11
Ümumiyyətlə, klassik nəzəriyyə tərəfdarları makroiqtisadi səviyyədə
istehsalın həcminə, məşğulluq səviyyəsinə dövlətin müdaxilə etməsini
məqsədəuyğun hesab etmirdilər.
İqtisadiyyatın dövlət tənzimlənməsinin nəzəri əsaslarını 1929-1933-cü illər
dünya iqtisadi böhranından sonra Keyns yaratmışdır. Keyns «Məşğulluğun, faizin
və pulun ümumi nəzəriyyəsi» əsərində sübut edirdi ki, dövlət tələb səviyyəsinə
təsir göstərməklə bütünlükdə iqtisadiyyatı tənzimləməlidir. Keynsçilərə görə
dövlət iqtisadi stabilliyi qorumaq, böhranın fəsadlarını yumşaltmaq və aradan
qaldırmaq üçün iqtisadi proseslərə fəal müdaxilə etməli, sərt fiskal və pul siyasəti
yeritməlidir. Onlara görə, bazardakı bütün uğursuzluqlar dövlətin düşünülməmiş
siyasəti və müdaxiləsi nəticəsində baş verir.
2015-ci ildə milli valyutanın iki dəfə (fevral və dekabr ayları) devalvasiyaya
uğrayaraq dəyərsizləşməsi buna əyani misaldır. İqtisadi sistem özünütənzimləmə
qabiliyyətinə malikdir. Yeganə şərt - bazarda inhisarçılıq olmasın. Bizim
iqtisadiyyatın ən böyük problemi inhisarçılığın mövcudluğu və hökumətin bu
sahədə yarıtımaz fəaliyyətidir.
Müasir şəraitdə pul-kredit siyasəti iki model – keyns və monetarist ideyalar
əsasında formalaşmaqdadır. Bunu aşağıdakı cədvəldə göstərmək olar.
Cədvəl 1
Keynsçilər
Monetaristlər
İqtisadi artım nəzəriyyəsi
İqtisadi tarazlıq nəzəriyyəsi
Dövlət müdaxiləsinin zəruriliyi
Bazarın özünü tənzimləmə qabiliyyəti
Məşğulluğun məcmu tələbdən asılılığı
Məşğulluq və istehsal səviyyəsinin iqtisadiyyatın
özü tərəfindən müəyyən edilməsi
İstehsalda pul kütləsinin neytrallığı
Qiymət artmasının və konyuktur dəyişikliklərin
pul kütləsindən asılılığı
Əsas məsələ: işsizliyin aradan qaldırılması
Əsas məsələ: inflyasiyanın aradan qaldırılması
Çevik pul siyasəti
Sabit pul siyasəti
Ümumilikdə pul-kredit tənzimlənməsi yolu ilə dövlət iqtisadi böhranları
yumşaltmağa, inflyasiyanın qarşısını almağa çalışır. Bu siyasət həm dolayı, həm də
birbaşa təsir üsullarına malikdir. Bunların fərqi ondadır ki, Mərkəzi Bank ya kredit
müəssisələrinin likvidliyi vasitəsilə pullu tələbə təsir göstərir, ya da ki, bankların
fəaliyyətinin kəmiyyət və keyfiyyət parametrləri üzrə limitlər müəyyən edir.
12
1.2. Bank sisteminin dinamikası, inkişafı və öhdəlikləri
Bank sistemi – vahid maliyyə-kredit mexanizmi ilə çıxış edən qarşılıqlı
rabitəli müxtəlif banklar və digər kredit təsisatlar məcmusudur.
Azərbaycan Respublikasının bank sistemi Azərbaycan Respublikasının
Mərkəzi Bankından və kredit təşkilatlarından ibarətdir. Mərkəzi Bank dövlətin
mərkəzi bankıdır və onun fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası,
«Azərbaycan
Respublikasının
Mərkəzi
Bankı
haqqında»
Azərbaycan
Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun
və buna müvafiq olaraq, qəbul edilmiş digər normativ hüquqi aktlar, habelə
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan
Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi,
«Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında», «Bank olmayan kredit
təşkilatları haqqında» və «Kredit İttifaqları haqqında» Azərbaycan Respublikası
qanunları, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, Mərkəzi
Bankın bunlara müvafiq olaraq qəbul edilmiş normativ xarakterli aktları, habelə
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
Azərbaycan Respublikasının bank sisteminin institusional və hüquqi
quruculuğu 1991-ci ildə dövlət müstəqilliyinin əldə edilməsindən sonra
başlanmışdır. Bank sisteminin inkişaf mərhələsində qarşıda duran əsas vəzifə bank
sisteminin institusional və infrastruktur quruculuğunun, ödəniş sisteminin normal
işinin təmin edilməsi olmuşdur.
1992-ci ildə «Azərbaycan Respublikasının Milli Bankı haqqında» və
«Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında» qanunların
qəbul olunması ilə bank sisteminin hüquqi-normativ bazasının əsası yaradılmışdır.
Bank sisteminin quruculuğunun ilkin mərhələsi bank bazarına daxilolmanın
liberal şərtləri ilə müəyyən edilmişdir. Bank sisteminin institusional quruculuğu
prosesini stimullaşdırmaq məqsədilə ilkin mərhələdə Milli Bank kapitalla bağlı
aşağı tələblər qoymaqla və bank fəaliyyətini tənzimləmək üçün kifayət qədər
13
yumşaq nəzarət mexanizm və alətlərindən istifadə edirdi. Bu prosesin nəticəsində
233 bank qeydə alınmış və fəaliyyət göstərirdi.
1996-cı ilin iyun ayında «Azərbaycan Respublikasının Milli Bankı
haqqında» və «Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında»
qanunların yeni redaksiyada qəbulundan sonra Milli Bank tərəfindən bank
sektorunun tənzimlənməsi məqsədilə istifadə edilən inzibati alətlər tədricən
prudensial nəzarətlə əvəz edildi.
Bank sisteminin inkişafının bu mərhələsində dövlət banklarının dünya
səviyyəsinə uyğun olaraq yeniləşdirilməsi məqsədilə bankların kapitallarının
səhmləşdirilməsinə və dövlətin bank sektorunda mülkiyyətçi kimi payının
azaldılmasına başlandı. Dövlət banklarının özəlləşdirilməyə hazırlanması və
institusional inkişafı məqsədilə Tvinninq Proqramları həyata keçirildi.
Bank sisteminin inkişafı və sağlamlaşdırılması iki istiqamət üzrə həyata
keçirildi:
Dövlət banklarının dünya standartlarına uyğun inkişafı
Özəl bank sisteminin dünya standartlarına uyğun inkişafı
2000-ci ilin ikinci yarısında özəl bank sisteminin sağlamlaşdırılmasının ən
mühüm
mərhələsi
başlamışdır.
Bankların
keyfiyyət
parametrlərinin
dəqiqləşdirilməsi və problemli bankların müəyyən edilməsi məqsədilə bankların
maliyyə vəziyyətlərinin, kapitallaşmasının, likvidliklərinin, mənfəətliyinin,
idarəetmə mexanizm və sistemlərinin, daxili proseduralar və digər aspektlərin
qiymətləndirilməsi istiqamətində yoxlamalar aparıldı. Bununla da maliyyə
vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər planı həyata keçirilmiş oldu və hal-
hazırda bu plan tez-tez yenilənir və dövrə uyğunlaşdırılaraq həyata keçirilir.
Dünya təcrübəsində bank sisteminin inkişafının digər şərti də əhalinin bank
sisteminə etimadının gücləndirilməsi məqsədilə Fiziki Şəxslərin əmanətlərinin
Sığorta Fondunun yaradılmasıdır. Hal-hazırda bank sistemində də bu proses xeyli
inkişaf etmiş və qoyulan əmanətlərin 30 000 AZN məbləğə qədər vəsait
Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.
Dostları ilə paylaş: |