Azərbaycan



Yüklə 451,87 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix05.04.2018
ölçüsü451,87 Kb.
#36014
1   2   3   4   5   6   7   8   9   10   ...   16

 

3)



 

Onlara maliyyə təşkilatları ilə müqavilələrin şərtlərini anlamağa və hüquqlarının icrasını 

təmin etməyə imkan verən maliyyə təhsili proqramlarına çıxış.  

 

Aİ bu yaxınlarda istehlakçıların kreditləşməsi sahəsində qanunvericiliyinə yenidən baxıb və 

bu  məqsədlə  məsləhətçi  və  müşavirə  qrupları  yaradılmışdır.  Yenidən  baxılmış  İstehlakçı 

Krediti  Direktivi  (2008/48/EC)  2008-ci  ilin  aprel  ayında  dərc  olunmuşdur.

7

  (Üzv  Ölkələr  iki  il 



müddəti ərzində Direktivin şərtlərini milli qanunvericiliyə daxil etməlidir). Həmçinin, 2007-ci ilin 

aprel ayında Komissiya Vahid Bazarda Pərakəndə Maliyyə Xidmətləri haqqında Yaşıl Sənədi və 

2007-ci ilin dekabr ayında Aİ-nin İpoteka Kreditləşməsi Bazarlarının İnteqrasiyası  haqqında Ağ 

Sənədi dərc etmişdir. Əlavə olaraq, Aİ daxilində maliyyə istehlakçıları ilə bağlı qanunvericiliyin 

hazırlanmasına  yardım  göstərmək  məqsədilə,  Avropa  Komissiyası  2006-cı  ildə  Avropanın 

İstehlakçılar  üzrə  Müşavirə  Qrupu    tərkibində  Maliyyə  Xidmətlərinin  İstehlakçıları  Qrupunu 

yaratmışdır.  AK,  həmçinin,  2004-cü  ildə  maliyyə  xidmətləri  sahəsində  istifadəçi  ekspertlər 

qrupunu  (FIN-USE)  yaradıb  və  həmin  qrupda  hal-hazırda  Aİ-nin  14  Üzv  Ölkəsinin 

nümayəndələri iştirak edir. Sığorta sektoruna gəldikdə, 2007-ci ildə Avropanın  Özəl Hüquq üzrə 

Birgə  Şəbəkəsi  Komissiyaya  Avropanın  Sığorta  Müqavilələri  haqqında  Qanunvericiliyi  üzrə 

Ümumi İstinad Çərçivəsinin layihə variantını təqdim etmişdir. İstinad Çərçivəsi, o cümlədən satış 

və sığorta müqavilələri daxil olmaqla, müqavilə şərtləri ilə bağlı qanunvericiliyi əhatə edir. Əlavə 

olaraq,  Avropa  Kommisiyası  2008

8

-ci  ildə  nəşr  olunmuş  həddindən  artıq  borclanma  üzrə 



araşdırmanı  təşkil  etmişdir.  Bu  araşdırma  həddindən  artıq  borclanmanın  qarşısını  almaq  üçün 

tədbirlər  toplusu  (cavabdeh  borcalma  və  pulun  idarəedilməsi,  cavabdeh  kreditvermə,  cavabdeh 

borcların idarəedilməsi və borcun yığılması),o cümlədən ağır şəkildə həddindən artıq borclanmış 

adamların  yükünün  yüngülləşdirilməsi  və  onların  reabilitasiyası  (borcla  bağlı  məsləhət  və 

məsləhət  xidmətləri,  məhkəmə  prosesləri,  o  cümlədən  iflasa  uğrama;  və  borc  mübahisələrinin 

həlli üçün qeyri-məhkəmə (və ya dostyana) prosedurları) üçün tədbirləri özünndə əks etdirir. 

 

 

AK-nin  hazırlanmaqda  olan  proqramında  maliyyə  təhsilinə  əhəmiyyət  verilir.  2007-ci  ilin 



noyabr  ayında  AK  AB-nin  27  üzv  ölkəsində  həyata  keçirilmiş  15-dən  çox  maliyyə  təhsili 

proqramları  üzrə  aparılmış  sorğunun  nəticələrini  dərc  etmişdir.  Bir  ay  müddətindən  sonra,  AK 



Maliyyə Təhsili haqqında Kommünike dərc etmişdir.

9

 Həmin Kommünike aşağıdakı məqsədlərlə 



dörd təşəbbüsü müəyyən edir:  

1)

 



AK-yə  məsləhətlərin  verilməsi  və  maliyyə  təhsilinin  gücləndirilməsi  sahəsində  cari 

tədbirlərin  görülməsi  üçün  maliyyə  təhsili  sahəsində  fəaliyyət  göstərən  mütəxəssislər 

şəbəkəsinin yaradılması;  

2)

 



Aİ-ə  Üzv  Ölkələrə  və  həmin  ölkələrdə  yerləşən  özəl  təşkilatlara  həmin  ölkələrə  və 

təşkilatlara maliyyə təhsili üzrə milli və regional konfransların təşkil edilməsi sahəsində 

yardımın göstərilməsi üçün vəsaitin ayrılması;  

3)

 



Aİ  daxilində  maliyyə  təhsili  proqramları  və  tədqiqatlar  haqqında  onlayn  məlumatlar 

bazasının dərc olunması; və  

4)

 

Baza  qismində  mövcud  DOLCETA  proqramından  istifadə  etməklə  maliyyə  sabadlılığı 



üzrə müəllimlərin təlimi modulunun hazırlanması və Avropa Universitetlərinin Davamlı 

Təhsil Şəbəkəsinin təcrübəsinin qiymətləndirilməsi.  

Həmin  təşəbbüslər  2010-cu  ildə  ətraflı  nəzərdən  keçiriləcək  və  həmin  zaman  AK  Aİ-nin  Üzv 

Ölkələrində  maliyyə  təhsili  üzrə  mövcud  proqramların  səmərəliliyini  qiymətləndirəcək.  Əlavə 

olaraq,  2009-cu  ilin  yanvar  ayında,  AK  “Europa”  öz  internet  səhifəsində  Avropanın  Maliyyə 

Təhsili  Sahəsində    Məlumatlar  Bazasını  (EDFE)  dərc  etmişdir.  EDFE  Aİ-də  dövlət  və  özəl 

qurumlar tərəfindən təklif olunan bir çox maliyyə təhsili proqramlarına istinadları təmin edir.  

 

                                                 



7

 Bax: 


http://eur-lex.europa.eu/LexUriServ/LexUriServ.do?uri=OJ:L:2008:133:0066:0092:EN:PDF

  

8



 See http://ec.europa.eu/employment_social/spsi/studies_en.htm#Overindebtedness 

9

 See 



http://eur-lex.europa.eu/LexUriServ/LexUriServ.do?uri=CELEX:52007DC0808:EN:NOT

  



 



Bir  sıra  təşkilatlar  müxtəlif  ölkələrdə  maliyyə  savadlılığı  və  istehlakçı  təhsili  ilə  bağlı 



tədqiqatlar aparmışdır. İƏİT-in 2005-ci il üzrə hesabatında maliyyə savadlılığı üzrə beynəlxalq 

proqramlar  nəzərdən  keçirilir  və  maliyyə  məsələləri,  xüsusilə  də  yaşayış  sahələrinin  alınması 

üçün ipoteka  sahəsində istehlakçı  təhsilinin  əhəmiyyətinin  artması  vurğulanır. ABŞ-nin  Federal 

Ehtiyat Sistemi tərəfindən 2000-2003-cü illərdə bir neçə tədqiqat aparılmışdır. Həmin tədqiqatlar 

nəticəsində  aşkar  olunmuşdur  ki,  ipoteka  müqaviləsinin  imzalanmasından  əvvəl  maliyyə 

məsləhətlərinin  almış  borcalanlar  arasında  ödənişlərin  gecikdirilməsi  məsləhət  almamış 

borcalanlarla  müqayisədə  34%  aşağıdır.  Əyani  və  qiyabi  təlim,  həmçinin,  ödənişlərin 

gecikdirilməsi  hallarını  müvafiq  olaraq  26%  və  21%  azaltmağa  kömək  edib.  Bir  neçə  ölkə 

əhalinin müxtəlif seqmentlərində maliyyə potensialının səviyyələrini müəyyən etmək üçün ölkə 

miqyasında  maliyyə  savadlılığı  sorğularını  həyata  keçirmişdir.  Daha  təfsilatlı  icmal  Birləşmiş 

Krallığın Maliyyə Xidmətləri İdarəsi tərəfindən həyata keçirilmişdir. Maliyyə savadlılığı ilə bağlı 

digər sorğular Kanada, Avstraliya, Yeni Zelandiya və İrlandiyada keçirilmişdir.  

 

Azərbaycan Hökuməti maliyyə istehlakçılarının hüquqlarının müdafiəsi üçün ilkin hüquqi 

və institusional çərçivəni yaratmışdır. Ümumi istehlakçı hüquqları ilə bağlı ilkin qanunvericilik 

1995-ci  ildə  qüvvəyə  minmişdir,  lakin  qanunvericiliyin  icrası  üçün  konkret  dövlət  orqanı 

yaradılmamışdır.  Maliyyə  sektorunda  AMB  2006-cı  ildə  AMB-nin  Kredit  Təşkilatlarının 

Fəaliyyətinə Nəzarət Departamentinin tərkibində  Bank Xidmətləri İstehlakçılarının Hüquqlarının 

Müdafiəsi  Qrupunu  yaradıb  və  istehlakçılardan  şikayətləri  qəbul  etməyə  başlamışdır.  AMB-nin 

rəhbərliyi, həmçinin, bank xidmətləri ilə bağlı şikayətlərin alınması üçün istehlakçılarla hər həftə 

seminarlar keçirir və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi pərakəndə maliyyə investorları ilə 

bağlı  məsələlər  üzrə  45  dəqiqəlik  həftəlik  televiziya  proqramında  iştirak  edir.  Əlavə  olaraq, 

şikayətlər  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi  və  Maliyyə  Nazirliyinin  Sığorta  Nəzarəti 

Xidməti  tərəfindən  qəbul  olunur.  Bütün  üç  təşkilat  şikayətlərə  baxır  və  şikayətlərin  növlərində 

tendensiyaları və şikayətlərin məhdud sayda xidmət təchizatçılarında cəmləşməsini müəyyən edir. 

Təşkilatların  maliyyə  təşkilatı  və  onun  müştəriləri  arasındakı  mübahisələrə  müdaxilə  edə 

bilməmələri halında, nəzarət təşkilatları mütəmadi olaraq təşkilatın rəhbərliyindən şikayətin həll 

edilməsini təmin etmək üçün onun araşdırılmasını xahiş edir. Nəzarətçilər, həmçinin, təşkilatlarda 

yoxlama apararkən şikayətlə bağlı sənədləri nəzərdən keçirirlər. Buna baxmayaraq, AMB daha da 

irəli  gedərək  telefon

10

  vasitəsilə  şikayətlərini  təqdim  etmələrini  asanlaşdırmaq  məqsədilə 



istehlakçılar  üçün  “qaynar  xətt”  yaratmağı  planlaşdırır.    Əlavə  olaraq,  AMB  maliyyə  təhsili 

məsələsini  də  daxil  etməklə  İstehlakçıların  müdafiəsi  qrupunun  fəaliyyət  dairəsini 

genişləndirməyi planlaşdırır. 

  

İstehlakçıların  təkmilləşdirilmiş  müdafiəsi  AMB  və  digər  maliyyə  nəzarəti  təşkilatlarının 



əsas  məqsədlərinə  çevrilmişdir.  2009-cu  ilin  iyun  ayında  AMB  istehlakçıların  müdafiəsi  və 

maliyyə təhsilinin təkmilləşdirilməsi üçün aydın və sadə strategiyanın formalaşdırılması prosesini 

həyata  keçirirdi.  Məqsəd  həm  maliyyə  xidmətlərinə  çıxış  imkanlarının  artırılması,  həm  də 

istehlakçılara  yüksək  keyfiyyət  səviyyəsinə  malik  maliyyə  xidmətlərinin  təqdim  edilməsidir. 

Pərakəndə maliyyə xidmətlərinin genişlənməsi, xüsusilə 2009-cu ilin iyun ayından başlayaraq 30 

illik  müddətinə  ipoteka  kreditlərinin  verilməsinin  yenilənməsi  istehlakçıların  ipoteka 

kreditləşməsi çərçivəsində şərtləri və öz öhdəliklərini həmişə tam anlaya bilməmələri ilə əlaqədar 

istehlakçıların müdafiəsi və maliyyə savadlılığını son dərəcə mühüm məsələyə çevirmişdir. Eyni 

zamanda, Azərbaycanda istehlakçıların bu sahədə öz hüquqi çərçivələrini (maliyyə xidmətlərinin 

müəyyən  növləri  üzrə  14  günlük  fikirləşmə  və  danışıqlar  müddəti  kimi  şərtlərlə  )  Aİ-nin  Üzv 

Ölkələrində  mövcud  olanlarla  müqaisəsinin  aparılmasının  gözləndiyini  nəzərə  alaraq,  Aİ-də 

maliyyə  xidmətləri  istehlakçılarının  müdafiəsi  sahəsində  baş  verən  dəyişikliklər  yaxından 

izlənilməkdədir.  İşçi  Sənədinin  tamamlanmasından  sonra  növbəti  mərhələ  əsas  tövsiyələrin 

həyata keçirilməsi üçün Tədbirlər Planının hazırlanmasıdır. 

                                                 

10

  İtehlakçıların  şikayətlərini  təqdim  etmələri  və  maliyyə  xidmətləri  istehlakçısı  kimi  öz  hüquqlarını 



soruşmaları üçün mexanizm kimi qaynar xətt 1 iyul 2009-cu il tarixində yaradılmışdır. 


Yüklə 451,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə