Азярбайъан милли елмляр академийасы


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə21/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   17   18   19   20   21   22   23   24   ...   40

Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
63 
mıĢdır.  «Azərbaycan ədəbiyyatı tarixi»nin ikinci cildində deyilir: 
«DaniĢməndani-Azərbaycan»  istər  ümumi  quruluĢun,  istərsə  də 
yazıçılar haqqında verdiyi məlumatın xarakteri ilə təzkirələrdən o 
qədər də fərqlənmir. Müəllif təzkirələrə məxsus məhdudiyyətlər-
dən tamam uzaqlaĢa bilməmiĢ, öz təhlillərində burjua obyektiviz-
mi  təsirlərinə  qapılmıĢdır.  Ədəbi  inkiĢafa  mənfi  təsir  göstərən 
amillərə, ədəbi cərəyan və üslublara tənqidi münasibət əsərdə çox 
zəifdir»[6.484]. Burada təzkirəyə sovet «oyektivizmi» prizmasın-
dan baxıldığından bu fikirlər artıq öz əhəmiyyətini itirmiĢdir. Təd-
qiqat iĢində əsərin özündən  əvvəlki təzkirələrlə ümumi və xüsusi 
məziyyətləri  və  ədəbiyyat  tarixçiliyindəki  rolu  öyrənilərkən  belə 
qənaətə  gəlirik  ki,  «DaniĢməndani–Azərbaycan»  müəllifinin 
uzunmüddətli  tədqiqatının  nəticəsi  olaraq  ağır  zəhmət  bahasına 
yazıldığı və demək olar ki, özündən əvvəlki bir çox Ġran və Azər-
baycan  təzkirələrinə,  müxtəlif  tarixi  əsərlərə  istinad  etdiyi  üçün 
bioqrafik məlumatın dolğunluğu baxımından təzkirələrin ən müə-
kəmməlidir.  Orta  əsrlər  və  XIX  əsr  təzkirəçiləri  öz  əsərlərinin 
yazılmasında  quruluĢ  baxımından  bir-iki  təzkirəni  örnək  qəbul 
etmiĢlərsə,  «DaniĢməndani–Azərbaycan»  müəllifi  daha  çox  qay-
naqdan  faydalanmıĢdır,  həm  də  orijinal  əsər  yaratmıĢdır.  Bu  da 
təzkirə  ənənəçiliyinə  gətirilmiĢ  bir  yenilik  kimi  qiymətləndirilə 
bilər. 
 
1.4.  «Danişməndani-Azərbaycan»  təzkirəsinin  tərcümə-
sinin orijinalla müqayisəsi 
 
«DaniĢməndani-Azərbaycan» təzkirəsinin 1935-ci ildə The-
randa fars dilində nəĢr olunan nüsxəsi ilə 1987-ci ildə Bakıda nəĢr 
olunan tərcümə nüsxəsinin müqayisəsi də tədqiqat iĢinin bir parça-
sıdır.  
Təzkirə  Qafar  Kəndli  və  Ġsmayıl  ġəms  tərəfindən  tərcümə 


Könül  Nəhmətova   
 
 
64 
olunaraq 1987-ci ildə Bakıda kiril əlifbası ilə çap edilmiĢdir.
*
 
Tərcüməçilər  tərəfindən  təzkirəyə  yazılan  müqəddimədə 
aĢağıdakı qeydlər diqqəti çəkr: 
1)  Əsərin  orijinalında  Ģəxsiyyətlərin,  eləcə  də  qəzet  və 
jurnalların  adı  əski  əlifba  sırası  ilə,  tərcümədə  isə  yeni  (krill  – 
K.M.) Azərbaycan əlifbası sırası ilə verilir; 
2) Kitabda göstərilən əsərlərin adı olduğu kimi saxlanılmıĢ, 
ilk dəfə hallanan kitabın qarĢısında onun tərcüməsi də verilmiĢdir. 
3) «Azərbaycanda çıxmıĢ qəzetlər» daxil edilmiĢdir. 
Təzkirənin  orijinalında  müqəddimə  olaraq  «Milli  ġura 
Məclisinin  sədri  Ağayi  Həsən  Ġsfəndiyari  (MöhtəĢəmüs-səltənə) 
cənabları» tərəfindən əsərə rəy verilmiĢdir. Müəllif Məhəmmədəli 
Tərbiyətin  əsərinin  o  dövr  üçün  əhəmiyyətindən  bəhs  edərək 
yazırdı:  «KeçmiĢlərdən  bizə  çatan  məlumatların  tədqiq  edilməsi 
və  sələflərimizin  yaratdıqları  əsərlərin  qeydə  alınması  ölkə 
alimlərinin  yerinə  yetirdikləri  ən  mühüm  vəzifələrdən  və 
məmləkətin  qələm  sahiblərinin  gördükləri  ən  layiqli  iĢlərdəndir. 
Bu  cür  zəhmətin  tarix,  incəsənət  və  ədəbiyyat  üçün  nə  dərəcədə 
faydalı  olması  hər  kəsə  aydındır.  Maarifçilik,  sənətĢünaslıq  və 
ədəbiyyatĢünaslıq  kimi  sahələrdə  öz  xidmətləri  ilə  ali  dərəcələrə 
yüksəlmiĢ  sələflərimizin  yaĢayıb  yaratdıqları  məmləkətdə  isə 
onun əhəmiyyəti heç kim üçün sirr deyildir. Çox heyflər olsun ki, 
bizdən  öncəki  nəsillərin  dünyaya  bəxĢ  etdikləri  irs 
unudulmaqdadır.  Və  ya  gələcək nəsillərin istifadəsindən kənarda 
qalır.  Odur  ki,  Milli  ġura  məclisinin  əziz  millət  vəkili  ağayi 
Məhəmmədəli  Tərbiyət  haqqında  xəbəri  böyük  sevinc  hissi  ilə 
qarĢıladım.  Bu  görkəmli  ədəbiyatĢünas  və  böyük  alimin  müasir 
elmimizi  və  keçmiĢin  məlumatlarını  araĢdırmağa  yönəlmiĢ 
zəhməti  ilə  xidməti  Ģübhəsizdir.  Xüsusilə  onun  kitablara  və 
əlyazmalara olan eĢqi o qədər böyükdür ki, o, alimlər və fəzl əhli 
üçün mənfəətlə dolu olan bu xəzinədən təkcə  özü  istifadə  etmir, 
                                                           
*
  Təzkirədə  nümunə  üçün  verilən  Ģeirlərin  sətri  və  bədii  tərcüməsi  Ġsmayıl 
ġəmsindir. ġeirlərin tərcüməsinə Ģair Söhrab Tahir rəy vermiĢdir. 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
65 
bəlkə hamının bundan istifadə etməsi arzusu ilə bir neçə Ģəhərdə 
kitabxana və arxiv binalarının əsasını qoymuĢdur» [87. 21]. 
«DaniĢməndani-Azərbaycan»  təzkirəsi  Allahın  adı  ilə 
baĢlayır: «Benam xudavənde bəxĢənde mehreban». Təzkirə sovet 
rejimi  dövründə  tərcümə  olunaraq  çap  etdirildiyi  üçün  bu  baĢlıq 
tərcümə nüsxəsində verilməmiĢdir. 
Əsərin tərcümə nüsxəsində  tərcüməçilər  tərəfindən  yol ve-
rilmiĢ bir sıra səhvlərə təsadüf edirik. Məsələn, Əbül Üla haqqında 
bəhsdə: 
 
AltmıĢ yaĢdayam, Ərmənin torpağından, 
On altı yaĢda ġirvana mən yollandım [88. 112]. 
 
beytindəki  «Ərmənin»  sözü səhv tərcümə olunmuĢdur.  Buradakı 
«Ərmənin  torpağından»  ifadəsi  orijinalda  «əz  xake  Ġran»  kimi 
verilmiĢdir.  Bu  «Ġran»  kəlməsi  isə  son  tədqiqatda  «Ərran»  kimi 
qəbul  edilmiĢdir  [50.      545].  Firidun  bəy  Köçərli  də  Ģairin  milli 
mənsubiyyəti  haqqında  öz  fikrini  belə  ifadə  etmiĢdir:  «Əgərçi 
Hace  Lütfəli  bəy  ibn  Xaqan  Azəri  «AtəĢkədə»sində  Əbül  Ülaya 
«Gəncəvi»  deyil, onu  Gəncə əhalisindən hesab eləyir,  vəli Ģairin 
öz  kəlamından  anlaĢılan  budur  ki,  onun  əsli  Ġranlıdır.  On  altı  il 
olar  ki,  ġirvan  zəminə  varid  olub,  burada  sükunəti  ixtiyar  edib, 
namü Ģöhrət kəsb etmiĢdir» [50.128]. 
 
«Məra Ģəst sal əst kəz xake-Ġran, 
Bovəd Ģanədəh ta be ġirvan fetadəm»  
 
-
 
beyti məna cəhətdən də tərcümə nüsxəsində səhv tərcümə olun-
muĢdur. Burada «On altı yaĢda ġirvana mən yollandım» kimi tər-
cümə olunan misra «on altı il olar ki, ġirvana mən gəldim» olma-
lıdır. 
Digər  bir  səhvə  «Purxətib»  bəhsində  rast  gəlirik:  «Tarixe-
güzide»də  qeyd  edilir  ki,  Purxətib  Tacəddin  Əhməd  və  Sultan 
Mahmud Qəznəvinin müasiri olmuĢ və onun gözəl Ģeirləri vardır» 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə