraq, AMB daha da
irəli gedərək telefon
10
vasitəsilə şikayətlərini təqdim etmələrini asanlaşdırmaq məqsədilə
istehlakçılar üçün “qaynar xətt” yaratmağı planlaşdırır. Əlavə olaraq, AMB maliyyə təhsili
məsələsini də daxil etməklə İstehlakçıların müdafiəsi qrupunun fəaliyyət dairəsini
genişləndirməyi planlaşdırır.
İstehlakçıların təkmilləşdirilmiş müdafiəsi AMB və digər maliyyə nəzarəti təşkilatlarının
əsas məqsədlərinə çevrilmişdir. 2009-cu ilin iyun ayında AMB istehlakçıların müdafiəsi və
maliyyə təhsilinin təkmilləşdirilməsi üçün aydın və sadə strategiyanın formalaşdırılması prosesini
həyata keçirirdi. Məqsəd həm maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması, həm də
istehlakçılara yüksək keyfiyyət səviyyəsinə malik maliyyə xidmətlərinin təqdim edilməsidir.
Pərakəndə maliyyə xidmətlərinin genişlənməsi, xüsusilə 2009-cu ilin iyun ayından başlayaraq 30
illik müddətinə ipoteka kreditlərinin verilməsinin yenilənməsi istehlakçıların ipoteka
kreditləşməsi çərçivəsində şərtləri və öz öhdəliklərini həmişə tam anlaya bilməmələri ilə əlaqədar
istehlakçıların müdafiəsi və maliyyə savadlılığını son dərəcə mühüm məsələyə çevirmişdir. Eyni
zamanda, Azərbaycanda istehlakçıların bu sahədə öz hüquqi çərçivələrini (maliyyə xidmətlərinin
müəyyən növləri üzrə 14 günlük fikirləşmə və danışıqlar müddəti kimi şərtlərlə ) Aİ-nin Üzv
Ölkələrində mövcud olanlarla müqaisəsinin aparılmasının gözləndiyini nəzərə alaraq, Aİ-də
maliyyə xidmətləri istehlakçılarının müdafiəsi sahəsində baş verən dəyişikliklər yaxından
izlənilməkdədir. İşçi Sənədinin tamamlanmasından sonra növbəti mərhələ əsas tövsiyələrin
həyata keçirilməsi üçün Tədbirlər Planının hazırlanmasıdır.
10
İtehlakçıların şikayətlərini təqdim etmələri və maliyyə xidmətləri istehlakçısı kimi öz hüquqlarını
soruşmaları üçün mexanizm kimi qaynar xətt 1 iyul 2009-cu il tarixində yaradılmışdır.