Azərbaycan



Yüklə 451,87 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix05.04.2018
ölçüsü451,87 Kb.
#36014
1   2   3   4   5   6   7   8   9   ...   16

 



 



 

 

 

 

Minnətdarlıq

 

 

Hazırkı  icmal  xanım  Syu  Rutledcin  (İstehlakçı  Hüquqlarının  Müdafiəsi  üzrə  Regional 



Əlaqələndirici  /  Özəl  Sektorun  İnkişafı  üzrə  Baş  Mütəxəssis)  rəhbərliyi  altında    çalışan  qrup 

tərəfindən hazırlanmışdır. Layihə qrupu İrlandiyanın Maliyyə Tənzimləyicisini təmsil edən Con 

Rayn və Vaşinqton, Siettldə “Cauris Consult” şirkətindən  Patrik MakAlisterdən ibarət olmuşdur. 

İlk  tədqiqat  sahəsində  dəstək  Xuan  Karlos  İzaquirre  Arauxo  (Məsləhətçi)  tərəfindən  təmin 

olunmuşdur.    Həmkar  şərhləri  Qreq  Burner,  Kristian  Petersen  və  Riçard  Saymonds  (hamısı 

Dünya  Bankından)  tərəfindən  təmin  olunmuşdur.  Hesabata  Maykl  Edvardsın,  Qreqory 

Yedrjeyşak  və  Səidə  Bağırlının  (DB  əməkdaşları)  qiymətli  töhfələri  olmuşdur.  Hesabat  Səidə 

Nəbiyeva tərəfindən tərcümə olunmuşdur. 

 

Qrup  Azərbaycan  Hökumətinə  Sənədin  hazırlanması  zamanı  təmin  edilmiş  dəyərli  dəstəyə  və  



əməkdaşlığa görə minnətdarlığını bildirir. Xüsusi minnətdarlıq hesabatın hazırlanmasında, 2009-

cu  ilin  24  iyununda  ictimaiyyətə  yayılması  nəzərdə  tutulan  seminara  ev  sahibliyi  etmiş 

Azərbaycan  Mərkəzi  Bankına  düşür  və  AMB  hesabatın  tövsiyyələrinin  həyata  keçirilməsində 

milli  proqramı  irəli  aparmaqda  davam  edir.  Sıx  əməkdaşlıq  Maliyyə  Nazirliyi,  Rabitə  və 

İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Söğorta Nəzarəti Xidməti, Qiymətli Kağızlar üzrə 

Dövlət Komitəsi və Dövlət Poçt Xidməti (Azərpoçt) tərəfindən də edilmişdir və onların hamısı 

hesabatın  ilkin  layihəsini  nəzərdən  keçirmişdir.  Biz,  həmçinin,  hesabatın  layihə  variantı  üçün 

ətraflı  şərhlərini  təqdim  etmiş  nazirliklər,  agentliklər  və  assosiasiyalara  minnətdarlığımızı 

bildiririk. Müəlliflər sənədin hazırlanmasına töhfə vermiş bütün tərəflərə təşəkkürünü bildirirlər.  

 

 



 

 





Xülasə

 

 

Maliyyə  bazarları  inkişaf  etdikcə  və  dərinləşdikcə,  maliyyə  bazarının  ədalətli,  açıq, 

səmərəli  və  dərin  olması  üçün  ən  mühüm  məsələlərdən  biri  istehlakçı  hüquqlarının 

səmərəli müdafiəsi və maliyyə savadlılığı ilə bağlıdır. Avropa Komissiyasının yanaşmasına 

uyğun  olaraq,  maliyyə  istehlakçıları  aşağıdakılara  malik  olmalıdır:  (1)  maliyyə  seçimləri 

haqqında  məlumatlı  qərarların  qəbul  edilməsi  üçün  yetərli  məlumatlara  çıxış,  (2)    hər  hansı 

mübahisələrin  həlli  üçün  məsrəf  nöqteyi-nəzərdən  səmərəli  şikayətvermə  mexanizmlərdən 

istifadə  etmək  imkanı  və  (3)  maliyyə  hüquqları  və  öhdəliklərini  anlamağa  kömək  edən 

istehlakçıların təhsili və maliyyə savadlılığı üzrə mövcud proqramlara çıxış.  

 

Beynəlxalq  miqyasda  maliyyə  savadlılığına,  həmçinin,  daha  çox  əhəmiyyət  verilməyə 

başlayıb.  2005-ci  ilin  Maliyyə  Savadlılığının  Artırılması:  Məsələlərin  və  Siyasətlərin  Təhlili 

hesabatında İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (İƏİT) maliyyə savadlılığının artırılmasını 

təşviq  edən  ümumdünya  proqramlarının  xülasəsini  verir.  Hesabatda,  həmçinin,  maliyyə 

savadlılılığı  ilə  bağlı  qabaqcıl  təcrübə  üzrə  tövsiyələr  verilir  və  vurğulanır  ki,  maliyyə 

savadlılığı, istehlakçı üçün məlumatların açıqlanması və səmərəli mübahisələrin həlli sistemləri 

üçün əvəzedici kimi istifadə edilməməlidir.  

 

Mahiyyətinə  görə,  istehlakçı  hüquqlarının  müdafiəsi  informasiya  sahəsində  tarazsızlığın 

azaldılması  üçün  zəruridir.  Maliyyə  təşkilatları  təklif  etdikləri  maliyyə  məhsullarının 

şərtlərini yaxşı bilir, lakin pərakəndə məhsulların alıcısı həmin təfərrüatları – və onlardan irəli 

gələn risklər və maliyyə məhsullarının üstünlüklərini – anlamaqda çətinlik çəkə bilər. Maliyyə 

xidmətləri  sahəsində  istehlakçı  hüquqlarının  müdafiəsi  üzrə  istənilən  proqramın  başlıca 

məqsədi tarazlığının bərpa edilməsindən  - istehlakçıların məlumatlı qərarların qəbul edilməsi 

üçün  lazımi  səviyyədə  informasiyaya  və  təhsilə  malik  olmasının  və  maliyyə  təşkilatlarından 

sadə dildə  dəqiq təfərrüatların verilməsinin tələb edilməsinin təmin edilməsindən ibarətdir.  

 

Azərbaycanda istehlak kreditlərinin və şikayətlərin sayının kəskin artımı xüsusilə qlobal 



maliyyə böhranı zaman narahatlıq doğurur. 2003 və 2008-ci illər müddətində ev təsərrüfatı 

sektoruna verilmiş bank kreditlərinin həcmi on  beş dəfə artmışdır. Lakin vaxtı ötmüş istehlak 

kreditlərinin  payı  60%-dən  yüksək  səviyyədə  qalmışdır  (2004-cü  ildə  71%-dən  2007-ci  ilin 

dekabr ayına 61%-dək enərək), bu da maliyyə sabitliyi ilə bağlı narahatlıq doğurur. Həmin hal 

8  milyon  vətəndaşa  yalnız  1.1  milyon  cari  hesabın  olduğu  və  qiymətli  kağızlar  və  çox  aşağı 

səviyyəli  sığorta  məhsulları  sahəsində  pərakəndə  investisiyaların  olduğu  inkişaf  etməmiş 

pərakəndə maliyyə sektorunda müşahidə olunur. Eyni zamanda, nəzarət orqanları 2007-ci ildə 

bir  mindən  çox  şikayət  almışdır.  2009-cu  ilin  iyun  ayında  Mərkəzi  Bank  tərəfindən  alınmış 

şikayətlərin  sayı  üç  mindən  artıq  olmuşdur.  Şikayətlərin  əksəriyyəti  kredit  ala  bilməməsi  ilə 

bağlı  olmuşdur  və  ya  sadəcə  sorğular  idi,  bu  da  maliyyə  savadlılığının  artırılmasına  ehtiyac 

duyulduğunu  göstərir.  Eyni  zamanda,  qlobal  maliyyə  böhranı  hər  bir  ölkədə  istehlakçıların 

müdafiəsi  və  maliyyə  savadlılığı  sahəsində  zəiflikləri  göstərdi.  Belə  ki,  ev  təsərrüfatlarının 

maliyyə xidmətlərindən istifadə səviyyəsinin artması maliyyə savadlılığının təkmilləşdirilməsi 

üçün  zəruri  olan  istehlakçıların  müdafiəsi  və  maliyyə  təhsili  ilə  əlaqədar  qanunlarda 

təkmilləşdirmələri arxada qoymuşdur.  

 

Bu işçi sənəd əsas diqqətin islahatlar üçün 4 həlledici sahəyə yönəldilməsini tövsiyə edir. 

Onlara  daxildir:  (1)  maliyyə  xidmətlərinin  istehlakçılar  tərəfindən  asan  anlaşılması  və  xidmət 

təminatçıları  arasında  müqaisənin  stimullaşdırılması  üçün  məlumatların  açıqlanmasının 

təkmilləşdirilməsi,  (2)  maliyyə  institutları  arasında  işgüzar  münasibətlərə  dair  təcrübələrin 

gücləndirilməsi,  (3)  maliyyə  xidmətləri  istehlakçıları  üzrə  mübahisələrin  həllinin  sadə  və 




Yüklə 451,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə