B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə3/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   2   3   4   5   6   7   8   9   ...   131

 

13 


1.3.VMH kompleksi üzrə işlərin təşkili 

1.4.VMH kompleksi üzrə təbliğat təşkilatı işlərin planı 

1.5.VMH kompleksi qruplarında məşğələlərin təşkili 

1.6.Təhlükəsizlik qaydaları 

1.7.VMH kompleksinin normativləri üzrə cədvəllər 

I pillə 10-14 yaşlılar üçün cədvəl 1 

II pillə 15-18 yaşlılar üçün cədvəl 2 

III pillə 19-27 yaşlılar üçün cədvəl 3 

IV pillə 28-39 yaşlılar üçün cədvəl 4 

V pillə 40-60 yaşlılar üçün cədvəl 5. 



1.8.VMH kompleksi üzrə hərəkət texnikası 

8.1.Turnikdə dartınma 

8.2.Gimnastika skamyasında qolların bükülüb açılması 

8.3.Qaçışın texnikası 

8.4.Yerindən uzununa tullanmaq 

8.5.Tennis topunun atılması 

8.6.Qumbaranın atılması 

8.7.Güllə atıcılığı 

8.8.Üzgüçülüyün öyrədilməsi texnikası 

•Sinə üstə krol üzmə üsulu 

•Arxası üstə krol üzmə üsulu 

•Brass üzmə üsulu 

•Delfin (Batterflyay) üzmə üsulu 

II İdaman qurğuları. 

Rezöme 

Summary 

Resurslar 

Bioqrafik informasiya 



 

14 


Ön söz 

 

Hazırda  bakalavr  pilləsi  üzrə  təhsil  alan  tələbələrin  müvafiq 

ixtisaslara dair çap tədris materiallarına çox böyük ehtiyaçları vardır. O 

cümlədən  «Fiziki  tərbiyə  və  gənclərin  çağrışaqədər  hazırlığı»  ixtisası 

alan  tələbələrin  digər  idman  fənlərində  olduğu  kimi  fiziki  tərbiyənin 

mühüm  vasitələrdən  biri  olan  mütəhərrik  oyunlara  aid  də  çap  tədris 

materialına  ehtiyacları  duyulur.  Müəllif  tərəfindən  hazırlanmış  həmin 

dərs  vəsaiti  mütəhərrik  oyunlar  üzrə  fənn  proqramının  tədrisi 

baxımından maraqlı və faydalıdır. 

Dərs vəsaiti 4 bölmədən və 8 fəsildən ibarətdir. 



Birinci  bölmədə  Milli  Kurikulumun  prinsipləri  baxımından 

fiziki  tərbiyənin  təlimində  fəaliyyətlərin  tənzimlənməsini  təmin  edən 



komponentlər  araşdırılır.  İlk  növbədə  Azərbaycan  təhsil  islahatı  və 

pedaqoji  prinsiplərin  eyni  konteksdə  həyata  keçirilməsi  və  təşkili 

məsələləri  qeyd  olunur.  Xüsusən,  təlimin  intesivliyini  artırmaq 

məqsədilə  optimal  prinsip  və  metodların,  məqsədyönlü  məzmun, 

mahiyyət və vəzifələrin seçilməsi, onların tədris şəraitindən asılı olaraq 

tətbiqi 


yolları 

müəyyənləşdirilir. 

Müəllim 

və 


şagirdlərin 

fəaliyyətlərinin  tənzimlənməsində  fiziki  tərbiyə  təlimində  ümumtəhsil 

fənləri  ilə  əlaqənin  yaradılması,  tədris  işlərinin  qabaqcadan 

planlaşdırılması,  onun  məzmunu,  məqsədi  və  vəzifələrinin 

yeniləşdirilərək 

Milli 


kurikulumun 

ümumi 


prinsiplərinə 

uyğunlaşdırılması,  təlimdə  müxtəlif  növ  maraqlı  və  diqqəti  cəlbedici 

nümunələr  əsasında  inandırıcı  faktlara  istinad  olunaraq  tədris 

materialının  mənimsədilməsinin  bilik,  bacarıq  və  vərdişlərin  uzun 

müddət  yadda  qalmasına,  onların  dərkinin  asanlaşdırılmasına  zəmin 

yaratdığı qənaətinə gəlir. 

Təlimin  optimal  təşkili,  intensivləşdirlməsi,  lazımi  tempdə 

musiqinin  müşayətilə  icrası,  eləcə  də  təlimdə  bərabər  hüquqluğun  və 

məsuliyyət 

hissinin, 

optimal 

yanaşmanın, 

əyaniliyin, 

nəticəyönümlülüyün,  inkişafetdirici  məzmunun,  materialın  həcminin 

və  bunlara  kompleks  yanaşmanın  təminini,  öyrədən  (müəllim)  və 

öyrənənin (şagird) fəaliyyətlərinin uyğunlaşdırılmasında mühüm təlim 

komponentləri kimi səciyyələndirilir. 

Ümumtəlim nəticələrinin reallaşdırılması şagirdin həmin dövr 

üçün  real  tədris  imkanları,  tərbiyə  olunma,  inkişaf  etmə  səviyyəsi, 

tədris  və  ev  tapşırıqlarına  sərf  etmək  üçün  qoyulmuş  vaxta-vaxt 




 

15 


bölgüsünə düzgün əməl olunması, məktəbdə müxtəlif tədbirlərin təşkili 

və keçirilməsinə sərf edilən enerji ilə əlaqələndirilir. 

Fiziki  tərbiyə  təliminin  stimullaşdırılmasında  fiziki  təhsilin, 

hərəki  bacarıq  və  vərdişlərin  konkretləşdirilməsi,  məzmun  və 

mahiyyətin  təlimin  vəzifələrinə  uyğunlaşdırılması,  uğurlu  dərs 

strukturunun  seçilməsi  və  tətbiqini,  səmərəli  təlim  metodlarından  və 

təlim  vasitələrindən  istifadəni,  diferensial  və  fərdi  yanaşmanı, 

sanitariya-gigiyena qaydalarına riayət edilməsini, tədris vaxtına qənaət 

və  təlimin  optimal  tempinin  seçilməsini  mühüm  üsul  və  vasitə 

olduğundan  bəhs  olunur.  Həmin  bölmədə  ənənəvi,  fəal  (interaktiv) 

təlim metodlarının tətbiqindən, habelə şagirdlərin yaş xüsusiyyətləri və 

onların təlimdə nəzərə alınması yolları göstərilir. 



İkinci  bölmədə  ibtidai,  orta  və  tam  orta  təhsil  pilləsi  üçün 

mütəhərrik  oyunların  pedaqoji  mahiyyəti,  təşkili  yolları,  növləri, 

xarakteristikası  və  meydana  gəlməsindən  bəhs  olunur.  Vəsaitdə 

bunlarla  yanaşı  mütəhərrik  oyunların  təlimi  metodikası,  prinsipləri, 

müasir tələblərə uyğun şərh edilir. 

Üçüncü  bölmədə  isə  ümumtəhsil  məktəbi  üçün  tədris  günü 

rejimində  fiziki  tərbiyə-sağlamlıq  işləri,  sinifdən  və  məktəbdənxaric 

fiziki  tərbiyə,  idman-sağlamlıq  məşğələlərinin  təşkili  və  keçirilməsi 

metodikası, məzmunu öz əksini tapır. 



Dördüncü bölmə asudə vaxt üçün hərəki intellektual əyləncəli 

oyunlardan bəhs olunur. Xüsusən, Azərbaycan milli uşaq oyunları, ev 

şəraitində  oyunlar,  məzhəkəli  azhərəkətli  oyunlar,  əyləncəli  bədən 

hərəkətləri,  yay  oyunları  və  müsabiyə-yarış  oyunları  tədqiq  olunur. 

Həmin  oyunlar  toplanıldıqdan  sonra  yenidən  işlənilib  nəşrə  təqdim 

edilir. Oyunların şəkilləri nümayiş etdirilərək verilməsi (bir neçə oyun 

istisna  olmaqla)  onların  asudə  vaxtlarda  oynanılmasını  daha  da 

asanlaşdıracaqdır. 

Qeyd  etməliyik  ki,  İ.Musayev,  H.Ağayev,  S.Hüseynov, 

M.Ağayev,  Ə.Sadıqov  və  bir  çox  alimlərimiz  oyunlara  dair  ciddi 

tədqiqatlar  aparmış,  dissertasiyalar  müdafiə  etmiş,  kitablar  nəşr 

etdirmişlər.  Lakin  bu  vəsaitdə  cəm  edilmiş  oyunların  çapına  rast 

gəlmədiyimi  etiraf  edirəm  (cəmi  4  oyunda  ad  uyğunluğu  müşahidə 

olunur). Çapa təqdim olunmuş oyunları elə Azərbaycanlı tapmazsanki, 

uşaqlıqda  oynamamış  olsun.  Onlar  həyatdan,  folklorumuzdan 

bəhrələnir,  hazırki  tələbata  uyğun  şəkildə  işlənilərək  bərpa  olunması 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə