17
sektorunda investisiya fəallığının daha da artmasına və faiz dərəcələrinin enməsinə
şərait yaratmaq üçün Mərkəzi Bank 2014-cü ildə faiz dəhlizi parametrlərinə 2 dəfə
dəyişiklik etmişdir. Nəticədə uçot dərəcəsi mərhələlərlə 4,75%-dən 3,5%-ə
endirilmişdir. Eyni zamanda bankların xarici və daxili öhdəlikləri üzrə məcburi
ehtiyat normaları 3%-dən 2%-ə endirilmişdir. Bu tədbirlər depozit və kreditlər üzrə
faiz dərəcələrinə azaldıcı təsir etmişdir.
Banklar arasında rəqabətin artması, yeni artım drayverlərinin axtarışı
istehlak kreditləri bazarında aktivliyin sürətli artmasına səbəb olmuşdur. İstehlak
kreditlərinin müsbət makroiqtisadi və sosial təsirləri ilə yanaşı izafi borclanma ilə
bağlı potensial riskləri də nəzərə almaq lazımdır. Bu vəziyyətdə Mərkəzi Bank
istehlak kreditləri bazarının tənzimlənməsi və izafi borclanmanın qarşısının
alınması məqsədilə preventiv tədbirlər həyata keçirmişdir. 2014-cü ilin əvvəlində
qüvvəyə minmiş yeni «Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin
ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları» (01.02.2014) və «Bir
borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin
tənzimlənməsi haqqında Qaydalar» (22.03.2014) bankların istehlak kreditləri
portfelinə təsir etmişdir.
Manatla kreditləşmənin genişlənməsi kredit portfelinin strukturunda payının
artmasına səbəb olmuşdur. Xarici valyutada olan kreditlərin ümumi portfeldə
xüsusi çəkisi 2009-2014-cü illər ərzində 42%-dən 27%-dək azalmışdır.
2014-cü ilin nəticəsi olaraq bank sektorunda xalis mənfəət 370,5 mln.manat
təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 38%
çoxdur. 2011-2014-cü illər ərzində mənfəətlə işləyən bankların sayı və onların
bank sektorunda payı müntəzəm olaraq artmışdır.
Bankların gəlirlilik göstəricilərində də müsbət dinamika müşahidə
olunmuşdur. Belə ki, ROA 2014-cü il ərzində 0,2 f.b. artaraq 1,7%, ROE isə 0,1
f.b. azalaraq 11,6% olmuşdur.
Hesabat ilində iqtisadi subyektlərin maliyyə xidmətlərinə çıxış imkanlarının
genişlənməsi davam etmiş, maliyyə infrastrukturundan istifadə səviyyəsi
yüksəlmişdir. Hər 100 min nəfərə düşən bank xidmət nöqtələrinin sayı 10-a
18
çatmışdır. Əhaliyə maliyyə xidmətləri göstərən «Azərpoçt»un filialları nəzərə
alınmaqla bu göstərici 20 təşkil edir. 2014-cü ildə 47 yeni bank filialı açılmışdır ki,
bunun da 34-ü regionların payına düşür. Bank filiallarının yarıdan çoxu regionlarda
cəmləşmişdir. Alternativ kreditləşmə mənbələrinin canlandırılması məqsədilə
Mərkəzi Bank tərəfindən bank olmayan kredit təşkilatlarının cari ildə də
dəstəklənmişdir. Qeyri-bank kredit təşkilatlarının sayı 157-ə, onların filiallarının
sayı isə 222-ə çatmışdır. Mərkəzi Kredit Reyestri (MKR) tərəfindən xidmətin
yaxşılaşdırılması məqsədilə «ASAN xidmət» mərkəzlərində MKR-in 2 xidmət
bölməsi fəaliyyətə başlamışdır.
Ödəniş sistemlərinin sabitliyinin qorunması, bu sahədə yaradılmış müasir
infrastrukturun tətbiqi miqyasının genişləndirilməsi və innovasiyaların təşviqi
2014-cü ildə də Mərkəzi Bankın mühüm fəaliyyət istiqamətlərindən olmuşdur.
Milli Ödəniş Sistemi vasitəsilə 2014-cü ildə həyata keçirilən ödənişlərin həcmi
ÜDM-in 2 mislini təşkil etmişdir. «Elektron hökumət» quruculuğu çərçivəsində
yaradılmış «Hökumət Ödəniş Portal»nın genişləndirilməsi davam etdirilmişdir.
Nəticədə kütləvi xidmətlər göstərən 19 təşkilat Portala inteqrasiya olunmuşdur. Bu
təşkilatların göstərdiyi 285-dən çox xidmət növü üzrə ödənişlər həyata keçirilir.
Ölkədə emissiya edilmiş ödəniş kartlarının sayı 5,9 mln. ədədə, bankomatların sayı
2586-a, POS-terminalların sayı isə 68676-ə çatmışdır. Ödəniş kartlarının sayı 5%,
bankomatların sayı 6,8%, POS-terminalların sayı isə 2 dəfə artmışdır.
Lakin bank sistemin dünya standartlarına uyğun tam inkişafı üçün, bank
işinin yüksək fəaliyyəti üçün ölkənin Mərkəzi Bankı və kredit təşkilatları daim öz
əməliyyat dairəsini genişlənləndirməli, yüksək səviyyəli avtomatlaşdırma və
kompüterləşdirməni yubanmadan, vaxtında bank sisteminə tətbiq etməli,
müştərilərə xidmətin tezliyinə və yüksək keyfiyyətinə nail olmalıdırlar.
19
1.3. Azərbaycanın bank sektorunun xarici banklar üçün cəlbediciliyi
Beynəlxalq maliyyə institutularının və xarici bankların Azərbaycanın bank
bazarına marağı artan xətlə inkişaf edir. Ölkənin bank bazarına marağın artması ilə
əlaqədar Mərkəzi Banka xarici banklardan müraciətlər artmaqdadır.
Mərkəzi Bank öz növbəsində ölkənin bank bazarına xarici – «brend»
bankların, imici yüksək olan bankların daxil olmasına şərait yaratmağa çalışır. Bu
gün qanunvericiliklə xarici kapitalın ölkənin bank sektoruna daxil olmasına heç bir
məhdudiyyət yoxdur.
Bütövlükdə ölkə bank sektorunda xarici kapitalın təmsil olunması,
banklararası rəqabəti gücləndirməklə, bank işində yeni texnologiyaların tətbiqinə,
korporativ idarəetmədə yeni standartların hazırlanması, bütövlükdə müştərilərə
yüksək keyfiyyətli xidmətlər göstərilməsi və etibarlı bank məhsullarının tətbiqinə
şərait yaratmış olacaqdır.
Hal-hazırda ölkədə fəaliyyət göstərən 43 kommersiya bankının 23-də xarici
kapitalın iştirakı mövcuddur. Onların 7-də xarici kapitalın iştirak payı 50%-dən
çox, 14-də isə 50%-ə qədərdir. Ölkədə 2 xarici bank filialı və beş xarici bankların
nümayəndəlikləri fəaliyyət göstərməkdədir. Gələcəkdə bu nümayəndəliklərin filial
kimi fəaliyyət göstərəcəkləri mümkündür. Dünya iqtisadiyyatının qeyri-sabitliyi,
iqtisadi böhranın davam etməsi, investorların inkişaf etməkdə olan ölkələrin bank
sektoruna daxilolma maraqlarını artırmaqdadır.
Hazırda Azərbaycan Mərkəzi Bankı Türkiyə «İş bankası»nın ölkə bank
sektoruna daxil olmaq təklifini araşdırır. Təklif ya Azərbaycanda fəaliyyət
göstərən banklardan birini almaq və ya yeni bank yaratmaqdan gedir.
Azərbaycanın bank sektoruna marağın artmasını ölkəmizdə iqtisadi inkişafın
sürətlə getməsi, bank sisteminin stabilliyi və son illərdə baş verən maliyyə və
iqtisadi böhranlardan itkisiz və ya az itki ilə çıxması ilə izah etmək olar.
Ancaq 2015-ci ildə (fevral və dekabr) baş vermiş manatın devalvasiyası
əhali arasında milli valyuta olan manata və banklara inamı xeyli azaltmışdır.
Əmanətçilərin bir çoxu bankda olan əmanətlərini geri götürməklə, qalan
Dostları ilə paylaş: |