“Azərbaycanda xarici sərmayəli bankların bank sektorunda rolu”



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix14.09.2018
ölçüsü0,96 Mb.
#68451
1   2   3   4   5   6   7   8   9   ...   22

17 

 

 



 

sektorunda investisiya fəallığının daha da artmasına və faiz dərəcələrinin enməsinə 

şərait yaratmaq üçün Mərkəzi Bank 2014-cü ildə faiz dəhlizi parametrlərinə 2 dəfə 

dəyişiklik  etmişdir.  Nəticədə  uçot  dərəcəsi  mərhələlərlə  4,75%-dən  3,5%-ə 

endirilmişdir.  Eyni  zamanda  bankların  xarici  və  daxili  öhdəlikləri  üzrə  məcburi  

ehtiyat normaları 3%-dən 2%-ə endirilmişdir. Bu tədbirlər depozit və kreditlər üzrə 

faiz dərəcələrinə azaldıcı təsir etmişdir. 

Banklar  arasında  rəqabətin  artması,  yeni  artım  drayverlərinin  axtarışı 

istehlak  kreditləri  bazarında  aktivliyin  sürətli  artmasına  səbəb  olmuşdur.  İstehlak 

kreditlərinin müsbət makroiqtisadi və sosial təsirləri ilə yanaşı izafi borclanma ilə 

bağlı  potensial  riskləri  də  nəzərə  almaq  lazımdır.  Bu  vəziyyətdə  Mərkəzi  Bank 

istehlak  kreditləri  bazarının  tənzimlənməsi  və  izafi  borclanmanın  qarşısının 

alınması məqsədilə preventiv tədbirlər həyata keçirmişdir. 2014-cü ilin  əvvəlində 

qüvvəyə  minmiş  yeni  «Aktivlərin  təsnifləşdirilməsi  və  mümkün  zərərlərin 

ödənilməsi  üçün  xüsusi  ehtiyatların  yaradılması  Qaydaları»  (01.02.2014) və  «Bir 

borcalan  və  ya  bir-biri  ilə  əlaqədar  borcalanlar  qrupu  üzrə  kredit  risklərinin 

tənzimlənməsi  haqqında  Qaydalar»  (22.03.2014)  bankların  istehlak  kreditləri 

portfelinə təsir etmişdir.  

Manatla kreditləşmənin genişlənməsi kredit portfelinin strukturunda payının 

artmasına  səbəb  olmuşdur.  Xarici  valyutada  olan  kreditlərin  ümumi  portfeldə 

xüsusi çəkisi 2009-2014-cü illər ərzində 42%-dən 27%-dək azalmışdır. 

2014-cü ilin nəticəsi olaraq bank sektorunda xalis mənfəət 370,5 mln.manat 

təşkil  etmişdir  ki,  bu  da  ötən  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  təxminən  38% 

çoxdur.  2011-2014-cü  illər  ərzində  mənfəətlə  işləyən  bankların  sayı  və  onların 

bank sektorunda payı müntəzəm olaraq artmışdır. 

Bankların  gəlirlilik  göstəricilərində  də  müsbət  dinamika  müşahidə 

olunmuşdur. Belə ki, ROA 2014-cü il ərzində 0,2 f.b. artaraq 1,7%, ROE isə 0,1 

f.b. azalaraq 11,6% olmuşdur. 

Hesabat ilində iqtisadi subyektlərin maliyyə xidmətlərinə çıxış imkanlarının 

genişlənməsi  davam  etmiş,  maliyyə  infrastrukturundan  istifadə  səviyyəsi 

yüksəlmişdir.  Hər  100  min  nəfərə  düşən  bank  xidmət  nöqtələrinin  sayı  10-a 



18 

 

 



 

çatmışdır.  Əhaliyə  maliyyə  xidmətləri  göstərən  «Azərpoçt»un  filialları  nəzərə 

alınmaqla bu göstərici 20 təşkil edir. 2014-cü ildə 47 yeni bank filialı açılmışdır ki, 

bunun da 34-ü regionların payına düşür. Bank filiallarının yarıdan çoxu regionlarda 

cəmləşmişdir.  Alternativ  kreditləşmə  mənbələrinin  canlandırılması  məqsədilə 

Mərkəzi  Bank  tərəfindən  bank  olmayan  kredit  təşkilatlarının  cari  ildə  də 

dəstəklənmişdir.  Qeyri-bank  kredit  təşkilatlarının  sayı  157-ə,  onların  filiallarının 

sayı  isə  222-ə  çatmışdır.  Mərkəzi  Kredit  Reyestri  (MKR)  tərəfindən  xidmətin 

yaxşılaşdırılması  məqsədilə  «ASAN  xidmət»  mərkəzlərində  MKR-in  2  xidmət 

bölməsi fəaliyyətə başlamışdır. 

Ödəniş  sistemlərinin  sabitliyinin  qorunması,  bu  sahədə  yaradılmış  müasir 

infrastrukturun  tətbiqi  miqyasının  genişləndirilməsi  və  innovasiyaların  təşviqi 

2014-cü  ildə  də  Mərkəzi  Bankın  mühüm  fəaliyyət  istiqamətlərindən  olmuşdur. 

Milli  Ödəniş  Sistemi  vasitəsilə  2014-cü  ildə  həyata  keçirilən  ödənişlərin  həcmi 

ÜDM-in  2  mislini  təşkil  etmişdir.  «Elektron  hökumət»  quruculuğu  çərçivəsində 

yaradılmış  «Hökumət  Ödəniş  Portal»nın  genişləndirilməsi  davam  etdirilmişdir. 

Nəticədə kütləvi xidmətlər göstərən 19 təşkilat Portala inteqrasiya olunmuşdur. Bu 

təşkilatların  göstərdiyi  285-dən  çox  xidmət  növü  üzrə  ödənişlər  həyata  keçirilir. 

Ölkədə emissiya edilmiş ödəniş kartlarının sayı 5,9 mln. ədədə, bankomatların sayı 

2586-a, POS-terminalların sayı isə 68676-ə çatmışdır. Ödəniş kartlarının sayı 5%, 

bankomatların sayı 6,8%, POS-terminalların sayı isə 2 dəfə artmışdır. 

Lakin  bank  sistemin  dünya  standartlarına  uyğun  tam  inkişafı  üçün,  bank 

işinin yüksək fəaliyyəti üçün ölkənin Mərkəzi Bankı və kredit təşkilatları daim öz 

əməliyyat  dairəsini  genişlənləndirməli,  yüksək  səviyyəli  avtomatlaşdırma  və 

kompüterləşdirməni  yubanmadan,  vaxtında  bank  sisteminə  tətbiq  etməli, 

müştərilərə xidmətin tezliyinə və yüksək keyfiyyətinə nail olmalıdırlar. 

 

 



19 

 

 



 

1.3. Azərbaycanın bank sektorunun xarici banklar üçün cəlbediciliyi 

 

Beynəlxalq  maliyyə  institutularının  və  xarici  bankların  Azərbaycanın  bank 



bazarına marağı artan xətlə inkişaf edir. Ölkənin bank bazarına marağın artması ilə 

əlaqədar Mərkəzi Banka xarici banklardan müraciətlər artmaqdadır. 

Mərkəzi  Bank  öz  növbəsində  ölkənin  bank  bazarına  xarici  –  «brend» 

bankların,  imici yüksək olan bankların daxil olmasına şərait yaratmağa çalışır. Bu 

gün qanunvericiliklə xarici kapitalın ölkənin bank sektoruna daxil olmasına heç bir 

məhdudiyyət yoxdur.  

Bütövlükdə  ölkə  bank  sektorunda  xarici  kapitalın  təmsil  olunması, 

banklararası rəqabəti gücləndirməklə, bank işində yeni texnologiyaların tətbiqinə, 

korporativ  idarəetmədə  yeni  standartların    hazırlanması,  bütövlükdə  müştərilərə 

yüksək keyfiyyətli xidmətlər göstərilməsi və etibarlı bank məhsullarının tətbiqinə 

şərait yaratmış olacaqdır. 

Hal-hazırda ölkədə fəaliyyət göstərən 43 kommersiya bankının 23-də xarici 

kapitalın  iştirakı  mövcuddur.  Onların  7-də  xarici  kapitalın  iştirak  payı  50%-dən 

çox, 14-də isə 50%-ə qədərdir. Ölkədə 2 xarici bank filialı və beş xarici bankların 

nümayəndəlikləri fəaliyyət göstərməkdədir. Gələcəkdə bu nümayəndəliklərin filial 

kimi  fəaliyyət  göstərəcəkləri  mümkündür.  Dünya  iqtisadiyyatının  qeyri-sabitliyi, 

iqtisadi böhranın davam etməsi, investorların inkişaf etməkdə olan ölkələrin bank 

sektoruna daxilolma maraqlarını artırmaqdadır. 

Hazırda  Azərbaycan  Mərkəzi  Bankı  Türkiyə    «İş  bankası»nın  ölkə  bank 

sektoruna  daxil  olmaq    təklifini  araşdırır.  Təklif  ya  Azərbaycanda  fəaliyyət 

göstərən banklardan birini almaq və ya yeni bank yaratmaqdan gedir. 

Azərbaycanın bank sektoruna marağın artmasını ölkəmizdə iqtisadi inkişafın 

sürətlə  getməsi,  bank  sisteminin  stabilliyi  və  son  illərdə  baş  verən  maliyyə  və 

iqtisadi böhranlardan itkisiz və ya az itki ilə çıxması ilə izah etmək olar. 

Ancaq    2015-ci  ildə  (fevral  və  dekabr)  baş  vermiş  manatın  devalvasiyası 

əhali  arasında  milli  valyuta  olan  manata  və  banklara  inamı  xeyli  azaltmışdır. 

Əmanətçilərin  bir  çoxu  bankda  olan  əmanətlərini  geri  götürməklə,  qalan 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə