Azərbaycan



Yüklə 451,87 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix05.04.2018
ölçüsü451,87 Kb.
#36014
1   2   3   4   5   6   7   8   9   ...   16

 

effektiv metodlarının formalaşdırılması və (4) maliyyə savadlılığı səviyyəsinin artırılması üçün 



maliyyə təhsili proqramının genişləndirilməsi

 

 

Maliyyə  xidmətlərinə  dair  istehlakçıların  məlumatlılığı  təkmilləşdirilməlidir.

 

Şərtlər 


haqqında  əsas  və  aydın  məlumatlar  Əsas  Faktlar  haqqında  Sənəddə  təqdim  edilməlidir. 

Kreditlər üzrə əmlakın müsadirə edilməsi və ya  xarici valyuta məzənnəsinin tərəddüd etməsi 

ilə bağlı xüsusi risklər də dəqiq açıqlanmalıdır. İnvestisiya məhsulları üzrə xüsusi məlumatların 

açıqlanması  da  tələb  edilməlidir.  Sadə  maliyyə  xidmətləri  istehlakçıları  üçün  standart 

müqavilələr  (və  ya  müqavilələr  üçün  standart  maddələr)  maliyyə  xidmətləti  istehlakçılarının 

müdafiəsinin  təkmilləşdirilməsinə  kömək  edərdi.  Maliyyə  nəzarəti  orqanları  peşəkar 

assosiasiyalarla  məsləhətləşməklə  standart  müqavilələr,  o  cümlədən  Əsas  Faktlara  dair 

Bəyənatların formatını hazırlamalıdır. 

 

Maliyyə institutlarının işgüzar münasibətlər üzrə təcrübələri gücləndirilməlidir.  Maliyyə 

məhsullarının satışı zamanı maliyyə institutlarından məsuliyyətli davranmaları hüquqi cəhətdən 

tələb olunmalıdır. Davranış Kodeksi (və ya istehlakçıların müdafiəsinə dair kodeks) də faydalı 

olardı.  Nəzarətedici  təşkilatlar  peşəkar  assosiasiyalarla  əməkdaşlıq  şəraitində  maliyyə 

institutları  üçün  biznes  davranışı  üzrə  qaydalar  formalaşdırmalıdır.  Mikromaliyyə  sektorunun 

gücləndirilməsi  konteksində  AMB  biznes  davranış  kodeksinin  hazırlanmasında  Azərbaycan 

Mikromaliyyə Assosiasiyasına etibar edə bilər. Davranış kodeksi dərc olunmalı və ictimaiyyət 

tərəfindən geniş şəkildə əldə edilməsi mümkün olmalıdır. Bununla yanaşı, maliyyə məhsullarını 

satan  şəxslər  üçün treyninq  və  sertifikatlaşdırma  proqramı  faydalı  olardı.  Belə ki,  ictimaiyyət 

üçün  maliyyə  məhsullarını  satan  həmin  şəxslər  özləri  də  məhsullarını  anlamalı  və  öz  hüquqi 

öhdəlikləri ilə bağlı məlumatlı olmalıdırlar.  

 

 



Maliyyə  xidmətləri  istehlakçıları  ilə  mübahisələrin  sadə  və  effektiv  həlli  mexanizmi  də 

paralel  şəkildə  tətbiq  olunmalıdır.  Bütün  maliyyə  təşkilatlarından  istehlakçılar  tərəfindən 

verilən şikayətlərin həll edilməsi üzrə dəqiq prosedurlara malik olması və nəzarətçi tərəfindən 

nəzərdən  keçiriləcək  şikayətlərin  vaxtında  uçotunun aparılması tələb  edilməlidir.  İstehlakçılar 

tərəfindən  verilən  şikayətlərin  mövcud  durumu  və  mübahisələrin  həlli  üzrə  mövcud 

mexanizmlər  haqqında  ictimaiyyətin  məlumatlandırılması  ilə  bağlı  məlumatlar  toplanmalı  və 

nəticələr  dərc  olunmalıdır.  Orta  müddətdə  üçüncü  tərəfin  iştirakı  ilə,  misal  üçün  maliyyə 

ombudsmanı vasitəsilə mübahisələrin həlli sistemi nəzərdən keçirilməlidir.  

 

Maliyyə  təhsili  üzrə  milli  proqram  yaradılmalı  və  maliyyə  savadlılığı  üzrə  sorğunun 



nəticələri  əsasında təkmilləşdirilməlidir.  Maliyyə  təhsili proqramının  birinci  mərhələsi  ölkə 

miqyasında  maliyyə  potensialının  ətraflı  və  seqmentləşdirilmiş  sorğusunun  hazırlanmasından 

ibarət olmalıdır. Sorğu şəhər və kənd ərazilərində maliyyə savadlılığının mövcud səviyyəsinin 

baza  qiymətləndirməsini  təşkil  edəcək.  Baza  sorğunun  nəticələrindən  milli  proqramın 

yeniləşdirilməsi  üçün  istifadə  olunmalıdır.  Üç  və  beş  ildən  sonar  proqramın  effektivliyini  və 

zəruri modifikasiyaları müəyyənləşdirmək məqsədilə əlavə sorğudan istifadə oluna bilər.  Eyni 

zamanda,  milli  maliyyə  təhsili  proqramı  yaradılmalıdır.  Maliyyə  nəzarəti  orqanları  məktəblər 

üçün təlim və tədris proqramlarının hazırlanması, təlimlərin keçirilməsi və tədris materiallarının 

hazırlanması  üzrə  peşəkar,  istehlakçı  və  müəllimlər  assosiasiyaları  ilə  birgə  iş  aparmalıdır. 

Əlavə  olaraq,  Azərpoçt  maliyyə  məlumatının  ev  təsərrüfatlarına  təqdim  olunmasında  və 

maliyyə  xidmətləri  istehlakçıları  kimi  onların  öz  hüquqları  və  öhdəlikləri  barəsində 

məlumatlılığının artırılmasında dəyərli rol oynaya bilər.  

 

AMB digər maliyyə nəzarəti təşkilatlarının dəstəyi ilə istehlakçıların müdafiəsi və maliyyə 

savadlılığının təkmilləşdirilməsində aparıcı rol oynamalıdır. Maliyyə nəzarəti təşkilatlarına 

istehlakçıların müdafiəsi üzrə müstəsna məsuliyyət verilməlidir və onların istehlakçıların təhsili 

sahəsində  mandata  malik  olmaları  bu  işlərin  həyata  keçirilməsində  yardımçı  olardı.  Əlavə 



 

olaraq,  nəzarətedici  təşkilatlar  istehlakçı  kommunikasiyası  proqramını  hazırlamalıdırlar.  Bu 



proqrama kütləvi informasiya vasitələrində müdaxilələr, maliyyə məhsullarını aydın dildə izah 

edən  nəşrlər,  QHT-lərə  məlumat  və  məsləhət  baxımından  köməkliyin  göstərilməsi,  spesifik 

məhsullarının  və  xidmətlərinın  xərc  müqaisəsinin  nəşri  daxildir.  Qısa  müddətli  dövrdə 

istehlakçıların  müdafiəsinin  prudensial  nəzarətçilər  üçün  bəzi  münaqişələr  kimi  çıxış  edəcəyi 

halda,  orta  müddətli  dövrdə  pərakəndə  istehlakçılarına  qaşrı  ədalətli  davranan  maliyyə 

institutları sabit və güclü istehlakçı bazasına malik olacaqlar. 

 

Sivil  cəmiyyət  də  həyata  keçirilməsi  vacib  olan  rola  malikdir.  QHT-lər,  o  cümlədən 

istehlakçı  assosiasiyaları  (məsələn,  Müstəqil  İstehlakçılar  Birliyi)  istehlakçıların  hüquqları  və 

məsuliyyətləri  haqqında  məlumatlılığının  artırılmasında  həlledici  rol  oynaya  bilmələri  üçün 

gücləndirilməlidir.  Belə  gücləndirilmə  təşəbbüsləri  ya  dövlət  büdcəsindən  və  ya  donor 

təşkilatlarının vəsaitləri hesabına maliyyələşməni tələb edə bilər.  

 

Azərbaycanda istehlakçıların müdafiəsi və maliyyə savadlılığının təkmilləşdirilməsi üçün 



iki  mərhələli  proses    nəzərdə  tutulur.  Birinci  mərhələdə  əsas  diqqət  maliyyə  xidmətləti 

istehlakçılarının  qanuni  hüquqlarının  təkmilləşdirilməsi  məqsədilə  qanunlara  və  normativ 

aktlara düzəlişlərin edilməsi üzərində cəmləşməlidir. İkinci mərhələdə istehlakçıların hüquqları 

və  məsuliyyətləri  barəsində  məlumatlılığının  artırılması  üçün  institutların  (xüsusilə  QHT 

sektorunda)  potensialının  gücləndirilməsi  və  maliyyə  təhsilinin  təkmilləşdirilməsinə  xüsusi 

əhəmiyyət verilməlidir.  

 

 

 




Yüklə 451,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə