B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə4/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   2   3   4   5   6   7   8   9   ...   131

 

16 


isə mədəniyyətimizin bir parçası kimi qorunub saxlanılması, mədəni irs 

olaraq gələcək nəsilə ötürülməsi məqsədini daşıyır. 



Əlavələrdə isə «Vətənin müdafiəsinə hazıram» bədən tərbiyəsi 

kompleksinin  mahiyyəti,  vəzifələri,  bu  sahədə  məşğələlərin  təşkili, 

təhlükəsizlik və ilk tibbi yardım göstərmək qaydaları, normativləri və 

hərəkət  texnikası  (turnikdə  dartınma,  qaçış,  tullanma,  qumbaranın 

atılması,  güllə  atıcılığı,  qolların  bükülüb  açılması,  üzgüçülük  və  s.) 

verilir.  

 

Gülbaba Quliyev  

ADPU-nun  dosenti,  Azərbaycan  Respublikasının  «Əməkdar 

Bədən Tərbiyəsi və İdman Xadimi, əməkdar məşqçi.  



 

17 


Birinci bölmə 

 

FİZİKİ TƏRBİYƏ TƏLİMİNİN BƏZİ PEDAQOJİ 

KONTURLARI 

 

I FƏSİL  

Fiziki tərbiyənin təlimində fəal stimul yaradan prinsip, 

metod və formalar 

 

1.1.Fiziki tərbiyənin təlimində fəaliyyətlərin tənzimlənməsini 

təmin edən komponentlər 

 

Fiziki  tərbiyə  təliminin  hazırki  tələbata  uyğun  təşkilində 

pedaqoji-psixoloji  faktorların  nəzərə  alınması  mühüm  əhəmiyyət  kəsb 

edir.  Bu  mənada  təlimin  məzmunu,  məqsədi  və  vəzifələrinə  müvafiq 

tələb və prinsiplərin müəyyən edilməsi, şəraitdən asılı olaraq vaxtında, 

düzgün  tətbiqi  başlıca  yer  tutur.  Çünki,  ölkəmizin  inkişafının  yeni 

dövründə  dövlətin  təhsil  siyasətinin  əsas  istiqamətləri  müəyyən 

olunmuş,  tələb  və  istiqamətlər  «Azərbaycan  Respublikasının  təhsil 

sahəsində  İslahat  Proqramı»nda  təsbit  olunmuşdur.  Proqramın  həyata 

keçirilməsi  istiqamətində  təhsillə  əlaqədar  xeyli  işlər  görülmüş  və 

müvəffəqiyyətlər  əldə  edilmişdir.  Təhsil  Konsepsiyasında  (Milli 

Kurikulum)  ümumtəhsil  məktəbi  üzrə  təlimin  nəticələri,  məzmun 

standartları,  orta  təhsilin  bütün  pillələrində təmin  edilən  bütün  fənlər, 

pedaqoji-psixoloji 

prosesin 

təşkili, 

təlim 

nailiyyətlərinin 



qiymətləndirilməsi  üzrə  əsas  prinsiplər  əhatə  olunmuşdur.  Bunlar 

şagirdlərin  şəxsiyyət  kimi  formalaşması,  milli  və  bəşəri  dəyərləri 

mənimsəməsi,  mübarizlik, vətənpərvərlik ruhunda tərbiyələndirilməsi, 

cəsur, igid, dözümlü və fiziki cəhətdən sağlam böyümələri üçün təlim 

şəraitinin  yaradılmasını  tələb  edir.  Şagirdin  şəxsiyyət  kimi 

formalaşmasına  yönəlmiş  təlim  proqramlarının  prinsiplərini  proses 

dövründə  həyata  keçirilməsi  şagirdə  bir  çox  zəruri  qabiliyyətləri  və 

keyfiyyətləri aşılayır.  

Yəni onların intellektual, emosional və yaradıcı sferalarının harmonik 

inkişafına  imkan  yaranır,  məntiqi,  yaradıcı  təfəkkürü  formalaşır. 

Ümumiyyətlə, bütün bunlar o zaman reallaşır ki, əvvəla təlim zamanı 

Azərbaycanda  təhsil  islahatının  prinsipləri  (demokratikləşdirmə, 

humanistləşdirmə,  diferensiallaşdırma,  fərdiləşdirmə,  inteqrasiya, 



 

18 


humanitarlaşdırma)  nəzərə  alınmış  olunsun,  ikincisi  pedaqoji  və 

istərsədə  islahat  prinsipləri  eyni  kontekstdə  həyata  keçirilsin.  Buna 

görə də ilk olaraq təlimin səmərəliliyini yüksəltmək üçün daha optimal 

prinsiplərin  seçilməsi,  onların  şəraitdən  asılı  olaraq  düzgün  tətbiqi 

mexanizmlərinin tədqiqi və ümumiləşdirilməsi vacib şərtdir. 

Bütün bunları ümumtəhsil və məcburi fənlərdən biri olan «Bədən 

tərbiyəsi»  fənninə  də  aid  etmək  lazımdır.  Həmin  baxımdan  fiziki 

tərbiyənin təlimi prosesində şagirdlərin idman fəallığını artıran, təlimin 

interaktivləşməsini  surətləndirən  və  təmin  edən  tələb  və  prinsiplərin 

önəmliliyini nəzərə alıb, onların izahını vermək məqsədəuyğundur. 

Məsələyə ənənəvi təlim baxımından yanaşmış olsaq, deyə bilərik 

ki,  tədris  prosesi  bədən  tərbiyəsi  müəllimlərinin  tam  rəhbərliyi, 

nəzarəti  və  «diktatorlugu»  şəraitində  qurulmalı,  müəllimin  göstərişi, 

verdiyi  tapşırıqlar  hamı  üçün  qanun  və  məcburi  olmalı,  heç  bir  təklif 

nəzərə  alınmamalıdır.  Müstəqil  və  sərbəst  fəaliyyət  göstərmək,  yəni 

hərəkətlərin  özbaşına  icrası  qadağandır.  Şagirdlər  verilən  tapşırığı, 

tövsiyə  və  göstərişləri  sözsüz  yerinə  yetirməlidir.  Nəticə  müəllim 

tərəfindən qiymətləndirilir. Şagird nailiyyətləri qiymətləndirə və təhlil 

edə bilməz. Bu işlər yalnız müəllimin səlahətindədir.  

Əksinə  olduqda  bunlar  müəllimə  «etibar  etməmək»,  «üzə 

qayıtmaq»,  «sözə  baxmamaq»,  «yekə  başlıq»  və  s.  kimi  xoşagəlməz 

hal  sayılırdı.  Başqa  sözlə  desək,  şagirdin  tədris  prosesinə  bu  və  ya 

digər dərəcədə müdaxilə etməsi, sərbəst olaraq hərəkətləri icrası dərsin 

gedişinə  mane  olmaq,  intizamsızlıq  və  dərsdə  şuluq  salan 

arzuolunmayan  şəxs  kimi  qiymətləndirilirdi.  Belə  hallarda  məktəb 

direktoruna,  sinif  rəhbərinə  şikayət  edilir,  məlumatlar  yazılırdı,  iş 

ancaq  bununla  bitmir,  bəzən  də  valideynlər  məktəbə  dəvət  olunaraq 

danlanılır  və  təhqir  olunurdu.  Hətta  uşaqların  yanında  valideynlərə 

qarşı  təhqiramiz  ifadələr  işlətməkdən  çəkinmirdilər.  Bəzi  müəllim  və 

məktəb  rəhbərləri  valideyni  öz  övladının  gözü  qarşısında  hörmətdən 

salmaqla  nüfuzunun  artacağını,  həmçinin  şagird  kontingentinin 

«gözünün odunu» alacağını güman edirdi.  

Qeyd  etmək  lazımdır  ki,  müasir  təhsil  sistemində  yuxarıda 

göstərilən  müəllim  (öyrədən)  və  şagird  (öyrənən)  fəaliyyətini  dəyərli 

hesab  etmir.  Öyrədən  və  öyrənənlərin  fəaliyyətinin  tənzimlənməsində 

məktəbin  pedaqoji  kollektivinin  qarşısında  yeni  məqsəd  və  vəzifələr 

qoyulur.  Həmin  məqsəd  və  vəzifələr  ənənəvi  tələblərdən  tamamilə 

müsbət mənada fərqlənir. Burada müəllim və şagirdlərin fəaliyyətinin 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə