B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə5/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   2   3   4   5   6   7   8   9   ...   131

 

19 


tənzimlənməsində  aşağıdakı  tələb  və  prinsiplər  qoyulur  ki,  bütün 

bunlar  təhsildə  əvvəllər  mövcud  olmuş  təfəkkürün  mühitini 

yeniləşdirmək,  tədris  olunan  fənlərin  mahiyyətini  yeni  cəmiyyətin 

tələbatına  uyğun  qurmaq,  dünya  təhsil  sisteminə  inteqrasiyanı  təmin 

etmək 

və 


sürətləndirmək, 

təlimin-interaktivliyinə, 

nəticə 

yönümlülüyünə  və  çevikliyinə  nail  olmağa  yönəlməkdən  ibarətdir. 



Müəllim  təlim  prosesini  fəal  təlim  prinsipləri  əsasında  təşkil  etməli, 

şagirdlər  əsas  tərəf  kimi  qəbul  edilməli,  onların  qabiliyyətləri, 

tələbatları,  fiziki  tərbiyə  sahəsindəki  bilik  və  bacarıqlara  yiyələnməsi 

potensialı  üzə  çıxmalı,  qabaqcıl  təlimin  tələblərinə  riayət  etməklə 

cəmiyyətin dinamik inkişafına istiqamətlənməlidir. 

Təlimin  prinsipləri  prinsip  xatirinə  yəni  formal  xarakter 

daşımamalı,  təsadüfən,  kor-koranə  deyil  tədris  prosesində  yaradılmış 

mühitə,  şəraitə  uyğun  tətbiq  edilməlidir.  Burada  öyrənənlərin  ümumi 

bilik  və  bacarıq  fəaliyyətləri,  hərəki  qabiliyyətləri,  vərdişləri  nəzərə 

alınmalıdır.  Xüsusən,  qabaqcıl  müəllim  və  məktəblərin  iş  təcrübəsi, 

direktiv  tədris  sənədlərinin  tələbatı  təlim  fəaliyyətində  əsas 

götürülməlidir. 

Təlim prinsiplərinin reallaşdırılmasına şəraitdən asılı olaraq yeri 

gəldikcə nail olmaq üçün tələsikliyə, süniliyə yol verilməməli, eləcə də 

tədrisin zəruriliyindən irəli gəlməli, inandırıcı olmalı, real faktları əks 

etdirməli,  yanılışıqlığa,  qeyri  səmimiliyə,  gərginliyə  şərait 

yaradılmamalıdır. 

Təlim-tərbiyə 

prinsipləri 

bir 


fənn 

çərçivəsində 

məhdudlaşdırılmamalı digər ümumtəhsil fənləri ilə əlaqə yaradılmaqla 

həyata  keçirilməlidir.  Bu  prosesdə  qohum  fənlərlə  inteqrasiya 

(anatomiya-fiziologiya,  biologiya,  tarix  və  s.)  daha  üstünlük  təşkil 

etməlidir. Belə ki, ayrı-ayrı hərəki bölmələr üzrə (gimnastika, atletika, 

mütəhərrik və idman oyunları, kross hazırlığı) nəzəri birliklərin tədris 

materialları  bir-birilə  əlaqəli  şəkildə  təlim  olunmalıdır.  Fəndaxili 

mövzular üzrə təlim materialları əlaqələndirilərək tədris edilməlidir. 

Təlim  prinsiplərinin  fəal  tətbiqində  tədris  işlərinin  düşünülmüş 

şəkildə 

əvvəlcədən 



planlaşdırılması 

onun 


tədrisinin 

yaxşılaşdırılmasında  həll  edici  mahiyyətə  malikdir.  Planlaşdırma 

apararkən  müəllim  şagirdin  idrakı,  informativ-kommunikativ  və 

psixomotor  bacarıqları  inkişaf  etdirən  tədris  materialının  təlim 

prosesinə  daxil  etməsi  təbii  zərurət  kəsb  edir.  Müxtəlif  növ  maraqlı, 

cəlbedici və təsiredici fiziki hərəkət kompleksləri hazırlanmalı, onların 




 

20 


tədrisi mərhələlər üzrə ardıcıllıqla aparılmalıdır. Hər bir fiziki hərəkət 

üzrə  bilik,  bacarıq  və  vərdişlərin  qazanılmasının  özünəməxsusluğu 

nəzərdən  qaçmamalıdır.  Dinamik  inkişafı  təmin  edən  hərəki 

bacarıqların  formalaşdırılması  yönəmli  texniki  fəndlərin  ardıcıllıqla 

həyata keçirilməsi daha məqsədəuyğun sayılır. 

Fiziki  tərbiyə  təliminin  nailiyyətləri  onun  məzmunundan  və 



qarşısında duran başlıca vəzifələrdən mühüm  dərəcədə  asılıdır. Bu 

mənada  Dövlət  təhsil  standartları  əsasında  hazırlanmış  fiziki  tərbiyə 

fənn  kurikulumuna  uyğun  hərəki  təlimin  məzmunu  və  vəzifələri 

müəyyənləşdirilir.  Göstərməliyik  ki,  digər  ümumtəhsil  fənlərində 

olduğu  kimi,  fiziki    tərbiyə    fənnində    də    məzmun    yaşadığımız  

ictimai-siyasi    mühitin    təlabatına    uyğun    müəyyən    edilməli,    daimi 

təkmilləşdirilməli  və yeniləşdirilməlidir. Müəllim və şagirdlərin təhsil 

fəaliyyətləri  inkişafetdirici,  tərbiyəedici,  qabaqlayıcı        mahiyyət   

daşımalı,   hərəki   bilik,   bacarıq   və  

vərdişlər təhsil pillələri üzrə konsentrik prinsip əsasında reallaşmalıdır. 

Bununla 

yanaşı, 


öyrənənlərin 

nailiyyətlərinin 

düzgün 

stimullaşdırılmasına, 



təhlilinə 

və 


qiymətləndirilməsinə 

istiqamətləndirilməlidir. Xüsusən, şəxsiyyət yönümlü, tələbə yönümlü 

və şagird yönümlü olmalıdır. Bütün bunlar isə şəxsiyyətin hərtərəfli və 

harmonik inkişafına, ictimai mühitin və cəmiyyətin mənafeyinə xidmət 

etməlidir. Bu şərtlə ki, təlimin məzmunu və vəzifələri bir-birinə uyğun 

seçilməli, 

biri 



birini 



və 

əksinə 


tamamlaması 

daha 


məqsədəmüvafiqdir. 

Fiziki tərbiyə təliminin çoxşaxəli funksiyalarının (təhsil, tərbiyə, 

inkişaf  və  s.)  olmasına  səbəb  Azərbaycan  təhsil  sisteminin  daim 

inkişafda  olması,  bəşəri  təhsil  sisteminin  dəyərlərinə  qovuşması,  bu 

yönəmdə  irəliləməsi  zərurətindən  irəli  gəlməsi  və  təhsil  islahatı 

proqramına əsaslanmasıdır. 

Fiziki  təhsildə  öyrədən  və  öyrənənin  fəaliyyətinin  səmərəli 

surətdə reallaşmasında təlimin məzmunu və vəzifələrinə müvafiq Milli 



kurikulumun ümumi prinsiplərinə istinad olunmaqla bərabər, həm də 

fiziki tərbiyənin təlimində istifadə edilən pedaqoji prinsiplərə də əməl 

olunmalıdır. Bu şərtlə ki, təlimin məzmunu və vəzifələri konkret, aydın 

və  etibarlı  faktlara  söykənməli,  şəxsiyyətin  marağını  və  mənafeyini 

təmin  etməklə,  həm  də  elmi  dəlillərə  əsaslanmalı,  sistemli  şəkildə 

ardıcıl 


surətdə 

tətbiq 


edilməli, 

milli 


dəyərlərə 

müvafiq 


gerçəkləşdirilməli-reallaşdırılmalıdır. 


Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə