15
konkret linqvistik faktlar da təsdiqləyir. Q.Derfer
32
, H.Zərinəzadə
33
,
Ə.Dəmirçizadə
34
, M.Rəhimov
35
,
V.Aslanov
36
və başqaları
Azərbaycan və fars dillərinin qarşılıqlı əlaqələrinin ilk orta əsrlərdə
başlandığını qeyd edirlər. Başqa tədqiqatçılar bir qədər də irəli
gedərək yazırlar: «Müasir fars və türk dillərində
ki bağlayıcısının, I
və III şəxs əvəzliklərinin (
mən, o//
u), həmçinin eyni məqamlarda
şəxs və xəbərlik şəkilçilərinin uyğunluğu da (I şəxs təkdə –
m
ünsürünün işlənməsi, III şəxs təkdə isə bu şəxs anlayışının sıfır
morfemlə ifadəsi) göstərir ki, bu müxtəlif
sistemli dillərdə məhz çox
qədim dövrlərdən qarşılıqlı nüfuzetmə başlamışdır. Şübhəsiz, bu
başlanğıc Midiya dövründən əvvəllərə gedir və Midiya dövründə bu
qarşılıqlı təsir daha həlledici səviyyədə olmuşdur».
37
Azərbaycan-fars qarşılıqlı dil əlaqələrinin izlərinə dilimizin
möhtəşəm abidəsi «Kitabi Dədə Qorqud» dastanlarında
38
, saysız-
hesabsız qədim yazılı abidələrimizdə, klassik ədəbiyyat
nümunələrimizdə də rast gəlirik. «Kitabi Dədə Qorqud»da və başqa
abidələrdə qeydə alınmış bir çox fars sözləri indi də Azərbaycan
ədəbi dilində işləkdir. Bununla yanaşı, ədəbi dilimizdə işlənməyən
və ya müəyyən dəyişikliklərlə işlənən bir sıra sözlərə (
adinə, dam,
saxt, tən və s.) indi dialekt və şivələrimizdə rast gəlinir.
Şah,
şahənşah, padşah, şəhrdar, mərzban, xərac, bac, dirhəm və s.
sosial terminlərin, zərdüş -tiliklə bağlı sözlərin (
Zərdüşt, Avesta,
32
Doerfer G. Türkische und mongolische Edemente im Neupersischen. Bd.1-4,
Wiesbaden, 1963-1973.
33
Zərinəzadə H.Fars dilində Azərbaycan sözləri. Bakı, 1962.
34
Dəmirçizadə Ə. Azərbaycan ədəbi dili tarixi. I hissə. Bakı, 1979, s.104.
35
Rəhimov M.Ş. Azərbaycan dilinin XVI əsr yazılı abidəsində işlənmiş bir sıra
sözlər haqqında // Azərb.SSR EA «Xəbərləri», ictimai elmlər seriyası, 1962, № 8,
s.41-48.
36
Aslanov V.İ. XII əsrə qədərki Azərbaycan dili haqqında // AFM, I buraxılış,
Bakı, 1983, s.73-83;
Yenə onun. Daxili bərpa üsulu və Azərbaycan dilinin
yazıyaqədərki fonomorfoloji və leksik-semantik mənzərəsinin öyrənilməsi //
AFM, II buraxılış, Bakı, 1984, s.38-43.
37
Hacıyev T.İ., Vəliyev K.N. Azərbaycan dili tarixi. Bakı, 1982, s.13.
38
Dəmirçizadə Ə. «Kitabi Dədə Qorqud» dastanlarının dili. Bakı, 1959; Пириев
Э.Р. Персидские слова в языке «Книги моего Деда Коркуда» (историко-
сравнительное исследование). АКД, Баку, 1989.