Azərbaycan



Yüklə 451,87 Kb.
Pdf görüntüsü
səhifə10/16
tarix05.04.2018
ölçüsü451,87 Kb.
#36014
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

 

14 


 

Digər təşkilatlar, həmçinin, istehlakçılardan şikayətlər almışdır. İqtisadi İnkişaf Nazirliyinin 

Antiinhisar Departamenti maliyyə xidmətləri ilə bağlı ildə yalnız bir-iki şikayət alır. Lakin, qeyri-

hökumət  təşkilatı  olan  Müstəqil  İstehlakçılar  Birliyi  işçi  heyətində  ixtisaslaşmış  ekspertlərin 

olmamasına baxmayaraq maliyyə istehlakçılarından gündə üç-dörd zəng qəbul edir. Şikayətlər bir 

qayda olaraq binada yanğının baş verməsindən sonra təminatın tam məbləğini ödəməkdən imtina 

etmiş  sığorta  şirkəti,  udmuş  nömrələr  kartdan  kənar  müəyyən  edilən  lotereya,    ölkə  xaricində 

işləməmiş  beynəlxalq  kredit  kartı  ilə  bağlı  idi.    Şikayətlərdən  görünür  ki,  həll  edilməli  ilk 

məsələlərdən biri Azərbaycanda maliyyə savadlılığının zəif səviyyəsidir.  



Əsas nəticələr və tövsiyələr 

 

Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi və maliyyə savadlılığının artırılması üzrə 

iki  mərhələli  prosesin  həyata  keçirilməsi  nəzərdə  tutulur.  Birinci  mərhələnin  diqqət 

mərkəzində  maliyyə  xidmətləri  istehlakçılarının  hüquqlarının  təkmilləşdirilməsi  üçün  qanun  və 

normativ  aktlara  yenidən  baxılması  olacaq.  İkinci  mərhələdə,  təşkilatların  (xüsusilə  QHT 

sektorunda)  istehlakçıların  həm  hüquqları,  həm  də  öhdəlikləri  haqqında  agahlığının  artırılması 

üzrə potensialın gücləndirilməsinə prioritetlik verilməlidir.  

 

Hüquqi və institusional çərçivə 

 

Maliyyə  istehlakçılarının  hüquqlarının  müdafiəsi  üzrə  hüquqi  çərçivə  gücləndirilməlidir. 

Kreditlərin sürətli artımı müşahidə edilən mühitdə istehlakçının hüquqlarının müdafiəsi və təhsil 

üzrə səmərəli rejimin yaradılmasını nəzərdən keçirmək zərurətini daha da artır. İstehlak kreditləri 

Mülki  Məcəllənin  müddəaları,  2004-cü  ilin  Banklar  haqqında  Qanunu,  bu  yaxınlarda  qəbul 

olunmuş  Mühasibat  Uçotu  haqqında  Qanun,  1995-ci  ilin  İstehlakçı  Hüquqlarının  Müdafiəsi 

haqqında Qanun və Reklam haqqında 1997-ci ilin Qanunu ilə tənzimlənir. İstehlakçı hüquqlarının 

müdafiəsi  ilə  bağlı  müddəalar  hal-hazırda  Milli  Məclisdə  müzakirə  olunan  Bank  Olmayan 

Maliyyə Təşkilatları haqqında qanun layihəsinə daxil edilmişdir. Lakin, İstehlak Krediti haqqında 

Aİ Direktivi (hal-hazırda müzakirə olunur) hələ ki, icra olunmayıb. Bundan əlavə, Azərbaycanın 

borcların yığılması ilə bağlı haqsız hərəkətləri qadağan edən və səyyar satışlar və ya internet və 

ya  telemarketinq  vasitəsilə  satılan  maliyyə  məhsullarının  qaytarılması  üçün  ayrılan  müddətləri 

müəyyən edən ətraflı qanunları yoxdur. İlkin tədbir olaraq, məhsulun qaytarılmasına yeddi gün 

müddətinin  ayrılması  faydalı  olardı.  Lakin,  2010-cu  ildən  sonra  Aİ-də  məhsulun  qaytarılması 

üçün 14 gün müddətinin tətbiq edilməsindən sonra, həmin müddət 14 günə uzadılmalıdır.  

 

Maliyyə  istehlakçılarının  hüquqlarının  müdafiəsi  üzrə  institusional  mexanizmlər  də 

gücləndirilməlidir.  AMB-də  istehlakçı  hüquqlarının  müdafiəsi  qrupu  var  və  Antiinhisar 

Fəaliyyəti  haqqında  cari  Qanuna  və  Rəqabət  Məcəlləsinin  layihəsinə  uyğun  olaraq,  İqtisadi 

İnkişaf  Nazirliyi  nəzdində  Antiinhisar  departamenti  rəqabət  sahəsində  maliyyə  istehlakçılarının 

hüquqlarının  müdafiəsi  məsələləri üzrə  səlahiyyətlərə  malikdir.  Lakin,  maliyyə  istehlakçılarının 

hüquqları üçün maliyyə ombudsmanı və ya məhkəmələrdən başqa mübahisələrin həlli üzrə digər 

alternativ mexanizm mövcud deyil.  

 

QHT-ların  maliyyə  istehlakçılarının  hüquqlarının  müdafiəsi  sahəsində    fəaliyyətləri 

məhduddur. Azərbaycanın Müstəqil İstehlakçılar Birliyi bütün sahələrdə istehlakçı hüquqlarının 

müdafiəsi üzrə iş aparır və maliyyə məsələləri sahəsində ixtisaslaşmır. Əlavə olaraq, Azərbaycan 

Miromaliyyə Assosiasiyası (AMA) istehlakçı hüquqlarının müdafiəsi məsələlərində iştirak edir, 

lakin onun iştirakı istehlakçılar deyil, əsasən fərdi sahibkarlarla bağlıdır.  



 


 

15 


İlk  addım  olaraq,  AMB  haqqında  Qanuna  AMB-ə  bank  və  mikromaliyyə  sektorunda 

istehlakçı  hüquqlarının  müdafiəsi  üzrə  səlahiyyətlərin  verilməsini  nəzərdə  tutan 

dəyişikliklər  edilməlidir.  AMB  haqqında  Qanun  AMB-ə  bank  sektorunun  sabitliyinin  təmin 

edilməsi  və  əmanətçilər  və  kreditorların  hüquqlarının  müdafiəsi  üçün  bank  sektoruna  nəzarət 

etmək  səlahiyyətini  verir.  Maliyyə  istehlakçılarının  hüquqlarının  müdafiəsi  həmin  müddəada 

nəzərdə  tutula  bilər,  lakin,  AMB-nin  səlahiyyətlərini  müəyyən  edən  qanunvericilikdə  maliyyə 

istehlakçılarının  hüquqlarının  müdafiəsi  ilə  bağlı  dəqiq  müddəaların  olması  daha  məqsədyönlü 

olardı.  

 

İstehlakçıların  müdafiəsi  AMB-nin  funksiyasının  tərkib  hissəsi  olmalıdır.  İstehlakçı 

hüquqlarının  müdafiəsi  və  prudensial  nəzarət  arasında  maraqların  toqquşması  halları 

qarşısıalınmazdır.  Lakin,  beynəlxalq  təcrübədən  görmək  olar  ki,  iki  funksiyanın  iki  təşkilat 

əvəzinə bir təşkilatda cəmləşməsi Azərbaycan üçün daha yaxşı seçimdir. İstehlakçı hüquqlarının 

müdafiəsi üzrə səlahiyyətlərin maliyyə nəzarətini həyata keçirən təşkilata verilməsi bəzi hallarda 

mübahisələr  yaradır,  çünki  maliyyə  istehlakçılarına  kömək  etmək  üçün  görülən  tədbirlər  bəzi 

hallarda bank sektorunun mənfəətlərinə və bununla maliyyə sabitliyinə zərər gətirə bilər. Lakin, 

Birləşmiş  Krallığın  və  İrlandiyanın  təcrübəsi  onu  göstərir  ki,  bu  cür  mübahisələrin  yaranması 

qaçılmazdır və iki təşkilat arasında mübahisənin həll edilməsi əvəzinə, istənilən mübahisənin bir 

təşkilat daxilində həll edilməsi daha məqsədəmüvafiqdir. Bundan əlavə, təşkilatlar aşkar etdilər 

ki,  istehlakçı  hüquqlarının  müdafiəsi  ilə  bağlı  məsələlərin  araşdırılmasından  çıxarılan  nəticələr 

prudensial  nəzarət  üçün  əhəmiyyətlidir.  Bununla  yanaşı,  orta  müddətli  dövrdə  istehlakçıların 

güclü  müdafiəsi  maliyyə  institutlarına  ictimai  inamın  yaradılmasına  və  beləliklə  də,  maliyyə 

sektorunun  dərininə  fəaliyyətinin  və  sabitliyinin  genişləndirilməsinə  köməklik  göstərəcəkdir.  

AMB yaxın müddətdə Azərbaycan Respublikasının Milli Bankı haqqında Qanuna dəyişikliklərin 

edilməsini nəzərdən keçirir. Yenidən baxılmış qanunvericiliyə istehlakçı hüquqlarının müdafiəsi 

üzrə səlahiyyətin daxil edilməsi məqsədyönlü olar.  

 

İstehlakçı  hüquqlarının  müdafiəsi  üzrə  dəqiq  vəzifələr  qiymətli  kağızlar  və  sığorta 



sahəsində  nəzarət  orqanları  ilə  bağlı  qanunvericilikdə  əks  olunmayıb.  Sığorta  fəaliyyəti 

haqqında  yeni  qanunda  yalnız  müəyyən  edilir  ki,  Dövlət  Sığorta  Nəzarəti  Xidməti  sığortaçılar, 

sığortalılar  və  sığorta  bazarının  digər  iştirakçılarının  hüquqları  və  maraqlarının  müdafiəsi  üzrə 

tədbirlər  görməlidir.  Mülki  Məcəlləyə  qiymətli  kağızlar  bazarında  investorların  müdafiəsi  ilə 

bağlı oxşar müddəalar daxildir.  

 

Maliyyə  nəzarəti  orqanları  maliyyə  təşkilatları  üçün  yaxşı  işgüzar  davranış  üzrə  geniş 



prinsiplərə  əsaslanan  işgüzar  davranış  haqqında  qaydaların  hazırlanması  üzrə  müvafiq 

peşəkar  assosiasiyalarla  birgə  iş  aparmalıdır.  Ümumi  olaraq,  həmin  prinsiplər  tənzimləmə 

obyekti olan maliyyə xidmətlərinin təchizatçılarından aşağıdakıları tələb etməlidirlər: 

1)

 

Müştərilərin  maraqlarını  öz  sahiblərinin  maraqları  ilə  tarazlaşdıraraq,    vicdanla  və 



ədalətlə davranmaq; 

2)

 



Müştərilərlə bütün məsələlərdə peşəkar səviyyədə, qayğı və diqqətlə davranmaq

3)

 



Müştərilərdə hər hansı məhsulun və ya xidmətin üstünlükləri və çatışmazlıqları ilə bağlı 

yanlış təsəvvür yaratmamaq; 

4)

 

Müştərilərə  yalnız  yararlı  məhsulun  və  ya  xidmətlərin  satılmasını  təmin  etmək  üçün 



onlardan lazımi səviyyədə aidiyyəti məlumatları tələb etmək; 

5)

 



Faiz  dərəcələri,  xidmət  haqları  və  komisyon  haqlar  və  təminatla  bağlı  tələblər  daxil 

olmaqla, bütün aidiyyəti mühüm məlumatları sadə dildə tam açıqlamaq; 

6)

 

Maraqların münaqişəsi hallarının qarşısını almağa çalışmaq; və  



7)

 

Səhvləri aradan qaldırmaq və şikayətləri sürətlə, səmərəli və ədalətli qaydada həll etmək.  



 

Həmin  prinsiplər  istehlakçı  hüquqlarının  (və  öhdəliklərinin)  geniş  parametrlərini 

tənzimləyən və bütün müştərilərə ədalətli və vicdanla yanaşması üzrə standart müddəaları 

daxil  edən  İstehlakçı  Hüquqlarının  Müdafiəsi  Məcəlləsinin  (və  ya  Davranış  Kodeksinin) 


Yüklə 451,87 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə