Azərbaycan



Yüklə 451,87 Kb.
Pdf görüntüsü
səhifə12/16
tarix05.04.2018
ölçüsü451,87 Kb.
#36014
1   ...   8   9   10   11   12   13   14   15   16

 

18 


Yaxşı  başlanğıc  nöqtəsi  banklar  tərəfindən  ipoteka  kreditləri  üzrə  standartlaşdırılmış 

informasiya vərəqəsinin təqdim edilməsi olacaq. Banklar assosiasiyası ipoteka kreditləri üzrə 

müqavilənin bağlanmasından əvvəl verilməli məlumatlar üzrə könüllü Davranış kodeksini qəbul 

etməlidir.  Məcəlləyə  riayət  edən  banklar  ipoteka  haqqında  məlumatları  müştərilərə  Avropanın  

Standartlaşdırılmış  İnformasiya  Vərəqəsinə  (ESIS)  uyğun  formatda  təmin  etməlidirlər.

14

  ESIS 


istehlakçılara  ipoteka  kreditləri  haqqında  məlumatlı  qərarlar  verməyə  imkan  verən  şəffaf  və 

müqayisəli bazanı təşkil edir.  

 

Müqayisəli 

m

əlu

mat  

 

Nəzarət  orqanları  istehlakçılara  müqayisə  üçün  faydalı  məlumatların  təqdim  edilməsini 

təmin  etməlidir.  Maliyyə  nəzarəti  orqanları  eyni  xidmətə  görə  tələb  olunan  xidmət  haqları, 

ödəniş və komisyon haqlarının asan müqayisə edilməsinə imkan verən məlumatları dərc etməlidir 

(və  ya  maliyyə  təşkilatlarından  məlumatları  dərc  etməyi  tələb  etməlidir).  Nəzarət  orqanları, 

həmçinin,  maliyyə  məhsulları  və  xidmətlərini,  misal  üçün,  müəyyən  növ  depozitlər  üzrə  faiz 

dərəcələrini və ya müəyyən standart sığorta məhsullarının tariflərini mütəmadi olaraq müqayisə 

etməlidir.  Məsrəflərin  müqayisəsi  KİV-də  və  nəzarət  orqanlarının  internet  saytlarında 

açıqlanmalıdır  –  və  eyni  zamanda,  göstərilməlidir  ki,  müxtəlif  maliyyə  təşkilatları  tərəfindən 

təklif olunan maliyyə məhsulları üzrə tariflərin və haqların müqayisəsi istehlakçılara pula qənaət 

etməyə  kömək  edəcəkdir.  Bütün  təşkilatların  fərqli  məsrəfləri  haqqında  məlumatların  dərc 

edilməsi istehlakçılara məsrəfləri dəqiq müqayisə etmək imkanını verəcək. Nəticə istehlakçıların 

məlumatlılığı və maliyyə sektorunda rəqabətin artırılmasından ibarət olacaq.  

 

Maliyyə  institutları  maliyyə  hesabatlarını  və  mülkiyyətinə  dair  məlumatı  dərc  etməlidir. 

Bank  qanunvericiliyinə  edilmiş  düzəlişlər  banklardan  lisenziyalarını  filiallarında  asan  şəkildə 

görünməsinin təmin edilməsini və müştərinin müraciəti əsasında maliyyə hesabatlarının surətinin 

təqdim  edilməsini  tələb  edir.  Həmçinin,  maliyyə  nəzarətçiləri  tərəfindən  lisenziya  əsasında 

fəaliyyət  göstərən  bütün  maliyyə  təşkilatlarından  audit  yoxlaması  aparılmış  illik  maliyyə 

hesabatlarının  və  mühüm  sahiblər  və  direktorlarının  adlarının  dərc  edilməsinin  tələb  edilməsi 

məqsədyönlü  olar.  Əlavə  olaraq,  sığorta  şirkətlərindən  hər  şirkətin  dərc  olunmuş  maliyyə 

hesabatları əsasında ayrı şirkətlərin ödəniş qabiliyyətini göstərən hesabatların dərc edilməsi tələb 

olunmalıdır.  Maliyyə  təşkilatları  borc  reytinqlərini  aldıqda  (və  ya  sığorta  şirkətləri  halında, 

iddiaları ödəmək qabiliyyəti reytinqləri), şirkətlər reytinqlərini dərc etməlidirlər.  

  

Satış təcrübəsi



  

 

Digər  məsələ  “əlaqəli”  məhsulların  satılması  ilə  bağlıdır.  Aİ-nin  25  üzv  ölkəsində  aparılan 

sorğuda,  AK  aşkar  etmişdir  ki,  üç  ölkədə  istehlakçılar  cavablarında  ipoteka  kreditləri,  istehlak 

kreditləri  və  kiçik  sahibkarlara  verilən  kreditlərin  bankda  cari  hesabın  açılması  ilə 

əlaqələndirilməsini  bildirdilər.  Oxşar  təcrübə  Azərbaycanda  da  məlumdur.  AMB  təlimatlarında 

müəyyən  etməlidir  ki,  banklar  tərəfindən  bankdan  vəsaitin  alınması  üçün  cari  hesabın  tələb 

olunmamasını  və  sığortanın  tələb  olunduğu  halda  polisin  təsdiq  olunmuş  istənilən  sığorta 

şirkətindən alına bilməsini açıqlamalıdırlar. Əlavə olaraq, bütün banklar bankda əmanət hesabının 

açılması üçün müştərilərə xidmət göstərən xüsusi bölmələrə (əmanətlərin sığortalanması ilə təmin 

olunan) və investisiya fondunda investisiya hesabının açılması üçün (əsas məbləğdən gəlirin və 

ya  faiz  məbləğinin  alınması  ilə  bağlı  heç  bir  zəmanət  verilməyən)  xüsusi  bölmələrdən  dəqiq 

məlumatlı ayırmalıdır. Bütün banklar bankın əmanət hesabları və investisiya hesabları üçün ayrı 

müştərilərə xidmət bölmələrini pixtaştalarını təşkil etməlidir. 

 

 



                                                 

14

  Avropanın  Maliyyə  Xidmətləri  üzrə  Dəyirmi  Masası  ipoteka  kreditləri  üçün  Avropanın  Standart 



İnformasiya Vərəqəsinə (ESIS) oxşar olan məcburi Avropanın İnformasiya Qutusundan (PEIB) 

istifadə 

edilməsini təklif edir. Bax 

http://www.efr.be/members/upload/news/23328EFRCPWP.pdf

  



 

19 


Maliyyə  təşkilatlarının  məsuliyyətli  davranmaq  üzrə  hüquqi  öhdəlikləri  olmalıdır.  AMB 

tərəfindən 2009-cu ilin mart ayında qəbul olunmuş qaydalar kreditorların ayrıseçkilik salmadan 

fəaliyyət göstərmələrini və  kredit müraciətinə etiraz edildiyi təqdirdə etiraz edilmənin səbəbləri 

iləbağlı  aydın  rəsmi  cavab  təqdim  edilməsini  tələb  edir.    Kreditorlardan  kreditlərin  borcalanın 

ehtiyaclarına uyğun olmasının təmin edilməsi tələb olunmalıdır. Eynilə, investisiya məhsullarının 

satıcılarından  məhsulların  alıcı  üçün  yararlı  olmasının  yoxlanması  tələb  olunmalıdır.  Ən  azı, 

qanun  və  ya  təlimatda,  xüsusilə  həyat  sığortası  və  ya  xüsusi  kollektiv  investisiya  fondları  kimi 

mürəkkəb  məhsulların  satılması  zamanı,  kreditor  (və  ya  investisiya  məhsulunun  satıcısı) 

tərəfindən  müştəri  haqqında  məlumatın  toplanmasını  nəzərdə  tutan  standart  proses  müəyyən 

edilməlidir.  Kreditorlar  müştərinin  yaşı,  maliyyə  təcrübəsi  və  biznes  potensialını  və  həmçinin, 

borcalanın  səhhətinin  zəif  olması  və  ya  hər  hansı  başqa  səbəbdən  maliyyə  məhsulu  ilə  bağlı 

məsrəfləri  və  riskləri    anlamaq  qabiliyyətinin  olmamasını  yoxlamalıdır.  Eyni  zamanda, 

borcalanlar və investorlar maliyyə vəziyyətləri ilə əlaqədar düzgün və dəqiq məlumatları təqdim 

etməlidirlər.  



 

Vasitəçilərin  və  maliyyə  məhsullarının  digər  satıcıları  üçün  təlim  və  sertifikatlaşdırma 

proqramının olması məqsədyönlü olardı. Nəzarət orqanları sertifikatlaşdırılmış təlim proqramı 

çərçivəsində  ixtisaslaşmış  maliyyə  təlimini  almış  peşəkar  olan  sertifikatlaşdırılmış  maliyyə 

müşaviri  institutunun  yaradılması  haqqında  düşünə  bilər.  Təlim  almış  məsləhətçilər  ciddi 

davranış  kodeksinə  riayət  etməlidirlər.  Bu  cür  proqram  maliyyə  məhsullarını  satmaq  hüququ 

olanların ixtisas səviyyəsini artıracaqdır.  

 

Azərbaycanın  maliyyə  bazarı  inkişaf  etdikcə,  maliyyə  istehlakçılarının  hüquqlarının 



müdafiəsi üzrə Aİ-nin bütün Direktivlərinin tətbiq edilməsi nəzərdən keçirilməlidir. Qoşma 

II-də  Azərbaycanın  qanunvericiliyinə  tətbiq  olunan  əsas  Aİ  Direktivlərinin  siyahısı  və  hüquqi 

dəyişiklikər tələb olunan sahələr verilir.  

Mübahisələrin həlli 

  

Mübahisələrin  həlli  üzrə  səmərəli  mexanizmin  yaradılması  üçün  bir  neçə  funksiya  yerinə 

yetirilməlidir. Onlar aşağıdakılardır: 

1)

 



Maliyyə  təşkilatlarının  onlara  tətbiq  olunan  istehlakçı  hüquqlarının  müdafiəsi 

müddəalarına əməl etməsini təmin etmək; 

2)

 

Maliyyə  təşkilatları  tərəfindən  istehlakçı  hüquqlarının  müdafiəsi  üzrə  öhdəliklərinin 



yerinə  yetirilməsi  üçün  zəruri  olan  siyasət  və  prosedurların  qəbul  edilməsinin  təşviq 

edilməsi; 

3)

 

Şikayətləri olan müştərilərlə işin aparılması üzrə mexanizmin təmin edilməsi



4)

 

İstehlakçı şikayətləri üçün mərkəzi reyestrin və klirinq mərkəzinin təmin edilməsi; və  



5)

 

Maliyyə təşkilatlarının istehlakçı hüquqlarının müdafiəsi üzrə öhdəlikləri daxil olmaqla, 



istehlakçıların təhsili və məlumatlandırılmasının təşviq edilməsi. 

 

Bütün  maliyyə  təşkilatlarından  istehlakçı  şikayətlərinin  həll  edilməsi  üzrə  dəqiq 



prosedurlara malik olması tələb olunmalıdır. Şikayətin maliyyə təşkilatına təqdim edilməsi və 

qısa  müddət  ərzində  həll  olunmaması  halında,  təşkilatlardan  aşağıdakılar  tələb  olunmalıdır:  (1) 

şikayətin alınmasından sonrakı bir neçə iş günü ərzində hər şikayətin alınmasını yazılı qaydada 

təsdiqləmək; (2) şikayətçiyə şikayətin həll edilməsinə qədər və ya artıq şikayət üzrə heç bir işin 

aparıla bilməməsi anına qədər şikayətçinin şikayətlə bağlı əlaqə şəxsləri olacaq bir və ya daha çox 

şəxslərin  adlarının  verilməsi;  (3)  şikayətçinin  vaxtaşırı  şikayətin  araşdırılması  haqqında  yazılı 

şəkildə  məlumatlandırılması;  və  (4)  şikayətin araşdırılmasının  başa  çatdırılmasından  bir  neçə iş 

günü ərzində şikayətçinin yazılı şəkildə araşdırmanın nəticələri haqqında məlumatlandırılması və 

müvafiq  hallarda,  verilən  hər  hansı  təklifin  və  ya  həyata  keçirilən  ödənişin  şərtlərinin  izah 

olunması. Hər maliyyə təşkilatı şikayətlər proseduru tətbiq olunan bütün şikayətlərin cari bazasını 




Yüklə 451,87 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə