“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir
14
qarşı irəli sürülmüş bu cür ağır ittihamın nəyə əsaslanmasını və hansı ilkin sübutların olmasını
müəyyən etmək mümkün olmamışdır.
Bundan əlavə jurnalistin Azərbaycana verilməsi faktiki deportasiya deyil, ekstradisiya
olduğundan, cənab Mirqədirov bu məsələlərlə məşğul olmaq üçün Türkiyədən olan vəkilin
tutulması üçün vəsatətlə çıxış edib, lakin jurnalistin adından etibarnamənin verilməsi üçün
notariusun təcridxanaya buraxılması istintaq tərəfindən qadağan edilib, bu haldan verilən
şikayətlər isə məhkəmələr tərəfindən əsassız olaraq təmin edilməyib.
Sərhədsiz Reportyorlar, Human Rights Watch, ABŞ Helsinki Komissiyası, Birləşmiş Krallığın
Xarici İşlər Nazirliyi və digər təşkilatlar Rauf Mirqədirovun həbsi ilə bağlı öz narahatçılıqlarını
bildiriblər. Cənab Mirqədirov ”Həsən Bəy Zərdabi" və Norveçin Fritt Ord təşkilatı ilə
Almaniyanın Tsayt‐Ştiftunq Fondunun təsis etdiyi “Söz azadlığı” beynəlxalq mükafatını alıb,
2005‐ci ildən Azərbaycan Respublikasının əməkdar jurnalistidir. Əvvəllər “Demokratik
Azərbaycan”, “Bu gün”, “Millət” kimi qəzetlərdə çalışıb.
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir
15
10.
Mürsəlli Elsevər Nəsrəddin oğlu
Saxlanma
:
13‐cü il
tarixi
3 oktyabr 20
İttiham:
CM‐nin 234.4.3‐cü (satış məqsədi ilə qanunsuz olaraq
narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama,
hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud
qanunsuz olaraq na
külli miqdarda törəd
rkotik vasitələri və ya psixotrop maddələri satma,
ildikdə)
maddəsi
Saxlandığı yer:
Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)
İş üzrə qısa arayış:
Xaçmaz rayonundan olan cənab Mürsəlli 2013‐cü il 9 oktyabrda
keçirilən prezident seçkiləri ərəfəsində sosial şəbəkələrdə, xüsusən Facebook‐da aktiv fəaliyyətə
başlayıb, hakimiyyət əleyhinə sərt tənqidi statuslar paylaşıb, o cümlədən əksər müxalif
qüvvələrin vahid namizədi olmuş Cəmil Həsənliyə dəstək verən mövqe nümayiş etdirib, onun
seçki təşviqat materiallarını sosial şəbəkələrdə yaymağa başlayıb.
Cənab Mürsəlli seçki günündən 6 gün əvvəl, yəni oktyabrın 3‐də Baş Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Xaçmazda həbs edilib və Bakıya gətirilib, ona qarşı
digər sosial şəbəkə fəallarına olduğu kimi külli miqdarda narkotik maddə satışı ittihamı verilib.
Cinayət işinin materiallarında ittihamı sübut edəcək dəlillər mövcud deyil, belə ki, narkotik
maddənin cənab Mürsəlli tərəfindən kimə satıldığı müəyyən edilməyib, sadəcə qeyd olunub ki,
cənab Mürsəlli yerdə bağlamanın olduğunu görüb, onu götürüb və cibinə qoyub, sonra məlum
olub ki, bu narkotik maddədədir. Məhkəmə prosesi zamanı ittiham tərəfinin şahidləri, yəni
polislər və hal şahidləri narkotik maddənin tapıldığını bildiriblər, lakin satış məqsədi ilə bağlı
ümumiyyətlə heç bir araşdırma aparılmayıb. Cənab Mürsəlli Bakı Ağır Cinayətlər Məhkəməsinin
02 aprel 2014‐cü il tarixli qərarı ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum
əməsi 0
edilmişdir. Sumqayıt Apellyasiya Məhk
3 iyul 2014‐cü il tarixində bu müddəti azaldaraq 2
ilə endirmişdir.
Sosial şəbəkə fəalı həbs edildikdən sonra saxlandığı Bakı İstintaq Təcridxanasında “Nida”
Vətəndaş Hərəkatının həbsdə olan fəalları ilə əyani tanış olub və Nidaya qoşulub, Mürsəlli barədə
ictimaiyyətə məlumat da məhz NİDA‐çılar tərəfindən 2014‐cü ilin mart ayında (həbsindən 5 ay
sonra) göndərilib. Cənab Mürsəllinin məsələsi ictimailəşən kimi, məhkəmə qeyri‐müəyyən tarixə
qədər təxirə saldığı məhkəmə prosesini təcili təyin edərək, hökmü elan edib.
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir
16
1
1.
Ramazanov Rəşad Ağaəddin oğlu
Saxlanma
‐cü il
tarixi:
9 may 2013
İttiham:
CM‐nin 234.4.3‐cü (satış məqsədi ilə qanunsuz olaraq
narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya
saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə,
yaxud qanunsuz o
ə ya psixotrop
maddələri satma, kü
laraq narkotik vasitələri v
lli miq
y
darda törədildikdə) maddəsi
Saxlandığı er:
2 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış:
Dindar olan cənab Ramazanov aktiv şəkildə sosial şəbəkələrdə, xüsusən
Facebook‐da (
https://www.facebook.com/HAQQINqulu777
) hakimiyyətin apardığı siyasəti,
prezident də daxil olmaqla yüksək rütbəli məmurları tənqid edən mikrobloqlar paylaşırdı. Ona
da Azərbaycanda fəallara qarşı geniş şəkildə istifadə edilən narkotik maddə ittihamı irəli sürülüb.
Cənab Ramazanov həbs edildikdən sonra qanunsuz olaraq 11 gün müddətində Daxili İşlər
Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb, yerli və beynəlxalq
təşkilatların çağırışından sonra, o, istintaq təcridxanasına köçürülüb. Tanınmış vəkil Aslan
İsmayılov Ramazanovun bu idarədə işgəncələrə və döyülməyə məruz qaldığını bəyan edib və
bunun araşdırılması üçün müvafiq qurumlara müraciət edib, lakin bu iddialar nəinki araşdırılıb,
İsmayılovun özü polis tərəfindən saxlanılaraq ona bu cür bəyanatları verməməsi, əks halda
n
ılov
a
cəzalandırılacağı ilə bağlı xəbərdarlıq edilib. Bundan bir müddət so ra isə vəkil İsmay
Vəkillər Kollegiyasınd n uzaqlaşdırılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2013‐cü il qərarı ilə cənab Ramazanov 9 il
müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi
u u
16 yanvar 2014‐cü
il tarixində, Ali Məhkəmə isə 14 may 2014‐cü il tarixində bu hökmü old ğ
kimi qüvvədə saxlayıb.
Cənab Ramazanov Amnesty İnternational təşkilatı tərəfindən “vicdan məhbusu” kimi tanınıb
11
.
11
http://bit.ly/1jYMJQI