132
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1
Sosial-siyasi
elmlər seriyası
2013
PSİXOLOGİYA
UOT 159.9: 37.015.3
MÜƏLLİMLƏRİN RƏHBƏRLİK ÜSLUBUNUN
TƏDQİQİNİN ƏSAS İSTİQAMƏTLƏRİ
K.R.ƏLİYEVA, S.H.ƏLİZADƏ
Bakı Dövlət Universiteti
sabina.az@gmail.com
Məqalədə müasir psixoloji nəzəriyyələr (xassələr nəzəriyyəsi; davranış yanaşması; si-
tuativ yanaşma; adaptiv yanaşma) müstəvisində müəllimin rəhbərlik üslubunun xüsusiyyətləri
araşdırılır. Qeyd olunur ki, müxtəlif texnologiyaların tətbiqi müəllimin pedaqoji təcrübəsindən
daha cox şagirdlərin fəaliyyətini idarəetmə qabiliyyətindən asılıdır. Nəticə olaraq müəy-
yənləşdirilir ki, müəllimin rəhbərlik üslubu peşə səriştələri ilə birbaşa əlaqəlidir.
Açar sözlər: idarəetmə üslubu, liderlik tipi, liderlik sistemi, rəhbərliyin şərtləri, fərdi
üslub, səriştəlilik, rəhbərlik üslubu
Təhsil sistemində müəllim idarəetmə sahəsinin əsas komponentidir. Bu
konteksdə müəllimin rəhbərlik üslubu özünün köklü parametrləri ilə sosial
pedaqoji psixologiyada diqqəti xüsusilə cəlb edir. Müəllimin “rəhbərlik üslu-
bu” anlayışını ifadə edən məsələlər onun reallaşmasını nizamlayan nəzəriyyə-
lərdə açıqlanır. Psixologiya və sosiologiya sahəsində mövcud olan yaradılan bu
nəzəriyyələr müəllimin rəhbərlik üslubunun səmərəlilik dərəcəsinin tədqiqi
probleminə xüsusi önəm verir. Həmin nəzəriyyələrin köməyi ilə hansı şəxsi
keyfiy
yətlərin müəllimə lider və rəhbər olmağa kömək etməsi haqqındakı
sualları aydınlaşdırmaq mümkündür.
Ədəbiyyatda liderlik konsepsiyalarının 4 əsas aspekti ayırd edilir (1):
xassələr nəzəriyyəsi; davranış yanaşması; situativ yanaşma; adaptiv yanaşma.
Xassələr nəzəriyyəsi. Bu nəzəriyyəni “liderlik keyfiyyətləri nəzəriyyəsi”
(2, 228) də adlandırırlar. Xassələr nəzəriyyəsində insanın şəxsi keyfiyyətləri ön
plana çəkilir. Təsadüfi deyil ki, qeyri-rəsmi şəkildə xassələr nəzəriyyəsi “gör-
kəmli şəxsiyyətlər nəzəriyyəsi”, yaxud “xarizmatik nəzəriyyə” anlamınında da
işlədilir. Nəzəriyyəyə görə yalnız müvafiq şəxsi keyfiyyətlərə: intellekt, iradə, tə-
şəbbüskarlıq, enerjililik, əminlik, yoldaşlıq, etibarlılıq, yaxşı danışıq tərzi və s.
malik olan i
nsan lider ola bilər (A.Adler, Q.Ollport, C.Kelli, E.Fromm və b.).
Göründüyü kimi, bu nəzəriyyədə liderlik şəxsi keyfiyyətlər üzərində qurulur,
şəxsiyyətlərarası münasibətlər, yəni liderin başqa adamlara münasibəti arxa
plana keçir, “keyfiyyətlər liderin başqaları üzərində hakimiyyətini öz-özünə
133
müəyyən edir” (2, 229). Sonrakı tədqiqatlar göstərdi ki, bu nəzəriyyədə lider-
liyin mahiyyəti tam açılmır. Belə ki liderlik üçün müəyyən edilən kompleks
keyfiyyətlər içərisində situasiyadan asılı olaraq keyfiyyətlərdən hansısa biri
daha əhəmiyyətli olub, digərləri ilə ziddiyyət təşkil edir, başqa sözlə, key-
fiyyətlər heç də həmişə liderin müvəfffəqiyyətini təmin edə bilmir.
Davranış yanaşması. Bu yanaşma yalnız rəhbərin şəxsi keyfiyyət-
lərinin deyil, həm də onun davranışında tabe olanlarla qarşılıqlı münasibətlərini
ön plana çəkir. F.Fidler liderliyin səmərəliliyi istiqamətində apardığı tədqi-
qatlarda həm şəxsiyyətin keyfiyyətləri, həm də onun işçiləri ilə qarşılıqlı
münasibətləri tədqiq edir, liderin qrupa “hansı səviyyədə nəzarət etməsi və öz
təsirlərini qrupda necə reallaşdırması” ilə şərtləndiyi isbat edir (2, 230). Bu
tədqiqatlar nəticəsində “rəhbərlik üslubu” və “idarəetmə üslubu” anlayışları
yaranmış, bütövlükdə götürdükdə, davranış yanaşması rəhbərin səlahiyyətində
olan hakimiyyətin idarəetmə üslubu istiqamətinə yönəlir. Bu zaman rəhbərliyin
iki əksqütblü üslubu yaranır: avtoritar və liberal. Bu iki üslubun sintezindən
üçüncü –
demokratik üslubun müxtəlif variantları əmələ gəlir. Üslubların bu
qaydada ayırd edilməsi əsasında rəhbərlik üslubu haqqında təsəvvürlər yaranır.
Bu üslublar bir-
birindən nə ilə fərqlənirlər? Respublikamızda aparılan tədqi-
qatlara istinadən qeyd edə bilərik ki, avtoritar üslub üçün “məcburi motivasiya,
pedaqoji identik
liyin orta səviyyəsi, aşağı özünüqiymətləndirmə, refleksiyanın
orta səviyyəsi, aşağı səviyyəli kreativlik”, liberal üslubda “məcburi motivasiya,
fəaliyyətin özünə yönəlməsi, pedaqoji identikliyin orta göstəricisi, aşağı
səviyyəli meyllilik, aşağı səviyyəli özünüqiymətləndirmə, empatiyanın olma-
ması, orta səviyyəli kreativlik”, demokratik üslubda “pozitiv motivasiya, digər
insanlara yönəlmiş fəaliyyət, pedaqoji identikliyin yüksək səviyyəsi, özünü-
qiymətləndirmənin orta səviyyəsi, yüksək səviyyəli refleksiya və empatiya,
eləcə də orta səviyyəli kreativlik” (3, 147) xasdır.
Situativ yanaşma. Rəhbərlik probleminin inkişafı ilə bağlı olan iki ya-
naşma göstərdi ki, şəxsi keyfiyyətlər və üslublar özü-özlüyündə hələ idarəetmə
fəaliyyətinin səmərəliliyini müəyyənləşdirmir. Onun başlıca şərti üslubun və
şəraitin (situasiyanın) uyğunluğudur. Bir çox hallarda, bundan əlavə, situativ
amil
lər rəhbərliyin səmərəli olmasında aparıcı rol oynayır. Bu, idarəetmə
fəaliyyətinin xarakteri tapşırıqların yerinə yetirilməsi tipidir. Nəticədə situativ
davranışın xüsusi üslubuna və müəyyən idarəetmə situasiyasına daha çox uyğun
gələn xüsusi yanaşma əmələ gəlir (4).
Adaptiv yanaşma. Situativ yanaşma idarəetmə nəzəriyyəsinə böyük
töhvə verdi. Sübut edildi ki, idarəetmə üslubu müxtəlif idarəetmə fəaliyyətində
müxtəlif şəraitdə müxtəlif səmərə verməklə müxtəlif adekvatlığa malikdir.
Rəhbər daha səmərəli fəaliyyət göstərmək üçün özündə olduqca mürəkkəb
situasiya tiplərini birləşdirir: özünü fərqli aparmalıdır, idarəetmə dəyişkən
olmalıdır, rəhbərlik üslubu konkret idarəetmə şəraitinə, situasiyasına uyğunlaş-
dırılmalıdır. İdarəetmə üslubu adaptiv olmalıdır. Rəhbər nə qədər üslub reper-
tuarına malik olarsa, daha səmərəli fəaliyyət göstərə bilər (1).
Müasir sosial
psixologiyada rəhbərlik üslubu ilə bağlı olaraq qeyri-
ənənəvi yanaşmalar da meydana gəlmişdir. Bu – partisipativ rəhbərlik və ida-
134
rəetmə üslubunun müəyyən edilməsidir. Partisipativ rəhbərlik və idarəetmə
üslubu
aşağıdakı xüsusiyyətlərlə konkretləşir: rəhbərin tabe olanlarla müntə-
zəm məsləhətləşməsi; onlarla münasibətlərdə açıqlıq; təşkilatda qərarların qə-
buluna icraçıları cəlb etmək; icraçıların təşkilatdakı dəyişmələrin planlaşdırıl-
masında və həyata keçirilməsində iştirakı; müstəqil qərarlar qəbul etmək üçün
qrup strukturları yaratmaq (1).
Liderlik istiqam
ətində aparılan tədqiqatlar nəticəsində yaranmış konsep-
siyaların 4 əsas aspekti ilə tanış olduq. Hər bir yeni yanaşma liderlik proble-
mini özünd
ən əvvəlki yanaşma ilə müqayisədə daha da təkmilləşdirmiş, döv-
rün, zamanın tələblərini, nəfəsini bu nəzəriyyələrə gətirmiş, onu müasirləşdir-
mişdir. Rəhbərlik mövqeyi zamanın hökmü ilə bağlı olur. Müasir dövr özünün
demokratikliyi, s
ərbəstliyi, söz azadlıgı, yaradıcılığa meylliliyi, peşə keyfiy-
y
ətləri və s. ilə fərqlənir. Sonuncu yanaşmalar da öz məzmununda bu keyfiy-
y
ətləri ehtiva edir.
Yuxarıda qeyd olunan yanaşmalar pedaqoji rəhbərlik problemi üçün də
faydalıdır. Məlumdur ki, pedaqoji rəhbərlik üslubunun səmərəlilik dərəcələ-
rinin öyr
ənilməsi sahəsində silsilə tədqiqatlar aparılmışdır. Həmin tədqiqatlar
yuxarıda qeyd etdiyimiz yanaşmalara əsaslanır. Onları bir neçə istiqamətdə
t
əsnif etmək olar. Məsələn, А.М.Umarov öz tədqiqatlarında rəhbərliyin və ida-
r
əetmə üslubunun inkişafı məsələlərinə aydınlıq gətirir (5). V.D.Parıgin təhsil
qruplarında rəhbərlik və liderlik problemini tədqiq etmiş (6), E.E.Vejeviç
pedaqoji mühitd
ə liderlik keyfiyyətlərinin inkişaf etdirilməsi xüsusiyyətlərini
mü
əyyənləşdirmiş (7), A.İ.Davıdova təhsil qrupları rəhbərlərinin idarəetmə fəa-
liyy
ətinin modelləşdirilməsini aparmışdır (8). E.İ.Roqov müəllimi psixoloji təd-
qiqatın obyekti kimi götürərək onun rəhbərlik fəaliyyətini şəxsi keyfiyyətlərlə
əlaqədə təhlil edir (9). N.A.Mislavski bu məsələləri şəxsiyyətin özününizam-
laması və yaradıcı fəallığı fonunda nəzərdən keçirir (10). L.M.Mitinanın araş-
dırmalarında müəllimin peşə özünüdərketməsində onun rəhbərlik fəaliyyətinin
əhəmiyyəti ön plana çəkilir (11).
Rəhbərlik və liderlik idarəetmə nəzəriyyəsində daha çox inkişaf etmiş
istiqamətdir. Müəllimin rəhbərlik üslubunun öyrənilməsi istiqamətində aparılan
tədqiqatların əksəriyyətində “liderlik” və “rəhbərlik” anlayışlarına vəhdətdə
baxılsa da, struktur baxımdan onlar fərqli mənalara malikdirlər. Bu fərqlilikdə iki
əsas məqam maraqlıdır:
-
liderliyin və rəhbərliyin tipologiyası;
-
rəhbərliklə liderlik rolları arasındakı münasibətlər.
Liderliyin
və rəhbərliyin tipologiyasının müəyyən edilməsi istiqamətində
psixologiyada bir çox tədqiqatlar aparılmışdır. Həmin tədqiqatlardan bəzilərinə
diqqət yetirək:
B.D.Parıgin liderin rolunu üç kriteriyaya görə ayırd edir:
1. Fəaliyyətin məzmununa görə: lider-ilhamverici və lider-icraçı.
2. Fəallıq üslubuna görə: avtoritar və demokratik lider.
3. Fəaliyyətin xarakterinə görə: unuversal və situativ lider (12) .
135
L.İ.Umanski isə öz tədqiqatlarında liderliyin 3 kriteriya əsasında kombi-
nasiya edilən 6 tipini ayırd edir: təşkilatçı, təşəbüskar, erudit, emosional əhval-
ruhiyyənin generatoru, bacarıqlı və emosional cəlbedici lider (13).
F.P.Tonkix liderliyin aşağıdakı tiplərini müəyyən etmişdir: Diaqnost,
fanatik, pioner, erudit, texnik, müstəqil (14, 4-7).
Bu yanaşmalar ayrı-ayrılıqda təhlil etdikdə, məlum olar ki, onlar liderin
iki əsas qabiliyyətlərini özündə birləşdirir: instrumental və emosional. Bi-
rincisi, şəxsi qabiliyyətlər əsasında qrup işində ayırd edilir. İkincisi, qrup üçün
münasib olan, onlar arasında yaxşı qarşılıqlı münasibətlərin yaranmasına
kömək edən şəxsi qabiyyətlərə görə.
R.L.Kriçevsk
i və E.M.Dubrovskaya təhsil sistemində rəhbərliyin səmərə-
lilik dərəcəsini bir sıra dünya tədqiqatçılarının əldə etdikləri nəticələr əsasında
müəyyənləşdirərək liderliyin 4 tipini şərh edirlər: təşkilatçı, motivator,
dispeçer, generator (15). Burada
bir sıra sahələr xüsusilə müəllimin rəhbərlik
fəaliyyətinin motivləşməsi, xüsusi olaraq, vurğulanır. Rəhbərlik fəaliyyətinin
motivasiyası, işin yerinə yetirilməsinə maraq bir-biri ilə qarşılıqlı əlaqədə
götürülərək, daxili və xarici təsirlərdən yaranan motivlər fərqləndirilir,
Ə.Ə.Əlizadə və H.Ə.Əlizadə müəllimin rəhbərlik üslubunun şərhini ve-
rərək onu 3 aspektdə nəzərdən keçirirlər: avtokratik, liberal və demokratik
müəllimlər. “Avtokratik rəhbərlik üslubu üçün xas olan başlıca xüsusiyyətlər
avto
ritar rəhbərlik üslubu üçün səciyyəvidir. Lakin avtokratik müəllimdən fərq-
li olaraq avtoritar müəllim şagirdlərlə nisbətən həlim rəftar edir, nəticə etibarilə
qərarı özü qəbul etsə də, şagirdlərin rəyini öyrənir, hər hansı bir məsələni on-
larla birli
kdə müzakirə edir. Liberal müəllim öz vəzifələrini formal surətdə ye-
ri
nə yetirir, lakin sinif kollektivinin həyatı ilə maraqlanmır, sinifdə özünü qo-
naq kimi aparır. Demokratik müəllim isə sinifdə şagirdlərin “böyük yol-
daşıdır”. O yoldaş kimi özünə də, şagirdlərə də “uşaqların gözüylə” baxır. On-
larla məhz yoldaş kimi dialoqa girir, mübahisə etməyi xoşlayır” (16, 104-105).
Liderliyin
və rəhbərliyin tipologiyasını təsnif etmək bizim məqsədimiz
deyil. Lakin idarəetmə fəaliyyətinin müxtəlif situasiyaları rəhbərlərdən müxtəlif
iş üslubunun tətbiqini tələb edir. Ona görə də, hesab edirik ki, rəhbərliyin tipologi-
yasına diqqət etməklə yanaşı onlar üçün səciyyəvi olan iş üslubunu da nəzərdən
keçirməliyik. Bunu yuxarıda haqqında bəhs etdiyimiz rəhbərlik nəzəriyyələri
müstəvisində təhlil edək.
Sinifləri xassələr yanaşması baxımından idarə edən müəllimlər şagirdlərin
şəxsi keyfiyyətlərini öyrənməyə üstünlük verirlər. Mahiyyətinə görə bu yanaşma
humanist yanaşma hesab olunmur, çünki, xassələr yanaşmasına üstünlük verənlər
yalnız üstün keyfiyyətləri ilə fərqlənən sinifləri idarə edə bilirlər. Belə hallarda
müəllimin rəhbərlik imkanları məhdud xarakter daşıyır. İdarəetmədə yalnız
məktəb direktorları və onların müavinləri xassələr yanaşmasına üstünlük
verdikdə müvəffəqiyyət qazana bilirlər.
Davranış yanaşmasında rəhbər şəxsi keyfiyyətlərlə yanaşı, həm də davra-
nışında tabe olanlara münasibətləri ilə fərqlənir. Elə buna görə də idarəetmə
fəaliyyətinin üslubuna xas olaraq rəhbərliyin avtoritar və liberal və demokratik
136
üslu
bu ayırd edilir. Burada daha çox avtoritar üslubla demokratik üslub müqa-
yisə olunur.
Davranış yanaşmasının yaradıcısı K.Levin sübut etmişdir ki, avtoritar
rəhbərlik demokratik üslubdan həcmcə daha çox iş yerinə yetirməyə imkan
verir. Ancaq bu za
man icraetmənin motivasiyası, keyfiyyət və orijinallığı enir,
davranışın aqressiv forması yaranır, gərginlik əmələ gəlir. İdarəetmənin liberal
üslubunda, eləcə də işin keyfiyyəti demokratik üslubla müqayisədə zəifləyir.
İcraçıların özləri də belə rəhbərlik üslubunu xoşlamırlar (17, 446).
P.Laylert davranış yanaşmasının əsasında dixotomiya duran alternativ
vasitələr təklif edir: “işə istiqamətlənən rəhbər”, “insana istiqamətlənən rəhbər”
(1). Bu, iki rəhbəri bir-birindən fərqləndirən cəhət nədir? Suala müəllim-şagird
münasibətləri müstəvisində cavab verək. İşə yönələn müəllimi, ilk növbədə,
şagirdin fəaliyyətinin məzmunu və onunla bağlı olan məsələlər, insana yönələn
rəhbərlik üslubunda isə müəllimi şagirdin fəaliyyətini yüksəltmək üçün başlıca
olaraq onunla insani münasibətlərin mükəmməlləşdirilməsi maraqlandırır.
Burada ikinci halda müəllim, daha böyük nailiyyət əldə edir.
R
əhbərlik probleminin inkişafı ilə bağlı olan qeyd etdiyimiz iki sonuncu ya-
naşma isə göstərir ki, şəxsi keyfiyyətlər və üslublar idarəetmə fəaliyyətinin səmərəli-
liyini mü
əyyənləşdirmir. Burada fəaliyyətin səmərəliliyini üslubun və şəraitin
(situasiyanın) uyğunluğu müəyyənləşdirir. Məktəb təcrübəsindən də aydındır ki,
pedaqoji ugursu
zluğun səbəbi üslubun keyfiyyət göstəricisi deyil, müəllimin həmin
anda t
ətbiq etdiyi üslubun şəraitə (situasiyaya) uyğun olmamasıdır.
N
əticədə situativ-davranışın xüsusi üslubuna və müəyyən idarəetmə
situasiya
sına daha çox uyğun gələn xüsusi yanaşma əmələ gəlir. Bu yanaşmalar
iç
ərisində F.Fidlerin konsepsiyası daha məşhurdur. Onun konsepsiyasında
r
əhbərin davranışına daha güclü təsir göstərən, eyni zamanda situasiyanın
özünü xarakteriz
ə edən 3 əsas faktor var:
-
r
əhbər və tabe olanlar arasındakı münasibətlər;
-
tapşırıqların strukturu, parametri, dəqiqliyi və müəyyənliyi, uyğun-
luğu, aydınlığı və s.;
-
r
əhbərə aid olan hüquqi hakimiyyət imtiyazlarının olması, tabe
olanların real tərəfdaşlığının səviyyəsi.
F.Fidler əlverişli situasiyanın ümumi göstəricisi olan “situativ nəzarət”
anlayışını təklif edir (4). Bu yanaşma idarəetmə nəzəriyyəsinə böyük töhvə
verərək, sübut etdi ki, idarəetmə üslubu müxtəlif idarəetmə fəaliyyətində müx-
təlif şəraitdə müxtəlif səmərə verməklə müxtəlif adekvatlığa malikdir. Rəhbər
daha səmərəli fəaliyyət göstərmək üçün özündə olduqca mürəkkəb situasiya
tiplərini birləşdirir: özünü fərqli aparmalıdır; idarəetmə dəyişkən olmalıdır; rəh-
bərlik üslubu konkret idarəetmə şəraitinə, situasiyasına uyğunlaşdırılmalıdır.
Bütövlükdə bu sadalanan yanaşmaların xüsusiyyətlərinin birölçülü olması,
rəhbərlik üslubunun hansısa bir parametrinə uyğunluğu ilə səciyyələndirilir.
İdarəetmə fəaliyyətində daha mükəmməl yanaşma rəhbərlik fəaliyyəti haqqındakı
ikiölçülü təsəvvürlərdir. Burada, eləcə də R.Laykertin tezisinin yanlışlığı da
göstərilir. O, rəhbərləri yalnız işə və insanlara yönəlişliyinə görə bölür. Əslində,
rəhbər eyni vaxtda həm insana, həm də işə yönələ bilər. Digər yanaşmaya görə,
137
əslində, rəhbərlik üslubu adaptiv olmalıdır. Rəhbər nə qədər çox üslub repertuarına
malik olarsa, daha səmərəli fəaliyyət göstərə bilər. Başqa sözlə desək, müəllimin
sinifdəki müfəffəqiyyəti onun coxlu üslub repertuarına malik olmasindan asılidır.
Rəhbərlik üslubu ilə bağlı ənənəvi olanlardan fərqli yeni yanaşmalar da
meydana gəlməkdədir. Onlardan biri də qeyd etdiyimiz kimi, partisipativ rəh-
bərlik üslubudur. Partisipativ (bərabərlik) yanaşması özünüidarəeətməyə he-
sablanmaqla əsas qərarların qəbulunda işçilərin iştirakını tələb edir. R.Laykert
bu sistemi ən düzgün sistem hesab edir. Tabe olanlar və rəhbərlər arasında
münasibətlər qarşılıqlı etimada əsaslanır. Onlar arasında dostluq münasibətləri
var. Qərarların qəbulu mərkəzləşmiş qaydada həyata keçirilir. Ünsiyyət ikitə-
rəfli və qeyri formaldır. Bu sistemin liderləri rəhbərliyə layiqdirlər. Onlar icra-
çılıq və idarəetmə bacarıqlarına malik olurlar. Ə.Ə.Əlizadə və H.Ə.Əlizadənin
demokratik
müəllimin yüksək sosial keyfiyyətləri içərisində şagirdlərlə dialoq
qurmaq, diskussiya təşkil etmək mədəniyyətini önə çəkmələri (16, 104-105) bu
istiqamətdə maraq dogurur.
İdarəetmə təcrübəsindən məlumdur ki, rəhbərliyin və liderliyin eyni
şəxsdə birləşməsi məqsədəuygun hesab olunur. Lakin bu zaman müəllim öz
fəaliyyətində liderlik və rəhbərlik tiplərini uyğunlaşdıra bildikdə böyük səmərə
əldə edə bilir. Müəllimin liderlik və rəhbərlik tiplərinin bir-birinə uyğunluğu
müəllimin fərdi üslubunu formalaşdırır.
Müəllimin fərdi üslubu onun pedaqoji səriştəliliyi ilə də qarşılıqlı əlaqə-
dədir. Bu fenomenlərin hər ikisi bir-birinə inkişafetdirici təsir göstərir. Səriş-
təlilik - (latınca “competo” - əldə edirəm, uyğunlaşdırıram, yaxınlaşıram) hər
hansı bir sahə üzrə əldə olunmuş sosial təcrübədir. Bu anlayışı pedaqoji prosesə
şamil etsək, bura müəllimin peşəkarlığının, peşə üzrə ümumi mədəniyyətinin,
təcrübəsinin, pedaqoji fəaliyyət stajının və pedaqoji yaradıcılığının təzahürünü
aid edə bilərik. Müəllimin peşə ustalığının mühüm elementlər toplusu hesab
olu
nan səriştəlilik onun rəhbərlik üslubunun da keyfiyyət göstəricisidir. Səriş-
təlilik bir tərəfdən pedaqoji hazırlıq və fəaliyyəti, digər tərəfdən pedaqoqun
fəaliyyətinin keyfiyyətini müəyyən edərək, özünü əməyin davamlı və səmərəli
xarakterində ifadə olunmaqla müxtəlif çətinlik şəraitində yaranan pedaqoji
problemlərin rasional həlli yolunu tapmaqda təzahür edir.
Müəllimlərdə belə yüksək peşə səriştəliliyinin təmin olunması bir çox
amillərdən asılıdır. Bu amillər sisteminə müəllimin fərdi psixoloji xüsusiy-
yətləri, sosial təcrübəsi, idarəetmə və rəhbərlik, öyrətmə və başqa peşə baca-
rıqları, ünsiyyət mədəniyyəti, yüksək peşə təhsili və s. məsələlər daxildir.
Təhsildə rəhbərlik problemlərini əlverişli qaydada həll etmək üçün
F.A.Cəbrayılova hələ müəllim kadrlarının hazırlığı prosesində bu məsələyə
diqqət yeturilməsini zəruri sayaraq, peşə səriştəliliyinin formalaşmasının yaxşı
işlənmiş proqramlardan xeyli dərəcədə asılı olduğunu qeyd edir. Bu proq-
ramlarda müəllimin peşə səriştəliliyinin inkişafına təsir göstərən bütün məsə-
lələr nəzərə alınmalıdır. Onun təbirincə desək, “Təcrübə göstərir ki, ilk növbə-
də, müəllim müasir metodikalara, yeni texnologiyalara yiyələnməli, nəzəri və
praktik
məzmunlu bilik və bacarıqlara malik olmalıdır. Məhz bundan sonra
138
təhsilalanların həyatın tələblərinə uyğun olaraq məsuliyyətli, səriştəli kadrlar
kimi hazırlanması imkanları məqsədəuyğun qaydada reallaşa bilər” (18, 274).
Səriştəlilik müəllimin müvafiq pedaqoji bacarıqlara yiyələnməsidir.
Pedaqoji səriştəlilik həm də müəllimin məktəbdəki fəаliyyətinə şəхsi münаsi-
b
əti, оnu düzgün qura bilməsi və həyаtа kеçirilməsini təmin еtmək bаcаrığıdır.
Təhsil prosesində şagirdlərlə yanaşı müəlimlərdə də bir çox dəyərlər, sosial-
peşə keyfiyyətləri formalaşdığından məhz bu keyfiyyətlərin köməyi ilə o qar-
şılıqlı münasibətlərini inkişaf etdirə, dəyişə bilir. Əlverişli rəhbərlik üslubuna
malik olan müəllim qarşılaşdığı məsələlərin müvəffəqiyyətli həllinə nail olur.
Nəzərdən keçirdiyimiz mənbələrə istinad edərək, müəllimlərin rəhbərlik
üslubu
nun öyrənilməsinin aşağıdakı istiqamətlərini müəyyən edə bilərik.
1.
Pedaqoji prosesdə müəllimlərin rəhbərlik fəaliyyətinin yenidən qurulması.
M
əlumdur ki, XX əsrin sonlarına qədər təhsil sistemi sovet dövründən miras
qalmış üsullarla, ənənəvi yollarla idarə olunub. Bu səbəbdən təhsil sistemində
fəaliyyət göstərən mütəxəssislərdə, o cümlədən müəllimlərin pedaqoji fəaliy-
yətində yeni ənənələrinin yaranmasına böyük tələbat əmələ gəlmişdir.
Müstəqiliyin əldə edilməsinin ilk illərindən başlayaraq təhsil sistemində mü-
əllimlərin rəhbərlik üslubunun təkmilləşdirilməsi sahəsində sistemli işlər görül-
məkdədir. Həmin işlər bir sıra istiqamətlərdə aparılmalıdır: perspektiv fəaliyyətin
yeni dəyərlər əsasında qurulması; intellektual, əxlaqi, estetik, emosional mə-
dəniyyətin inkişafı; cəmiyyət üçün xeyirli olan ənənələrə sadiqlik; optimizm,
əməkdaşlıq, humanizm; təfəkkür müstəqilliyi, problemin mahiyyətini görə bilmək
bacarığı; özünütəhsil, iş tempi, iradə, dünyagörüşü, mənəvi sağlamlıq və s.
3.
R
əhbərlik qaydaları ilə bağlı olaraq yaradılan yеni kоnsеpsiyаlаrdа
şəхsiyyətin еtnоpsiхоlоji yеniləşməsi üçün vаcib оlаn şərtlər, mехаnizmlər,
yоllаr və vаsitələrin nəzərə аlınmаsı.
4.
T
əhsilin səmərəli üsullarla idаrə оlunmаsı üçün əlverişli mаddi-tехniki
bаzа, infоrmаsiyа və tədris-mеtоdik təminаtın yaradılması.
4. Pedaqoji prosesin t
əşkilində və tənzimlənməsində innоvаsiyаlаrа mа-
rаq göstərmələrini təmin etmək üçün rəhbərlik edənlərdə ictimai maraqlara
uyğun idarəetmə mоtivаsiyаsının yаrаdılmаsı. Bu prоsеsin gеdişinə nəzаrət
еtmək məqsədilə münаsib mоnitоrinqlər аpаrılmаlı, müəllimlərin rəhbərlik
üslubunun n
əticələri qiymətləndirilməli, münаsib qərаrlаr qəbul еdilməlidir.
Müəllimin rəhbərlik üslubunun səmərəliliyinin başlıca göstəricisi kimi
onun fərdi iş üslubunun şagirdlərin dərketmə tələbatları, bu tələbatların ödənil-
məsi tərzi, tempi, dinamikliyi və çevikliyi ilə uzlaşmasıdır. Əgər müəllim qrup
işini, yeni biliklərin mənimsədilməsini və onlarda həyati bacarıqların formalaş-
dırılmasını şagirdlərin öyrənmə maraqlarına müvafiq qaydada təşkil edə bi-
lirsə, bu halda müəllimin rəhbərlik üslubunun səmərəliliyindən danışmaq olar.
Məqalənin elmi yeniliyi: Məqalədə müəllimin və liderin rəhbərlik üslub-
ları təhlil edilir, bu sahədə aparılmış tədqiqatlar və liderin rəhbərlik üslubları
sistemləşdirilir, müasir şərait baxımından yeni kontekstdə təhlil olunur.
Məqalənin praktik əhəmiyyəti: Tədqiqatdan əldə olunmuş nəticələr sosial
psixologiyanı yeni müddəalarla zənginləşdirir, seçmə fənlərin tədrisinə yeni
139
istiqamətlər açır. Bununla yanaşı, əldə olunmuş nəticələr bu sahədə yeni elmi
istiqamətlərin yaranmasına zəmin formalaşdırır.
ƏDƏBİYYAT
1.
www. studopedia.ru
2.
Bay
ramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. Bakı: Qapp-poliqraf, 2003, 355s.
3.
Əliyev B.H., Əliyeva K.R., Cabbarov R.V. Pedaqoji psixologiya. Bakı: Təhsil, 2011, 289 s.
4.
www.ipp.hse.ru
5.
Умаров А.М. Руководитель. Размышление о стиле управления. М.: Политическое
издательство, 1987, 54 с.
6.
Парыгин В.Д. Социально-психологический климат коллектива. Л.: 1981, 216 с.
7.
Вежевич Т.Е. Педагогические условия развития лидерских качеств учащихся// дисс.
канд. пед наук. Улан-уде: 2001, 198 с.
8.
Давыдова А.И. Моделирование управленческой деятельности куратора учебной
группы //Среднее профессиональное образование, 2008, № 7, с. 33-35.
9.
Рогов Е.И. Учитель как объект психологического исследования. М.: Владос, 1998, 496 с.
10.
Мисловский Н.А. Саморегуляция и творческая активность личности// Вопросы пси-
хологии, 1988, №3, с. 64-71
11.
Митина Л.М. Формирование профессионального самосознания учителя // Вопросы
психологии, 1990, № 3, с.58-64.
12.
Нотанзон Э.Ш. Прием педагогического воздействия. М.: Просвещение, 1972, 214 с.
13.
vsetesti.ru
14.
Тонких Ф.П. Формирование индивидуального стиля педагога как один из аспектов
управленческой функции методической работы //http://nsportal.ru/ shkola/
administrirovanie-shkoly/
15.
Кон И.С. Психология старшеклассника. М.: Просвещение, 1982, 190 с.
16.
Əlizаdə Ə. Ə., Əlizаdə H.Ə. Pеdаqоji psiхоlogiya. Bаkı: АDPU, 2010, 600 s.
17.
Крикунов А.Е. Образовательная концепция В.В. Розанова: Историко-педагоги-
ческий анализ //дисс. канд. пед. наук. Елец: 1999, 132 с.
18.
C
əbrayılova F.A. Pedaqoji təmayüllü orta ixtisas məktəblərində tələbələrin peşə səriştəlili-
yi
nin inkişafının sosioloji təhlili // Təhsilin sosioloji problemləri. Bakı: Mütərcim, 2011, s.
245-306.
ОСНОВНЫЕ НАПРАВЛЕНИЯ ИССЛЕДОВАНИЙ
СТИЛЯ РУКОВОДСТВА УЧИТЕЛЕЙ
К.Р.АЛИЕВА, С.Х.АЛИЗАДЕ
РЕЗЮМЕ
В статье рассматриваются основные направления стиля руководства учителей в
контексте современных психологических исследований. Прежде всего, рассматриваются
особенности стиля руководства различных теорий, в том числе такие подходы, как пове-
дение, ситуативная адаптация, партисипативный подход, который рассматривается как
наиболее эффективный. Это связано с высокой результативности в функционировании
организации. Применение данного способа связано с возможностью формирования у
подчиненных высокой компетенции и профессиональных навыков, потребность в само-
стоятельности и свободе, стремлении к творчеству, интересу к работе, ориентации на
дальние цели.
Одной из отмеченных проблем является то, что применение образовательных тех-
нологий учителей в большей степени зависит не от приобретения опыта по специаль-
ности, сколько от умения управлять деятельностью учебной группы. Эмоциональное
140
состояние учителя является существенным фактором воздействия. Совместное действие,
которое формируется в подобных условиях, является более эффективным.
Одним из вопросов, рассматриваемых в статье, является то, что стиль руководства
непосредственно связан с профессиональной компетенцией. Последнее-это процесс вы-
бора соответствующего стиля руководства в соответствии со способностями учителя,
его возможностями и особенностями.
Ключевые слова: стиль управления, тип лидерства, система лидерства, условия
руководства, индивидуальный стиль, компетентность, стиль управления
THE MAIN DIRECTIONS OF THE INVESTIGATION OF PSYCHOLOGİCAL
CRİTERİA OF TEACHERS’ LEADERSHIP STYLES
K.R.ALIYEVA, S.H.ALIZADE
SUMMARY
The article analyses the main directions of the investigation of teachers’ leadership
styles in the light of modern psychological researches. Firstly, the theory of leadership style is
intepreted.The behavioral, situational adaptive, participative approaches to this problem are
reviewed and the final approach is considered to be the most effective. The efficiency of the
participative approach is justified by its granting fruitful results in the functioning of the
organization. Thus, these styles form such qualities as high professionalism, and professional
qualities, independence, requirement for being independent, tendency to creativity, interest in
work, strive for top level goals.
One of the main aspects here is that the implementation of teachers’ teaching tech-
nologies depends more on management of a group of pupils’ activities than on his acquiring
professional experience. Here, the teacher’s emotionality plays a great influencing role. Such
professional experience gained through mutual activities is of high quality.
One of the main points emphasized in the article is the coordination between the style of
the teacher’s leadership and his professionalism. Professionalism is the process that allows a
teacher choosing a leadership style due to his ability, characterstic features and opportunities.
Key words: management style, type of leadership, leadership system, terms of leader-
ship, individual style, competence, management style
Dostları ilə paylaş: |