Azərbaycan


Maliyyə istehlakçıları hüquqlarının müdafiəsi sahəsində əsas



Yüklə 451,87 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix05.04.2018
ölçüsü451,87 Kb.
#36014
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

 

10 


Maliyyə istehlakçıları hüquqlarının müdafiəsi sahəsində əsas 

qanunlar və təşkilatlar 

 

1)

 



Mülki Məcəllə 

2)

 



Ticarət məcəlləsi  

3)

 



İstehlakçı Hüquqlarının Müdafiəsi haqqında 1113 saylı Qanun, 19 sentyabr 2005-ci il  

4)

 



Reklam haqqında 376-IQ saylı Qanun, 3 oktyabr 1997-ci il  

5)

 



İnformasiya, İnformasiya ilə təmin etmə və İnformasiyanın Mühafizəsi haqqında Qanun, 

3 aprel 1998-ci il 

6)

 

Antiinhisar Fəaliyyəti haqqında 526 saylı Qanun, 4 mart 1993-cü il  



7)

 

Banklar haqqında 590-IIQ saylı Qanun, 16 yanvar 2004- cü il  



8)

 

Sonuncu  dəfə  19  iyun  2009-cu  ildə  düzəliş  olunmuş  Azərbaycan  Milli  Bankı  haqqında 



Qanun,  

9)

 



Əmanətlərin Sığortalanması haqqında 29.12.2006 tarixli 226-IIIQ saylı Qanun, 29 dekabr 

2006-cı il, sonuncu dəfə 8 may 2009-cu il tarixində düzəliş olunmuşdur. 

10)

 

Sığorta Fəaliyyəti haqqında Qanun, 13 mart 2008-ci il  



11)

 

Qiymətli Kağızlar haqqında 1093 saylı Qanun, 29 avqust 1995-ci il  



12)

 

Qiymətli Kağızlar Bazarında Broker Fəaliyyətinin həyata keçirilməsi haqqında Qaydalar  



13)

 

Kredit İttifaqları haqqında 876-IQ saylı Qanun, 2 may 2000-ci il  



 

1995-ci  ilin  İstehlakçı  Hüquqlarının  Müdafiəsi  haqqında  Qanunu  istehlakçı  hüquqlarının 

müdafiəsi sahəsində əsas qanunvericilik aktıdır. Qanunla müvafiq dövlət orqanlarına istehlak 

malları  və  xidmətlərinin  keyfiyyətinə  nəzarəti  və təhlükəsizliyi ilə  bağlı istehlakçı  hüquqlarının 

müdafiəsi  üzrə  vəzifələr  təyin  olunur.  Qanun  həmçinin,  məhkəmələrə  istehlakçı  hüquqlarının 

müdafiəsi  vəzifəsini  təyin  edir.  Nəticədə,  istehlakçı  maraqlarının  müdafiəsinə  görə  vahid 

məsuliyyət daşıyan konkret dövlət orqanı yoxdur.  

 

Maliyyə seqmentlərinin hər biri konkret qanunla tənzimlənir. Bank sektoru Banklar haqqında 

Qanun  və  həmçinin,  Mülki  Məcəllə  ilə  tənzimlənir.  Mülki  Məcəllə  və  Qiymətli  Kağızlar 

haqqında  Qanun  qiymətli  kağızlar  sektorunu  tənzimləyir.  Sığorta  sektoru  Mülki  Məcəllə  və 

Sığorta  Fəaliyyəti  haqqında  Qanunla  tənzimlənir.  Bank  olmayan  Kredit  Təşkilatları 

(mikromaliyyə  təşkilatları  əhatə  olunmaqla)  haqqında  qanun  layihəsi  2009-cu  ilin  iyun  ayında  

Milli  Məclisə  təqdim  olunmuşdur.  Kredit  ittifaqları  ayrıca  Kredit  İttifaqları  haqqında  Qanunla 

tənzimlənir.  

 

Azərbaycan  Milli Bankı  (AMB)  haqqında  Qanun  AMB

11

  -ə  bank  sisteminin  sabit  fəaliyyətini 



təmin  etmək  və  bank  kreditorları  və  əmanətçilərinin  maraqlarını  qorumaq  məqsədilə  bankların 

lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti üzrə səlahiyyətləri verir. Lakin Qanunla AMB-ə 

bank xidmətləri sahəsində istehlakçı hüquqlarının müdafiəsi vəzifəsi  dəqiq tapşırılmır. Qiymətli 

kağızlar sektoruna nəzarət Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və sığorta sektoruna nəzarət 

Maliyyə  Nazirliyi  nəzdində  Dövlət  Sığorta  Nəzarəti  Xidməti    tərəfindən  həyata  keçirilir. 

Baxmayaraq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi müştəriləri qiymətli kağızları almağa və 

ya  satmağa  təhrik  edən  qeyri-ədalətli  marketinq  prinsiplərindən  istifadə  olunaraq  qiymətlərin 

monipulyasiyası  hallarında  peşəkar  iştirakçıların  lisensiyalarını  dayandıra  və  ya  ləğv  edə  bilər,  

heç bir nəzarət orqanının istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı müstəsna mandatı  yoxdur.  

 

Maliyyə Nazirliyi Nazirlər Kabinetinə maliyyə sektoru ilə bağlı qanunvericiliyin təklif edilməsi 

vəzifəsini daşıyır.  

                                                 

11

 Milli Məclis tərəfindən 19 iyun 2009-cu il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Milli 



Bankı  haqqıda  Qanuna  uyğun  olaraq,  Azərbaycan  Respublikasının  Milli  Bankı  rəsmi  surətdə  adını 

Azərbaycan Respublikasının Mərkəzi Bankına dəyişmişdir. 




 

11 


 

Antiinhisar  fəaliyyəti  haqqında  mövcud  Qanuna  və  Rəqabət  Məcəlləsinin  layihəsinə  uyğun 

olaraq,  İqtisadi  İnkişaf  Nazirliyi  nəzdində  Antiinhisar  Departamenti,  yanlış  təsəvvürün 

yaradılması  və    ədalətsiz  reklam  fəaliyyətindən  müdafiə  daxil  olmaqla,  istehlakçı  hüquqlarını 

təmin  etmək  səlahiyyətlərinə  malikdir.  Lakin  Antiinhisar  Departamenti  maliyyə  xidmətləri 

istehlakçılarının hüquqlarının müdafiəsi ilə bağlı hallara az baxmışdır.  



 

Azərbaycanın Banklar Assosiasiyası nəzdində Arbitraj Məhkəməsi yaradılsa da, bu günədək heç 

bir hala baxmayıb.  

 

İstehlakçı  assosiasiyalarının  sayı  azdır.  Onlardan  ən  fəalı  istehlakçılara  fərdi  qaydada  yardım 

göstərən  Azərbaycanın  Müstəqil  İstehlakçılar  Birliyi  olsa  da,  maliyyə  xidmətləri  ilə  bağlı 

məsələlərə nadir hallarda müdaxilə edir. Maliyyə mətbuatı istehlakçılara maliyyə bazarının necə 

fəaliyyət göstərməsi və istehlakçıların hüquqları haqqında müəyyən məlumatları təmin edir.  

Azərbaycanda ev təsərrüfatlarının maliyyələşdirilməsi haqqında 

ümumi məlumat 

 

Son beş il ərzində, Azərbaycanda bank kreditləri, xüsusilə ev təsərrüfatlarının kreditləşməsi 

sahəsində ciddi artım müşahidə olunmuşdur. Son illərdə Azərbaycanın bank sektorunun bütün 

əsas göstəricilərində iqtisadiyyatın yüksək artım tempini əks etdirən böyük artım baş vermişdir. 

2003-2007-ci illərə düşən beş il ərzində, qeyri-neft ÜDM-in orta artım tempi 12% təşkil etmiş və 

2008-ci  ildə  16%-ə  çatmışdır.  2008-ci  ilin  dekabr  ayına  ev  təsərrüfatlarına  verilən  kreditlər 

ümumi  bank  kreditlərinin  təxminən  33%-ni  təşkil  etmişdir.  2006-cı  ildən  2008-ci  ilə  bank 

kreditlərinin artımının 200%-dən təxminən üçdə biri ev təsərrüfatlarının payına düşmüşdür.  

 

Ev təsərrüfatına verilən bank kreditləri  2003-cü ildən 2008-ci ilə qədər  15 dəfə artmışdır. 

Cədvəl  1-də  göstərildiyi  kimi,  ev  təsərrüfatlarına  verilən  kreditlərdə  artım  ÜDM-in  artımını 

əhəmiyyətli dərəcədə ötmüşdür. Xüsusi diqqət mərkəzində olan sahə son illər ərzində əhəmiyyətli 

dərəcədə  artmış  ipoteka  kreditləşməsidir.  Azərbaycanda  digər  pərakəndə  investisiya  məhsulları 

üçün  bazar  nisbətən  inkişaf  etməmiş  olması,  əmlaka  investisiyaların  qoyulmasının  geniş 

yayılmadığı mənasını verir.  

 

Cədvəl 1: Ev təsərrüfatlarına bank kreditləri  



 

 

2003  2004  2005  2006 



2007 

2008 

Bankların ev təsərrüfatlarına krediti (milyon AZM ilə) 

142.9  276.9  389.2  778.0  1,657.2  2,334.9 

Bankların ev təsərrüfatlarına kreditinin illik artımı (%)  71.5 

93.8 

40.6 


99.9 

113.0 


40.9 

ÜDM-in illik artımı (%) 

11.2 

 7.0 


26.4 

34.5 


25.0 

10.8 


Mənbə: Azərbaycan Mərkəzi Bankı. 

Statistik Bülleten.

 Dekabr 2008 

 

Ev  təsərrüfatı  sektoruna kreditlərin  oxşar  artımını  Mərkəzi  və  Şərqi  Avropada  müşahidə 



etmək olar. Mərkəzi və Şərqi Avropada kredit institutları tərəfindən ev təsərrüfatlarına verilmiş 

kreditərin  həcmi  2003-cü  ildən  2007-ci  ilə  qədər  orta  illik  nominal  artım  göstəricisi  26  faiz 

artmışdır. Rumıniya, Rusiya və Litvada regionun digər ölkələri ilə müqaisədə  qeyri-paralel artım 

səviyyəsi qeydə alınmışdır (Cədvəl 2). 

 

 

 



 

 



Yüklə 451,87 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə