20
1900-cü ildə Azərbaycanda 160-a qədər gön-dəri istehsal müəssisəsi—
dabbaqxana vardı. Gön-dəri istehsalının əsas mərkəzləri Nuxa, Şamaxı,
Yelizavetpol, Bakı, Naxçıvan, Şuşa şəhərləri idi. Bəzi iri kəndlərdə də dabbaqxana
olurdu.
Gön-dəri istehsalında Nuxa və Şamaxı qəzaları xüsusilə fərqlənirdi. Bu
qəzalarda 110-na yaxın dabbaqxana, o cümlədən Nuxa və Şamaxı şəhərlərinin
hərəsində 35 dabbaqxana vardı.
Tələbatın durmadan artması ilə əlaqədar olaraq, gön-dəri müəssisələri
genişlənib zavodlara çevrildi, məhsul istehsalı xeyli artdı. 1913-cü ildə təkcə Nuxa
şəhərində hərəsində orta hesabla 30-dan artıq fəhlənin çalışdığı 50 zavod vardı.
Həmin il Nuxa qəzasında olan 70 zavod 70 min pud gön-dəri məmulatı istehsal
etmişdi.
Sənayenin yüksəlişi illərində Azərbaycan və Rusiyanın gön-dəri istehsalı
müəssisələrinə hər il orta hesabla 600 min ədəddən çox xam dəri satılırdı.
Müharibə illərində hərbi sifarişlərlə əlaqədar olaraq, gön-dəri məmulatına
tələbat son dərəcə artdı. Bu, gön-dəri müəssisələrinin çox sürətlə genişlənməsinə
səbəb oldu. 1915-ci ildə Nuxa qəzasında gön-dəri zavodlarının sayı (70 zavod)
dəyişməz qaldığı halda, onların hərəsində orta hesabla 58 nəfər, bəzilərində isə
hətta 100 və daha çox fəhlə işləmişdir.
Gön-dəri məmulatının çoxalmasına baxmayaraq, hərbi sifarişlərin
1
/
3
hissəsi güclə yerinə yetirilirdi. Ona görə hökumət yerlərdə bu məmulatın dövlət
tədarükü ilə məşğul olan komissiyalar yaratdı.
Əsrin əvvəlindən keçən 15 il ərzində gön-dəri sənayesində fəhlələrin sayı
7 dəfədən çox, məhsul hasilatı isə daha çox artmışdı.
Bakı, Şamaxı, Yelizavetpol, Şuşa, Şəki şəhərlərində sabun bişirilirdi.
Sabunbişirmə müəssisələri kiçik idi və hərəsində 2—3, bəzən bir nəfər çalışırdı.
Azərbaycanda yüzdən artıq fəhləsi olan 18 sabunbişirmə müəssisəsi vardı.
Yeyinti sənayesi: Taxıl məhsulları emalı əsas istehsal sahəsi idi. İri
unüyutmə və çəltiktəmizləmə müəssisələri Bakı şəhərində yerləşirdi. XX əsrin
əvvəllərində burada 15 unüyütmə və çəltiktəmizləmə müəssisəsi vardı. Ağabala
Quliyevə məxsus dəyirman ən iri emal müəssisələrindən idi. 1912-ci ildə H. Z.
Tağıyevin iri unüyütmə dəyirmanı işə düşdü. Bu müəssisələrdə buxarın gücü ilə
hərəkətə gətirilən mühərriklər, əzmə dəzgahları və qazanlardan istifadə edilirdi.
1917-ci ildə dəyirman fəhlələrinin sayı 620 nəfər olmuşdur.
Azərbaycanın qəzalarında buxarla işləyən onlarca dəyirman vardı. Çox da
böyük olmayan bu müəssisələrdə bir neçə adam işləyirdi. Suyun gücü ilə hərəkətə
gətirilən dəyirman və dinglərdən də geniş istifadə olunurdu.
Balıq və balıq məhsulları əhalinin əsas qida maddələrindən idi.
Əvvəllər Azərbaycanda balıq çay və göllərdən tutulurdu. Dəniz
balıqçılığında ilk vətəgə 1898-ci ildə meydana gəlmişdi.
21
Vətəgələr dövlətin ixtiyarında olub, üç ildən bir, 1912-ci ildən isə altı
ildən bir hərrac yolu ilə icarəyə verilirdi. Vətəgələrin icarəyə verilməsindən
xəzinənin orta illik gəliri 1,6 milyon manata çatırdı. Kür çayı boyunca yerləşən
vətəgələr içərisində Bankə xüsusilə fərqlənirdi. 1901-ci ildə Bankə artıq üç min
nəfərdən çox əhalisi olan qəsəbəyə çevrilmişdi. Burada iyirmi min pud balıq tutan
soyuducu, buz zavodu, çəllək emalatxanası tikilmiş, vətəgələrarası telefon xətti
çəkilmiş, ovlanan balığı Kür çayı üstündəki sahil körpüsündən emal müəssisələrinə
tez daşımaq üçün darxətli dəmir yol salınmış, elektrik stansiyası, su anbarı qülləsi,
sabunbişirmə və konserv zavodları və s. inşa edilmişdi.
1900-cü ildə Bakı—Petrovsk dəmir yolunun işə düşməsi dənizsahili
vətəgələrin salınmasına güclü təkan verdi. Həmin il Bakı quberniyasının dəniz
sahilində cəmi 9 vətəgə vardısa, 1906-cı ildə onların sayı iyirmi dəfədən çox
artaraq, 200-ə çatdı.
Vətəgə sahiblərinin çoxu—35 nəfəri rus idi. Onlar, əsasən, Həştərxandan
gəlmişdilər. 9 nəfər azərbaycanlı vətəgəçi sahibkar vardı.
Rusiyada tutulan balığın 60 faizini Xəzər dənizi, Xəzərdə ovlanan balığın
isə
1
/
3
-ni Azərbaycan verirdi. Azərbaycanın çayları, habelə Xəzər dənizi ən
qiymətli sayılan nərə balığı növlərinin zənginliyinə görə dünyada birinci yeri
tuturdu. Burada hər il yüz minlərlə pud «qırmızı» adlandırılan əla növ balıqlar—
nərə, uzunburun, ağbalıq, qayabalığı və strelyad ovlanırdı. Lakin ən çox siyənək
balığı tutulurdu.
Emal müəssisələrində balıqdan müxtəlif məhsullar: hisə qoyulmuş və
qurudulmuş balıqlar, konservlər, balıq yağı, kürü, o dövrdə əla sayılan yapışqan və
sair hazırlanırdı.
Bakı vətəgələrinə yiyələnmək üstündə kapitalistlər arasında qızğın
mübarizə gedirdi. H. Z. Tağıyev, Musa Nağıyev və başqa azərbaycanlı kapitalistlər
hərraclar zamanı daha yüksək qiymətlər təklif etməklə, vətəgələrin xeyli hissəsini
öz əllərinə keçirdilər. H. Z. Tağıyev Xəzərin Dəvəçi—Yalama hissəsində, xüsusən
Dağıstan sahillərində vətəgələrin böyük əksəriyyətinə sahib oldu. Onun balıqçılıq
təsərrüfatına 30 vətəgə daxil idi.
Balıqçılıq təsərrüfatlarının texniki təchizatı müntəzəm olaraq yaxşılaşırdı.
İri vətəgələrə elektrik və telefon xətləri çəkilir, onlarda buxarın gücündən istifadə
olunurdu. Burada buz istehsal edən zavodlar, daş çənlər, anbarlar, çəlləkqayırma və
emal müəssisələri, sahilyanalma körpüləri tikilir, bəzən darxətli dəmir yolu çəkilir,
habelə balıqçı qəsəbələri salınırdı.
Azərbaycanın balıq sənayesi güclü donanmaya malik idi. 1912-ci ildə bu
donanmanın tərkibində yükgötürmə gücü 1,7 milyon pud olan irili-xırdalı 6 minə
yaxın gəmi, o cümlədən 90-dan artıq matorlu barkas vardı.
1913-cü ildə Azərbaycanda 13 milyon puda yaxın balıq və balıq
məhsulları hasil edilmişdi. Bu, əsrin əvvəlində olduğundan təqribən beş dəfə çox
Dostları ilə paylaş: |