13
1.3.VMH kompleksi üzrə
işlərin təşkili
1.4.VMH kompleksi üzrə təbliğat təşkilatı işlərin planı
1.5.VMH kompleksi qruplarında məşğələlərin təşkili
1.6.Təhlükəsizlik qaydaları
1.7.VMH kompleksinin normativləri üzrə cədvəllər
I pillə 10-14 yaşlılar üçün cədvəl 1
II pillə 15-18 yaşlılar üçün cədvəl 2
III pillə 19-27 yaşlılar üçün cədvəl 3
IV pillə 28-39 yaşlılar üçün cədvəl 4
V pillə 40-60 yaşlılar üçün cədvəl 5.
1.8.VMH kompleksi üzrə hərəkət texnikası
8.1.Turnikdə dartınma
8.2.Gimnastika skamyasında qolların bükülüb açılması
8.3.Qaçışın texnikası
8.4.Yerindən uzununa tullanmaq
8.5.Tennis topunun atılması
8.6.Qumbaranın atılması
8.7.Güllə atıcılığı
8.8.Üzgüçülüyün öyrədilməsi texnikası
•Sinə üstə krol üzmə üsulu
•Arxası üstə krol üzmə üsulu
•Brass üzmə üsulu
•Delfin (Batterflyay) üzmə üsulu
II İdaman qurğuları.
Rezöme
Summary
Resurslar
Bioqrafik informasiya
14
Ön söz
Hazırda bakalavr pilləsi üzrə təhsil alan tələbələrin müvafiq
ixtisaslara dair çap tədris materiallarına çox böyük ehtiyaçları vardır. O
cümlədən «Fiziki tərbiyə və gənclərin çağrışaqədər hazırlığı» ixtisası
alan tələbələrin digər idman fənlərində olduğu kimi fiziki tərbiyənin
mühüm vasitələrdən biri olan mütəhərrik oyunlara aid də çap tədris
materialına ehtiyacları duyulur. Müəllif tərəfindən hazırlanmış həmin
dərs vəsaiti mütəhərrik oyunlar üzrə fənn proqramının tədrisi
baxımından maraqlı və faydalıdır.
Dərs vəsaiti 4 bölmədən və 8 fəsildən ibarətdir.
Birinci bölmədə Milli Kurikulumun prinsipləri baxımından
fiziki tərbiyənin təlimində fəaliyyətlərin tənzimlənməsini təmin edən
komponentlər araşdırılır. İlk növbədə Azərbaycan təhsil islahatı və
pedaqoji prinsiplərin eyni konteksdə həyata keçirilməsi və təşkili
məsələləri qeyd olunur. Xüsusən, təlimin intesivliyini artırmaq
məqsədilə optimal prinsip və metodların, məqsədyönlü məzmun,
mahiyyət və vəzifələrin seçilməsi, onların tədris şəraitindən asılı olaraq
tətbiqi
yolları
müəyyənləşdirilir.
Müəllim
və
şagirdlərin
fəaliyyətlərinin tənzimlənməsində fiziki tərbiyə təlimində ümumtəhsil
fənləri ilə əlaqənin yaradılması, tədris işlərinin qabaqcadan
planlaşdırılması, onun məzmunu, məqsədi və vəzifələrinin
yeniləşdirilərək
Milli
kurikulumun
ümumi
prinsiplərinə
uyğunlaşdırılması, təlimdə müxtəlif növ maraqlı və diqqəti cəlbedici
nümunələr əsasında inandırıcı faktlara istinad olunaraq tədris
materialının mənimsədilməsinin bilik, bacarıq və vərdişlərin uzun
müddət yadda qalmasına, onların dərkinin asanlaşdırılmasına zəmin
yaratdığı qənaətinə gəlir.
Təlimin optimal təşkili, intensivləşdirlməsi, lazımi tempdə
musiqinin müşayətilə icrası, eləcə də təlimdə bərabər hüquqluğun və
məsuliyyət
hissinin,
optimal
yanaşmanın,
əyaniliyin,
nəticəyönümlülüyün, inkişafetdirici məzmunun, materialın həcminin
və bunlara kompleks yanaşmanın təminini, öyrədən (müəllim) və
öyrənənin (şagird) fəaliyyətlərinin uyğunlaşdırılmasında mühüm təlim
komponentləri kimi səciyyələndirilir.
Ümumtəlim nəticələrinin reallaşdırılması şagirdin həmin dövr
üçün real tədris imkanları, tərbiyə olunma, inkişaf etmə səviyyəsi,
tədris və ev tapşırıqlarına sərf etmək üçün qoyulmuş vaxta-vaxt
15
bölgüsünə düzgün əməl olunması, məktəbdə müxtəlif tədbirlərin təşkili
və keçirilməsinə sərf edilən enerji ilə əlaqələndirilir.
Fiziki tərbiyə təliminin stimullaşdırılmasında fiziki təhsilin,
hərəki bacarıq və vərdişlərin konkretləşdirilməsi, məzmun və
mahiyyətin təlimin vəzifələrinə uyğunlaşdırılması, uğurlu dərs
strukturunun seçilməsi və tətbiqini, səmərəli təlim metodlarından və
təlim vasitələrindən istifadəni, diferensial və fərdi yanaşmanı,
sanitariya-gigiyena qaydalarına riayət edilməsini, tədris vaxtına qənaət
və təlimin optimal tempinin seçilməsini mühüm üsul və vasitə
olduğundan bəhs olunur. Həmin bölmədə ənənəvi, fəal (interaktiv)
təlim metodlarının tətbiqindən, habelə şagirdlərin yaş xüsusiyyətləri və
onların təlimdə nəzərə alınması yolları göstərilir.
İkinci bölmədə ibtidai, orta və tam orta təhsil pilləsi üçün
mütəhərrik oyunların pedaqoji mahiyyəti, təşkili yolları, növləri,
xarakteristikası və meydana gəlməsindən bəhs olunur. Vəsaitdə
bunlarla yanaşı mütəhərrik oyunların təlimi metodikası, prinsipləri,
müasir tələblərə uyğun şərh edilir.
Üçüncü bölmədə isə ümumtəhsil məktəbi üçün tədris günü
rejimində fiziki tərbiyə-sağlamlıq işləri, sinifdən və məktəbdənxaric
fiziki tərbiyə, idman-sağlamlıq məşğələlərinin təşkili və keçirilməsi
metodikası, məzmunu öz əksini tapır.
Dördüncü bölmə asudə vaxt üçün hərəki intellektual əyləncəli
oyunlardan bəhs olunur. Xüsusən, Azərbaycan milli uşaq oyunları, ev
şəraitində oyunlar, məzhəkəli azhərəkətli oyunlar, əyləncəli bədən
hərəkətləri, yay oyunları və müsabiyə-yarış oyunları tədqiq olunur.
Həmin oyunlar toplanıldıqdan sonra yenidən işlənilib nəşrə təqdim
edilir. Oyunların şəkilləri nümayiş etdirilərək verilməsi (bir neçə oyun
istisna olmaqla) onların asudə vaxtlarda oynanılmasını daha da
asanlaşdıracaqdır.
Qeyd etməliyik ki, İ.Musayev, H.Ağayev, S.Hüseynov,
M.Ağayev, Ə.Sadıqov və bir çox alimlərimiz oyunlara dair ciddi
tədqiqatlar aparmış, dissertasiyalar müdafiə etmiş, kitablar nəşr
etdirmişlər. Lakin bu vəsaitdə cəm edilmiş oyunların çapına rast
gəlmədiyimi etiraf edirəm (cəmi 4 oyunda ad uyğunluğu müşahidə
olunur). Çapa təqdim olunmuş oyunları elə Azərbaycanlı tapmazsanki,
uşaqlıqda oynamamış olsun. Onlar həyatdan, folklorumuzdan
bəhrələnir, hazırki tələbata uyğun şəkildə işlənilərək bərpa olunması