“Azərbaycanda xarici sərmayəli bankların bank sektorunda rolu”



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix14.09.2018
ölçüsü0,96 Mb.
#68451
1   2   3   4   5   6   7   8   9   ...   22

 

 



 

1694-cü  ildə,  Fransada  –  1880-ci  ildə,  Almaniyada  Reysbank  –  1875-ci  ildə, 

İtaliyada – 1893-cü ildə, Norveçdə – 1816-cı ildə, ABŞ-da Federal Ehtiyat Sistemi 

– 1913-cü ildə, Rusiya Dövlət Bankı – 1860-cı ildə, Azərbaycan Milli Bankı 1992-

ci ildə yaranmışdır. 

Əsasən  inkişaf  etmiş  ölkələrdə  mərkəzi  bankların  funksiya  və  vəzifələrini 

təsbit  edən  ayrı-ayrı  qanunlar  mövcuddur.  Eyni  zamanda  bu  qanunların  işləmə 

mexanizmi və tətbiqi metodları işlənib hazırlanmışdır. Bəzi ölkələrdə isə Mərkəzi 

Bankların  vəzifələri  ölkə  konstitutsiyası  ilə  müəyyənləşdirilir.  Azərbaycan 

Respublikasında  Milli  Bankın  əsas  funksiya  və  vəzifələri  «Azərbaycan 

Respublikasının  Milli  Bankı  haqqında»  qanunla  müəyyənləşmişdir.  Hazırda 

fəaliyyətdə  olan  bu  qanun  10  iyun  1996-cı  ildə  qüvvəyə  minmişdir.  Bir  qayda 

olaraq  ölkələrin  çoxunda  mərkəzi  bankların  fəaliyyətini  tənzimləyən  hüquqi  akt 

rolunda ölkənin Mərkəzi Bankı haqqında qanun çıxış edir. 

Mərkəzi  bankların  bank  sistemi  ilə  qarşılıqlı  münasibətlərini  Mərkəzi  Bank 

fəaliyyəti haqqındakı qanunla yanaşı bank fəaliyyəti haqqında qanunla tənzimlənir. 

Bu  qanun  mərkəzi  banklara  münasibətdə  ölkədə  mövcud  kredit  institutlarının 

hüquq və vəzifələrini müəyyənləşdirir. 

İnkişaf  etmiş  ölkələrin  mərkəzi  bankları  pul-kredit  siyasətinin  həyata 

keçirilməsində  müstəqillik  səviyyəsinə  görə  təsnifləşdirilir.  Bir  çox  hallarda 

Mərkəzi  Bankla  hökumət  arasında  qarşılıqlı  münasibətlər  onların  rəhbərlərinin 

qeyri-formal əlaqələri əsasında formalaşır. 

Mərkəzi Bankların müstəqilliyinin qiymətlənədirilməsinin çoxsaylı obyektiv 

amilləri içərisində mühüm əhəmiyyət kəsb edənlər aşağıdakılardır: 

- Mərkəzi Bankın kapitalında və mənfəətin bölgüsündə dövlətin iştirakı; 

- bankın rəhbərliyinin təyinatı (seçkisi) qaydası; 

-  qanunvericilikdə  mərkəzi  bankın  məqsəd  və  vəzifələrinin  əks  olunması 

səviyyəsi; 

- pul-kredit siyasətinə dövlətin müdaxilə hüququ; 

-  dövlətin  xərclərinin  ölkənin  Mərkəzi  Bankı  tərəfindən  birbaşa 

maliyyələşmə imkanlarının tənzimlənməsi qaydaları və s. 



 

 



 

XVII  əsrin  sonlarında  bankların  yaranması  ilə  paralel  bank  tipli  səhmdar 

cəmiyyətləri  də  meydana  gəlməyə  başlayır.  Bankların  cari  fəaliyyəti  ölkə 

konstitusiyası,  Mülki  Məcəllə  və  bank  fəaliyyəti  ilə  əlaqədar  qanunlarla 

tənzimlənir. 

Bazar  iqtisadiyyatı  şəraitində  ikipilləli  bank  sistemi  fəaliyyət  göstərir  və 

banklar  üzərində  müxtəlif  mülkiyyət  formaları  mövcud  olur.  Bankların 

yaranmasında  dövlət  inhisarı  yoxdur,  istənilən  hüquqi  və  fiziki  şəxslər  qanun 

çərçivəsində bank yarada bilərlər. Bankların təşkilati və idarəetmə strukturları bank 

şuraları  tərəfindən  müəyyənləşdirilir,  eyni  zamanda  bank  şuranın  qərarı  ilə  ləğv 

edilə  bilər.  Bu  sistem  şəraitində  çoxsaylı  banklar  siyasəti  həyata  keçirir  və  qeyri-

mərkəzləşdirilmiş  yerli  idarəetmə  sxemi  mövcud  olur.  Bu  səbəbdən  də  dövlət 

bankların  öhdəliklərinə  görə  cavabdeh  deyil,  eyni  zamanda  banklar  da  dövlətin 

öhdəlikləri  üzrə  məsuliyyət  daşımır.  Bazar  yönümlü  bank  sistemi  şəraitində 

Mərkəzi Bank rəhbəri prezident tərəfindən, kommersiya banklarının rəhbərləri isə 

təsisçilər şurası tərəfindən təyin edilir. 

Azərbaycan  bank  sisteminin  birinci  pilləsini  Mərkəzi  Bank,  ikinci  pilləsini 

müəssisə  və  şirkətlərə,  eləcə  də  əhaliyə  müxtəlif  növ  xidmətlər  –  kreditləşmə, 

hesablaşma  kassa, valyuta və s.  əməliyyatları göstərən  çoxsaylı,  müxtəlif  formalı 

kredit təşkilatları və kommersiya bankları aid edilir. 

Bank  sistemi  dedikdə  –  bir  məqsədə  xidmət  edən  müxtəlif  hissələrin, 

elementlərin  vəhdəti  başa    düşülür.  Bu  sistemdə,  lazım  gəldikdə  elementlər  bir-

birini  əvəz  edə  bilər.  Əgər  hər  hansı  səbəbdən  banklardan  biri  öz  fəaliyyətini 

dayandırarsa  və  ya  ləğv  edilərsə,  sistem  öz  fəaliyyət  qabiliyyətini  dayandırmır. 

Onun  funksiyalarını  digər  banklar  yerinə  yetirir,  zərurət  yarandıqda  yenisi 

yaradılır. Beləliklə sistemin bütövlüyü pozulmur. 

Bank sisteminin özünəməxsus xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, 

o həmişə dinamik vəziyyətdədir. Burada iki məqam diqqəti cəlb edir: 

-  bank  sistemi  daim  hərəkətdədir,  o  inkişaf  edir,  təkmilləşir,  yeni  struktur 

elementləri və komponentlərlə genişlənir; 




10 

 

 



 

- bank sistemi daxilində daim əlaqələr qaçılmazdır. Bu əlaqələr həm Mərkəzi 

Bankla  kommersiya  bankları  arasında,  həm  də  kommersiya  bankları  arasında 

yarana  bilər.  Banklar  bir-birinə  müxtəlif  xidmətlər  göstərə  bilər,  banklararası 

bazarda birgə layihələrin maliyyələşdirilməsində iştirak edə bilər və s. 

Bütövlükdə bank sisteminin aşağıdakı özünəməxsus əlamətləri qeyd olunur: 

- bank sistemi eyni məqsədə xidmət edən elementlər məcmusudur

- bank sistemi elementlərin qarşılıqlı dəyişdirilməsi imkanlarına malikdir; 

- bank sistemi qapalı tipli sistemdir; 

- bank sistemi özünütənzimləyən sistemdir; 

- bank sistemi idarəedilən sistemdir; 

- bank sistemi dinamik sistemdir. 

Mülkiyyət  formalarına  görə  banklar  –  dövlət,  səhmdar,  kooperativ,  qarışıq 

kapitallı  banklar  kimi  fərqləndirilə  bilər.  Bankların  dövlət  forması  bazar 

iqtisadiyyatı şəraitində daha çox Mərkəzi Banklara aiddir.  

Azərbaycan  Mərkəzi  Bankı,  həmçinin  Rusiya,  Belçika,  Böyük  Britaniya, 

Fransa və Almaniya kimi ölkələrin Mərkəzi Banklarının vəsaiti bütövlükdə dövlətə 

məxsusdur. Yaponiya Mərkəzi Bankın vəsaitinin 50%-i dövlətə, qalan 50%-i ayrı-

ayrı banklara, İsveçrədə 47%-i dövlətə, qalan 53%-i kantonlara, Avstriyada 50%-i 

dövlətə,  qalan  50%-i  fiziki  şəxslərə  məxsusdur.  Azərbaycan  Respublikasında 

banklar  və  bank  fəaliyyəti  haqqında  qanunun  tələblərinə  görə  bank  sistemində 

xarici  kapitalın  iştirak  limitini  müəyyən  etmişdir.  Bu  ümumi  kapitalın  15%-dən 

çox  olmamalı  idi.  Sonralar  Mərkəzi  Bank  bu  limiti  30%-dək  artırdı.  Kanada  və 

Rusiyada  da  belə  məhdudiyyətlər  mövcuddur.  Fransada  isə  bu  sahədə  heç  bir 

məhdudiyyət qoyulmur. 

İqtisadiyyatın  tənzimlənməsinin  bazar  iqtisadiyyatı  şəraitində  həyata 

keçirilməsini  təbliğ  edən  mühüm  məktəblərdən  biri  monetar  konsepsiya 

tərəfdarlarıdır.  Bu  təlimin  yaradıcıları  (M.Fridmen,  F.Hayek  və  b.)  belə  hesab 

edirdilər  ki,  dövlətin  idarəedilmə  sistemi  bürokratiyadır,  səmərəsizdir.  Şəxsi 

təşəbbüskarlığa qarşı çıxmaqla, iqtisadiyyatın qeyri sabitliyinə səbəb olur. 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə