Azərbaycan



Yüklə 451,87 Kb.
Pdf görüntüsü
səhifə5/16
tarix05.04.2018
ölçüsü451,87 Kb.
#36014
1   2   3   4   5   6   7   8   9   ...   16

 



Giriş 



 

 

Maliyyə  bazarları  inkişaf  etdikcə  və  dərinləşdikcə  bazarların  ədalətli,  açıq  və  səmərəli 

işləməsi  üçün  əsas  məsələlərdən  biri  maliyyə  xidmətləri  sahəsində  istehlakçı  hüquqlarının 

müdafiəsindən  ibarətdir.  Onların  bank  əmanətçiləri  və  ya  borcalanları,  sığorta  polisləri, 

qiymətli kağızlar, investisiya və ya pensiya fondlarına vəsait qoymuş investorlar olmasından asılı 

olmayaraq, maliyyə istehlakçıları bağladıqları müqavilələrin şərtlərini dəqiq anlamaq və müqavilə 

şərtlərinin pozulması halında tədbir görmək imkanına malik olmalıdırlar.  



 

Hazırkı İşçi Sənədi maliyyə xidmətləri sahəsində istehlakçıların hüquqlarının müdafiəsinin 

təhlili üzrə pilot proqramının tərkib hissəsi kimi hazırlanmış doqquz hesabatın üçüncü – və 

Aİ-nin  üzvü  olmayan  ölkələr  arasında  birinci  hesabatdır.

1

  Sənədin  məqsədi  üç  hissədən 

ibarətdir:  (1)  maliyyə  xidmətləri  sahəsində  istehlakçı  hüquqlarının  müdafiəsinin 

qiymətləndirilməsi üçün müsbət təcrübə üzrə normaların layihə variantının təqdim edilməsi, (2) 

Azərbaycanda  mövcud  qaydaların  və  təcrübənin  hazırlanan  normalarla  müqayisədə  nəzərdən 

keçirilməsi,  və  (3)  Azərbaycanda  maliyyə  xidmətləri  sahəsində  istehlakçı  hüquqlarının 

müdafiəsinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələrin verilməsi. İşçi Sənədi Azərbaycan Mərkəzi 

Bankının  (AMB)  müraciəti  əsasında  və  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi,  Maliyyə 

Nazirliyinin  Dövlət  Sığorta  Nəzarəti  Xidməti  və  digər  dövlət  təşkilatları,  nazirliklər  və  qeyri-

hökumət təşkilatlarının dəyərli dəstəyi ilə hazırlanmışdır.

2

 

 



Maliyyə xidmətləri sahəsində istehlakçı hüquqlarının müdafiəsi üzrə beynəlxalq qaydaların 

sayı azdır.  Maliyyə xidmətləri sahəsində istehlakçı hüquqlarının müdafiəsi yeni və inkişaf edən 

sahədir və bu münasibətdə hər konkret ölkənin təhlil edilməsi geniş  parametrlər üzrə konsensus 

yaradılmamışdı. Hazırkı Sənəd istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı  Aİ-nin Direktivlərinə 

və  Avropanın  maliyyə  sahəsində  tənzimləyici  və  nəzarət  orqanlarının  hesabatlarına  əsaslanır.  

Həmçinin,  digər  mənbələrdən  də  istifadə  olunmuşdur.  ABŞ-da  Federal  Ticarət  Komissiyası, 

Qiymətli Kağızlar və Birja Komissiyası və digər dövlət, federal və özünü tənzimləyən agentliklər 

maliyyə  istehlakçılarının  müdafiəsi  üzrə  qanunlar,  qaydalar  və  təlimatlar  hazırlayıblar.  Əlavə 

olaraq,  İƏİT-in  2003-cü  ildə  dərc  olunmuş  İstehlakçıların  Ölkələrarası  Fırıldaqçılıq  və 

Saxtakarlıq  Xarakterini  Daşıyan  Kommersiya  Təcrübəsindən  Müdafiəsi  üzrə  Qaydalar  və 

Birləşmiş  Millətlər  Təşkilatının  1999-cu  ildə  dərc  olunmuş  İstehlakçı  Hüquqlarının  Müdafiəsi 

Qaydaları  maliyyə  sektoru  ilə  bağlı  olmayan  ümumi  istehlakçı  qaydalarının  müdafiəsi  üzrə 

                                                 

1

  Maliyyə  sahəsində  istehlakçı  hüquqlarının  müdafiəsi  haqqında  nəşr  olunmuş  hesabatların  tam  dəstini 



www.worldbank.org/eca/consumerprotection

  ünvanından  yükləmək  olar.  Maliyyə  xidmətləri  sahəsində   

istehlakçı  hüquqlarının  müdafiəsi  haqqında  birinci  hesabat  Çex  Respublikası,  ikinci  isə  Slovakiya  üçün 

hazırlanmışdır.  Azərbaycan  üçün  hazırlanmış  İşçi  Sənəd  mikromaliyyə  sektorunun  təfərrüatlı  təhlilini 

özündə əks etdirən yeganə hesabatdır.  Digər ölkələr üçün hesabatlar istehlakçıların öz ticarətləri, biznesi 

və professional fəaliyyətindən kənar şəxslər kimi müəyyənləşdirən Avropa İttifaqının şərhlərini özündə əks 

etdirir. Azərbaycanda kreditə çıxışın təmin olunmasında mikromaliyyə sektorunun əhəmiyyəti kontekstində 

İşçi  Sənəddə  mikromaliyyə  institutlarında  istehlakçıların  müdafiəsi  üçün  üstün  beynəlxalq  təcrübələr 

toplusu 

göstərilmiş 

və 

Azərbaycan 



reallığı 

üstün 


beynəlxalq 

təcrübələr 

baxımından 

qiymətləndirilmişdir.(Bax II Hissə) 

2

  10-20  fevral  2008-ci  il  tarixlərində  Azərabycana  missiya  gəlib  və  Azərbaycan  Milli  Bankı,  Maliyyə 



Nazirliyi,  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi,  İqtisadi  İnkişaf  Nazirliyi  və  Azərbaycanın  İpoteka 

Fondunun rəsmiləri ilə görüşlər keçirilmişdir. Missiya, həmçinin, banklar assosiasiyaları, sığorta şirkətləri, 

mikromaliyyə  təşkilatları  və  kredit  ittifaqları  ilə  görüşmüşdür.  Əlavə  olaraq,  missiya  Bakı  Fond  Birjası, 

Azərbaycanın  Bank  Tədris  Mərkəzi,  Müstəqil  İstehlakçılar  Birliyi  və  Azərbaycanın  maliyyə  və  hüquq 

dairələrinin  digər  üzvləri  ilə  görüşmüşdür.  İctimaiyyətə  yayma  seminarı  keçirmək  və  İşçi  Sənədi  üçün 

yenilənmiş məlumatın əldə edilməsi məqsədilə  Bakıya növbəti missiya 19-25 iyun 2009-cu il tarixlərində 

həyata keçirilmişdir. 

  



 

faydalı  istinad  resursları  olmuşdur.  Bundan  əlavə,  2008-ci  ildə  İƏİT  sığorta  və  özəl  pensiyalar 



sahəsində  2005-ci  ildə  aparılmış  maliyyə  təhsili  proqramlarının

3

  qlobal  icmalında  təqdim 



olunmuş  tövsiyələri  tamamlayan  Maliyyə  Təhsili  üzrə  Yaxşı  Təcrübə  Normalarının  layihə 

variantını dərc etmişdir.  

 

Müsbət  təcrübə  normalarının  layihə  variantı  Slovakiya  üzrə  İşçi  Sənədi  üçün  toplanmış, 

Azərbaycan  üzrə  İşçi  Sənədi  üçün  yenidən  baxılmışdır.  Azərbaycanın  maliyyə 

istehlakçılarının  hüquqlarının  müdafiəsi  üzrə  hüquqi  və  tənzimləyici  çərçivəsi  –  və  ümumi 

təcrübəsi – yaxşı təcrübə üzrə normaların layihə variantı ilə müqayisədə nəzərdən keçirilmişdir. 

Maliyyə sektorunun dörd hissəsi  – bank sektoru, qiymətli kağızlar, sığorta və mikromaliyyə və 

müvafiq  bank  olmayan  kredit  təşkilatları  nəzərdən  keçirilmişdir.  Mirkomaliyyə  təşkilatları  ilə 

bağlı  sonuncu  sahəyə  gəldikdə,  Azərbaycan  üzrə  İşçi  Sənədi  çərçivəsində  yaxşı  təcrübə  üzrə 

normaların layihə variant hazırlanmışdır (Azərbaycan üzrə İşçi Sənədində özəl pensiya fondları 

nəzərdən  keçirilməmişdir,  çünki  özəl  pensiya  fondları  sektoru  Azərbaycanda  hələ  ki,  inkişaf 

etməyib).  Doqquz  məsələ nəzərdən  keçirilmişdir:  (1)  istehlakçı  hüquqların  müdafiəsi  sahəsində 

qanunvericilik və həmin sahədə fəaliyyət göstərən təşkilatlar, (2) açıqlama və satış təcrübəsi, (3) 

istehlakçı  hesabının  aparılması,  (4)  məxfilik  və  informasiyanın  mühafizəsi,  (5)  mübahisələrin 

yaranması  halında  şikayətvermə  mexanizmləri,  (6)  zəmanətlər  və  kompensasiya  sxemləri,  (7) 

istehlakçıların gücləndirilməsi (o cümlədən istehlakçı təhsili və maliyyə savadlılığı proqramları), 

və  (8)  maliyyə  xidmətləri  sahəsində  rəqabət  məsələləri.  Qiymətləndirmə  hərtərəfli  deyil  və 

maliyyə sektorunda ən çox yayılmış xidmətlərin hamısını, məhsulları və təcrübələri əhatə etmir. 

Bundan əlavə, İşçi Sənədi başa çatdırılmış iş deyil və digər ölkələrdə gələcəkdə yerinə yetiriləcək 

işdən və həmçinin, Sənədin nəticələri və tövsiyələri üzrə beynəlxalq müzakirələrdən asılı olaraq 

ona yenidən baxılacaqdır.  

 

Sənəddə  verilmiş  tövsiyələr  hal-hazırda  qüvvədə  olan  Aİ  Direktivlərinin  şərtlərinin 

hüdudlarından  çıxır.  2007-ci  ilin  mart  ayında  elan  olunmuş  Aİ-nin  İstehlakçı  Hüquqlarının 

Müdafiəsi  Strategiyası  və  aprel  2007  tarixli  Pərakəndə  Maliyyə  Xidmətləri  üzrə  Yaşıl  Sənəddə 

təsvir edilənlərə uyğun olaraq, Avropanın maliyyə istehlakçıları hal-hazırda mövcud müdafiədən 

daha  güclü  hüquqi  və  institusional  müdafiədən  faydalanacaqlar.  Həm  Avropada,  həm  digər 

yerlərdə istehlakçı hüquqlarının müdafiəsi üzrə müasir düşüncə tərzi sürətlə inkişaf etməkdədir. 

İşçi  Sənədi  həmçinin,  maliyyə  istehlakçılarının  hüquqlarının  müdafiəsi  sahəsində  beynəlxalq 

müzakirələri və bu sahədə inkişaf edən yaxşı təcrübəni  nəzərə alır. Bununla Sənəd Azərbaycanın 

maliyyə sektoruna tətbiq oluna biləcək, lakin, bəzi hallarda  Aİ-nin qanunvericiliyi ilə müəyyən 

edilmiş minimal tələblərin hüdudlarından çıxan tövsiyələri təqdim edir.  

 

Sənəd  iki  hissədə  təqdim  olunur.  Hissə  I-də  maliyyə  xidmətləri  sahəsində  istehlakçı 

hüquqlarının müdafiəsinin əhəmiyyəti qeyd olunur, Azərbaycanda pərakəndə maliyyə xidmətləri 

sektorunun  həcmi  və  artımı  haqqında  statistik  məlumatlar  verilib,  maliyyə  istehlakçılarının 

hüquqlarının  müdafiəsi  sahəsində  beynəlxalq  və  Azərbaycanın  strategiyaları  təsvir  olunur, 

Azərbaycanda  maliyyə  istehlakçılarının  hüquqlarının  müdafiəsi  ilə  bağlı  əsas  qanunlar  və 

təşkilatlar  müəyyən  edilir  və  Sənədin  əsas  nəticələri  və  tövsiyələri  təqdim  olunur.  Tövsiyələr  

maliyyə  istehlakçılarının  hüquqları  ciddi  müdafiə  olunan  iqtisadiyyatların  səmərəli  təcrübəsinə 

əsaslanır  və  bəzi  hallarda,  Avropa  Komissiyası  tərəfindən  hazırlanmaqda  olan  cari  təklifləri  də 

nəzərə alır. Qoşma I-də Azərbaycanın qanunları Aİ-nin istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı 

direktivləri  ilə  müqayisə  olunur  və  Azərbaycanın    qanunlarına  dəyişikliklər    tövsiyə  olunur. 

Qoşma II-də tövsiyə olunan istehlakçı hüquqlarının müdafiəsi məcəllələri təqdim olunur. Hissə II 

dörd  subsektorun  hər  birində,  yəni  bank,  sığorta,  qiymətli  kağızlar  və  mikromaliyyə 

təşkilatlarında  istehlakçı  hüquqlarının  müdafiəsi ilə bağlı  əsas  məsələlərin  təhlilini  təqdim  edir. 

                                                 

3

  İƏİT,  Sığorta  və  özəl  pensiyalar  üzrə  maliyyə  təhsili  və  məlumatlılığının  təkmilləşdirilməsi  (2008) 



http://www.oecd.org/document/8/0,3343,en_2649_34851_41210376_1_1_1_1,00.html

 




Yüklə 451,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə