Könül Nəhmətova
54
ocaqları ilə tanıĢ ola bilmiĢdir. O, Bakı kitabxanalarında saxlanılan
əlyazmalarını nəzərdən keçirmiĢdir. Tərbiyət Azərbaycan alimləri
ilə apardığı danıĢıqlarında «DaniĢməndani-Azərbaycan»ın
üzərində necə iĢləməsindən danıĢaraq yaradıcılıq planını Ģərh
etmiĢdir. Bakıda qocaman alimə F.Köçərli, S.Mümtaz və b-nın
əsərləri hədiyyə verilmiĢdir. O, sonralar yazdığı elmi əsərlərində
bu kitablardan istifadə etmiĢdir [88.8]. M.Tərbiyət bir çox Qafqaz
alimləri ilə də yaxından dostluq edirdi. O, Azərbaycan jurnalisti
Məhəmmədağa ġahtaxtinski ilə 1905-ci ildə Tiflisdəki görüĢünü
xatırlayaraq yazırdı: «1323 (1905) –cü ildə «ġərqi-rus» qəzetinin
redaktoru ġahtaxtinski adı ilə məĢhur olan Məmmədağa ilə mən
Tiflisdə görüĢdüm. O da əlifbanın dəyiĢdirilməsi haqqında bir
kitabça yazmıĢ, türk dilində çıxan bu qəzetdə öz əlifbasını
tanıtdırıb, qəbul etdirməyə çalıĢmıĢdır» [88.33]. Ədəbi mühitlə
yaxından tanıĢ olan ədib Azərbaycan alimlərindən danıĢarkən,
Ģübhəsiz ki, müasirlərinə laqeyd qala bilməzdi.
«DaniĢməndani–Azərbaycan» ifadəsinin mənası fars dilində
«Azərbaycan alimləri» deməkdir. Əsər fars dilində yazılmasına
baxmayaraq öz dövründə M.Tərbiyət tərəfindən göstərilən bir cə-
sarət idi. «Azərbaycan» məfhumunun son ucqar nöqtələrinə qədər
ədəbiyyatımızı öyrənmək baxımından çox dəyərli mənbələrdən
biri olan bu təzkirə 919 Ģəxsiyyət – Ģair, yazıçı, filosof, təzkirəçi,
ədəbiyyatĢünas, rəssam, həkim, münəccim, mühəndis, memar,
riyaziyyatçı, musiqiĢünas, jurnalist, tarixçi, xəttat, nəqqaĢ, səyyah,
ilahiyyatçı alimlər haqqında məlumat verən ensiklopedik əsərdir.
Bu əsər müəllifin 40 ildən artıq elmi araĢdırmalarının nəticəsidir.
«DaniĢməndani-Azərbaycan» əsərinin janr məsələsi ədəbiyyatĢü-
naslıqda mübahisəli görünür. Məmməd Əmin Rəsulzadə «Niza-
mi» əsərində onu «təzkirə», Qafar Kəndli «ensiklopediya», Nazif
Qəhrəmanlı isə «ğamus tipli lüğət» kimi səciyyələndirmiĢlər.
«DaniĢməndani-Azərbaycan» əsəri özündən əvvəlki təzkirə-
lərdən fərqli olaraq fəsillərə bölünməmiĢ, əlifba sırası ilə tərtib
olunmuĢ sadə bir quruluĢa malikdir. Təzkirə quruluĢuna daxil olan
müqəddimə ünsürünü «DaniĢməndani–Azərbaycan»da görmürük.
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
55
Bu təzkirənin özündən əvvəlki təzkirələrdən fərqi ondadır
ki, tarixi aspektdən geniĢ bir mərhələni XI əsrdən baĢlayaraq
1935-ci ilə qədərki dövrdə yaĢamıĢ görkəmli Ģəxsiyyətləri çevrə-
ləyir. Təzkirənin yazılmasında yüzdən artıq ədəbiyyatdan,
mənbədən istifadə olunmuĢdur və bu mənbələr mümkün qədər
göstərilir.
Məsələn:
Müxlisi – «Məcməül–Xəvas» əsərində deyilir:
«Həsən Müxlisi Azərbaycanın Bənis qəsəbəsindəndir...»
və yaxud
«Münim Təbrizi, – aĢağıdakı beyt onundur:
«Hər kim ki, bir hünər öyrənib göstərir iĢdə hünər,
Mirvari dolu sədəfdir, çopur olsa da əllər».
(«Ovsaful-əmin», YəzdanbəxĢ Qacar Pərvin)
Tərbiyət təzkirənin yazılmasında aĢağıdakı mənbələrdən ge-
niĢ faydalanmıĢdır: DövlətĢah təzkirəsi, «Gülüstani-hünər»,
«Riyazül-üləma», «HəĢt behiĢt», «ƏĢ-Ģəqayiqün-nömaniyyə»,
«ġəzəratüz-zəhəb», «KəlimatüĢ-Ģüəra», «Töhfeyi-Sami», «Məc-
məül-xəvas», «Təzkireyi-Nəsrabadi», «Ruzi-rövĢən», «HədiqətüĢ-
Ģüəra», «Təzkireyi-DilgüĢa», «Rövzeyi-əthar», «Səadətnamə»,
«Xülasətül-əĢar», «Ərəfatül-aĢiqin», «Tarixül-mükəma», «Rövzə-
tül-cənnət», «AtəĢkədə», «Bəyazi-Saib», «Sühufi-Ġbrahim», «Ta-
rixi-güzidi», «Fəvatül-vəfəyat», «Riyazül-cənnət», «Ənsabüs-Sə-
mani», «Ənüsül-arifin», «Nəfəxatül-üns», «Təzkireyi-Yusif Əli-
xan», «Nigaristani-Dara», «Nətayicül-əfkar», «Təbəqatül-Ġsnəvi»,
«Məcməül-füsəha», «Nigaristani-suxən», «Məcalisün-nəfais»,
«Qisəsül-Xaqani», «Övsaful-əmin», «Lətafül-xəyal», «Riyazül-
aĢiqin», əlyazması cüngləri və s.
Təzkirədə göstərilən bu cür qeydləri toplayaraq ədəbiyyat
tarixini öyrənmək baxımından çox dəyərli əsər adlarını çevrələyən
biblioqrafiya tərtib etmək olar. Tərbiyət bu mənbələr içində Azər-
baycan təzkirələrinə daha çox önəm vermiĢdir, bu da onun ədəbi
irsin tədqiqi üçün milli mənbələrə böyük əhəmiyyət verdiyini
göstərirdi.
Könül Nəhmətova
56
Təzkirənin quruluĢu haqqında daha ətraflı təsəvvür
yarartmaq üçün aldığımız zəngin məlumatları aĢağıdakı kimi
səciyyələndirməyi lazım bilirik:
I. Ad, ünvan, və ləqəb.
Məqsədləri çağdaĢ Ģairləri haqqında müxtəlif baxımlardan
məlumat vermək, beləliklə də onların tanınmasına, xatırlanmasına,
unudulmamasına vasitə olmaq üzrə təzkirəçilərin ilk gördükləri
iĢin Ģairin adı-sanı, ləqəbi və Ģəxsiyyətini tanıtmaq olacağı
mübahisə mövzusu ola bilməz.
Təzkirələrin quruluĢuna Ģairin adı, ləqəbi və s. dolayısıyla
bir nəzər yetirməli olsaq, iĢin ən baĢında Ģairlərin təxəllüslərinə
görə sıralandığı və hər maddənin baĢında o Ģairə məxsus
təxəllüsün verildiyininı görürük. Az da olsa təxəllüs daĢımayan və
yaxud xüsusi adını təxəllüs olaraq qəbul edən Ģairlər də vardır ki,
təzkirələrdə onlar adlarına görə yer alırlar. Əksər təzkirələrdə
maddə baĢı olaraq göstərilən bu ünvanların Ģair haqqında məlumat
verən qisimlərə, adətən, heç bir canlı əlaqəsi olmur, daha çox
təzkirənin küllü içərisində ümumi bir bəlirləmə, bölüm və ya
maddə baĢı və bir təsnif funksiyası daĢıyır. ġairin adı, ləqəbi və s.
üzərinə göstərilən əsil təqdim və tanıtma ona aid məlumat verən
qisimdə və müstəqil bir biçimdə olur.
Lakin
bu
xüsusiyyəti «DaniĢməndani-Azərbaycan»
təzkirəsinə bütövlükdə Ģamil etmək olmaz. Çünki müəllif bəzi
maddələrin baĢında ad, təxəllüs, künyə və ayamaları verməsini
Ģairi Ģəcərəsi ilə birlikdə göz önünə gətirmək məqsədiylə etmiĢdir.
Məsələn: «Nizami əbu Məhəmməd Nizaməddin Ġlyas ibn Müəy-
yəd Gəncəvi» maddəsində Nizaminin ailəsindən bir daha söz aç-
mamıĢdır.
O cümlədən, «Xaqani Sultanülfusəha Hüssanül-Əcəm
Əfzələddin Bədilülhəqayiq Ġbrahim ibn Nəcibəddin Əli Nəccar
ġirvani».
«Xətai ġah Ġsmayıl ibn Sultan Heydər ibn ġeyx Cüneyd
ibn ġeyx Ġbrahim ibn ġeyx Əli ibn Sədrəddin Musa ibn Səfiyyədin
Ġshad» və s. Ģairlərin adını çəkmək olar.
Dostları ilə paylaş: |