Azərbaycan



Yüklə 451,87 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix05.04.2018
ölçüsü451,87 Kb.
#36014
1   ...   8   9   10   11   12   13   14   15   16

 

20 


aparmalıdır.  Həmin bazada hər şikayətin təfərrüatları, tənzimlənən qurumun cavabı (cavabları), 

bütün müvafiq yazışmalar və ya sənədlər və hər şikayətin həll edilməsi üçün görülən tədbirlər əks 

etdirilməlidir. Həmin sənədlər tənzimləyici tərəfindən vaxtaşırı nəzərdən keçirilməlidir. 

 

Həmçinin,  istehlakçı  şikayətlərinin  mövcud  durumu  və  istehlakçıların  mübahisələrin  həlli 



üzrə  mövcud  mexanizmlər  haqqında  məlumatlılığı  haqqında  ətraflı  məlumatlar 

toplanmalıdır.  Həm  istehlakçıların,  həm  maliyyə  təşkilatlarının  maliyyə  sektorunda  istehlakçı 

şikayətləri  ilə  bağlı  dörd  məsələ  üzrə  mövqeləri  ilə  bağlı  sorğu  keçirilir.  Həmin  məsələlər 

aşağıdakılardır: (1) şikayətin növü, (2)  hər şikayət növü üzrə şikayətlərin sayı, (3) hər şikayətin 

həlli üçün tələb olunan müddət, və (4) hər şikayətin yekun həlli. Sorğudan toplanmış məlumatlar 

istehlakçıların şikayətləri ilə məşğul olan daxili əməkdaşların sayı, istehlakçıların mübahisələrin 

həlli üzrə mövcud sistem haqqında məlumatlılığının cari səviyyəsi, mövcud sistemin effektiviliyi, 

və zərər çəkmiş müştərilər üçün pul kompensasiyalarının təmin edilməsi üzrə sistemin effektivliyi 

üçün  yararlı  informasiyanı  təmin  edəcək.  Sorğu  bank  sektorundan  başlaya  və  ondan  sonra, 

sığorta,  kollektiv  investisiya  fondları  və,  yekun  olaraq,  mikromaliyyə  təşkilatları  daxil  olmaqla 

maliyyə  sektorunun  digər  hissələrində  keçirilə  bilər.  FIN-USE  tərəfindən  tövsiyə  edildiyi  kimi, 

şərhlərin birbaşa istehlakçılardan, misal üçün, istehlakçı hüquqlarının müdafiəsi ilə məşğul olan 

təşkilatlar tərəfindən keçirilən sorğular vasitəsilə alınması faydalı olar.

15

 Əlavə olaraq, şikayətlər 



haqqında  statistik  məlumatlar  dərc  oluna  bilər  ki,  istehlakçılar  istehlakçılardan  ən  çox  şikayət 

almış təşkilatlar haqqında məlumatları asanlıqla əldə edə bilsinlər.  

 

Orta  müddətdə  -  istehlakçıların  məlumatlandırılması  və  təhsili  gücləndiriləndən  sonra  –

mübahisələrin  həlli  üzrə  alternativ  mexanizm  və  ya  maliyyə  ombudsmanı  kimi,  üçüncü 

tərəfin iştirakını nəzərdə tutan sistem nəzərdən keçirilməlidir. İstehlakçılar məsələni bank ilə 

həll edə bilmədikdə, üçüncü tərəfin iştirakı ilə ucuz və səmərəli  sistem yaradılmalıdır. Maliyyə 

xidmətləri  sahəsində şikayətlərin  əksəriyyəti  500  avrodan  aşağı  olan  nisbətən  kiçik  məbləğlərlə 

bağlıdır  və  məhkəməyə  müraciət  etməyə  sərf  olunan  vaxta  və  səylərə  dəymir.  Lakin,  bu  cür 

problemlər  istehlakçıların  maliyyə  sektoruna  etimadını  sarsıdır.  İstehlakçı  tərəfindən  heç  bir 

məsrəf  çəkilmədən  ona  vəsaitin  operativ  qaydada  qaytarılmasını  təmin  edən  sistemə  ehtiyac 

duyulur.  Seçimlərdən  biri  iqtisadi  işlər  üçün  yerli  məhkəmə  orqanları  ilə  əlaqələndirməklə 

yaradılmış  mübahisələrin  həlli  üzrə  alternativ  mexanizmdən  ibarətdir.  Digər  seçim  qanun 

əsasında təyin olunmuş müstəqil ombudsman və ya bank assosiasiyası kimi, peşəkar assosiasiya 

nəzdində fəaliyyət göstərən ombudsmanla bağlıdır. Bütün bu yanaşmaların nəzərdən keçirilməli 

olduğu  güclü  və  zəif  cəhətləri  vardır.  Ombudsmanlara  gəldikdə,  onların  qərəzsiz  və  təyin  edən 

orqandan müstəqil olması vacibdir. Əlavə olaraq, ombusdmanın qərarlarının icrası mexanizmi  – 

və maliyyə təşkilatlarının qərarlarının məcburi olması – dəqiq müəyyən edilməli və ictimaiyyətə 

məlum  olmalıdır.  Azərbaycanın  nəzarət  təşkilatları  maliyyə  xidmətlərinin  tənzimlənməsi  və 

şikayətlərin  həll  edilməsi  ilə  bağlı  İngiltərənin  Maliyyə  Xidməti  İdarəsinin  (MXİ)  yanaşmasını 

araşdıra bilər.  Məsələn,  MXİ-nin illik Beynəlxalq Tənzimləyicilər Seminarında iştirak etməklə 

və  ya  Böyük  Britaniyanın  Maliyyə  Ombudsmanı  Xidməti  ilə  müzakirələr  aparmaqla  onların 

təcrübələrini öyrənmək və Azərbaycan hansı metodların effektiv ola biləcəyini araşdırmaq olar.  



Maliyyə təhsili 

 

Maliyyə  istehlakçılarının  hüquqlarının  müdafiəsində  güclü  alət  yaxşı  məlumatlı 

istehlakçılardan ibarətdir. Yaxşı məlumatlı və maliyyə sahəsində savadlı istehlakçılar özləri və 

ailələri üçün səmərəli maliyyə qərarlarını qəbul edə bilirlər. Onlar öz maliyyə rifahlarını artıra və 

maliyyə  böhranı  zamanı  iqtisadi  təhlükəsizliyi  təmin  edə  bilirlər.  Bilikli  istehlakçılar  səmərəli 

pərakəndə  maliyyə  bazarlarının  təməlindədir.  Onlar  özlərini  maliyyə  xidmətlərinin  səhlənkar 

                                                 

15

  FIN-USE  istifadəçilərin  perspektivinin  daxil  edilməsi  vasitəsilə  maliyyə  sektorunda  siyasətin 



formalaşdırılması 

sahəsində 

Aİ-də 

yardım 


göstərən 

ekspertlər 

forumudur. 

Bax 


http://ec.europa.eu/internal_market/finservices-retail/finuse_en.htm

  



 

21 


satıcılarından  müdafiə  edir  və  satıcıların  ədalətsiz  və  fırıldaqçılıq  təcrübəsindən  istifadəsini 

çətinləşdirir. Maliyyə məsələləri sahəsində savadlı istehlakçılar güclü istehlakçılardır.  



 

Azərbaycanın  əhalisində  maliyyə  savadlılığının  yaradılması  üzrə  proqramlar  nəzərdən 

keçirilməlidir.  Maliyyə  xidmətləri  sahəsində  istehlakçı  hüquqlarının  müdafiəsində  yeganə  ən 

səmərəli  silah  savadlı  istehlakçılardır.  Maliyyə  təhsili  proqramına  çıxış  istehlakçıların 

gücləndirilməsi  üçün  güclü  alətdir.  İstehlakçılar  maliyyə  təşkilatları  ilə  müqavilələrin  şərtlərini 

anlamalı və qanunla onlara verilən hüquqları bilməlidirlər. Onlar, həmçinin, maliyyə və kreditin 

fundamental prinsiplərini anlamalıdırlar ki, hər kredit və ya investisiyanın gözlənilən mənfəətləri 

və  risklərini  qiymətləndirə  bilsinlər.  Davamlı  maliyyə  sağlamlığı  uzun  müddətli  maliyyə 

planlaşdırması və maliyyə təhlili üzrə bacarıqların inkişaf etdirilməsini tələb edir.  

 

AMB  aparıcı  rol  oynamaqla,  nəzarət  orqanları  istehlakçıların  məlumatlandırılması 



proqramını    hazırlamalıdır.  Proqram  KİV-lə  iş  üzrə  ekspertlər  çalışacağı KİV-lə  iş  şöbəsinin 

yaradılmasını nəzərdə tutmalıdır. Bu şöbə KİV-də maliyyə istehlakçıları ilə bağlı məsələlər üzrə 

müzakirələri  və  debatları  fəal  dəstəkləməlidir.  O,  KİV-in  suallarına  cavab  verməli  və  onları 

informasiya ilə təmin etməlidir. KİV-lə iş şöbəsi AMB-nin monetar siyasət, maliyyə sabitliyi və 

prudensial  nəzarət  üzrə  digər  funksiyalarından  müstəqil  yaradılmalıdır.  Azərbaycannın 

Əmanətlərin  Sığortalanması  Fondu  üçün  hazırlanmış  broşürə  uyğun  olaraq,  nəzarət  orqanları 

istehlakçılar üçün maliyyə məhsulları və xidmətlərini aydın və sadə dillə izah edən materialları 

hazırlamalı  və  dərc  etməlidirlər.  Materiallar  milli  və  yerli  dövlət  orqanlarının  binalarında  və 

həmçinin,  maliyyə  təşkilatlarında,  ictimai  kitabxanalarda,  ali  təhsil  müəssisələrində  və 

məktəblərdə  paylanmalıdır.  Eyni  zamanda,  nəzarət  təşkilatları  öz  sektorları  üzrə  təklif  olunan 

xidmətlərə  hədəflənmiş  tədbirləri  nəzərdən  keçirməlidirlər.  Məsələn,  kollektiv  investisiya 

fondlarının  tətbiqi  ilə  birlikdə  diqqət  qiymətli  kağızlar  və  kollektiv  investisiya  fondları  ilə 

əlaqədar  spesifik  terminoloji  (registrator,  kastodian  və  depozitorilər  kimi  və  s.)  lüğətin 

yaradılmasına yönəldilməlidir. 

 

Maliyyə  nəzarəti  orqanları  digər  ölkələrdə  istifadə  olunan  maliyyə  təhsili  proqramlarını 

araşdırmalıdırlar. Məsələn, Birləşmiş Krallığın Mlaiyyə Xidməti İdarəsi (MXİ) maliyyə təhsili 

(və  ya  MXİ-nin  istinad  etdiyi  kimi  maliyyə  bacarıqları)

  16

  üzrə  geniş  proqrama  malikdir. 



Azərbaycanın  nəzarət  təşkilatları  MXİ-yə  səfər  edə  və  illik  Beynəlxalq  Tənzimləyicilər 

Seminarında  (seminarın  maliyyə  bacarıqları  ilə  bağlı  xüsusi  bölməsi  var)  iştirak  edərək  onların 

təcrübəsini öyrənə və Azərbaycanda hansı metodların effektiv ola biləcəyini araşdıra bilər.   

 

Bundan  əlavə,  nəzarət  orqanları  Azərbaycan  cəmiyyətində  üzvləri  üçün  maliyyə 



informasiya  resurslarını  hazırlamaq  istəyən  təşkilatlara  yardım  göstərməlidir.  Bura 

fermerlərin təşkilatları, hərbi təşkilatlar və həmkarlar ittifaqları daxil ola bilər. Nəzarət orqanları 

təşkilatları məlumat və məsləhətlərlə təmin etməli və üzvləri üçün materialların hazırlanmasında 

yardım göstərməlidir.  

 

Həmçinin, maliyyə istehlakçılarının təhsilinin bütün üç nəzarət orqanının səlahiyyətinə aid 

olması  məqsədəuyğun  olardı.  AMB  rəsmi  olaraq  maliyyə  istehlakçılarının  bank  və 

mikromaliyyə  xidmətləri  sahəsində  təhlili  üzrə  fəaliyyət  göstərmək  səlahiyyətlərinə  malik 

olmalıdır. Bu cür səlahiyyətləndirmə həm Birləşmiş Krallığın MXİ həm də İrlandiyanın Maliyyə 

Tənzimləyicisi  üzrə  milli  qanunvericiliyin  hissəsidir.  O  həmçinin,  hər  tənzimləmə  orqanını 

maliyyə  istehlakçılarına  maliyyə  müqavilələri  üzrə  hüquqları  və  öhdəliklərini  anlamağa  kömək 

etmək  üçün  KİV-də  və  ictimaiyyətlə  əlaqələr  üzrə  digər  kampaniyaların  keçirilməsi  üzrə  dəqiq 

səlahiyyətlər  verir.  Mərkəzi  Bank  olaraq  AMB-dən  maliyyə  sektorunda  istehlakçıların  təhsili 

                                                 

16

  MXİ-nin  maliyyə  bacarıqları  proqramı  ilə  bağlı  məlumat  bu  linkdən  əldə  edilə  bilər: 



http://www.fsa.gov.uk/financial_capability/ 


Yüklə 451,87 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə