“Azərbaycanda xarici sərmayəli bankların bank sektorunda rolu”



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix14.09.2018
ölçüsü0,96 Mb.
#68451
1   2   3   4   5   6   7   8   9   10   ...   22

20 

 

 



 

əmanətlərini  isə xarici  valyutaya  çevirməyə  üstünlük  vermişdir.  Hazırda  Mərkəzi 

Bankın  və  Banklar  Assosiasiyasının  məlumatlarına  görə  banklarda  olan 

əmanətlərin 80%-ə qədəri xarici valyutada saxlanılır. 

Bu proseslər bütövlükdə ölkədə bank sektorunda ciddi islahatlar aparılmasını 

tələb  edir.  Elə  bu  səbəbdən  də  fəaliyyətdə  olan  kommersiya  banklarından  5-nin 

lisenziyası  geri  çağırılmış,  bir  neçəsinin  birləşdirilməsi  üzrə  danışıqlar  davam 

etməkdədir.  Belə  şəraitdə  xarici  investorları  bank  sektoruna  cəlb  etmək  sağlam 

rəqabət və bank likvidliyinin artırılması hesabına ola bilər.  

Bu gün ölkənin bank sektoru qarşısında duran başlıca vəzifə müştərilər üçün 

yeni  bank  xidmətləri  təklif  etməklə,  faiz  siyasətinə  yenidən  baxaraq,  onların 

azaldılması üçün təsirli tədbirlər görməkdir. Bunları ümumiləşdirməklə, belə deyə 

bilərik  ki,  bu  gün  Azərbaycanın  bank  sektoru  ölkə  iqtisadiyyatının 

modernizasiyasını  maliyyələşdirmək,  daha  çox  real  sektora  yardım  etmək 

olmalıdır.  Çalışmaq  lazımdır  ki,  beynəlxalq  reytinq  agentləri  və  ekspertlərinin 

Azərbaycan  bank  sektoruna  inamı  bərpa  edilsin.  Belə  olarsa,  yaxın  gələcəkdə 

xarici sərmayəli bankların sayı artırılmaqla, ölkə iqtisadiyyatının inkişafına onların 

sərmayə  yatırımları  çoxala  bilər.  Bu  baxımdan  yaxın  illərdə  reallaşdırılması 

nəzərdə  tutulmuş  TANAP  və  TAP  layihələrində  xarici  sərmayənin  payının 

artırılması  olduqca  vacibdir.  Azərbaycan  dünya  birliyi  ölkələrinə  yalnız 

karbohidrogen  ehtiyatları  vətəni  kimi  yox,  həm  də  vacib  tranzit  ölkə  kimi 

tanıdılmalıdır.  Böyük  İpək  Yolunun  bərpası,  Azərbaycan  üzərindən  keçməklə, 

Avropanı Çin, Yaponiya, Hindistan və digər Uzaq Şərq ölkələri ilə birləşdirmək, 

eyni  zamanda  ölkədə  bank  sektorunun  canlandırılmasına  səbəb  olmalıdır. 

Beynəlxalq aləmdə baş verən hadisələr, xüsusilə Rusiya-Ukrayna, Rusiya-Türkiyə 

münasibətləri Azərbaycanın tranzit ölkə kimi inkişafına səbəb olacaqdır. 

Xarici  investorlar  və  banklar  bu  proseslərdən  kənarda  qalmamaq  üçün 

Azərbaycan  bank  sektorunda  təmsil  olunmaq  arzusundadırlar.  Bu  sahədə  bizim 

siyasət  belə  olmalıdır  ki,  biz  hər  istəyəni  yox,  adlı-sanlı,  aparıcı  bankları  bank 

bazarına cəlb etməklə, onların qabaqcıl təcrübəsindən, yüksək texnologiyalarından 

və idarəçilik təcrübələrindən maksimum istifadə etməliyik.  



21 

 

 



 

Müasir şəraitdə ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına müvəffəqiyyətlə 

inteqrasiya 

etməsi 


yolunda 

«kapitalın 

hərəkəti»ni 

mərhələlər 

üzrə 

liberallaşdırılması başlıca vəzifə olmalıdır. Azərbaycanın bank sektorunda Avropa 



banklarının  iştirakı  aparıcı  yerdədir.  Onlar  daha  çox  neft-qaz  və  energetika 

layihələrinin 

maliyyələşdirilməsinə 

iştiraka 

üstünlük 

verirlər. 

Dünya 

iqtisadiyyatında  böhranın  davam  etməsi  xarici  kapitalın  cəlb  edilməsini  xeyli 



çətinləşdirmişdir.  Qlobal  kredit  böhranı  bazarın  bütün  iştirakçılarına  –  donor 

banklara,  borc  alanlara,  borcun  qaytarılması  prosesinə  və  s.  birbaşa  təsir 

etdiyindən, necə deyərlər «bekar pul» tapmaq xeyli çətinləşmişdir. 

Bazar  iqtisadiyyatının  dünyada  çoxsaylı  modellərinin  mövcudluğuna 

baxmayaraq,  ölkəmizdə  yaradılmış  Azərbaycan  modeli  sosial  və  investisiya 

yönümlüdür.  İstər  bazar  münasibətlərinin  strukturunda,  istərsə  də  onun 

tənzimlənməsində  maliyyə  amilləri  böyük  rol  oynayır.  Maliyyə  hadisələrinin 

iqtisadi  hadisələrə  və  əksinə  təsir  göstərməsi  dövrümüzün  başlıca  xüsusiyyət-

lərindəndir. Maliyyə hadisələrinin böyük miqyası dərin iqtisadi və sosial nəticələrə 

səbəb olur. Ona görə də dövlətin maliyyə hadisələrini düzgün yönəltməsi, iqtisadi 

və  sosial  problemlərin  həlli  üçün  onlardan  səmərəli  istifadə  etməsi  günün  aktual 

məsələlərindəndir. 

Bazar  iqtisadiyyatlı  ölkələrdə  beynəlxalq  valyuta  münasibətlərinin 

tənzimlənməsi,  ölkələrarası  kapital  axını  bazar  mexanizmi  vasitəsilə  dövlət 

nəzarətində  baş  verir.  Bu  tənzimləmə  dəyər  qanunu,  eləcə  də  tələb-təklif 

qanununun tələblərinə müvafiq həyata keçirilir.  

Bu  qanunların  işlək  olması  valyuta  mübadiləsində  onların  nisbi 

ekvivalentliyini, mal, kapital, xidmət, kredit hərəkəti vasitəsilə beynəlxalq valyuta 

axınları  ilə  dünya  təsərrüfatı  sistemində  valyutaya  olan  ehtiyac  arasındakı 

uyğunluğunu təmin edir. Məlum olduğu kimi valyuta siyasətinin əsasını məzənnə 

siyasəti təşkil edir. Bu siyasət özündə aşağıdakıları əks etdirir: 

- valyuta intervensiyasını; 

- valyuta ehtiyatlarının diversifikasiyasını; 

- valyuta məhdudlaşdırmalarını (daxili bazarı qorumaq üçün); 




22 

 

 



 

- valyuta dönərliliyi dərəcəsinin tənzimlənməsini; 

- valyuta məzənnəsi rejimini

- devalvasiya, revalvasiya və digər məsələləri. 

Məzənnə  siyasəti  Mərkəzi  Bankın  valyuta  bazarına  müdaxilə  etməklə, 

valyutanın  alınıb-satılması  yolu  ilə  milli  valyutanın  məzənnəsinə  təsir  etmək 

üsuludur.  Milli  valyutanın  məzənnəsinin  yüksəldilməsi  məqsədilə  Mərkəzi  Bank 

xarici valyutanı satır, aşağı salmaq məqsədilə isə milli valyutanı satın alır. Valyuta 

müdaxiləsi  rəsmi  qızıl-valyuta  ehtiyatları  Mərkəzi  Bankın  milli  valyutada 

banklararası  razılaşma  üzrə  qısamüddətli  qarşılıqlı  kreditlər  hesabına  həyata 

keçirilir. 

Valyuta  siyasətinin  mühüm  formalarından  biri  valyuta  ehtiyatlarının 

diversifikasiyasının  təmin  olunmasıdır.  Diversifikasiya  valyuta  ehtiyatlarının 

tərkibinə  beynəlxalq  hesablaşmaları  təmin  etmək,  valyuta  ehtiyatlarının 

strukturunu  tənzimləmək  sahəsində  dövlətlərin,  bankların,  transmilli  şirkətlərin 

yeritdiyi siyasətdir.  

Bu  siyasət,  adətən,  qeyri-sabit  vaylutaların  satılması,  sabit  valyutaların, 

habelə  beynəlxalq  hesablaşmaların  aparılması  üçün  lazım  olan  valyutaların 

alınması yolu ilə həyata keçirilir. Valyuta pariteti və valyuta məzənnəsi rejimi də 

milli  və dövlətlərarası  tənzimləmə obyektidir. 

Mərkəzi  Bank  ölkədə  iqtisadi  inkişaf  strategiyasının  reallaşmasında  fəal 

iştirak  edərək  pul  siyasətinin  stabilləşdirici  və  təşviqedici  imkanlarından  istifadə 

etməklə  öz  siyasətini  makroiqtisadi  və  maliyyə  sabitliyinin  təmin  olunmasına 

yönəldib. Mərkəzi Bank tərəfindən faiz dəhlizinin parametrləri və məcburi ehtiyat 

normaları endirilib.  

Bank sektorunda risklərin artması maliyyə sabitliyinin qorunması vəzifəsini 

daha  da  kəskinləşdirib.  Xarici  iqtisadi  şokların  güclənməsini  nəzərə  alaraq  tədiyə 

balansının  tarazlaşdırılması,  ölkənin  valyuta  ehtiyatlarının  qorunması,  milli 

iqtisadiyyatın  rəqabət  qabiliyyətinin  təmin  olunması  məqsədilə  Mərkəzi  Bank 

«üzən məzənnə rejiminə» keçid barədə qərar qəbul edilib. Yeni məzənnə rejiminə 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə