Azərbaycan



Yüklə 451,87 Kb.
Pdf görüntüsü
səhifə14/16
tarix05.04.2018
ölçüsü451,87 Kb.
#36014
1   ...   8   9   10   11   12   13   14   15   16

 

22 


sahəsində  aparıcı    rol  oynaması  gözlənilsə  də,  bütün  üç  tənzimləmə  orqanı  maliyyə  məhsulları 

sahəsində istehlakçı təhsilinin təşviqi üçün konkret cavabdehlik daşımalıdırlar. 

 

Maliyyə  təhsili  sahəsində  milli  proqram  yaradılmalıdır.  Məktəb  sistemi  maliyyə  təhsili 

sahəsində  uzun  müddətli  proqramın  həyata  keçirilməsinin  vacib  metodu  olmalıdır.  Yuxarı  sinif 

şagirdləri üçün də proqramlar olmalıdır. Təhsil Nazirliyi ibtidai sinif şagirdləri üçün artıq maliyyə 

vərdişləri üzrə müəyyən treyninqləri də özündə əks etdirən “həyat vərdişləri” proqramını tətbiq 

etmkdədir.   Lakin,  təhsil üçün maliyyə məsələləri ilə bağlı alətlər dəstlərini və texniki təcrübəni 

tələb edir. Sığorta Nəzarəti İdarəsi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birlikdə, AMB, 

Təhsil  Nazirliyi  ilə  təlim  proqramının  hazırlanması  üzrə  iş  aparmalıdır.  Tədris  proqramının 

hazırlanmasında,  həmçinin,  peşəkar  maliyyə  assosiasiyaları,  istehlakçıları  təmsil  edən  qurumlar 

(misal üçün, istehlakçıların QHT-ləri) və müəllimlər assosiasiyalarının nümayəndələri iştirak edə 

bilərlər. AMB və digər maliyyə nəzarəti orqanları Təhsil Nazirliyini dərsliklərin və digər tədris 

materiallarının  hazırlanmasında  və  “müəllimlərin  öyrədilməsi”  proqramının  yaradılmasında 

texniki  ekspert  məsləhətləri  ilə  təmin  etməlidirlər.  Materiallar,  həmçinin,  digər  nazirliklər  və 

təşkilatlara  təqdim  edilməlidir  ki,  onlar,  tədris  materiallarını  onların  müvafiq  sektorlarında 

paylaşdıra  bilsinlər.  İqtisadi  İnkişaf  Nazirliyinin  regional  idarələri  fəaliyyətə  yeni  başlayan  və 

artıq  fəaliyyət  göstərən  sahibkarların  maliyyə  savadlılığının  artırılmasında  mühüm  rol  oynaya 

bilər.  


 

Azərpoçt  da  maliyyə  təhsilinin  təkmilləşdirilmsində  rol  oynaya  bilər.  Dövlət  Poçt  İdarəsi 

əhalinin  maliyyə  xidmətlərinə  çıxış  imkanlarının  artırılması  üçün  ölkə  miqyasıında  proqram 

üzərində  işləyir.  Proqramda  həmçinin  maliyyə  xidmətlərinin  keyfiyyətinin  yüksək  səviyyədə 

olmasının  təmin  edilməsi  da  nəzərdə  tutulmalıdır.  Ölkə  miqyasında  yayılmış  1200  şöbəsi  ilə 

Azərpoçt  ev  təsərrüfatlarına  məlumatların  təqdim  olunması  və  maliyyə  xidmətləri  istehlakçıları 

kimi onların öz hüquqları və öhdəlikləri barəsində məlumatlılığının artırılmasında əhəmiyyətli rol 

oynaya bilər. 

Maliyyə savadlılığı sahəsində sorğular 

 

Maliyyə  təhsili  proqramının  birinci  mərhələsi  Azərbaycanda  maliyyə  potensialının 

səviyyələri  ilə  bağlı  ölkə  miqyasında  sorğunun  hazırlanmasından  ibarət  olmalıdır.  Sorğu 

ətraflı  və  seqmentləşdirilmiş  olmalıdır.  O,  coğrafi  ərazi,  sosial-iqtisadi  səviyyə,  cins,  ailə 

vəziyyəti,  ev  təsərrüfatının  gəliri,  rəsmi  təhsilin  səviyyəsi,  peşə  və  milliyət  üzrə  seqmentlərə 

bölünmüş  Azərbaycanın  bütün  əsas  əhali  qruplarını  əhatə  etməlidir.  Sorğu  digər  ölkələrdə 

keçirilmiş  maliyyə  savadlılığı  sorğuları  əsasında  hazırlanmalı,  lakin,  Azərbaycanın  konkret  

vəziyyətinə uyğunlaşdırılmalıdır.  

 

Ölkə miqyasında maliyyə savadlılığı sorğuları az ölkədə keçirib. Bu günədək, bu cür sorğular 

yalnız Birləşmiş Krallıq, Avstraliya, Yeni Zelandiya, Fransa, Macarıstan, Kanada və İrlandiyada 

(hal-hazırda həyata keçirilir) həyata keçirilmişdir. Digər sorğular bir çox ölkədə özəl sektora aid 

olan təşkilatlar tərəfindən keçirilib, lakin onlardan heç biri, maliyyə təhsili sahəsində hökumətin 

siyasətini şərtləndirə biləcək ölkə miqyasında nəticələri təmin etməyib. Bununla Azərbaycan yeni 

inkişaf edən bazarlar arasında hökumətin  maliyyə dəstəyi ilə milli miqyasda sorğunu keçirəcək 

ilk ölkə olacaq  və maliyyə savadlılığı sahəsində digər yeni inkişaf edən ölkələr üçün rəhbərliyi 

təmin edəcəkdir.  

 

Sorğu  anketin  yoxlanması  və  təkrar  yoxlanması  üçün  iki  pilot  sorğunun  hazırlanmasını 

tələb  edə  biləcək.  Digər  ölkələrdə  keçirilmiş  maliyyə  savadlılığı  sorğularına  əsasən  seçicilərin 

2.000-3.000 iştirakçıdan ibarət olması mümkündür.  Sorğu doldurulmasına təxminən bir saat tələb 

olunan anketlə notbuklardan istifadə etməklə həyata keçiriləcək. Hər üzbəüz müsahibə üçün tələb 

olunan  vaxtı  nəzərə  alaraq,  yetərli  seçim  həcminin  əldə  edilməsinə  qədər  16.000-24.000  şəxsin 

müqavilə əsasında cəlb olunması tələb oluna bilər. Sorğuya yalnız maliyyə savadlılığının mövcud 



 

23 


səviyyəsi  ilə  bağlı  suallar  deyil,  həmçinin,  Avrobarometr  Aİ-nin  üzv  ölkələri  üçün  hazırladığı 

kimi, istehlakçıların etimadı haqqında suallar daxil ola bilər.  

 

Mövcud resursları və statistik potensialı nəzərə alaraq, AMB sorğuya nəzarət etmək üçün 

ən  yaxşı  mövqeyə  malik  olacaqdır.  AMB-nin  rolu    yerinə  yetirilməli  işin  həcminin  müəyyən 

edilməsi, tender prosesinin həyata keçirilməsi və sorğunu keçirən şirkətlər tərəfindən görülən işə 

nəzarətdən  ibarət  olacaq.  AMB,  həmçinin,  maliyyə  sorğuları  sahəsində  beynəlxalq  təcrübənin 

Azərbaycanın kontekstinə uyğunlaşdırılması üçün zəruri yerli bilikləri təmin edəcəkdir.  

 

İlkin  səviyyə  baza  təhlili  qismində  keçiriləcək  və  ondan  üç-beş  il  sonra  təkrar  sorğular 

keçiriləcəkdir.  İlkin  sorğu  yalnız  paytaxtda  deyil,  həmçinin,  kənd  ərazilərində  maliyyə 

savadlılığının  mövcud  səviyyəsinin  baza  qiymətləndirməsini  təmin  edəcək.  O,  həmçinin, 

seqmentləşdiriləcəkdir ki, xüsusi qruplar üçün ünvanlı proqramların yaradılması mümkün olsun. 

Misal  üçün,  kənd  ərazilərində  plastik  debet  kartlarının  istifadəsi  çətinliklər  yaratmışdır,  çünki 

bütün dövlət pensiyaları – və dövlət tərəfindən ödənilən əmək haqları – birbaşa deposit vasitəsilə 

ödənilir  və  resipientlərdən  vəsaitdən  bankomatlar  vasitəsilə  istifadə  edilməsini  tələb  edir.  Bəzi 

benefisiarlar üçün bu bankomatdan istifadə edə bilən vasitəçinin köməyindən istifadə edilməsini 

tələb  etmişdir.  Maliyyə  savadlılığı  sorğusundan  əldə  ediləcək  məlumatlarla  maliyyə  təşkilatları 

yeni benerisiarlara bankomatlardan istifadə etməyi öyrənməyə kömək edən proqramları hazırlaya 

biləcəklər.   



 

Baza  maliyyə  savadlılığı  sorğusunun  nəticələri  maliyyə  təhsili  üzrə  milli  proqramın 

təkmilləşdirilməsi  üçün  istifadə  edilməlidir.    Sorğunun  hazırlanması,  həyata  keçirilməsi  və 

təhlil edilməsi iki-üç il müddəti tələb oluna bilər. Eyni zamanda milli maliyyə təhsili proqramı ən 

azı  pilot  əsasda  yaradılmalıdır.  Sorğunun  başa  çatdırılmasından  sonra,  maliyyə  təhsili  üzrə 

proqrama  sorğu  nəticəsində  qaldırılmış  məsələləri  nəzərə  alan  dəyişikliklər  edilməlidir.  Ondan 

sonra,  proqramın  səmərəliliyinin  və  tələb  oluna  biləcək  dəyişikliklərin  müəyyən  edilməsi  üçün 

əlavə sorğulardan istifadə etmək olar.  

 

 

Həm  sorğunun  nəticələri,  həm  metodologiya  dərc  olunmalıdır  və  dünyanın  maliyyə 



tənzimləyicilərinə onları asanlıqla əldə etmək imkanları yaradılmalıdır. Birləşmiş Krallığın 

Maliyyə Xidmətləri İdarəsi tərəfindən həm nəticələrin, həm ətraflı metodologiyanın dərc edilməsi 

beynəlxalq  ictimaiyyətə  Birləşmiş  Krallıqda  həyata  keçirilmiş  işdən  faydalanmağa  imkan 

vermişdir. Azərbaycan oxşar yanaşmanı qəbul etməlidir.  

 



Yüklə 451,87 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə